Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat



Yüklə 1,11 Mb.
səhifə38/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   99
Alçaq tezliklərin ölçülməsi

Alçaq tezliklərin ölçülməsi üçün aşağıdakı ölçmə üsulların­dan istifadə olunur:



Kondensatorun dolub - boşalma üsulu. Bu üsul releli sxem üzrə yerinə yetirilir.

Üsulun sadə struktur sxemi şəkil 10.1 – də olduğu kimidir:





Şəkil 10.1. Kondensatorun dolub - boşalma üsulu ilə tezliyin ölçülməsi sxemi

Ölçülən siqnal RP relesinin sarğısına verilir. Siqnalın yarım dalğasından asılı olaraq lövbər 1 və 2 kontaktları arasında qapanır. Kontaktın 1 vəziyyətində C kondensatoru U mənbəyindən dolur. Kontaktın 2 vəzıyyətində dolmuş C kondensatoru milliampermetrin dövrəsinə boşalır. Ona görə də bu üsul kondensatorun dolub - boşalma üsulu adlanır. C kondensatoru dolduqda onda yığılan yük aşağıdakı düsturla hesablanır:

q = CU ( 10.1 )

( 10.1 ) bərabərliyinin hər iki tərəfi f -ə vurulduqda

qf = C Uf ( 10.2 ) alınacaqdır.

Burada qf = I olduğu nəzərə alındıqda

I = CUf ( 10.3 ) olur.

Tezliyin qiyməti aşağıdakı düsturla hesablanır:

 (10.4 )

( 10.4 ) düsturundan görünür ki, ölçülən tezlik cə­rəyanla düz, gərginliklə tərs mütənasibdir. Bundan istifadə edib, ampermetrin şkalası tezliyin ölçü vahidi ilə dərəcələnir və nəticə birbaşa şkaladan oxunur. Ölçmə diapazonunu dəyişmək üçün C kondensatorunun tutumunu dəyişmək lazımdır.

Kondensatorun dolub - boşalma üsulunun çatışmayan cəhəti ondadır ki, rele mexaniki quruluşlu olduğu üçün yüksək tezliklərdə işləyə bilmir və mexaniki quruluşun etibarlığı aşağıdır. Bu səbəbdən bu üsul istehsalatda geniş yayılmamışdır.

Müqayisə üsulu. Ən sadə akustik müqayisə üsulu iki ədəd generatordan istifadə edilməklə aparılır. Generatorları şəkil 10.2 – dəki sxem üzrə qoşurlar:




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin