Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə18/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   14   15   16   17   18   19   20   21   ...   218
KÜFRÜN NÖVLƏRİ




KÜFR VƏ NÖVLƏRİ

Təkfirçilərin azmalarına ən böyük səbəb küfr məsələlərini bilməmələri olmuşdur. Bu məsələdə cahil olduqları üçün insanları sağa-sola təkfir edirlər. İbn Ömər - radiyallahu anhu – deyir ki: «Onlar kafirlər barəsində nazil olan ayələri möminlərə qarşı tətbiq edirlər»216.

Lüğəti mənası örtmək, gizlətmək deməkdir. Zirehini libasının altına geyərək gizlədənə «Qad Kəfəra Dərahu» – zirehini gizlətdi deyilir. Silahını paltarının altından bağlayaraq gizlədən adam. Burada söhbət həqiqətin gizlədilməsindən getdiyi üçün imanın əks mənasını verən küfr kəliməsi işlədilmişdir. İbni Əsir – rahmətullahi aleyhi – deyir ki: «Küfrün əsli bir şeyi örtməkdir. Bu baxımdan da əkinçilər Kuffər (kafir) adlandırılır. Çünki onlar buğdanı torpağla örtdüklərinə görə. Buğdanı torpağda gizlədən. Yəni torpağı yarıb buğdanı ora qoyub, üstünə torpaq örtən kafirdir. Həmin əkinçi lüğəti mənada kafir sayılır». Kafir ona görə kafir sayılır ki, onun qəlbini küfr örtmüşdür.

İstilahi mənası İmanı tamamlayacaq bir şeyi inkar etmək deməkdir. Öyrənilməsi zəruri olan qəti şəkildə ifadə edilən vacib və yaxud haram bir hökmü inkar etmək. Şəhadət Kəliməsinin sübuta yetirdiyi mənanı inkar etmək kimi bir kafirlikdir. Namazın vacib olduğunu, faizin haramlığını inkar etmək və s.

Küfr sözü bəzən İslamdan çıxaran, bəzən də İslamdan çıxarmayan kimi iki mənaya əsaslanır. İmanın dərəcələri olduğu kimi küfrün də öz dərəcələri, bölmələri vardır. Küfrün iki növü vardır.

1. Böyük Küfr əbədi Cəhənnəmə aparan, imandan uzaqlaşdıran, imanı tamamlayacaq əsasları və ya onlardan hər hansısa birini inkar etməkdir. Beş qismə ayrılan böyük küfr özünü etqadda, sözdə və yaxud da əməldə göstərir. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki, böyük küfrün 5 qismi var: «Yalanlamaqla küfrə düşmək, təsdiq etməklə yanaşı təkəbbürlük etmək, üz döndərmək küfrü, şəkk küfrü, nifaq küfrü». Həkəmi – rahmətullahi aleyhi – deyir ki, böyük küfr 4 qisimdən qırağa çıxmır: «Cəhalət və təqzib küfrü, cəhd etmək küfrü, inadkarlıq və təkəbbürlük küfrü, nifaq küfrü».

Bütün bu alimlərin dediklərin bir yerə cəm etsək, təkrarları silməklə görərik ki, böyük küfr 9 qismə bölünür. Onlar məna etibarı ilə bir-birinə yaxın olduğundan biz onları bir neçə qismə aid edə bilərik. Bir qismdə bir neçə adı bir yerə cəm etmək olar. Məs: İnkar etmək, yalan, cahillik bunlar arsında məna etibarı ilə yaxınlıq var. İnsan inkar edir, çünki o hökm barəsində cahildir. Onlar 3 də bir mənaya cəm olunur. Həmçinin təkəbbürlük, inadkarlığı da bir mənada cəm edə bilərik. Bununla da 9 qismi 6 qismə cəm etmək olar. 1) İnkar etmək və yalanlamaq (cahillik də bura daxildir). 2) Cəhd göstərmək. 3) İnadkarlıq və təkəbbürlük. 4) Nifaq. 5) Üz döndərmək. 6) Şəkk küfrüdür.

