Васунәкләр һәр ики тәрәф арасында ниҝаһ бағларыны мөһкәмләндирмәк үчүн охунан гәлбдән ҝәлән халг мусгисидир



Yüklə 2,19 Mb.
səhifə21/27
tarix10.01.2022
ölçüsü2,19 Mb.
#108172
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

On üçüncü fəsil


1985-ci ilin iyul ayı gəldi. Rəna Mitranın yoldaşına uzaq qohum olan bir oğlanla ailə qurmuşdu. Oğlanın ailəsi Bəhreyndə yaşayırdı, şiə olduqlarına, İran İslam İnqilabını dəstəklədiklərinə görə Bəhreyn dövləti tərəfindən təzyiqə məruz qalmış və bir qismi İrana köçmüşdü. Qayınanam oğlan evini qonaq çağıracaqdı. Bəhmənə zəng vurub demişdi ki, hamılıqla Quma gedək. Bəhmən bugün-sabah uşağımız olacağını bildiyi üçün üzr istəmişdi. Lakin qayınanamın çoxlu israrından sonra həmin vəziyyətdə Quma getməli olduq.

Bəhməndə land cruiser avtomobili vardı. Maşının arxasını yeyinti məhsulları və digər əşyalarla doldurdu. Hətta Əli ilə Səhərin üçtəkərli velosipedlərini də qoydu. Əndimeşkə çatanda uşaqlar parkda velosiped sürdülər, Bəhmən onlara şirniyyat aldı. Məndən soruşdu: “Halın necədir? Çətinliyin yoxdur ki? Əgər uşağın vaxtıdırsa, burada xəstəxanaya gedək”.

Hələ ki uşaqdan xəbər yox idi. Dua və salavatla yola düşdük. Xürrəmabadda bir neçə saat dayandıq, gecəni Bürucerddə yatdıq. Ərakda da bir neçə saat qaldıq. Nəhayət, Quma çatdıq.

İyulun doqquzu idi. Rənanın qayınanasıgil ertəsi gün gələcəkdilər. Günorta yeməyindən sonra qabları yumağa kömək etdim, mətbəxi yuyub-təmizlədim. İstirahət etmək istəyəndə uşağın dünyaya gələcəyini hiss etdim. Bəhməni çağırıb dedim: “Elə indicə məni xəstəxanaya apar!”

Bəhmən özünü itirdi. İlk dəfə idi ki, uşağımız olanda yanımda idi. Qayınanamı səslədi. Qoluma girib məni maşına mindirdilər. Xəstəxanaya çatanda maşından düşə bilmədim. Bəhmən qaçıb xərək gətirdi. Bir neçə nəfərin köməyi ilə xərəyin üstünə uzandım. Məni Doğum şöbəsinə apardılar və az sonra ikinci oğlum dünyaya gəldi. Qayınanam uşağı ilk dəfə görəndə demişdi: “Sanki 25 il öncəyə qayıtdım. Bu uşaq Bəhmənə necə də oxşayır!” Bəhmən də uşağı görmüşdü.

Həmin axşam qərara gəlmişdik ki, qonaqları şam yeməyinə çağıraq, yüngül xörək hazırlayıb parka gedək. Lazım olan ərzağı almaq üçün Bəhmənə bir siyahı vermişdim. Yazmışdım ki, kartof, duzlu xiyar, mayonez, sendvic çörəyi və digər şeylər alsın. Bəhmən uşağı görüb sevindiyindən həmin kağızın arxasına bir söz yazıb mənə göndərmişdi. Tibb bacısı da alış-veriş siyahısını görüb təəccüblənmişdi. Bəhmənin kağızını mənə verdi və zarafata dedi: “Bu siyahını ərin verdi. Dedi ki, tez ayağa qalxıb bazara getsin, bunları alıb gəlsin. Axşama qonağımız var”.

Bəhmən kağızın o biri üzünə belə yazmışdı:

“Əzizim, ümidvaram ki, bu mübarizədə qələbə çaldığın kimi nəfsə qarşı mübarizə olan böyük cihadda da qalib gələsən.

Səni sevən Bəhmən”

Kağızdan Bəhmənin ətri gəlirdi və bu mənə yaxşı təsir edirdi.

Bəhmən uşağın adını Səccad qoydu. O deyirdi: “Namazın müxtəlif hissələri arasında ən çox səcdəni sevirəm. Səcdə Allaha eşq yeridir. Adam səcdədə Allaha birləşir”. Doğru deyirdi. Bəhmənin namazının səcdələri uzun olurdu, çox vaxt səcdədə ağlayırdı.

Qayınanam Səccadı sevirdi. O deyirdi: “Nəsrin, gül doğmusan: dörd kilo yarımlıq bir uşaq!” Bəhmən uşağın yeddinci günü bütün qohumları dəvət edib qonaqlıq verdi.

Bir neçə həftədən sonra Əhvaza qayıtdıq. O günlərdə Əhvazda vəziyyət ağır idi, digər şəhərlərdən oraya gedib-gələn az idi. Hər həftə şəhər əhalisinin bir qismi ya cəbhələrdə, ya da bombardman nəticəsində şəhid olurdu. Lakin biz Əhvazdan tərpənmək fikrində deyildik. Qırmızı vəziyyət elan olunanda uşaqları qucağıma götürür, birinci mərtəbədə pilləkənin altında otururduq. Gözləyirdik ki, hamımız birlikdə şəhid olaq. Bəhmən evdə olanda onu da özümüzlə aparırdıq. O, gülüb qışqırırdı: “Mən ölmək istəmirəm. Mən yaşamaq istəyirəm”. Beşimiz də qucaqlaşanda yaxşı hisslər keçirirdik.

Bəhmən Əhvaz, Şiraz, Xürrəmşəhr və Abadan yollarında idi. Lakin ən azı həftədə 2-3 gün bizimlə qalırdı. Səhəri qucağına götürüb ona oxuyurdu:


Ay arı, arı, arı! Xürrəmşəhr və qızları!

Ay həri, həri, həri! Xürrəmşəhr və gözəlləri!

Ay iri, iri, iri! Abadan və dilbərləri!

Səhər də gülməkdən uğunurdu.
Əli cizgi filminə baxmağı çox sevirdi. 14 inç ölçüsündə bir ağ-qara televizorumuz vardı. Axşamüstülər onun qabağında oturub uşaq verilişini izləyirdi. Ən çox «Balaca Əlinin nağılları» verilişini sevirdi. Verilişin musiqisi başlayanda onunla birlikdə oxuyurdu:
Li-li-li, li-li-li, Əli kişi!

Balaca Əli, bambalaca bir kişi!

Balaca Əli çox mehribandır,

Yaxşı anası bilir bunu haçandır.

Bu da atasıdır, yeri həmişə dolsun!

Cəbhəyə gedib. Allah ona yar olsun!
Bəhmən evdə olanda Əli atasına baxıb fərəhlənirdi. Yəqin fikirləşirmiş ki, özü televizordakı balaca Əli, Bəhmən də onun cəbhəyə gedən döyüşçü atasıdır.

Bəhmən bir turnik alıb qapıların birinə vurmuş, ip və taxta ilə uşaqlara yelləncək düzəltmişdi. Səhərlə Əlini növbə ilə yelləncəyə qoyur, onlara şeir oxuyurdu:


Qüdsü azad etmək üçün

Kərbəladan keçmək lazımdır!..

Kefi kök olanda da belə oxuyurdu:

Ay qalan! Geri qalan!

Səni görəsən qara ilan!
Mən mətbəxdə bişir-düşürlə məşğul olanda Bəhmən uşaqları yelləyir, onlarla oynayırdı.

Korpusun Yardımlaşma şirkətinin üzvü idik. Bir gün Bəhmən bir televizor gətirdi. Püşkdə adı çıxmış, aşağı qiymətə rəngli televizor almışdı.

Uşaqların müşayiətilə 21 inç ölçüsündə rəngli televizoru qutusundan çıxardı. Uşaqlar televizorda rəngli adamları, cizgi filmlərini görüb çox sevinirdilər. Təsadüfən, həmin gün Səidlə Həmid bizə gəldi. Onlar da rəngli televizoru görüb sevindilər. Biz didərgin düşəndən sonra Səidlə Həmid tez-tez anama deyirdilər ki, get Xürrəmşəhrdən televizorumuzu gətir, ya da bizə böyük bir televizor al. Rəngli televizor gələndən sonra Səid, Həmid və digər uşaqlar səhərdən axşama qədər onun qarşısından tərpənmirdilər. Səidgil hərdən anama deyinirdilər: “Ya Allah... Bizə televizor al. Bunlarda var, bizdə niyə yoxdur?”

Bir gün anam Səid və Həmidlə birgə harasa getdi. Bəhmən Səhəri dizinin üstə oturtdu, Əlini də çağırıb dedi: “Baxın, uşaqlar, bizim iki televizorumuz var, Səidlə Həmidgilin isə bir dənə də yoxlarıdır. Televizorumuzun birini onlara vermək barədə fikriniz nədir?” Əli bir qədər fikirləşdi. Səhərin iki, Səccadın isə bir yaşı vardı. Yalnız Əli qərar qəbul edə bilərdi. Birdən dedi: “Verək, ata!” Bəhmən güldü, Əlinin başını sığallayıb dedi: “Bərəkallah, oğlum! Bəs səncə, hansını verək?” Əli tez cavab verdi: “Balacanı, ağ-qaranı”. Səhər də qardaşını yamsılayıb dedi: “Balacanı!” Bəhmən dedi: “Mənsə deyirəm rənglini verək. Sən dostunun ad gününə gedəndə xarab olmuş köhnə maşınını hədiyyə apararsan, yoxsa təzə və qəşəng bir maşın alarsan?” Əli ağıllı uşaq idi. Atasının məqsədini anlayıb dedi: “Yox, ata... Mən rənglini çox istəyirəm. O bizimdir”. Bəhmən Əli ilə danışdı. Bəzi sözlərinə acığım tutsa da, müdaxilə etmirdim. Görürdüm ki, uşaqları yaxşı tərbiyə edir. Fikirləşirdim ki, yaxşısı budur işini görsün. Hərçənd mən istəyirdim ki, rəngli televizor özümüzə qalsın.

Şam yeməyi hazır idi. Bəhmənlə Əli mətbəxə girdilər. Əli dedi: “Ana, sən də icazə verirsən rəngli televizorumuzu Səidlə Həmidə verək?” Bəhmən öz işini görmüşdü, qalib görkəmdə gülürdü. Nə cavab verə bilərdim?! Həmin axşam 21 inçli rəngli televizor qutusuna girdi və bir neçə gündən sonra anamgillə birgə Tehrana getdi.

***


Səccad altıaylıq idi. Həmədanlı ailə ilə bir evdə qalırdıq. Xanımın hamiləliyinin son ayı idi. Bəhmən kimi onun əri ağa Fəzli də Vəlfəcr-8 əməliyyatında iştirak edirdi. Əmim və qayınanam bizdə idilər. Həmin xanımın Səid adlı biryaşlı oğlu vardı. Qayınanam çox vaxt onu bizim uşaqların yanına gətirirdi ki, anasını incitməsin. Birdən xanımın ağrısı çoxaldı, qayınanamla əmim onu xəstəxanaya apardılar. Uşaq dünyaya gəldi, lakin nə əri gəldi, nə də Bəhmən. Əmi bazara gedib xanıma püstə, badam və ciyər aldı. Qayınanam ona xəşil bişirdi. O, yaxşılaşana qədər qayınanamla köməkləşib işlərini gördük.

Bu müddətdə Bəhmən hərdən bizə məktub yazırdı. Bir dəfə bizimlə zarafatlaşmaq və Əlini sevindirmək üçün dostundan bizə bir qeyd göndərdi. Əliyə belə yazmışdı: “Əli can, biz düşmənin bir təyyarəsini vurduq. Pilotu tutmağa gedəndə gördük ki, güllə adamın burnunu qoparıb”. Əli gülməkdən uğunub deyirdi: “Ana, bir də oxu!”

Gecənin yarısı idi. Səccada süd vermək üçün oyanmışdım. Birdən bir səs eşitdim. Qalxıb gördüm ki, Bəhməndir, amma necə?! Qorxumdan yavaşca qışqırdım. Bəhmən sakitcə dedi: “Qorxma! Qorxma, mənəm”. Qaralmış üzündə kiçik və böyük suluqlar vardı. Saç-saqqalı uzanmışdı, toz-torpağın içində idi. Nə baş verdiyini soruşanda dedi: “Heç nə, düşmən kimyəvi silah tətbiq edib”. Öskürməyə başladı. Danışa bilmirdi. Gözüm əllərinə sataşdı. Yaralı idi.

- Xəstəxanaya getmədin? Həkim sənə baxmadı?

Laqeyd halda cavab verdi:

- Bir şey deyil, sağalacaq. Rəhmət də mənim kimi olub, ağa Fəzli də.

- Bəs əleyhqaz taxmamışdız?

- Yox əşi, bombardman olanda bilmədik. Sonra gördük ki, səma rəngli buludlarla dolub; sarı, narıncı və yaşıl rəngli narın zərrəciklər idi.

Paltarlarını çıxarmasını söylədim. Onları bir kənara qoyub özünü hamama göndərdim. Suluqları daha da pisləşdi.

Ertəsi gün gördüm ki, xanım Fəzli yoldaşının paltarlarını yuyub həyətdəki ipdən asıb. Bəhmən dedi: “Mənim paltarlarımı yandır. Uşaqlara bir şey olmasın”. Ağa Fəzlinin vəziyyəti Bəhməndən də pis idi. Heç biri yaxşı deyildi. İki-üç dəfə həkimə getdilər, amma sağalmadılar. Nəfəsləri gəlmirdi, bədənlərində yara əmələ gəlmişdi. Müalicə üçün Şiraza getdik. Orada həkim Bəhməni müayinə edib təəssüflə başını yellədi və dedi: “Hələ başınıza nə gəldiyini bilmirsiz. İyirmi ildən sonra başa düşəcəksiz!”



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin