Şəkil 2.9 Sadələşdirilmiş balans hesabatı – daha kiçik kapital bazası və ya daha yüksək leveric
Aktivlər (milyon ABŞ dolları ilə)
|
Məbləğ
|
Öhdəliklər
|
Məbləğ
|
Nağd pul
|
10
|
Qısa müddətli əmanətlər
|
300
|
Dövlət istiqrazları, xalis
|
100
|
Uzun müddətli əmanətlər
|
250
|
Yerli hökumətlərə kreditlər, xalis
|
190
|
Qısa müddətli maliyyələşmə
|
250
|
1. Kiçik və orta müəssisələrə kreditlər, xalis
|
196
|
Uzun müddətli istiqrazlar
|
150
|
İri korporasiyalara kreditlər, xalis
|
500
|
2. Səhmdar kapital
|
46
|
CƏMİ
|
996
|
CƏMİ
|
996
|
-
Kreditlərin dəyəri itkinin məbləği qədər azalır. 4 milyon ABŞ dolları miqdarında zərər “Kiçik və orta müəssisələrin Kreditləri” 200 milyon ABŞ dollarından 196 milyon ABŞ dollarına azaldır.
-
Kapitalın dəyəri zərərin miqdarı qədər azalır. 4 milyon ABŞ dolları miqdarında zərər kapitalı 50 milyon ABŞ dollarından 46 milyon ABŞ dollarına qədər azaldır.
Bu misalda 4 milyon ABŞ dolları və ya öz aktivlərinin 0.4%-ni itirmək kapitalı 50 milyon ABŞ dollarından 46 milyon ABŞ dollarına qədər azaldır, amma bu aşınma kapitalı 8% azaldacaq (3 dollar/50 dollar = 8%). İndi kapital sıfıra bərabər olana qədər bank yalnız əlavə 46 milyon ABŞ dolları miqdarında zərərə tab gətirə bilər. Əgər bankın müştərilərə kredit kimi verdiyi ümumi məbləğin 5%-dən bir qədər azı itirilərsə, mövcud 996 milyon ABŞ dolları miqdarında kreditlər, bankın kapitalı sıfıra bərabər olacaqdır.
Bank ödənilə bilməyən kreditlərə görə zərərlərə məruz qaldıqda, leveric nə qədər yüksək olarsa, kapital bir o qədər sürətlə yoxa çıxacaqdır. Bu zərərlərin kapitala etdiyi təsirə görə bank qaydaları və tənzimləyiciləri tarixən bankın kapitalına diqqət yetirmişlər. Tənzimləyicilər bankın kapitalını bankın idarəedicilərini və sahiblərini riskləri azaltmaq və zərərlərə qarşı kifayət qədər ehtiyatı təmin etmək üzrə həvəsləndirmək üçün əsas alət hesab edirlər.
Daha çox kapital və daha aşağı leveric aşağıdakılarla əlaqəlidir:
-
Ümumilikdə sahiblər tərəfindən bankın gələcəyi barədə daha böyük öhdəliklər, onların sərvətlərinin daha çoxu bankın uğuru ilə və potensial zərərlə əlaqədardır.
-
Bank üçün potensial zərərləri qəbul etmək və onlara tab gətirmək üçün daha böyük ehtiyat.
Əslində, illər ərzində, həm tənzimləyicilər, həm də iqtisadçılar müşahidə etmişlər ki, ehtiyatlı şəkildə idarə edilən bankların kapitalı-ümumi aktivlər nisbəti daha yüksək olmuşdur və daha az zərərə məruz qalmışdır. Onlar müşahidə etmişlər ki, bankın öz əməliyyatlarını dəstəkləmək üçün sahib olmalı olduğu kapitalın miqdarı bankın götürəcəyi riskləri azaldır və bankın kapitalının kredit zərərlərinə və həmçinin likvidlik təzyiqlərinə tab gətirmək üçün kafi olması ehtimalını artırır. Əslində, II Bazel Sazişi kimi müasir bank fəaliyyəti qaydaları (Bölmə 3.3-də təsvir olunur) riskə əsaslanır və bankın aktivlərinin riskli olmasını onun kapitalı ilə əlaqələndirir.
-
2.3 Aktiv və Passivlərin İdarə Edilməsi
Banklar hələ müzakirə olunmamış əlavə iki risklə qarşılaşırlar: faiz dərəcəsi riski və likvidlik riski.
-
Faiz dərəcəsi riski faiz dərəcəsindəki dəyişikliklərə görə aktivin dəyərindəki potensial zərərə deyilir. Misal üçün, bank öz əmanətçilərinə bir faiz dərəcəsi ödəyir və öz debitorlarından başqa faiz dərəcəsi alır. Əgər faiz dərəcələri dəyişsə, bankın mənfəətliliyi də dəyişir. Faiz dərəcəsi riski həm mühasibat kitabına, həm də ticarət kitabına təsir edir.
-
Likvidlik riski zamanı gəldikdə özünün ödəniş məcburiyyətlərini qarşılamaq üçün bankın potensial imkansızlığına deyilir. Xüsusilə də, bank özünün əmanətçilərinin faizini ödəmək və öz pullarını hər hansı bir qismini çıxartmaq istəyən əmanətçilərə geri ödəmək qabiliyyətini idarə etməlidir. Likvidlik riski eyni zamanda maliyyələşmə likvidliyi riski adlanır.
Bu bölmədə müzakirə olunan likvidlik başqa növ likvidlikdən, əhəmiyyətli qiymət güzəştləri olmadan bazarlarda ticarət etmək qabiliyyəti ilə fərqlənir və bu mövzu Fəsil 6-da müzakirə olunacaqdır.
Bankın aktiv və passivlərinin idarə edilməsi (ALM) funksiyası həm bankın mühasibat kitabında faiz dərəcəsi riskini, həm də likvidlik riskini idarə edir. Xüsusilə də, bir bankda ALM funksiyası aşağıdakılara əsaslanır:
-
Bank üçün likvidliyin qorunub saxlanması
-
Bankın balans hesabatının forma və quruluşunun təhlil edilməsi
-
Sabit xalis faiz marjasının qorunması
-
2.3.1 Faiz Dərəcəsi Riski
Mühasibat kitabında faiz dərəcəsi riski bankın biznesinin əsas quruluşuna təsir edən faiz dərəcələrində mənfi dəyişikliklərin təsir etdiyi mümkün pul itkisinə deyilir: onun kreditləşdirmə və əmanət yığma fəaliyyətləri. Mühasibat kitabı faiz dərəcəsinin idarə edilməməsinin təhlükələri 1980-ci və 1990-cı illərdə ABŞ-a təsir etmiş əmanət və kredit böhranı ilə əks olunmuşdur.
MİSAL
_____________________________________________________________________________
ABŞ-da eyni zamanda əmanət qurumları kimi tanınan əmanət və kredit assosiasiyaları (SL-lər) əsasən ipoteka krediti verən banklardır. 1980-ci illərdə və 1990-cı illərin əvvəllərində bir çox SL-lər əsasən aktivlərin və passivlərin ciddi şəkildə uyğunsuzluğuna imkan vermiş faiz dərəcəsi riskinin səhv idarə olunmasına görə müflisləşmişdir.
1980-ci illərdə SL-lər sabit dərəcəli, 30 illik ipoteka kreditlərini təxminən 6%-lə verirdilər və bu kreditləri təxminən 2%-lik faiz dərəcələri ilə qısa-müddətli əmanətlərlə maliyyələşdirirdilər. ABŞ-da faiz dərəcələri artdı və SL-lər öz əmanətlərinə görə 9-10% ödəməli olduqları zaman, bu ipoteka kreditləri nisbətən mənfəətli olurdu, belə ki həmin əmanətlər 30 illik 6%-li ipoteka kreditlərini maliyyələşdirmək üçün istifadə olunmuşdu. Sonda, bir neçə yüz SL müflisləşmişdir.
Sonda, ABŞ hökuməti müflisləşmiş SL-ləri maliyyələşdirdi; bəzi hesabatlar bu son (qurtarma) rəqəmi 150 milyard ABŞ dolları miqdarında olduğunu qeyd edir. Bununla belə, qeyd olunanlara görə, bu rəqəm 500 milyard ABŞ dollarına çatmışdır, (SL böhranı barədə Bölmə 1.3.2-ə bax).