1) Yalanlamaqla Küfrə Düşmək (təkzib küfrü) İnkar etmək və yalanlamaq (cahillik də bura daxildir) küfrü: Peyğəmbərlərin yalançılığına, həqiqəti olduğundan fərqli olaraq göstərdiklərinə, Uca və Böyük olan Allahın halal və haram etdiyinin əksinə olaraq əmr və qadağalar etdikləri kimi boş və yalan iddialara əsaslanmaq, qəbul etmək bu qəbildəndir. İmam Bəğavi – rahmətullahi aleyhi – deyir ki: «İnkar küfrü Allahı əslən tanımır, onu etiraf etmir, artıq ona küfr edir». Təkzib küfrü isə, İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «O, Peyğəmbərləri yalan saymağı etiqad edir». Burada olan yalan saymaq Peyğəmbərləri inkar etməkdir. Təkzib, cahil, inkar baxmayaraq ki, ayrı-ayrı sözlərdir, lakin 3-ü də bir mənada cəm olur. O, da inkar etməkdir. Rağıb İsfəhani – rahmətullahi aleyhi – deyir ki: «Dilin inkarı qəlbin inkarından irəli gəlir. Dildə insanın yalan sayması qəlbində həmin şeyin yalan saymasıdır. Dildə tələffüz olunan, qəlbdə əmələ gələn yalandır. Artıq qəlb etiqad etdikdə dil onu tələffüz edir. İnkar etmək, bilməyin əksidir. Yalanın, inkarın yaranma səbəbinə qayıdanda görürsən ki, bu cahilliyə qayıdır. İnsan cahillikdən, bilməməzlikdən həmin şeyi yalan sayır». İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Bu küfr bu gün kafirlərdə çox azdır». Həqiqətən də bu sözdə haqq var: Kafirlər heç də Allahı, Peyğəmbəri inkar etmirlər. Bu gün bu kafirlərdə olan küfr inadkarlıq, təkəbbürlük, cəhd göstərmək küfrüdür. «Allaha qarşı yalan uydurub düzəldən (Allaha şərik qoşan), özünə haqq (Quran və Peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən daha zalim kim ola bilər? Məgər kafirlər üçün Cəhənnəmdə yer yoxdur? (Əlbəttə vardır! Niyə bunu dərk etmirlər)». (əl-Ənkəbut 68). «Kitabı və Peyğəmbərimizə göndərdiklərimizi yalan hesab edənləri mütləq biləcəklər». (əl-Mumin 70). «O, gün hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə-dəstə yığarıq. Sonra onlar bir yerə cəm edilib məşhərə sürüklənərlər. Onlar (haqq-hesab yerinə) gəlib çatdıqda Allah buyurar: Ayələrimi anlamadığınız halda onları yalanmı hesab edirdiniz? Yaxud siz (dünyada) nə edirdiniz?». (ən-Nəml 82-83).

2) Cəhd Göstərmək (Cuhud) Küfrü - Haqq bəyan edildiyi halda cəhd göstərmək, ondan yayınmaqdır. Bəğavi – rahmətullahi aleyhi – deyir ki: «Cəhd odur ki, Allahı qəlbində bilir. Bilirki yaradan Allahdır, Peyğəmbər haqdır, din haqdır, lakin dili ilə tələffüz etmir. Qəlbi etiqad etdiyi halda, dili ilə onu etiraf etmir». İbn Əsir – rahmətullahi aleyhi – deyir ki: «O, Allahı qəlbi ilə tanıyır, lakin dili ilə onu iqrar etmir». Həkəmi – rahmətullahi aleyhi – deyir ki: «Əgər insan bildiyini, haqqı gizlətsə, onun küfrü gizlətmək küfrü olur». «Kitab verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir». (əl-Bəqərə 146). İmam Bəğavi və İbn Əsir – rahmətullahi aleyhi – deyir ki: «İblisin küfrü bu küfrə dəlalət edir. İblis bildiyi halda, dili ilə iqrar etmədi». İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Həqiqi mənada İblis dili ilə iqrar etmişdi. O zaman ki, Allah ona möhlət verəndə dedi ki: «Ya Rəbbim! Mənə Qiyamətə qədər möhlər ver». İbn Qeyyim – rahmətullahi aleyhi – İblisin küfrünü təkəbbürlük qisminə aid edir.




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin