«Mövcud» (ﺍﻟﻤﻭﺠﻭﺪ) və «məfqud» (ﺍﻟﻤﻓﻗﻭﺪ) – «itirilmiş» iki bir-birinə zidd sözlərdir. Mövcud yoxluq məkanından varlıq məkanına, itirilmiş isə varlıq məkanından yoxluq məkanına keçəndir.
Zu‘n-Nun deyir: «İtirilmiş üçün kədərlənmə, var olan – qul üçün bir işarətdir».
«Mə‘dum» (ﺍﻟﻤﻌﺪﻭﻡ) – «yox olmuş» var olmayan və mövcudluğu mümkün olmayan şeydir. Əgər bir şeyi yox etsən və olmağı mümkündürsə, onda bu, yox olmuş deyil, itirilmişdir.
Mə‘rifət əhlindən biri deyir: «Aləm yoxluğun iki tərəfinin arasında var olandır, çünki o, yox olmuş yoxluq idi və yox ediləcək yoxluq olacaq bir varlıqdır. Arif onu ancaq yox edilmiş yoxluqla görür. Onun yoxluğunun görüntüsü ona öz Xaliqinin vəhdaniyyətini (təkliyini) tanıdır».
Dostları ilə paylaş: |