Fonetik xətalara əsasən aşağıdakılar aiddir:
-Açıq hecalarda vurğunun rus vurğusu kimi (uzanan şəkildə) tələffüz edilməsi; məsələn, bilirəm, aparıram, gedə-gedə kimi sözlərdə -li, -rı və -də hecalarındakı saitlər uzun tələffüz olunur.
-Bir çox alınma (əsasən yunan və latın mənşəli) sözlərdə bəzi səslərin rus dilinə məxsus şəkildə tələffüzü. Məsələn, informasiya-informatsiya, texnika-çexnika, teatr-çeatr, televizi-ya-çeleviziya, ideya-iceya (və ya idzeya) və s. Acınacaqlı haldır ki, televiziya və radio aparıcılıarının demək olar ki, hamısı bu xəta ilə danışırlar. Bu mənfi ənənənin əsası sovet dövründə qoyulmuşdur. Həmin aparıcılar bu səslərlə danışmağı ədəbi dil qaydası kimi qəbul edirlər. Onlar bu səslərin dilimizə aidiyyəti olmayan rus ünsürü olduğunu və ədəbi dilimizə gətirilməsinin yolverilməz olduğunu bilməmək dərəcəsindəmi savadsızdırlar?
Bu növ xətalara həmçının latın və yunan mənşəli sözlərdə “o” səsinin “a” kimi tələffüzü də daxildir. Təəssüf ki, rus dilinin bu qaydasının həmin sözlərdə yersiz tətbiqi ədəbi dilimizdə vaxtı ilə qəbul edilmişdir. Amma onsuz da danışıqda romana –“raman”, polisə – “palis”, noyabra – “nayabr” de-yən yalnız rusdillilərdir.
Rusdillilərin qrammatik xətalarına şəkilçi və sintaktik xətalar daxildir. Şəkilçi xətaları əsasən aşağıdakılardan ibarətdir:
Dostları ilə paylaş: |