-İkinci növ ismi birləşmələrdə mənsubiyyət şəkilçisinin işlədilməməsi (rus dilində qeyri-müəyyənlik bildirən yiyəlik hal və mənsubiyyət şəkilçisinin yoxluğu üzündən). Məsələn, Musiqi Akademiyası – “Musiqi Akademiya”, dünya iqtisadiy-yatı – “dünya iqtisadiyyat” və s.
-Şərt şəkilçisinin işlədilməməsi(rus dilində şərt şəkilçisi olmadığından). Məsələn, “əgər gedirsə” əvəzinə “əgər gedir”, “əgər varsa” əvəzinə “əgər var” və s. Təəssüf ki, bu xəta təkcə rusdillilər yox, güneyli soydaşlarımızda da fars dilinin təsirindən (fars dilində də rus dilində olduğu kimi ayrıca şərt şəkilçisi yoxdur) yaranmışdır. Sanki onlar da dilimizdə -sa2şərt şəkilçisi olduğunu tamamı ilə unudublar.