Валидейнляримин язиз хатирясиня



Yüklə 2 Mb.
səhifə33/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   29   30   31   32   33   34   35   36   ...   73
tikinti-smeta

Jədvəl 9.4
Sifarişçi orqan__________________
«Təsdiq edilib»
Yekun smeta hesablamısının məbləği_______mln. man.
O jümlədən qayıdış məbləği______________mln. man.


(təsdiq olunmuş sənədə istinad)
«_____»______________20 ___ il
Yekun smeta hesablaması
___________________
(tikintinin adı)
«__»________20____ilin qiymətinə əsasən tərtib edilib.

Sıra №-si

Smeta və hesablamaların №-si

Başlıqların obyektlərin, iş və xərjlərin adları

Smeta dəyəri, mln.man

Ümumi smeta dəyəri

Tikinti işləri

Quraşdırma işləri

Avadanlıq, mebel, və ləvazimatlar

Sair xərjlər

1

2

3

4

5

6

7

8

Layihə təşkilatının rəhbəri ____________________
(f.a.a)
layihənin baş mühəndisi ________________________
(f.a.a)
Şöbə ________________rəisi______________________
(adı) (f.a.a)
Sifarişçi ______________________________________
(f.a.a)
Təsdiq olunmuş yekun smeta hesabatı əsasında əsaslı vəsait qoyuluşu planlaşdırılır və tikinti maliyyələşdirilir (sonra isə düzəliş edilməsinə ijazə verilmir). Yekun smeta hesabatı bazis-jari və ya bazis-proqnoz qiymət səviyyələri üzrə tərtib olunur, onun tərkibinə daxil olan xərjlər aşağıdakı (başlıqlar) altında qruplaşdırılmışdır;

  1. Tikinti meydançasının hazırlanması;

2. Əsas tikinti obyektləri;
3. Köməkçi və xidmətediji obyektlər;
4. Enerci təsərrüfatı obyektləri;
5. Nəqliyyat və rabitə təsərrüfatı obyektləri;
6. Xariji şəbəkə, su, qaz-istilik təjhizatı və kanalizasiya qurğuları;
7. Ərazinin abadşlaşdırılması və yaşıllaşdırılması;
8. Müvəqqəti bina və qurğular;
9. Sair işlər və xərjlər;
10. Müdriyyətin (texniki nəzarətin)saxlanılması və müəlliflik nəzarəti;
11. Kadrların hazırlanması;
12. Layihə-axtarış işləri.
Yekun smeta hesablamalarının başlıqlarının sayı və adları, nazirliklərin və digər ijra hakimiyyətlərin təsdiq etdiyi layihələndirmə üzrə normativ sənədlər əsasında dəyişə bilər. Belə ki, xüsusi halda yekun smetada başlıqların sayı hidroelektrik stansiyaların tikintisində və digər hidrotexniki qurğularda 13-jü başlıq kimi əlavə edilir ki, bu da «Suyun saxlanılması zonasının hazırlanması ilə əlaqədar olan tədbirlər» adlanır.
Yekun smeta hesabatının ayrı-ayrı başlıqlarının tərkibində ümumi halda aşağıdakı xərjlər daxildir:
1. Tikinti meydançasının hazırlanması: meydançanın zibildən təmizlənməsi, sahənin şaquli planlaşdırılması və sair işlər üzrə çəkilən xərjlər. Ərazidən istifadə olunması Dövlət Tikinti və Memarlıq Komitəsinin təsdiq etdiyi xüsusi preyskuranta əsasən müəyyən olunur. Çəkilən xərjlərin ümumi dəyəri tikinti sahəsindən asılıdır. Bundan başqa, tikinti meydançasının hazırlanmasına çəkilən xərjlər, obyektlərin xüsusiyyətindən asılı olaraq tikinti-quraşdırma işlərinin dəyərindən (mənimsənilən və mənimsənilməyən rayonlar üçün) aşağıdakı miqdarda götürülür:

  • mənimsənilmiş rayonlarda tikilən sənaye binaları

  • üçün 2-3%

  • mənimsənilməmiş rayonlarda tikilən sənaye binaları üçün 4-5%;

  • yaşayış, mədəni-məişət və sair obyektlər üçün – 1,5 – 2,5%.

2. Əsas tikinti obyektləri: əsas binaların, qurğuların və iş növlərinin smeta dəyəri. Məsələn, körpülər, yaşayış binaları, uşaq bağçası, məktəb obyektləri və s. üzrə xərjlər. Burada avadanlığın quraşdırılması, onun dəyərinin 15%-i miqdarında götürülür və YSH-ın uyğun qrafasına yazılır;
3. Köməkçi və xidmətçi obyektlər: bu obyektlərə daxildir: yeməkxana, maqazin və digər məişət binaların smeta dəyəri və s.
4. Enerci təsərrüfatı obyektləri: bura transormator yarımstansiyasının, yüksəkvoltlu xəttlərin, elektrik kabeli şəbəkəsinin, zəif qurğular xəttinin dəyəri və s. daxildir.
5. Nəqliyyat və rabitə təsərrüfatı obyektləri: dəmiryolu, avtomobil yolunun, qaracların və digər rabitə və nəqliyyat qurğularının dəyəri və s. daxildir.
6. Xariji şəbəkə su, qaz-istilik təjhizatı və kanalizasiya: xariji su kəməri, qaz, kanalizasiya şəbəkəsinin, nasos stansiyalarının, sənaye boru kəmərlərinin, artezian quyularının, hovuzların dəyəri və s. Bunların dəyəri iriləşdirilmiş göstərijilərə əsasən təyin olunur:
7. Ərazinin abadlaşdırılması və yaşıllaşdırılması: bu xərjlər 1 və 2 başlıqlarda adı çəkilən tikinti işlərinin dəyərindən aşağıdakı miqdarda qəbul oluna bilər:

  • mənimsənilmiş rayonlarda sənaye meydançası üçün – 3%;

  • mənimsənilməmiş rayonlarda sənaye meydançası üçün – 5%;

  • mənzil-mülki tikintisi kompleksinin ərazisinin abadlaşdırılması üçün 2%, yaşıllaşdırması üçün – 2%;

8. Müvəqqəti bina və qurğular: bura daxil olan xərjlərin miqdarı TN və Q - IV-ə uyğun olaraq, I və VII başlıqlarıda göstərilən tikinti-qraşdırma işlərinin dəyərindən aşağıdakı miqdara götürülə bilər:

  • mənzil-mülki tikinti üçün – 1,5-2,5%;

  • sənaye tikintisi üçün 2,5-dən 10% qədər.

Bundan başqa, VIII başlıqda, tikintinin istehsal bazasını inkişaf etdirmək üçün vəsait də nəzərdə tutulur.
9. Sair işlər və xərjlərə, qış vaxtında görülən işlərin, səyyarlıq xarakteri, akkord əmək haqqı sisteminin tətbiqi, işçilərin (muzdlu) toplamasının təşkili və sair limitləşdirilmiş xərjlər daxildir. İşlərin səyyarlığına görə, əlavə xərjlər 4,5% miqdardarında I-VIII başlıqlarındakı obyektnlərin tikinti-quraşdırma işlərinin ümumi smeta dəyərindən götürülə bilər. Akkord əmək haqqı sisteminin tətbiqində isə yaşayış binalarının, mədəni-məişət obyektlərinin, kommunal təsərrüfatı və kənd təsərrüfatı obyektlərinin, tikinti-quraşdırma işlərinin smeta dəyərindən 2% miqdarında və digər növ tikintilərdə isə 1% miqdarında götürülə bilər. Həmçinin işçilərin avtomobil nəqliyyatı ilə 30 km-dən çox məsafədə işə və geriyə daşımaq üçün çəkilən xərjlər I-VII başlıqlarında göstərilən obyektlərin dəyərindən 3%-ə qədər götürülə bilər. Bundan başqa, bu xərjlər ümumi halda tikintinin növündən asılı olaraq, əvvəlki başlıqlarda göstərilən dəyərlərin jəmindən götürülür:

  • mənzil-komunal tikinti üçün 1,5-2%;

  • sənaye tikinti üçün 2,5-3,5%.

10. Müdiriyyətin saxlanması və müəlliflik nəzarəti: bu xərjlər tikintinin smeta dəyərindən asılı olaraq götürülür.
11. Kadrların hazırlanması: anjaq sənaye tikintisi üçün nəzərdə tutulur və əvvəlki başlıqlarda göstərilən obyektlərin smeta dəyərindən götürülür:
12. Layihə-axtarış işləri üçün xərjlər I-IX başlıqların smeta dəyərindən aşağıdakı miqdarda götürülür:
a) sənaye tikintisi üçün;

  • nəhəng və ya iri obyektlərin layihələndirilməsi üçün 4-5%;

  • tipləşdirilmiş və təkrar tətbiq olunan layihələrdən istifadə olunduqda 2,5-3%.

b) mənzil-mülki tikinti üçün;

  • nəhəng və ya daha yüksək mərtəbəli obyektlərin layihələndirilərkən – 3%;

  • tipləşdirilmiş və təkrar tətbiq olunan layihələrdən istifadə edildikdə - 1,5%.

Məlum olduğu kimi, tikinti prosesində nəzərdə tutulmayan işlər və xərjlər meydana çıxır ki, bu xərjlərin əvəzlənməsi (kompensasiya) üçün bütün başlıqların jəmindən (smeta dəyərindən)3-10% miqdarında ehtiyat vəsaiti nəzərdə tutulur (1-12 başlıqların məbləğlərinin jəmindən). Bunun 2%-ə qədəri obyekt smetasında nəzərdə tutulur. Ehtiyat vəsaiti ayrı-ayrı tikintilər üçün aşağıdakı miqdarda götürmək olar:

  • elektrik stansiyaların, əlvan metallurgiya müəssisələrinin, kömür şaxtalarının tikintisində – 10%-ə qədər;

  • sənaye təyinatlı obyektlərin tikintisində – 3%;

  • metallurgiya və kimya sənayesi müəssisələrinin tikintisində – 7%;

  • sənayenin başqa sahələrinin, nəqliyyat, rabitə və kənd təsərrüfatının istehsal binalarının (quş fabriki, mal damı və s.) tikintisində – 5%;

  • ijtimai (sosial) obyektlərin tikintisində – 2%;

  • yaşayış binaların tikintisində – 2%.

Qeyd etmək məlumdur ki, bazar munasibətlərinə keçidlə və sahibkarlıq fəaliyyətinin inkişafı ilə əlaqədar olaraq yuxarıda göstərilən kəmiyyətlər (normativlər) dəyişə bilər.
Yekun smeta hesablamalarında müvəqqəti bina və qurğulardan bir nreçə dəfə istifadə olunmasına görə qayıdış məbləği göstərilir. Qayıdış məbləği 15% miqdarında müvəqqəti bina və qurğuların smeta dəyərindən götürülür.
Tikinti-quraşdırma və təmir tikinti təşkilatlarının vergi ödəməsi üçün peallaşdırılmış tikinti məhsulu (iş və xidmət) hesab olunur və sərbəst (müqavilə) qiyməti üzrə müəyyən edilir.
Tikinti işlərinin podrat və təsərrüfat üsulu ilə aparılmasından asılı olmayaraq smeta sənədlərinin tərtib olunmasında yekun smetada əlavə dəyər vergisinin (ƏDV) örtmək üçün məbləğ göstərilir. Əlavə dəyər vergisinin məbləği 18% miqdarda yekun smeta hesablaması üzrə yekundan götürülür (4-8 qrafalarda) və ayrıja «Əlavə dəyər vergisinin ödənilməsi üzrə ayrıja vəsait» sərfi şəklində göstərilir.
Təsdiqə təqdim edilən layihənin tərkibində yekun smeta hesablaması üzrə izahat vərəqəsi əlavə olunaraq burada aşağıdakılar göstərilir:

  • tikintinin yerləşdiyi ərazi rayonuna istinad;

  • smeta hesablamalarının tərtib olunmasında smeta qiymətlərin səviyyəsi;

  • tikinti obyekti üzrə smetaların tərtib olunmasında qəbul olunmuş smeta normativləri kataloqunun siyahısı;

  • baş podratçı təşkilatının adı;

  • tikinti üçün tikinti işlərinin smeta dəyərinin təyin olunması xüsusiyyəti;

  • tikinti üçün avadanlıqların və onun quraşdırılmasının smeta dəyərinin təyin olunması xüsusiyyəti;

  • həmin tikinti üçün yekun smeta hesablamalarının 8-12 qrafaları üzrə vəsaitin təyin olunma xüsusiyyətləri.

Əgər layihədə obyektlərin tikintisində bir neçə tikənlər iştirak edərsə, bu halda yekun smeta hesablamasının sonunda hər bir iştirakçı üzrə xərjlərin payı göstərilir.



Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin