29
Bəli, bəyənilməyən həyat tərzinin ölümü çox yaxşı işdir. İnsan
qəlbi ikiüzlü sikkə kimidir. Onun bir üzünə baxmaq üçün o biri
üzünü qapamalısan. Qəlbə aid olan meyl və istəklər həm ilahi
ola bilər, həm də heyvani. İnsanı kamala aparan meyllər ilahi,
onu alçaldan meyllər heyvanidir. Heyvani şəhvətlər, şeytani
istəklər, insanı uçuruma sürükləyən əmmarə nəfs hökmən
öldürülməlidir. Bu meyllərin öldürülməsinə, əmmarə nəfsin
insana hakim olmasına yol verilməməlidir. Bu meyllər hökmən
öldürülməlidir. Əks-təqdirdə insanın tərəqqisinin qarşısı
alınacaqdır. Əslində həmin meylləri öldürmək yox, kamilləşmə
istiqamətinə yönəltmək lazımdır. Onlardan təkamül məqsədi ilə
istifadə olunmalıdır. Əgər insan öz heyvani istəklərini
doyurmaq üçün ifrata varsa, bir çox başqa mənfi qüvvələr də
canlanacaq, insanı oda çəkəcək. Ona görə də bu meyllər
söndürülməlidir. Həzrət (ə) “qəlbi öldür” deyərkən məqsədi
qəlbdəki heyvani hisslərin öldürülməsi olmuşdur.
Biz həyat dedikdə hərəkət və fəaliyyət nəzərdə tuturuq.
Dirilik nəzərimizdə nəfəs almaq kimi canlanır. Bir canlı
dayanıb, nəfəs dərmədikdə onu ölmüş hesab edirik. Amma
qəlbin diriliyi dedikdə xüsusi bir fəallıq nəzərdə tuturuq.
Demək, bə’zi fəaliyyətlər nəinki dirilik sayılmır, hətta həmin
fəaliyyətlərə görə qəlb ölü hesab olunur. Yalnız insanın
kamilliyinə xidmət edən fəaliyyətlər dirilik nişanəsidir. Şəhvət
odundan hərəkətə gələn fəaliyyətlər isə hökmən buxovlanmalı,
məhv edilməlidir.
Dostları ilə paylaş: