Ustad Hüseyn Ənsariyan



Yüklə 360,92 Kb.
səhifə46/61
tarix04.01.2022
ölçüsü360,92 Kb.
#57156
1   ...   42   43   44   45   46   47   48   49   ...   61

Yeddinci məclis

Bəndəliyin və tövhid etiqadının rəftarda təzahürü


Mənə pərəstiş et, başqasını mənə şərik qoşma və razılığımı qazanmaq qərarına gəl. Mən həmin uca mərtəbəli ağayam ki, səni ram torpaq, qarışıq gildən götürülmüş həqir sudan olan nütfədən çıxardım. Ondan sonra sən insan oldun və mən o nütfədən bir canlı mövcud yaratdım. Uca və mübarəkdir mənim zatım. Mənim yaratdığımda nöqsan yoxdur və mən misilsizəm. Mən ölməz və daimi, yenilməzəm.”

Tövhid və pərəstişə dəvət peyğəmbərlərin ilkin çağırışıdır


Tövhidə və pərəstişə dəvət, Allahın misilsiz zatına şərik qoşmamaq bütün ilahi peyğəmbərlərin ilkin çağırışı olmuşdur. Quranda oxuyuruq: “Hər vaxt hər ümmət arasında bir peyğəmbər seçdik. Allaha pərəstiş edin, tağutdan (uydurma məbudlardan) uzaq olun.”1

Allah-təala öz məhbubu ilə xəlvəti söhbətdə tövhidi yada salmaqla onu özünə pərəstişə, şərik qoşmamağa, razılığını əldə etməyə çağırır. Həzrət Musaya bir nemət olaraq buyurur ki, səni dəyərsiz nütfə və torpaqdan yaratdım, mənim tədbir və tərbiyəmlə inkişaf etdin və hazırkı mərtəbəyə çatdın. Uyğun dəvətə oxşar çağırışı həzrət Musanın peyğəmbərliyinin başlanğıcında müşahidə etmək olar.

Həzrət Musa həyatını təhlükədə gördüyü vaxt Misirdən qaçıb Mədyən şəhərinə üz tutdu. Orada bir ağac altında istirahət etdiyi vaxt quyu başına yığışıb su çəkmək istəyən adamlar gördü. İki qız kənarda dayanıb kişilərin quyudan uzaqlaşacağını gözləyirdi. Həzrət Musa onlara dedi: “Nə üçün burada dayanmısınız?” Dedilər: “Atamız qoca və xəstədir, buraya su üçün gəlmişik. Gözləyirik ki, kişilər uzaqlaşsın, quyudan su götürək.” Həzrət Musa onların qabını alıb su ilə doldurdu, qoyunlarına su verdi. Sonra geri qayıdıb ağacın altında oturdu və dedi: “Pərvərdigara, mən sənin göndərdiyin xeyirə möhtacam.” Rəvayətdə nəql olunur ki, həzrət Musa həmin dua üçün əl açdığı vaxt yarı xurmaya ehtiyaclı idi.

Qızlar ataları Şüeybin yanına qayıtdılar. Şüeyb soruşdu: “Nə tez qayıtdınız?” Qızlar dedilər: “Saleh və mehriban bir şəxs bizim üçün quyudan su çəkdi.” Şüeyb qızlarından birinə dedi: “Get onu yanıma gətir.” Qız həzrət Musanın yanına gəlib həya ilə dedi: “Atam sizi mükafatlandırmaq üçün yanına çağırır.” Musa ona dedi: “Yolu mənə göstər və arxamca gəl. Biz Yaqub övladları arxadan qadınlara baxmırıq.”

Həzrət Musa Şüeybin yanına gəlib öz əhvalatını ona nəql etdi. Şüeyb dedi: “Qorxma, sitəmkarların əlindən qurtulmusan.” Qızlardan biri dedi: “O güclü və düz adamdır. Onu işə götür.” Şüeyb həzrət Musaya dedi: “Səkkiz il muzdla mənə işləməyini istəyirəm. Əvəzində qızlarımdan birini sənə ərə verərəm.” Həzrət Musa razılaşıb səkkiz il Şüeybin yanında qaldı və onun qızı ilə evləndi. Sonra qərara gəldi ki, Misirə getsin. Mədyəndən Misirə qayıdan vaxt Tuba vadisində, Sina səhrasında qaranlıq və soyuq gecədə yolu itirdi. Qəfildən uzaqdan od göründü. Musa zövcəsinə dedi: “Burada məni gözlə, od olan yerə gedim. Yolu tanıyıb bir qədər od gətirim.” Musa oda çatdığı vaxt yaşıl və xürrəm bir ağac gördü. Ağac başdan ayağa od tutmuşdu. Musa ağaca yaxınlaşmaq istədikdə ağac uzaqlaşdı. Həzrət Musa qorxub geri döndü. Amma od ona yaxınlaşırdı. İlk ilahi vəhy məqamı çatmışdı. Od arasında Musanın qulağına belə bir səda gəldi: “Həqiqətən mənəm bir olan Allah. Məndən savayı məbud yoxdur. Mənə pərəstiş et, məni yada salmaq üçün namaz qıl.”1

İnsanın ən mühüm vəzifəsi ibadət və pərəstişdir. Allaha pərəstiş bəndə ilə Allahın ən ali rabitəsini göstərir. Pərəstiş vasitəsi ilə səadət qapıları insanın üzünə açılır. Quranın ondan çox ayəsində peyğəmbərlər öz risalətinə ibadətə çağırışla başlayır. Allah-təala həzrət Nuh haqqında buyurur: “Həqiqətən Nuhu qövmünə doğru göndərdik. O dedi: “Ey qövm! Allaha pərəstiş edin, sizin üçün Ondan savayı məbud yoxdur...”2

Qurani-kərimdə həzrət İsa haqqında buyurulur ki, o Allaha bəndəlik və pərəstişi yeganə düzgün və xoşbəxtlik yolu sayaraq qövmünə belə müraciət etmişdir: “Həqiqətən, Allah mənim və sizin Rəbbinizdir. Ona pərəstiş edin, doğru yol budur.”3

Digər bir ayədə Allah-təala bəndələrin Allahla əhd-peymanından danışır. Şeytanın bəndəlikdən boyun qaçırması yada salınır, itaətsizlik göstərənlər şeytanın ardıcılları kimi tanıtdırlır: “Ey Adəm övladarı! Məgər sizinlə əhd-peyman bağlamamışdımmı ki, şeytana pərəstiş etməyin, o sizin aşkar düşməninizdir və mənə pərəstiş etməyiniz doğru yoldur?!”4

Allah-təala bəndəlik və pərəstişi təkcə insanların yox, həm də cinlərin vəzifəsi sayır. Bu iki varlığın yaranışında məqsəd onların Allaha ibadət etməsi olmuşdur: “Biz cinləri və insanları yalnız ibadət üçün yaratdıq.”5


Yüklə 360,92 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin