«Sahv» (ﺍﻟﺻﺣﻭ) – «ayılmaq» və «səkr» (ﺍﻟﺳﻜﺮ) – «sərxoşluq» da mənaca örtünmə və hüzura yaxındırlar, lakin ayıqlıq və sərxoşluq əvvəlkilərdən daha qüvvətli və daha tamdır:
«Mənim iki halım ayıqlıq və sərxoşluqdur,
Mən hallarımda hələ də ayığam və sərxoşam.
Sənə yetər ki, ayıqlıq mənə hüzn verir,
Bəs onda sərxoşluq necə haldır ki, ona uydum?
Mən istəyi inkar etdim, çünki istək
Sənin gözlərini məni kəsən və görən göz etdi.
Səndən başqa bir şeyə baxanda
Gecə yuxusunun röyası kimi görürəm».
Sərxoşluq və zəifləmə arasında fərq budur ki, sərxoşluq təbdən yaranmır və varid olduğu vaxt təb və hisslər dəyişmir. Zəifləmə təblə qoşa yaranır, onun varidi təb və hissləri dəyişir, təharəti pozur. Zəifləmə davam etmir, sərxoşluq edir. Hüzur və ayıqlıq arasında fərq budur ki, ayıqlıq təsadüfidir, hüzur isə həmişə olur.
Dostları ilə paylaş: |