Vi fəsil. C++ dilində proqramlaşdırma


Axınların çıxışı və girişi



Yüklə 1,02 Mb.
səhifə64/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   ...   60   61   62   63   64   65   66   67   ...   74
Alqoritmik dillər(C kitab) (10)

6.51.Axınların çıxışı və girişi
ostream sinfi axınların həm formatlaşmış, həm də formatlaşmayan çıxışını təmin edir. Bu sinif aşağıdaki verilənlərin çıxışa verilməsini təmin edir: standart tipli verilənin, put üzv-funksiyasının köməyi ilə simvolların çıxışını, write üzv-funksiyasının köməyi ilə formatlaşmış çıxışı, 16-lıq, 8-lik və 10-luq tam ədədlərin çıxışı, müxtəlif dəqiqliyə malik sürüşkən nöqtəli ədədlərin çıxışı, qeyd olunmuş nöqtəli ədədlərin çıxışı və s.
Put üzv-funksiyası vasitəsi ilə simvolları aşağıdaki kimi çıxışa vermək olar:
cout.put(‘A’);
Ekranda yeganə A-simvolu əks olunur. Put funksiyasına müraciəti aşağıdaki kimi də yazmaq olar:
cout.put(‘A’).put(‘\n’);
Bu operator da A simvolunu ekranda əks etdirir və sonra simvolun yeni sətrdən əks olunmasını təmin edir. Put funksiyası vasitəsi ilə ASCII koduna malik simvolları aşağıdaki kimi çıxışa vermək olar:
cout.put(65);
65-A-simvolunun kodudur. Ekranda A-simvolu əks olunar. İndi axınların girişinə baxaq. Istream sinfi formatlaşan və formatlaşmayan girişi təmin edir. Bu halda “axından götür” (>>) əməli probelləri, tabulyasiya işarəsini, yeni sətir işarəsini giriş axınında nəzərdən atır.
put funksiyasına oxşar olaraq get funksiyası da giriş axınından tək simvolu daxil etmək üçün istifadə etmək olar: faylın sonu əlaməti olduqda bu funksiya EOF-in qiyməti qaytarır.
get funksiyasının digər variantında üç parametri verilə bilər: simvol massivi, maksimal ölçü (simvolların maksimal sayı) və məhdudluq işarəsi (susma prinsipinə görə ‘\n’). Bu funksiya giriş axınından məhdudluq işarəsinə oxunana qədər və ya ölçüdən bir vahid az olana qədər simvolların oxunmasını davam etdirir. Sonra isə daxil edilən sətri simvol massivində yerləşdirmək üçün proqramda verilən buferdən istifadə olunur. Məsələ,
int main ( ) {
const int size=80;
char buffer1[size], buffer2[size];
cin>>bufer1;
cout<<”\n cin vasitəsi ilə oxunan sətir:\n”<<
cin.get(bufer2,size);
cout<<”cin.get vasitəsi ilə oxunan sətir:\n
<
return 0;
}
cin.get funksiyasında məhdudiyyət işarəsi susma prinsipinə görə göstərilməmişdir.
getline funksiyası da get funksiyasının axırıncı variantına oxşar olaraq fəaliyyət göstərir. getline funksiyası get funksiyasından fərqli olaraq simvollar massivində sətrin sonunda sıfır simvolu saxlanır. get funksiyasından fərqli olaraq getline funksiyası giriş axınından məhdudluq simvolunu oxuyur və onu ləğv edir. Bu simvol simvollar massivində saxlanılmır. Aşağıdaki proqramda getline funksiyasının istifadə olunması nümayış etdirilmişdir:
int main( )
{const size=80;
char buffer[size];
cout<<”cümləni daxil edin:\n”;
cin.getline(buffer, size);
cout<<”\n daxil edilmiş cümlə:\n”<
return 0;
}
Nəticə:
Cümləni daxil edin:
Getline funksiyasından istifadə
Daxil edilmiş cümlə:

Getline funksiyasından istifadə.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin