Şəkil 8.5. Spiral açılış
Ossilloqraf vasitəsilə kiçik qiymətli siqnallar tədqiq olunur. Gərginlik və cərəyanın ölçülmə dəqiqliyi çox böyük deyildir. Əksər hallarda bu cür ölçmələrdən köməkçi ölçmələr kimi istifadə edilir. Ossilloqraf vasitəsilə elektrik siqnalının tezliyi və fazasının ölçülməsi geniş tətbiq olunur. Tezliyin ölçülməsi ölçülən siqnalın etalon tezlikli siqnalla müqayisə olunması yolu ilə aparılır.
Siqnalların tezlikləri haqqında anlayış
Rabitə kanalları və qurğuları yoxlandıqda və onların istismarı zamanı siqnalın tezliyi ölçülür. Elektrik siqnalının tezliyini bütün hallarda geniş diapazonda ölçmək və nəzarətdə saxlamaq tələb olunur. Tezlik dedikdə vahid zamanda dəyişən cərəyan şiddətinin, elektrik sahəsinin intensivliyinin, maqnit induksiyasının dəyişmə dövrləri sayı nəzərdə tutulur. Harmonik rəqslər üçün f = 1 / T . Burada T bir tam rəqsə sərf olunan zaman müddəti olub, rəqsin periodu adlanır. Tezliyin ölçü vahidi Hersdir. Siqnalın tezliyini ölçməzdən əvvəl onun hansı tezlik diapazonuna daxil olduğunu bilmək lazımdır. Rabitə texnikasında, radio və televiziya yayımında istifadə olunan tezlik spektri sənaye tezliyini çıxmaq şərtilə əsasən aşağıdakı diapazonlara bölünür:
Ən alçaq tezlik 30 kHs – dən aşağı
Alçaq tezlik 30 kHs – dən 300 kHs – dək
Orta tezlik 300 kHs – dən 3000 kHs – dək
Yüksək tezlik 3 MHs – dən 30MHs – dək
Ən yüksək tezlik 30MHs – dən 300MHs – dək
Ultrayüksək tezlik 300MHs – dən 3000MHs – dək
İfrat yüksək tezlik 3QHs – dən 30QHs – dək
30QHs – dən böyük olan tezliklər də vardır ki, bu da millimetrik dalğa diapazonuna uyğun tezliklərdir.
Elektrik rabitə texnikasında ölçmələr apardıqda rabitə qurğusunun işlədiyi tezlik diapazonuna uyğun cihaz seçilir.
Dostları ilə paylaş: |