Şəkil 10.4. Lissaju fiqurları ilə tezliyin
ölçülməsinə nümunələr
Ossilloqraf üsulunun nisbətən sadə variantında nümunəvi tezlikli f0 siqnal mənbəyi kimi G1 generatoru tətbiq olunur. Bu üsulda dairəvi açılış təsvirinin parlaqlığının modulyasiyasından istifadə olunur. Nümunəvi f0 tezlikli gərginlik R1 C1 faza sürüşdürücü dövrə vasitəsilə üfüqi və şaquli girişlərə verilir. Ossilloqrafın gücləndiricisinin güclənmə əmsallarını tənzimləməklə ekranda çevrə alınır. Ölçülən fx tezlikli gərginlik elektron – şüa borusunun modulyatoruna ( Z girişi ) verilir ( şəkil 10.5 a ). Bu zaman əgər f0 və fx tezlikləri bir – birindən tam ədəd nisbətilə fərqlənərsə, ekranda işıqlı qövs alınır ( şəkil 10.5 b ).
Dostları ilə paylaş: |