Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Pedaqoji ünsiyyətin ümumi xarakteristikası



Yüklə 277,04 Kb.
səhifə141/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   137   138   139   140   141   142   143   144   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

15. Pedaqoji ünsiyyətin ümumi xarakteristikası
Plan:
1. Avtokratik və avtoritar ünsiyyət üslubu
2. Demokratik ünsiyyət üslubu
3. Laqeyd və ya liberal ünsiyyət üslubu
4. Qeyri-sabit ünsiyyət üslubu
5. Müəllimin pedaqoji mərifəti
Pedaqoji ünsiyyət müəllimin şagirdlərlə təlim-tərbiyə prosesində həyata keçirdiyi peşə fəaliyyətidir. Pedaqoji ünsiyyət ümumiyyətlə ünsiyyətin bütün xüsusiyyətlərini özündə əks etdirir. Pedaqoji ünsiyyətin məzmununu müəllim və şagirdin bir-birilə informasiya mübadiləsi təşkil edir. Ünsiyyətin məzmunu təlim prosesində müəllimin qarşıya qoyduğu məqsədlə müəyyən edilir. Ona görə də ünsiyyət zamanı şagirdin həmin məqsədə doğru istiqamətləndirilməsi müəllimdən yüksək ustalıq tələb edir. Müəllimlərin hamısında ünsiyyət üslubu eyni olmur. Pedaqoji ünsiyyətin beş cür rəhbərlik üslubu qeyd olunur: avtokratik, avtoritar, demokratik, laqeyd və qeyri-sabit.
Avtokratik rəhbərlik üslubuna malik olan müəllim sinifdə bir növ nağıllarda təsvir olunan padşahları xatırladır. Qəzəbli görünür, sifəti isə heç gülmür. Kinli-qəzəbli baxışlarla sinfi gözdən keçirir, xüsusi əda və hədə-qorxu ilə sözə başlayır. Bu cür rəhbərlik üslubuna malik olan müəllimlər şagirdlərə yalnız obyekt kimi yanaşırlar. Belə müəllimlər həmişə hökmran olmağa çalışırlar. Şagirdlərə öz müstəqil fikirlərini, tənqidi mülahizələrini söyləməyə, təşəbbüslərini həyata keçirməyə qəti imkan vermir. Onlarla ünsiyyət zamanı şagirdlər təşəbbüskarlığı itirirlər. Avtokrat müəllim uşaqlarla əmr və göstərişlərlə, sərəncamla danışır. Heç kimin rəyi, fikri ilə hesablaşmır. Bu cür müəllimlər ünsiyyətdə seçici, qiymətləndirmədə isə subyektiv olurlar. Ona görə də bu cür ünsiyyət üslubu səmərəli xarakter daşıya bilmir.
Avtoritar rəhbərlik üslubuna malik olan müəllimlər avtokrat müəllimlərdən çox az fərqlənirlər. Yəni həmin üslubla işləyən müəllimlər də hakim mövqeyə malik olurlar. Fərq yalnız ondan ibarətdir ki, avtoritar müəllimlər uşaqların fikrinə, rəyinə qulaq asır, uşaqların çıxış etməsinə, fikir söyləməsinə imkan verir, lakin son məqamda yenə də öz bildiyini edir. Avtoritar müəllimlər şagirdlərlə çox kobud davranırlar. Onları danlayır, düz yol göstərdiklərini düşünüb ancaq məsləhət və nəsihətlər verirlər. Belə müəllimlər təkcə şagirdlərlə yox, həm də valideynlərlə kobud rəftar edirlər. Belə müəllimlərdən şagirdlər çəkindikləri üçün verilən tapşırıqları yerinə yetirməyə çalışırlar.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin