Валидейнляримин язиз хатирясиня


Jədvəl 6.1 Materialların tara və qablaşdırılmasının smeta qiyməti



Yüklə 2 Mb.
səhifə2/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   2   3   4   5   6   7   8   9   ...   73
tikinti-smeta

Jədvəl 6.1
Materialların tara və qablaşdırılmasının smeta qiyməti





Material, kontsrusiya və məmulatların adları

Ölçü vahidi

Xərjlər man-la

«Netto»dan «Brutto»ya keçid əmsalı

1

Neft bitumu

ton

15,3

1,06

2

Şüşə

m2

0,14

1,5

3

Tikinti gipsi

ton

40,4

1,03

4

Əlif

ton

26,4

1,65

5

Parket

m2

0,4

1,2

6

Perqamin

10m2

0,06

1,07

7

Keramik plitələr

10m2

6,79

1,17

8

Mastika

ton

43,3

1,13

9

Lak

ton

63,1

1,20

10

Linolium

100m2

2,69

1,29

Bundan başqa materialların daşınması zamanı qabların çəkisi də nəzərə alınmalıdır. Nəqliyyat işində əsasən yükün «brutto» çəkisi nəzərdə tutulur. Smeta normasında həmçinin materialların «Netto» çəkisindən «brutto» çəkisinə keçmək üçün xüsusi keçid əmsalları nəzərdə tutulmuşdur. Bəzi hallarda qablaşdırma və rekvizit xərjləri buraxılış qiymətində nəzərdə tutulmazsa, bu smeta qiymətində nəzərə alınmalıdır. Qeyd edildiyi kimi, materialların smeta qiymətində təjhizat və satış təşkilatlarının əlavə xərjlərində əks etdirilir. Bu əlavə xərjlər iki növə ayrılır:



  • tranzit əlavə xərjləri (birbaşa əlavə xərjlər);

  • ambar üzrə əlavə xərjləri.

Birbaşa əlavə tranzit xərjlər materialların sənaye buraxılış qiymətinin 0,5%-ni, ambar üzrə əlavə xərjləri isə 2-5%-ni təşkil edir. Hazırda materialların çatdırılmasında müxtəlif vasitəçilər və təşkilatlar iştirak etdiyinə görə qeyd edilən normativlər dəyişə bilər. Son vaxtlar material resusrlarının tələbatçıya çatdırılmasında və satılmasında bir çox aralıq təşkilatçılar, vasitəçilər, əmtəə-bircaları yaranmışdır. Təjhizat və satış təşkilatlarının smeta qiymətini tərtib etdikdə, əlavə qiyməti material-texniki resursları alan və onu satan təşkilatla razılaşma yolu ilə həyata keçirilir.
Tikinti materialları və konstruksiyalarının smeta dəyərinin quruluşunda ən çox xüsusi çəkiyə malik olan, materialların daşınması xərjləridir. Smeta qiymətlərində nəqliyyat xərjinin miqdarı daşınan materiallarda istifadə edilən nəqliyyatın növünü, yüklərin daşınması və şəraiti həmçinin, buraxılış qiymətdə franko-nəzərdə tutulan növü nəzərə almaqla təyin edilir. Bununla əlaqədar olaraq, smeta normasında materialların daşınması xərjləri göstərilmişdir (yükləmə, boşaltma və tarif qiyməti).
Materialların və kontsruksiyaların smeta dəyərində nəzərdə tutulan xərjlərdən biri də hazırlıq-ambar xərjləridir. Bu xərjlər bilavasitə tikinti meydançasında materialların saxlanılması üçün tələb olunan ambarların istismar xərjlərini və materialların qorunması ilə əlaqədar olan xərjləri özündə əks etdirir.
Materialların saxlanılması, qorunması, tikintiyə verilməsi üçün hazırlanması, obyektyanı ambardan buraxılması və s. üzrə ambar-hazırlıq xərjlərinin normativi (Nn) müəyyən olunmuşdur. Bu normativ materialların obyektyanı qiymətindən aşağıdakı miqdarda götürülə bilər:

  • tikinti və santexnika materialları üçün – 2%;

  • metal konstruksiyalar üçün – 0,75%;

  • avadanlıqlar üçün – 1,2%

Bu normativlərə əsasən ambar hazırlıq xərjlərinin məbləği belə hesablanır.

Ax=Mq·Nn/100 (6.1)


Mq-uyğun materialların obyektyanı qiyməti (man);


Nn-hazırlıq-ambar xərjlərin normativi (%);
Ambar-hazırlıq xərjlərinin quruluşunu təxmini olaraq aşağıdakı kimi göstərmək olar (%):

  • hazırlıq appartın saxlanılması - 25

  • material ambarlarının saxlanılması - 35

  • materialların korlanması və itkisi – 40

jəmi 100

Yuxarıda qeyd edildiyi kimi, material və kosntruksiyaların smeta dəyəri hazırda ən çox kalkulyasiya yolu ilə təyin edilir. Bununla əlaqədar olaraq material ehtiyatlarının jari qiymətləri və bir çox xüsusi hallarda kalkulyasiya yolu (metodu) ilə təyin olunur. Bunun üçün xüsusi kalkulyasiya jədvəli tərtib olunur, həmin jədvəldə materialların konkret adları, obyektyanı ambara daşınması xərjləri, ambar-hazırlıq xərjləri, qablaşdırma və rekvizit xərjləri; təjhizat və satış təşkilatlarının əlavə qiymətləri daxil olmaqla bütün xərj elementləri öz əksini tapmışdır. Material və konstruksiyaların smeta dəyərinin kalkulyasiya yolu ilə təyin olunması aşağıdakı jədvəl 6.1. şəklində tərtib edilir.


Jədvəl 6.2



Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin