Тясяввцф нурунун ики чыраьы



Yüklə 1,7 Mb.
səhifə13/105
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#108652
1   ...   9   10   11   12   13   14   15   16   ...   105
(həsrət)
Şeyx deyir: Şövq şərəfli haldır. Peyğəmbərin (s) belə dediyi nəql edilir: «Cənnətə istək yoxdurmu? Kəbənin Rəbbinə and olsun, gözəl ətirlər, daim axan çaylar, gözəl sevgililər vardır». Yenə Peyğəmbər (s) belə dua edir: «Səndən Sənin üzünü görmə ləzzətini və Səninlə görüşün şövqünü istəyirəm».

Allahın üzünü görmə ləzzəti axirətdə, Onunla görüşün şövqü isə bu dünyada olur.

Yenə deyir: «Cənnətə müştaq olan xeyirli işlər görməyə tələsər», «Cənnət bu üçünün həsrətini çəkir: Əlinin, Əmmarın və Salmanın».

Şövq qulun öz sevgilisinin görüşü həsrəti ilə sıxılması, alışıb yanmasıdır. Birisindən şövq barədə soruşurlar, belə cavab verir: «O, sevgilisini xatırlayanda qəlbin alışıb yanmasıdır».

Bir başqası isə deyir: «Şövq Allahın öz övliyalarının qəlblərində yandırdığı oddur ki, oradakı (qəlblərdəki) düşüncə, iradə, səbəb və maneələri yandırar».

Cüreyriyə görə: «Şövqdə məmnunluq olmasaydı, onun zərəri çəkilməzdi».

Əbu Səid Xərraz söyləyir: «Onların qəlbləri məhəbbətlə doldu və Allahla sevincdən uçub həsrətlə Ona aşiq oldular. Ey həsrətdən həyəcanlananlar, Rəbbinin həsrətindən sıxılan, qəm çəkənlər Ondan başqası ilə sakitlik tapmazlar, Ondan savayısı ilə ülfət etməzlər!!!»

Şövq üç halda olur. Bəziləri Allah-Təalanın öz övliyalarına vəd etdiyi savab və kəramətin, lütf və razılığın həsrətindədirlər.

Bəziləri məhəbbətlərinin gücündən öz sevgililərinin həsrətindədirlər, Onun görüşünün həsrəti ilə alışıb yanarlar.

Digərləri də Ağalarının yaxınlığının şahidi olublar ki, O, itməyib həmişə yanlarında olandır və qəlbləri Onun zikri ilə nemətlənir. Birisi belə deyir: «O, olmayanın həsrətindədir, amma O, itməyən varlıqdır. O, şövqlə şövqün görüntüsündən uzaqlaşar və şövqsüz həsrət gələr. Onun dəlilləri Onu öz əhlinə şövqlə vəsf edir, onun (adamın) nəfsini deyil».

Şövq ünsiyyəti vacib bilir.
Ünsiyyət halı
Şeyx deyir: Allahla ünsiyyətin mənası Ona etimad, Onunla sakitlik tapmaq, Ondan yardım istəməkdir. Bundan artıq onun barəsində söz söyləmək mümkün deyil.

Belə rəvayət edilir ki, Mütərrəf b. Abdullah b. Şihhir Ömər b. Əbdüləzizə yazır: «Qoy ünsiyyətin Allahla olsun, yönəlişin Ona olsun, Allahın Allahla ünsiyyətdə olan elə qulları var ki, öz təkliklərində insanların öz çoxluqlarında olduqlarından daha çox ünsiyyətdədirlər. İnsanlarla ünsiyyətdə olanda yalnızlıq duyar, insanlar yalnızlıq hiss edəndə isə ünsiyyətdə olarlar».

Mütərrəf b. Abdullah b. Şihhir tabiinlərin böyüklərindən, Ömər b. Əbdüləziz isə raşidi (haqq yolda olan) imamlardan olmuş.

Ariflərdən biri deyir: «Allah bəzi qullarından Özü ilə ünsiyyətinin həqiqətlərinin haqqını istəyir və onları Özündən başqasının xofundan kənar edir».

Allahla ünsiyyət qullar üçün təharətinin tamlığı və zikrinin saflığı, onu Allah-Təaladan ayıran hər bir şeydən ara­lanmağıdır. Belə olanda Allah-Təala onlarla ünsiyyətdə olar.

Ünsiyyət əhli öz ünsiyyətində üç halda olur. Bəziləri zikrlə və qəflətdən, günahdan aralanmaqla, itaətlə ünsiyyətdə olurlar.

Səhl b. Abdullahın belə söylədiyi nəql edilir: «Ünsün əvvəli quldadır. Nəfsi və orqanları əql vasitəsi ilə ünsiyyətdə olur, əql və nəfs şəriət elmi ilə, əql, nəfs və orqanlar Allahın saf əməlləri (elmləri) ilə ünsiyyətdə olur, qulun Allahla ünsiyyətdə olması qulun Onunla rahatlıq tapmasıdır».

İkincisi qulun Allahla ünsiyyətdə olub, onun Ondan savayı maneələrdən və məşğul edən fikirlərdən aralanmasıdır.

Zu‘n-Nundan ünsiyyətin əlaməti nədir soruşanda belə cavab verir: «Məncə, O, səni Öz yaratdıqları ilə ünsiyyətə verirsə, səni Özündən aralayır, səni öz yaratdıqlarından aralayırsa, səni Özü ilə ünsiyyətə gətirir».

Cüneyd Allahla ünsiyyət barədə bunları söyləyir: «Heybətin (qorxu qarışıq sevginin) varlığı ilə təvazökarlığın artmasıdır».

İbrahim Məristaninin fikrincə: «Ünsiyyət – qəlbin öz sevgilisi ilə bərabər sevincidir».

Üçüncüsü isə [Allahın] heybətinin, yaxınlığının və ün­siy­yətinin artması ilə ünsiyyətin görüntüsündən uzaqlaşmaqdır.

Mə‘rifət əhlindən bəzilərinin qeyd etdiyinə görə, Allahın elə qulları var ki, Onun heybətindən başqası ilə ünsiyyətdən qaçarlar.

Bir nəfər Zu‘n-Nuna yazır: «Allah səni öz yaxınlığı ilə ünsiyyətə çatdırsın». Zu‘n-Nun ona belə cavab verir: «Allah səni öz yaxınlığından aralasın, O, səni öz yaxınlığı ilə ünsiyyətə çatdırırsa, bu, sənin dəyərindir, əgər səni öz yaxınlığından uzaqlaşdırırsa [və ünsiyyətə çatdırırsa], Onun dəyəridir». Onun: «Səni öz yaxınlığından uzaqlaşdırırsa», – deməyinin mənası «Öz yaxınlığının heybətini sənə verməsidir» (aldadıcı hissdən qurtulmaq nəzərdə tutulur).

Şibli: «Ünsiyyət – sənin səndən, nəfsindən və kainatdan ayrılmağındır», – deyir.

Allahla ünsiyyət əminliyi vacib bilir.


Əminlik halı


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin