Васунәкләр һәр ики тәрәф арасында ниҝаһ бағларыны мөһкәмләндирмәк үчүн охунан гәлбдән ҝәлән халг мусгисидир



Yüklə 2,19 Mb.
səhifə20/27
tarix10.01.2022
ölçüsü2,19 Mb.
#108172
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

On ikinci fəsil


Hamilə olduğumu anama söyləməyə qorxurdum. Səhərin bir yaşı vardı. Bir axşam süfrə başında oturmuşduq. Anam da oradaydı, Səidlə Həmid də. Səhər mənim qucağımda idi. Bəhmən Səid, Həmid, Səhər və Əliyə tez-tez süfrədən yemək çəkirdi. Anam dedi: “Maşallah! Bəhmən, nə yaxşı səbirlisən!” Bəhmən cavab verdi: “Bibi, mən uşaqları çox sevirəm, istəyirəm yeddi oğlum, yeddi qızım olsun”. Anam güldü. Bəhmən dedi: “Süfrəyə oturanda biri çörəyi o birinin əlindən alsın, biri yanındakının qabağından qatığı götürsün... Çox yaxşı olar, bibi!” Anam gözaltı mənə baxıb dedi: “Qarşıda çox işiniz var. Hələlik əlinə bir oğlan, bir qız keçib”. Bəhmən şıltaqcasına dedi: “İki oğul, bir qız; ya da iki qız, bir oğul”. Anamın yediyi tikə boğazında qaldı, tez üzünü çevirib mənə baxdı. Başımı aşağı salıb Səhərə yemək yedizdirməyə başladım.

Həmin axşamdan anamın mənə qayğısı çoxaldı. Mənə yazığı gəlir, deyirdi: “Nəsrin can, məgər sənin neçə yaşın var?! İyirmi yaşın tamam olub? Bir az da özünə fikir ver. Qoy uşaqların əmələ gəlsinlər. Belə bir-birinin ardınca olanda zəifləyərsən, dişlərin, saçın tökülər”.

Bir söz demədim. Sevinirdim ki, Bəhmən aylarla ürəyimdə qalmış sözü anama dedi. Anam mənimlə həkimə gedəndə bildi ki, uşaq iyulda doğulacaq.


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin