Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükə­sizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə



Yüklə 0,6 Mb.
səhifə38/56
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#110356
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   56
Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az

E<
ƏBOB(E, ^A))=l,
D mod (ptN).

Beləliklə, (E,N) ədədlər cütü məlumat göndərənin (imza sahibinin) açıq açan olur. O, bu açarlan özünün elektron imzasını yoxlamaq üçün tərəfdaşlarına göndərir. D ədədi isə gizli açar kimi müəllif tərəfindən məxfi saxlanılır və elektron imzanın yaradılması zamanı istifadə olunur.

Elektron imzanın yaradılması və yoxlanması üçün RSA alqoritminin ümumi sxemi 6.3 saylı şəkildə verilmişdir.

Qeyd olunduğu kimi, elektron imza prosesi iki hissədən ibarətdir. Birinci hissə elektron imzanın yaradılması pro­sedurasından ibarət olub göndərən şəxs tərəfindən icra olunur. Elektron imzanın yaradılması prosedurasımn mahiy­yəti aşağıdakı kimidir. Əvvəlcə, imzalanan T məlumatı heş funksiyanın köməyi ilə sıxılır, yəni onu xarakterizə edən heş qiyməti hesablanır: t=h(T).

Sonra heş qiymət imza funksiyası vasitəsilə məxfi açar­dan (D,N) istifadə edilməklə şifrlənir:

S=tD mod N.

Nəticədə, alınmış informasiya elektron imza qismində göndərilən məlumata əlavə edilərək (T.S) cütlüyü S elektron imzası ilə imzalanmış T sənədi qismində alan tərəfə gön­dərilir. Beləliklə, məlumat imzalanmış olur.

Elektron imza prosesinin ikinci hissəsində elektron imzanın yoxlanılması həyata keçirilir. Belə ki, alan tərəf rabitə kanalı vasitəsilə aldığı (T,S) cütlüyünə əsasən elektron imzanın həqiqiliyini yoxlayır.

Bunun üçün, o, əvvəlcə, T məlumatını sıxır, yəni gön­dərənin heş funksiyasına analoji olaraq, t=h(T) heş qiymə­tini hesablayır. Sonra göndərənin açıq açarının (E,N) köməyi ilə S elektron imzasından heş funksiyanın qiy­mətini bərpa edir:

t '=S£mod N.

Nəhayət, alınmış tt' qiymətləri müqayisə olunur.

Əgər bu qiymətlər bərabər olarsa, onda məlumatın və imzanın həqiqiliyi təsdiq edilir, əks halda isə imza və ya məlumat təhrif edilmiş hesab olunur.

  1. Açarların idarə olunması və açıq açar infrastrukturu

Elektron imza texnologiyasının reallaşdırılması üçün həlli zəruri olan əsas məsələlərdən biri də açarların idarə olunmasıdır.

Açarların idarə olunması - aşağıdakı funksiyaları həya­ta keçirən informasiya prosesidir:








Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin