TürklüK ÇAĞDAŞliq


Tarixşünaslıqda “İran” ifadəsi



Yüklə 1,78 Mb.
səhifə95/116
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#106829
1   ...   91   92   93   94   95   96   97   98   ...   116
Tarixşünaslıqda “İran” ifadəsi

problemi
“İran” sözü türkcə “ər”, “ərən”, eyni zamanda “arilər” mə-nasında izah olunur. “Ari” ifadəsinin özü də həm “ər” kökü ilə, həm də farsların və onlara etnik cəhətdən yaxın xalqların əc-dadlarının adı kimi izah olunur. Bu minvalla fars dilinin daxil olduğu dil qrupunu “ari (və ya “İran”) dilləri qrupu” adlandırır-lar. Amma “İran” ifadəsinin tarix şüurumuza vurduğu ən böyük zərbə bu ifadənin “farslarin böyük vətəni” və “böyük fars döv-ləti” mənasında işlədilməsi və qəbul edilməsi olmuşdur.

“İran” ifadəsinin məkan adı kimi nə vaxtdan işlədildiyi və hansı ərazilərə aid edildiyi dəqiq məlum deyil. Qədim mənbələrdə (Herodot, Strabon, mixi yazılar və s.) bu ifadəyə rast gəlinmir. Ancaq o məlumdur ki, bu ifadə əsasən üç əyalətlə bağlıdır: şimal-qərbdən Azərbaycan, şimal-şərqdən Xorasan, cənubdan Farsıstan (qədim adı Parsa, Persiana və s.). Azərbaycan və Xorasan ta qədimdən türk tayfalarının məskun olduğu ərazilərdir. Parsa isə m.ö. IX-VIII əsrlərdə şımali Hindistan ərazilərindən gələrək Kəngər körfəzinin şimal-şərq istiqamətində məskən salmış farsların adı ilə adlandırılan və həmin ərazini əhatə edən tarixi əyalətdir. Burada ən önəmli məsələlərdən biri odur ki, məkan adı kimi “İran” anlayışına Farsıstanla bərabər Azərbaycan və Xorasan əraziləri də da-xildirmi? Əgər daxildirsə, onda bu ifadə daha çox türk ərazilərini əhatə edir. Bəs nəyə görə “İran” ifadəsi “farsların vətəni” mənasında qəbul olunur? Digər tərəfdən, ədəbiy-yatlarda “Azərbaycandan İrana”, “İrandan Xorasana” kimi ifadələr işlədilir. Bu ifadələrdən məntiqi olaraq o nəticə çıxır ki, Azərbaycan və Xorasan “İran” anlayışına daxil deyil. Bəs onda “İran” haradır? Yalnız Farsıstanmı? “İran” elə Farsıstan deməkdirsə, onda “İran” ifadəsinə nə ehtiyac var idi? Ziddiy-yətli məqamlardan biri də odur ki, bəzən Azərbaycanın quzeyi “İran” anlayışına daxil edilmədiyi halda, güney hissəsi bu anlayışa daxil edilir. Bu isə Azərbaycanın bölünməsi olmaqla bir tarixi ədalətsizlikdir. Azərbaycan “İran” anlayışına da-xildirsə, bütövlükdə daxildir, daxil deyilsə, bütövlükdə daxil deyil. Burada bir yanlışlığı da qeyd etmək yerinə düşər ki, son vaxtlara qədər Bütöv Azərbaycanın tərtib olunmuş xəritə-lərində Xorasan ərazisi Farsıstana aid edilirdi. Əslində isə, Xorasan və Farsıstan ayrı-ayrı ərazi vahidləri kimi göstərilməli idi. Son xəritələrdə bu xəta düzəldilmişdir.

“İran” ifadəsinin dövlət adı kimi də nə vaxtdan işlədildiyi mübahisəlidir. Bu gün tarix kitablarında ağız dolusu “Yunan-İran müharibələri” adlandırılan müharibələrin zamanında (m.ö. 500-449) “İran” ifadəsi ümumiyyətlə mövcud olmamışdır. Çox vaxt Avropa dillərində işlədilən “Persiya” ifadəsi çox yanlış olaraq “İran” kimi tərcümə olunmuşdur və bu gün də ol-unmaqdadır. Məsələn, Makedoniyalı İsgəndərin həyatından bəhs edən “İsgəndər” bədii fılmində ingiliscə “Persia” ifadəsi Azərbaycan türkcəsinə “İran” kimi tərcümə olunmuşdur. Halbuki, o dövrdə də (m.ö. 330-cu illər) “İran” ifadəsi nə məkan, nə də dövlət adı kimi işlədilməmişdir. Bu tərcü-məçilərimizin kobud xətasıdır. Həmçinin, “Çingizxan” tarixi bədii filmində “İran hökmdarı”ndan danışılması çox qəribədir. Belə ki, tarixdən məlumdur ki, Çingiz xanın bu ərazilərə yürüşləri zamanında (XIII əsrin 10-20-ci illəri) “İran” adlı dövlət ümumiyyətlə mövcud olmamışdır. Həmin dövrdə bu ərazilərdə iki böyük türk dövləti – Xarəzmşahlar və Atabəylər (Eldənizlər) dövlətləri mövcud olmuşdur. Filmdə bu döv-lətlərin adları bir dəfə də çəkilmədiyi halda, olmayan “İran dövləti”ndən danışılır.

“İran” ifadəsinin dövlət adı kimi Firdovsinin “Şahna-mə”sindən (976-1010) sonra meydana çıxdığı ehtimal edilir. Bu əsərdə tarixi faktlara söykənmədən “İran” adlı əfsanəvi fars dövlətindən danışılır. Həmin əsərin yazıldığı dövrdə mövcud olmuş Büveyhilər (fars sülaləsi) dövləti (935-1055) də “İran” adlanmamışdır. Və bu dövlətin süqutundan 1925-ci ilə qədər (təqribən 9 əsrlik bir dövrdə) fars dövləti mövcud olmamışdır. Əgər Səfəvilər (1501-1736), Avşarlar (1736-1747) və Qacarlar (1796-1925) kimi böyük türk dövlətləri “İran Şahlığı” adlandırılmışdırsa (hərçənd, bu fikrin özü də mübahisəlıdir), onda “İran” ifadəsi məhz türk dövlətinin adı kimi qəbul olunmalı idi. Bu bizim haqqımızdır. Amma əksinə, “İran” dedikdə şüurlarda yalnız “fars dövləti” canlanır. Real tarixi faktlar isə onu deməyə əsas verir ki, “İran” adında fars dövləti heç vaxt olmamışdır. Bugünkü “İran” dövləti də, 1925-ci ildə fars şovinistlərinin hakimiyyəti altına keçmiş türk dövləti kimi qəbul olunmalıdır. Bu dövlət yarım əsrlik (1747-1796) qanlı döyüşlər nəticəsində, türk oğullarının canı-qanı bahasına qurulmuş və bu gün də əhalisinin çoxu türklərdən ibarət olan bir dövlətdir. 1935-ci ildə şovinist fars rejimi tərəfindən bu dövlətin “Persiya” (Farsıstan) adlandırılması yasaqlanmışdır. Çünki, bu dövlətin sərhədləri Azərbaycan, Xorasan, Bəlucustan və b. ərazilərini əhatə etdiyi halda, Persiya bu ərazilərdən kənar bir tarixi əyalətin adı idi və bu cür adlanma qeyri-fars bölgələrinin müstəqil olmaq meyllərinə səbəb olar və imperiyanın parçalanma təhlükəsi yaranardı. Dövlət “İran” adlandığı halda isə, “hamımız iranlıyıq” prinsipi ilə qeyri-fars xalqlarında fərqli milli kimlik düşüncəsinin və milli azadlıq ideyasının inkişafının qarşısı alınmış və şovinist rejimin bu ərazilərdəki hakimiyyəti qorunmuşdur.

Bütün bu ziddiyyətli məqamlar onu göstərir ki, “İran” qeyri-müəyyən, qondarma bir anlayışdır və bu ifadənin iş-lədilməsindən fars şovinizmi kifayət qədər yararlanmışdır. Biz isə milli haqlarımızı əldə etməyimiz üçün mütləq “İran” ifadəsi problemini həll etməliyik.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin