Vergi onu ödəyənlər üçün köləlik deyil, azadlıq əlamətidir



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix06.04.2022
ölçüsü0,55 Mb.
#115171
1   2   3   4   5   6
UNEC 1649179132.docx (6 files merged)

 


Mövzu 2   (TEST 41)  

 

 



Aşağıda göstərilənlərdən hansı vergi tənzimləməsinin əsas alətlərinə aid edilmir? 

 

A) Konkret vergi növləri və dərəcələri 



B) Vergitutma obyekti və subyekti 

C)) Faizlər 

D) Güzəştlər və maliyyə sanksiyaları 

E) 


Maliyyə sanksiyası 

 

#2 



Vergi siyasətinin həyata keçirilməsində vergi mexanizminin əsas alətləri 

hansılardır? 

 

A) Yalnız vergi dərəcələri 



B)) Vergi dərəcələri, vergitutma bazası və vergi güzəştləri  

C) Yalnız vergi güzəştləri  

D) Maliyyə sanksiyaları və inzibati cərimələr 

E) Yaln


ız vergitutma bazası 

 

#3 



Sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünü yüngülləşdirən, lakin 

sosial proqramları məhdudlaşdıran vergi siyasəti necə adlanır? 

 

A) Maksimal vergi 



siyasəti 

B)) Optimal vergi siyasəti 

C) Neytral vergi siyasəti 

D) 


Ədalətli vergi siyasəti 

E) Minimal vergi siyasəti 

 

#4 


Aşağıdakılardan hansı vergi siyasətinin məqsədlərinə aid edilmir? 

 

A) Sosial məqsədlər 



B) Ekoloji məqsədlər 

C) Beynəlxalq məqsədlər 

D)) Texnoloji məqsədlər 

E) 


İqtisadi məqsədlər 

 

#5 



ÜDM-in bir 

hissəsinin dövlətin xərclərinin maliyyələşdirilməsi üçün dövlət 

büdcəsinə cəlb edilməsi vergi siyasətinin hansı məqsədini əks etdirir? 

 

A) İqtisadi 




B) Sosial 

C) Nəzarət 

D)) Fiskal 

E) Optimal 

 

#6 


Makro 

səviyyədə «vergi yükü» kəmiyyətcə nəyi əks etdirir? 

 

A)) ÜDM-


də vergilərin xüsusi çəkisini  

B) ÜDM ilə vergilərin ümumi məbləğinin fərqini  

C) Milli gəlirdə vergilərin xüsusi çəkisini  

D) Büdcə gəlirlərində vergilərin xüsusi çəkisini  

E) ÜMM-

də vergilərin xüsusi çəkisini 

 

#7 


Aşağıdakılardan hansılar vergitutmanın iqtisadi prinsiplərinə aid deyil? 

 

A)) Vergi sisteminin sabitliyi  



B) Səmərəlilik 

C) Vergi ödəyicilərinin mənafelərinin maksimum nəzərə alınması  

D) Ədalətlilik  

E) Ümumilik və bərabərlik 

 

#8 


Vergitutmada ədalətlilik prinsipinin metodoloji əsasını nə təşkil edir?  

 

A) Reqressiv vergitutma  



B)) Proqressiv vergitutma  

C) Vasitəli vergitutma  

D) Güzəştli vergitutma  

E) Minimal vergitutma 

 

# 9 


Dövlət müdaxiləsinin əsas məqsədi nədir? 

 

A)  İqtisadiyyatın tarazlaşdırılması 



B) Büdcənin formalaşdırılması 

C)) 


İqtisadiyyatın tənzimlənməsi 

D) Vergi siyasətinin həyata keçirilməsi 

E) 

Daxilolmanın artırılması 



 

# 10 


Şirkətlərin mənfəət vergisinin bir-birinə yaxınlaşdırılması onun orta səviyyəsinin 

hansı həddində olmasını nəzərdə tutur? 

 



A) 5 - 10 faiz 

B)) 30 - 40 faiz 

C) 20 - 30 faiz 

D) 40 - 60 faiz 

E) 10-20 faiz 

 

# 11 



Vergitutma bazasının eyni şəklə salınması mənfəətin müəyyənləşdirilməsinin hansı 

qaydasının tətbiq edilməsini nəzərdə tutur 

 

A)) Vahid 



B) Müxtəlif 

C) Çoxşaxəli 

D) İkili 

E) Heç biri 

  

#12 


Azərbaycan Respublikasında vergi siyasətinin və vergi islahatlarının əsas 

istiqamətlərinə  

aşağıdakılardan hansılar aiddir?  

 

A) Vergi dərəcələrinin artırılması 



B)) Vergi qanunvericiliyinin təkmilləşdirilməsi  

C) Vergi qanunvericiliyinin uzun müddət sabit qalması 

D) 

Vergi güzəştlərinin sayının artırılması 



E) Vergi növlərinin sayının azaldılması 

 

#13 



Təsir dairəsindən asılı olaraq vergi siyasətinin hansı formaları var? 

 

A) Yalnız daxili vergi siyasəti 



B) Yalnız xarici vergi siyasəti 

C) Ü


mumi vergi siyasəti 

D)) Daxili v

ergi siyasəti və xarici vergi siyasəti 

E) Xüsusi vergi siyasəti 

 

# 14 


Miqyasından və təsir dairəsindən asılı olaraq vergi siyasəti necə bölünür?  

 

A) Qısamüddətli və uzunmüddətli vergi siyasətinə 



B) Diskression və qeyri-diskression vergi siyasətinə 

C)) Dax


ili və xarici vergi siyasətinə 

D) Vergi taktikasına və vergi strategiyasına 

E) Ümumi və xüsusi vergi siyasətinə 

 



#15 

Azərbaycanda aparılan vergi siyasətinin əsas məqsədi hansılardır?  

 

A) Vergi güzəştlərinin sayının artırılması  



B)) Vergi dərəcəsinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına 

vergitutma bazasının genişləndirilməsi  

C) Vergi dərəcələrinin artırılması 

D) Rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün 

diferensiasiyası  

E) Vergi n

övlərinin azaldılması 

 

#16 



Laffer əyrisi hansı göstəricilər arasındakı asılılığı əks etdirir? 

 

A) ÜDM ilə milli gəlir arasında  



B) Birbaşa vergilərlə dolayı vergilər arasında  

C)) Vergi dərəcələri ilə büdcə daxilolmaları arasında  

D) Büdcənin gəlirləri ilə xərcləri arasında 

E) İdxal ilə ixrac arasında 

  

#17 


Azərbaycanda həyata keçirilən vergi siyasətinin başlıca prinsiplərindən biri 

hansıdır?  

 

A) Vergi güzəştlərinin artırılması 



B) Vergilərin sayının ilbəil artırılması 

C) Vergi dərəcələrinin artırılması 

D)) 

Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi 



ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin edilməsi  

E) Heç biri 

 

#18 


Mikrosəviyyədə vergi yükü dedikdə nə başa düşülür? 

 

A) Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu 



xərclərindəki xüsusi çəkisi  

B)) Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu 

gəlirlərindəki xüsusi çəkisi  

C) Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun 

mənfəətindəki xüsusi çəkisi 

D) Vergi ödəyicisinin məcmu gəlirləri ilə onun büdcəyə ödədiyi vergi məbləği 

arasındakı fərq 

E) Vergi ödəyicisinin məcmu gəlirləri ilə məcmu xərcləri arasındakı fərq 

 

#19 



Vergitutmanın ağırlığından asılı olaraq vergi siyasətinin hansı tipləri var?  

 

A)) Maksimal vergi siyasəti, optimal vergi siyasəti, sosial yönümlü yüksək dərəcəli 



vergi siyasəti 

B) Yalnız iqtisadi inkişaf siyasəti  

C) Neytral vergi siyasəti  

D) Yalnız yüksək vergi dərəcələri və sosial məsələlərə diqqətin artırılması siyasəti 

E) Minimal vergi siyasəti 

 

 



#20 

Son illərdə Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas 

istiqamətlərindən biri hansıdır? 

 

A) Regionlarda diferensiallaşdırılmış mənfəət vergisi dərəcələrinin tətbiqi  



B) Bəzi regionların vergilərdən tamamilə azad edilməsi  

C)) Kənd təsərrüfatı sahəsində fəaliyyətin torpaq vergisindən başqa bütün 

vergilərdən azad olması  

D) İnkişaf etmiş regionlarda yüksək vergi dərəcələrinin tətbiqi  

E) Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün əlavə vergi güzəştləri 

 

#21 



Vergilər neçə əsas funksiyanı yerinə yetirir və hansılardır? 

 

A)  İki: fiskal və stimullaşdırıcı 



B)  Üç: ləngidici, stimullaşdırıcı və təkrar istehsal 

C)  Dörd: iqtisadi, siyasi, hüquqi və təşkilati 

D)) Beş: fiskal, bölüşdürücü, tənzimləyici, inteqrasiyaedici və nəzarətedici 

E) 


Beş: fiskal, bölüşdürücü, stimullaşdırıcı, hüquqi və təşkilati  

 

 



#22 

Müddətindən asılı olaraq vergi siyasətinin formaları hansılardır? 

 

A)) Vergi taktikası və vergi strategiyası 



B) Diskresion 

və qeyri-diskresion 

C) Gündəlik və illik 

D) Avtomatik və stabilləşdirici 

E) Aylıq və rüblük 

 

#23 



Aşağıdakılardan hansı amil dövlətin vergi siyasətinin əsas vəzifələrinə aid 

deyildir? 

 



A) Sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün 

şəraitin yaradılması 

B)  Dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi 

C)  Bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış 

qeyri- 

bərabərliyin hamarlanması 

D)) Vergi inzibatçılığının təkmilləşdirilməsinin strateji istiqamətlərinin 

müəyyənləşdirilməsi  

E) 

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi 



 

# 24 


İqtisadi şəraitin dəyişməsinə reaksiyasından asılı olaraq vergi siyasətinin hansı 

formaları mövcuddur? 

 

A)) 


İki: diskresiyon və qeyri-diskresiyon 

B) Üç: fiskal, avtomatik və qeyri-avtomatik 

C) Dörd: ekspansionist, restriksionist, avtomatik və qeyri-diskresiyon 

D) Bu məqsədlə vergi siyasətinin fərqli forması mövcud deyildir 

E) İki: fiskal və stimullaşdırıcı  

 

# 25 



İkiqat vergitutma nədir? 

 

A) Eyni bir vergitutma bazasından üç və daha çox sayda verginin tutulması 



B) Eyni bir vergitutma bazasından bir və daha çox sayda verginin tutulması 

C)) Eyni bir vergitutma bazasından iki və daha çox sayda verginin tutulması 

D) Eyni bir vergitutma bazasından dörd və daha çox sayda verginin tutulması 

E) Müxtəlif vergitutma bazasından iki və daha çox sayda verginin tutulması 

 

# 26 


Əhatə etdiyi dövrün uzunluğundan və həll edilən məsələlərin xarakterindən asılı 

olaraq vergi siyas

əti bölünür: 

 

A) Vergi taktikası və vergi dövrünə 



B)) Vergi taktikası və vergi strategiyasına 

C) Vergi strategiyası və vergi dövrünə 

D) Qısa müddətli və uzunmüddətli 

E) 


ekspansionist və restriksionist 

 

# 27 



Vergi taktikası nəyi nəzərdə tutur? 

 

A) Vergi 



qanunvericiliyinin dəyişdirilməsini 

B) Yeni qanunların qəbul edilməsini 

C)) Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə 

qarşıda duran məsələlərin həllini 




D) Yeni qanunların qəbul edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran 

məsələlərin həllini 

E) 

Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə gələcəkdə qarşıya çıxa 



biləcək problemlərin qarşısının alınması 

 

# 28 



Daxili vergi siyasəti nəyi nəzərdə tutur?  

 

A) Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və xarici məsələlərin 



həllini 

B) B


eynəlxalq çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini 

C) B


eynəlxalq çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini 

D)) Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili məsələlərin 

həllini  

E) Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və həm daxili, həmdə 

xarici məsələlərin həllini 

 

#29 



Dövlətin vergi siyasəti dedikdə nə başa düşülür? 

 

A) Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və hüquqi 



tədbirlərin məcmusu  

B)) Dövlət tərəfindən işlənib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında 

duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi 

C) Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız təşkilati və hüquqi 

tədbirlərin məcmusu 

D) Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və təşkilati 

tədbirlərin məcmusu 

E) Beynəlxalq təşkilatlar tərəfindən işlənib hazırlanmış, beynəlxalq vergi 

sferasında cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə 

yönəlmiş tədbirlər sistemi 

 

#30 


Aşağıda göstərilənlərdən hansı dövlətin vergi siyasətinin vəzifələrinə aid deyil? 

 

A) Sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün 



şəraitin yaradılması 

B) Dövlətin maliyyə ehtiyyatları ilə təmin edilməsi 

C) Bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış 

qeyri-


bərabərliyin hamarlanması 

D)) Yüksək vergi dərəcələri tətbiq etmək, vergilərin sayını artırmaq və vergi 

güzəştlərini ixtisar etməklə mümkün qədər çox maliyyə vəsaitləri toplamaq 

E) Vergi ödəyicisinin gəlirlərinə (dövriyyəsinə) mütənasib şəkildə vergi 

dərəcələrini artırmaq və ya azaltmaq 

 



#31 

Son illərdə Azərbaycanda həyata keçirilən kompleks vergi islahatlarının səciyyəvi 

cəhətləri hansılardır ? 

 

A)) Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin aşağı 



salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi 

ödəyicilərinin qanuni mənafelərinin qorunması  

B) Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin aşağı salınması, 

sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin 

qanuni mənafelərinin qorunması  

C) Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin sabit qalması, 

sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin 

qanuni mənafelərinin qorunması  

D) Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin sabit qalması, 

sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin 

qanuni mənafelərinin qorunması  

E) Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi növlərinin sayının 

azaldılması,  sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi 

ödəyicilərinin qanuni mənafelərinin qorunması  

 

#32 


Vergi siyasətinin iqtisadi, yaxud tənzimləyici vəzifələri hansı problemlərin həllinə 

yönəldilmişdir? 

 

A) Ölkənin texniki potensialının yüksəldilməsinə 



B)) Ölkənin iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, ölkədə işgüzar 

sahibkarlıq fəaliyyətinin canlandırılmasına, sosial problemlərin həllinə kömək 

etməyə, beynəlxalq iqtisadi əlaqələrin inkişafına 

C) Yalnız ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına  

D) Yalnız ikiqat vergitutmanın aradan qaldırılmasına 

E) Yalnız işsizliyin azaldılması və məşğulluğun artırılmasına 

 

# 33 


Yüksək vergi yükü siyasəti (maksimal vergi siyasəti) nədir? 

 

A)) Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, 



vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə 

vəsaitləri toplamağa çalışır 

B) Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, 

vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə 

vəsaitləri toplamağa çalışır 

C) Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, 

vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri 

toplamağa çalışır 




D) Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, 

vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri 

toplamağa çalışır 

E) Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi 

güzəştlərini ixtisar etməklə qeyri-rezidentlərdən mümkün qədər çox maliyyə 

vəsaitləri toplamağa çalışır 

 

# 34 


Aşağı vergi yükü siyasəti (optimal vergi siyasəti) nədir? 

 

A) Bu zaman dövlət minimal dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də 



vergi ödəyicilərinin maraqlarını nəzərə alır 

B) Bu zaman dövl

ət maksimum dərəcədə ancaq öz fiskal maraqlarını nəzərə alır 

C) Bu zaman dövlət maksimum dərəcədə vergi ödəyicilərinin maraqlarını nəzərə 

alır 

D)) Bu zaman dövlət maksimum dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm 



də vergi ödəyicilərinin maraqlarını nəzərə alır 

E) Bu zaman dövlət fiskal maraqlarını deyil, yalnız vergi ödəyicilərinin 

maraqlarını nəzərə alır 

 

 



# 35 

Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti nədir? 

 

A) Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq 



etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır 

B)) Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq 

etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır 

C) Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq 

etməklə nəzərəçarpacaq sosial müdafiə proqramlarını tətbiq edə bilmir 

D) Bu siyasətin səmərəsi yoxdur 

E) Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq 

etməklə vergi ödəyicilərinin yükünü azaldacaq nəzərəçarpacaq sosial müdafiə 

proqramları işləyib hazırlayır 

 

# 36 



Vergi siyasətinin əsas məqsədi nədir? 

 

A) 



Vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun 

bir hissəsinin dövlət tərəfindən alınmasından ibarətdir 

B) 

Məcmu ictimai məhsulun bir hissəsinin bölüşdürülməsindən ibarətdir 



C) 

Vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir 

D)) 

Vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai 



məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə 

vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir 




E) Beynəlxalq təşkilatların qoyduğu tələblərdən irəli gəlir və məcmu ictimai 

məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə 

vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir 

 

# 37 



Vergi strategiyası nəyi nəzərdə tutur?  

 

A) Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı 



məsələlərin həllini 

B)) Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı 

məsələlərin həllini 

C) Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və kiçik miqyaslı 

məsələlərin həllini 

D) Vergi sahəsində dövlətin vergi tarazlaşdırılması siyasətinin həyata keçirir 

E) Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə 

qarşıda duran məsələlərin həllini 

 

# 38 


Xarici vergi siyasəti nəyi nəzərdə tutur? 

 

A)) İkiqat vergitutmanın aradan qaldırılmasını, müxtəlif ölkələrin vergi 



sistemlərinin yaxınlaşmasını, onların vahid şəklə salınmasını 

B) Ölkələrin sərbəst xarici siyasətinin həyata keçirilməsini 

C) İkiqat vergitutmanın aradan qaldırılması sahəsində daxili siyasətinin həyata 

keçirilməsini 

D) Avropa iqtisadi məkanına inteqrasiya istiqamətində daxili siyasətinin həyata 

keçirilməsini 

E) Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək.  

 

# 39 



Diskresion vergi siyasəti nəyi nəzərdə tutur?  

 

A) Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında 



həyata keçirilir 

B)) Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə 

hökumətin qərarları əsasında həyata keçirilir 

C) Vergilərin ləğv edilməsi yolu ilə manipulyasiya etmək barədə hökumətin 

qərarları əsasında həyata keçirilir 

D) Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir 

E) Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə 

beynəlxalq təşkilatların qərarları əsasında həyata keçirilir 

 

# 40 


Qeyri-

diskresion vergi siyasəti nəyi nəzərdə tutur?  

 



A) Hökumətin qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir 

B) Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə 

hökumətin qərarları əsasında həyata keçirilir 

C)) Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir 

D) Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında 

həyata keçirilir 

E) Beynəlxalq təşkilatların qərarlarından asılı olaraq, avtomatik surətdə həyata 

keçirilir 

 

# 41 


Dövlətin vergi siyasətinin əsas vəzifələri hansılardır: 

1. sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün 

şəraitin yaradılması;  

2. dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi;  

3. vergi güzəştlərini artırmaq yolu ilə istehsalın stimullaşdırılması;  

4. bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-

bərabərliyin hamarlanması 

 

A) 2, 3, 4 



B)) 1, 2, 4 

C) 1, 2, 3 

D) 1, 3, 4 

E) 1, 2, 3, 4 

 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin