Sinusoidal açılış
Bu cür açılış rabitə texnikasında geniş istifadə edilir. Ossilloqrafın X girişinə sinusoidal ux = Um sin ωt gərginlikli siqnal verilir. Bu vaxt ekranda üfüqi xətt - açılış xətti alınır.
Əgər sinusoidal açılış gərginliyi ilə tədqiq olunan periodik siqnalın periodları bir – birinə bərabər olarsa, o zaman qeyri – xətti açılış əldə etmiş olarıq. Sinusoidal formalı 2 siqnalı Lissaju fiqurları metodu ilə dəqiq tədqiq etmək olar. Lissaju fiqurlarını almaq üçün ossilloqrafın hər iki meyletmə lövhələrinə sinusoidal gərginlik verirlər. y lövhələrinə verilən naməlum sinusoidal gərginliklə x lövhələrinə verilən açılış sinusoidal gərginliyin tezlikləri və amplitudları eyni olarsa, o zaman gərginliklərin faza fərqindən asılı olaraq ekranda ya düz xətt, ya dairə, ya da ellips alınacaq, bu isə φ = 0 ; 45; 90; 135; 1800 hallarında alınır.
Sinusoidal açılışdan istifadə edərkən elektron – şüa borusunun üfiqi meyledici lövhəsinə sinusoidal açılış gərginliyi verilir.
Dostları ilə paylaş: |