Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə25/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   156
Əbədi öyüd 2022

DÖRDÜNCÜ DƏRS


36
QƏLBIN HALLARı (2)
(Ey oğlum, öz qəlbini) ölümü xatırlamaqla zəlil et, fənalığı
e’tiraf etdir, Allah xofu ilə aram et, ona səbir libas geyindir,
dünya  faciələrini  göstər,  dövranın  hücumlarından,  gecə  və
gündüzün təhlükələrindən həzər qıldır.”
Qeyd olunduğu kimi, qəlbin iki mühüm vəzifəsi vardır: dərk
və  hərəkət  mənşəyi  olan  meyllər.  Əlbəttə  ki,  meyllər də  öz
növbəsində  iki  qismə  bölünür.  Meyllərin  bir  qismi  Allaha,
digər qismi şeytana istiqamətlənmişdir. Yə’ni qəlbdə həm ilahi,
həm də heyvani meyllər ola bilər. 
İnsanı  hərəkətə  gətirən  onun  qəlbindəki  meyllərdir.  Çünki
bütün ixtiyari hərəkətlər səbəbə ehtiyaclıdır. Hərəkəti doğuran
səbəb  olmalıdır.  Bə’zən  hərəkətə  gəlmiş  meyllər  insanı


37
müəyyən  bir  istiqamətə  yönəldir.  Beləcə,  heyvani  istəklər
qələbə  çaldıqda qəlb coşur,  heç  vəchlə  cilovlanmır. O,  tüğyan
qopararaq,  tə’lim  görməmiş  at  kimi  öz  sahibini  yerə  çırpır.
Bəli,  insan  qəlbi  bə’zən  vəhşi  at  kimi  islah  olmur.  Heyvani
istəklər,  məqampərəstlik,  cinsi  ehtiras  elə  tüğyan  qopara  bilər
ki,  onları  cilovlamaq  mümkünsüz  olar.  Vəhşi  ata  süvar  olmaq
necə  çətindirsə,  coşmuş  qəlblə  də  sağlam  həyat  tərzi  yaşamaq
müşküldür.  Bəs  bu  at  necə  cilovlanmalıdır?  Tüğyan  qoparmış
qəlbi necə ram etmək olar?
QƏLB RAHATLıĞı
Əgər  nəfs  və  ya  qəlb  heyvani  meyllər  hesabına  tüğyan
qopararsa,  onu  ram  etmək  çətin  olar.  İnsanı  özbaşına  nəfsin
bəlasından  yalnız  ölüm  haqqında  düşüncələr  xilas  edə  bilər.
Qəlbini  ölüm  haqqında  düşüncələrlə  sığallayan  insan  onu
sakitləşdirər,  ram  edər.  İnsan  ölümü  xatırlamalı,  ömürün  sona
yetəcəyi barədə düşünməli, bu günkü gücünə uymamalıdır. Hər
hansı yolla diqqətini  ölümə  yönəldən insan qəlb rahatlığı əldə
edə bilər. Bu sahədə nümunələr çoxdur. Hər birimiz təcrübədə
belə nümunələrlə qarşılaşırıq. Məsələn, diqqətimiz bir işə cəlb
olunduğu vaxt hansısa bir amil  diqqətimizi  həmin  işdən  ayıra
bilir. Nəfs gözlənilmədən ram olur. Belə bir hal dünyəvi işlərdə
də  baş  verir.  Qəlbin  ram  olunmağı  üçün  isə  ən  yaxşı  vasitə
ölümü xatırlamaqdır. İnsan  tezliklə dünyadan köçəcəyi  barədə
daim  düşünməlidir.  Ölüm  fikri  insanı  üsyankar  halətdən
uzaqlaşdırır,  qəlb  aramlıq  tapır.  Bütün  deyilənlər  həzrətin  (ə)
“qəlbini ölümü xatırlamaqla zəlil et” buyuruğunun mahiyyətini
açıqlayır. 
“Zəlil”  kəlməsi  (“zəlul”  –  “ram”)  “harın”  kəlməsinin
antonimidir.  İstər  “ram”,  istərsə  də  “harın”  kəlmələri  atın
sifətləridir.  Əgər  qəlb  harınlıq  edərsə,  onu  ölüm  fikri  vasitəsi
ilə ram etmək olar. 
Qəlbdə  ölüm  fikrini  gücləndirmək  üçün  ona  əbədi
yaşamayacağını,  bir  gün  öləcəyini,  fəna  olacağını  daim


38
xatırlatmaq  lazımdır.  Ona  görə  də  Həzrət  (ə)  sözünün
davamında  “ona  fəna  olacağını  e’tiraf  etdir”  –deyə buyurur.
Bəli,  ömrün  məhdudluğuna,  dünyanın  faniliyinə  diqqət  nəfsi
ram edir. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin