«Qəbz» (ﺍﻟﻗﺑﺾ) – «sıxma» (azaltma) və «bəst» (ﺍﻟﺒﺳﻁ) «genişləndirmə» (böyütmə) mə‘rifət əhlinin iki şərəfli halıdır. Haqq onları sıxanda [namaza] durmaqdan, azadlıqdan, yeməkdən, içməkdən, danışmaqdan çəkindirir, bəst zamanı isə bunları verir və onları qoruyur. Qəbz arif adamın halıdır ki, onda mə‘rifətindən başqa bir şeyin lütfü yoxdur. Bəst də arif adamın halıdır ki, Haqq onu böyüdür, xəlqi onun ədəbi ilə tərbiyə edənə qədər onu hifz edir. Allah-Təala buyurur: Allah sıxan və genişlik verəndir, siz Ona dönəcəksiniz (Quran 2/245).
Cüneyd qəbz və bəstin mənasına, yəni xov və ümidə dair deyir: «Ümid itaəti genişləndirər, xof səhvləri azaldar (sıxar)».
Arifin xof və ümid halları barədə şair belə söyləyir:
«Haqqın mə‘rifətləri yayılsa, üç şeyi
Əhatə edər, ondan uzaq olanlar aldanmış ruhlardır.
Haqqın lütflərini tanıyan üçün Ondan savayı
Və Ondan başqa bir nəfəs yoxdur.
Məlikin dostluğunu tanıyan etiraf edir ki,
Vəcdi onu sabahın toranlığına təhrik edir.
Arif adəti itirəndir və kin-küdurətin
Bürüdüyü ürəklər ondan yan keçir.
Təvazökarlıqda fəsadı azaldır və yox edir,
Ondan iki şey yan uçar: nitq və dilsizlik.
Haqq Onsuz olan şeylərdə onun yardımına gəlir,
Ondan onun üçün gizli vəhyli işarətlər (cizgilər) var».
Qeyd edirlər ki, ariflər üç növ olur. Birincilər arifliyin heç nəfəsi olmayanlardır, ikincilər vəcdləri tərəfindən Allahın qoruduğu bir hala təhrik edilənlərdir, üçüncülər adət və ənənəni itirən, Haqqın onlara qayğısı sayəsində danışmağın, susmağın və başqa belə şeylərin onlar üçün eyni məna daşıdığı kəslərdir. Susanda Allah üçün susarlar, danışanda Allahdan danışarlar.
Qeyb, hüzur, ayıqlıq, sərxoşluq, vəcd, hücum, qələbə, fəna, bəqa. Bil ki, bunlar Allahı zikr və Ona təzim üçün ürəklərdə baş verən hallardandır.
Dostları ilə paylaş: |