Bankın aktiv və passivlərinin idarə edilməsində ALM funksiyası aşağıdakılar daxil olmaqla, bir sıra amilləri eyni zamanda nəzərə almalıdır və tarazlaşdırmalıdır:
-
Bankın balans hesabatı, kreditlərin və əmanətlərin dinamik portfeli: yeni kreditlər verildikcə, mövcud kreditlərin ödəniş müddəti çatdıqca və yeni əmanətlər gəldikcə mövcud əmanətlər geri qaytarıla bilər.
-
Passivlər və aktivlərə görə faiz dərəcəsi: bəziləri sabit olaraq qalacaqdır, amma digər passivlər və aktivlərə görə faiz dərəcəsi bazar dərəcələrinə müvafiq olaraq vaxtaşırı dəyişəcək və üzən dərəcəli passivlər və aktivlərin dəyərinə edilən dəyişikliklərlə nəticələnəcəkdir.
-
Müştərilərə bank kreditləri kimi pərakəndə satış məhsullarına görə bazar dərəcələrində və faiz dərəcələrindəki dəyişikliklərin arasındakı zaman fərqləri.
-
Bankın cari likvidlik ehtiyacları: bütün ödəniş müddətləri üzrə cari bazar faiz dərəcələri və bankların arasındakı rəqabət əmanət məhsullarına görə təklif olunan faiz dərəcələrini müəyyən edir.
-
Kommersiya (misal üçün, korporativ kreditlər) və pərakəndə satış (misal üçün, ev ipoteka kreditləri) məhsulları: hər ikisi kreditlərin erkən ləğv olunmasına imkan verir, amma şərtlər və müddətlər ayrı-ayrı kommersiya və ya pərakəndə kreditlər arasında və həmçinin ümumiyyətlə kommersiya və pərakəndə kreditlər arasında çox fərqli ola bilər.
Mühasibat kitabındakı faiz dərəcəsi riskini idarə etmək üçün, banklar özlərinin həm aktivləri və passivlərinə faiz dərəcəsi dəyişikliklərinin təsirini, həm də hər şeydən əlavə şərtlər və zaman daxil olmaqla onların aktivləri və passivlərinin müəyyən xüsusiyyətlərini nəzərə alırlar. Bankın öz aktivləri və passivlərini, öz aktivlərindən gələn gəlirləri və passivlərin xərclərini necə idarə etməsi bankın xalis faiz marjasına birbaşa olaraq təsir edir.
-
Likvidlik Riski
Likvidlik Bazel Komitəsi tərəfindən, qəbul olunmaz zərərlər vermədən, bankın aktivlərindəki artımları maliyyələşdirmək və vaxtı gəldikcə öhdəlikləri ödəmək qabiliyyəti kimi tərif olunur. Həm bankın, həm də onun tənzimləyicisinin nöqteyi nəzərindən bankın aktivlərinin və onunla əlaqədar likvidlik ehtiyaclarının strukturu zamanla potensial zəiflikləri işıqlandıra bilər. Likvidlik bankın öz müştərilərinə ödənişlərin vaxtında ödəmək qabiliyyətinə uyğun gəlir. Nəticə etibarilə, onun bu ödənişləri vaxtlı vaxtında etmək qabiliyyəti və ya qabiliyyətsizliyi bank fəaliyyəti ilə bağlı qurumun ödəmə qabiliyyətinə və ya onun əldə olunan nağd pulla öz borclarını ödəmək qabiliyyətinə birbaşa olaraq təsir edəcəkdir.
Ödəmə qabiliyyəti bankın mənfəət əldə etmək qabiliyyətindən fərqlənir. Bankın ödəmə qabiliyyəti ola bilər (aktivlərin passivlərdən çox olması), amma, əgər onun xərcləri gəlirlərindən çox olarsa, bu zaman mənfəət qazana bilməz. Ödəmə qabiliyyəti olan bir bank aktivlərini satıb qurtarmaqla ödənişlərini etmək üçün nağd pul əldə edə bilər, amma əgər bu sövdələşmələr zərərlidirsə, o zaman onun aktivlərinin satışı bankın ödəmə qabiliyyətini korlaya bilər və müflisliyə gətirib çıxara bilər. Əgər gəlirləri xərclərindən böyükdürsə, amma aktivləri passivlərindən daha ucuz qiymətədirsə, bank ödəniş qabiliyyəti olmadan mənfəətli ola bilər.
Banklar çatanda öz öhdəliklərini zamanında ödəmək üçün kifayət qədər vəsaitlərinin olduğunu təmin etmək üçün öz likvidlik risklərini fəal şəkildə idarə edirlər. Likvidlik öhdəlikləri həm bankın əmanətçilərinə, həm də onun kredit müştərilərinə aiddir. Əmanətçilər likvidlik tələb edirlər; onlar istənilən vaxt dərhal öz əmanətlərini çıxarmaq istəyirlər. Qismən ehtiyat bank fəaliyyəti bankların dərhal çıxarma üçün öz əmanətlərinin yalnız bir hissəsini saxlaya biləcəkləri mənasına gəldiyi üçün, bankın likvidlik riskinin səhv idarə olunması ciddi nəticələrə səbəb ola bilər (likvidlik və bankların idarə etmələri barədə bax Bölmə 3.1). Bankdan kredit götürən müştərilər bankdan vəsaitlərə ehtiyac olan zaman dərhal onları kredit aldıqları vəsaitlərə çıxışla təmin etməyi tələb edirlər. Əgər yüksək dərəcədə leveric bir bank öz öhdəliklərini yerinə yetirmək üçün tezliklə likvidlik əldə etməlidirsə, amma bunu yalnız öz aktivlərini tələsik və aşağı qiymətlə sataraq edə bilərsə, o zaman o asanlıqla müflisləşə bilər.
Faiz dərəcəsi riskində olduğu kimi, banklar onların likvidlik tələblərinin çox müxtəlif şəraitlərdə zamanla necə dəyişə biləcəyini modelləşdirirlər. Öz likvidliklərini qiymətləndirmək üçün bankların bir sıra alətləri vardır. Bu alətlərin arasında ssenarinin təhlili və stress sınağının keçirilməsi banka müxtəlif əlverişsiz vəziyyətlərdə öz likvidliyini yoxlamaq üçün imkan verməkdə əsas rol oynayırlar. Ssenarinin təhlili və ya “ehtimal” təhlili bir sıra mümkün vəziyyətləri müəyyən etməklə və hər bir vəziyyətin potensial nəticələrini təhlil etməklə müxtəlif ssenarilərin potensial nəticələrini təhlil edirlər. Ssenarinin təhlilinə çox zaman çoxsaylı mərhələlər və mürəkkəb proqramlaşdırma daxil olur. Stress sınağının keçirilməsi risk modeli parametrinə (misal üçün, aktivlərin münasibətləri və dəyişkənlik) və ya əsaslı, zəruri və əlverişsiz olan biznes və fəaliyyət mühitinə əsasən xüsusi dəyişikliyin potensial nəticəsini təhlil edir.
MİSAL
FirstBank özünün əsas əmanətçisini, böyük avtomobil istehsalçısını itirdiyi bir ssenarini nəzərdən keçirir. Aktiv və passivlərin idarə edilməsi üzrə mövcud olan departament ssenari təhlilini həyata keçirdikdə, o maşın istehsalçısının vəsaitləri olmadan bankın öz likvidlik ehtiyaclarını necə qarşılayacağını modelləşdirir. Aktiv və passivlərin idarə edilməsi departamenti həmçinin stress sınağını keçirir və burada onlar, onların kreditlərinin böyük bir miqdarı geri ödənilməməsi və kiçik əmanətçilərin əhəmiyyətli bir miqdarı öz əmanətlərini birdən geri çəkdiyi və bank başqa yerdən vəsait cəlb edə bilmədiyi təqdirdə, bunun onun likvidliyinə potensial təsirlərini təhlil edirlər. Bu növ təhlil banka və onun nəzarət orqanına bankın qarşılaşdığı risklərin daha aydın təsvirini əldə etməyə və həmin riskləri necə həll etməyi aktiv şəkildə müəyyən etməyə imkan verir.
Likvidliyə nəzarətin xüsusi bir qayğısı bankdan əmanətlərin eyni zamanda çəkilməsi potensialı ilə bağlıdır. Banklar əmanətlərin mütəmadi çıxarılmasını qarşılamaq və öz kredit öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər və asanlıqla əldə edilə bilən vəsaitlərə sahib olmalıdırlar.
(bax Fəsil 1). Əgər bir bankın maliyyə çətinliyi ilə qarşılaşdığı haqda informasiya aşkar olunarsa, əmanətçilər öz vəsaitlərini çıxarmağa səy göstərə bilərlər. Gözlənilməz tələbat bankın əlində olan nağd pulunu azalda bilər və bu bankın qeyri-likvid və sonda müflis olmasına səbəb ola bilər.
MİSAL
2007-ci ilin sentyabrında Birləşmiş Krallıq bankı olan Northern Rock likvidlik böhranı ilə üzləşmişdi. Əvvəlki illərdə ABŞ-da substandart borcalanlara (öz ev kreditləri üçün ya kiçik ödəniş etməsi tələb olunan, ya da heç bir ilkin ödəniş etməsi tələb olunmayan daha az uyğun gələn borcalanlar) ipoteka kreditlərinin verilməsi əsaslı şəkildə artmışdı. 2007-ci ilin əvvəllərində ABŞ-ın mənzil bazarı zəiflədiyi üçün, substandart ipoteka kreditlərinin ödənilməməsi dərəcəsi kəskin şəkildə azaldı və bu kreditlərin malik olduğu banklara və maliyyə qurumlarının əhəmiyyətli dərəcədə itkilərə məruz qalmasına səbəb oldu. ABŞ-da substandart böhranı olduğu üçün, bütün dünyada maliyyə qurumları ipoteka banklarına kredit vermək barədə narahat olmağa başladılar.
2007-ci ilin ortalarında böyük bir ipoteka krediti verən bank kimi Northern Rock qəflətən öz əmanətçilərinə geri ödəniş etmək üçün digər banklardan və ya digər maliyyələşmə mənbələrindən ehtiyacı olan qısa-müddətli kreditləri əldə etməkdə çətinliklə qarşılaşdı. 2007-ci ilin sentyabrında açıq şəkildə bankın likvidlik problemi olduğu və İngiltərə Bankından dərhal dəstəyə ehtiyac duyduğu barədə xəbər verildikdən sonra, əmanətçilər öz vəsaitlərini geri çəkməyə can atdılar və beləliklə problemi daha da kəskinləşdirdilər. Həmin vaxt, BK-ın dövlət əmanətin qorunması yalnız 31,700 BBF-na qədər əhatə edirdi (əmanətlərdəki ilk 2000 BBF-nın 100%-i və əmanətlərdəki növbəti 33000 BBF-nın 90%-i, 29700 BBF) və bu əmanətçilərin narahatlığını yəqin ki artırırdı. Bu hadisələrdən sonra, 2008-ci ilin oktyabrında, BK-da əmanətin sığortası müvəqqəti olaraq 50000 BBF-na qaldırıldı. 2008-ci ilin yanvar ayına qədər, Northern Rock İngiltərə Bankından 25 milyon ABŞ dollarından çox kredit almışdı. 2008-ci ilin fevralında elan olundu ki, Britaniya hökuməti bankı milliləşdirəcək, əmanətçiləri qorumaq üçün onu öz mülkiyyətinə alacaq və onun öz öhdəliklərini yerinə yetirə biləcəyinə təminat verəcəkdir.
Mərkəzi banklar daxil olmaqla, banklar çox zaman qısa-müddətli likvidlik ehtiyaclarını qarşılamaq üçün bir-birilərinə təkrar alış sazişləri vasitəsilə dəstək verirlər. Təkrar alış sazişi (həmçinin “repo” kimi də tanınır) bir tərəfə aktivi nağd pula satmağa imkan verir, hüquqi təkrar alış sazişi ilə dəstəklənən razılıq ilə o sonrakı bir tarixdə razılaşdırılmış qiymətə təkrar alınacaqdır (adətən satış qiymətindən yüksək bir qiymətə).
MİSAL
Atlas Bankın beş günlük 10 milyon ABŞ dollarına ehtiyacı var. O Kapital Bankla təkrar alış sazişi bağlayır ki, o Kapital Banka 10 milyon ABŞ dolları məbləğində istiqrazları 10 milyon ABŞ dollarına satır və onu 10,005,000 dollara geri almağa razılaşır. Beş günün sonunda Atlas Kapital Banka 10,005,000 ABŞ dolları ödəyir və istiqrazları geri alır. Atlas hər gün üçün 1000 ABŞ dolları qiymətinə öz likvidliyini beş günlük artırmışdır. Aşağıdakı Şəkil 2.10 bu təkrar alış sazişi sövdələşməsində iştirak edən bu iki bankın arasındakı pul axınını nümayiş etdirir.
Şəkildə 2.10 Təkrar alış sazişi
Sövdələşmə Tarixi
ATLAS BANK 10 M Dollarlıq İstiqraz satır KAPİTAL BANK
İstiqraz üçün 10 M Dollar ödəyir
Ləğv etmə Tarixi
5 gün sonra
ATLAS BANK 10 M Dollar üstəgəl 5000 dollar faiz ödəyir KAPİTAL BANK
10 M dollarlıq İstiqraz Satır
Repo sövdələşməsində qiymətli kağızın faktiki mülkiyyəti satıcıdan alıcıya keçir. Repo bazarları dünyanın hər yerində bankların likvidlik ehtiyacları üçün əsas maliyyələşmə mənbələridir.
Yuxarıda göstərilən likvidlik tələblərindən əlavə, bank nəzarətçiləri çox zaman banklardan nağd pul və ya bank gözlənilməz nağd pul tələbatı ilə qarşılaşdıqda asanlıqla nağd pula çevrilə bilən aktivlərin minimum miqdarını saxlamağı tələb edirlər. Yüksək dərəcədə likvid aktivlərə adətən bankın mərkəzi bankda saxlanılan əmanətləri və bankın sahib olduğu yerli hökumət kreditləri daxildir.
Son olaraq, Herstatt Bankın dağılmasından sonra (daha ətraflı məlumat üçün bax Bölmə 3.3.1) bank nəzarətçiləri həmçinin bankların bir-birilərinə olan öhdəliklərini yerinə yetirmək qabiliyyətləri barədə narahat olurlar. Nəzarətçilər üçün xüsusi narahatlıq ödənişlər sistemində öz mövqeyinin nəticəsi olaraq digər banklara pul borclu olan bir bankın dalğalanma təsirləridir, (misal üçün, banklararası çeklərin qarşılıqlı hesablaşması (klirinq) sistemi və ya dövlət istiqrazlarının ödənişi və çatdırılması sistemi). Əgər bankın bu ödəniş sistemlərindən istifadə edən müştəriləri imtina etmə halına məruz qalırsa, bankın öz müştəriləri adından özünün bank tərəfdaşlarına ödəniş edə bilməməsi mümkün ola bilər. Bu riskin qarşısını almaq üçün, banklar çox zaman girova adətən yüksək keyfiyyətli dövlət istiqrazlarına və qiymətli kağızlara arxalanırlar.
Girov borcalan tərəfindən borc və ya digər kreditə təminat vermək üçün və ödəniş edə bilməmə zamanında borcverənə zəmanət vermək üçün girov qoyulan aktivlərdir. Əgər borcalan krediti geri ödəyə bilmirsə və ya ödəmək istəmirsə, borcverənin girovu kreditin əsas məbləği, toplanmış faiz, haqlar və xərclərin və ya yekun ödənişi kimi qəbul etmək seçimi vardır. (Girovun rolu Bölmə 4.4.5-də daha ətraflı şəkildə izah olunacaq).
MİSAL
Kiçik bir bank olan Bank Little və iri beynəlxalq bank olan Bank Large bir-biri ilə müxtəlif sövdələşmələrə girirlər. Bu sövdələşmələrin əksəriyyətində Bank Little Bank Large-dan əsasən dövlət istiqrazlarından ibarət olan qiymətli kağızlarını alır. Bu sövdələşmələrə görə ödənişin müddəti üç gündür. Misal üçün, bazar ertəsi günü bağlanmış bir sövdələşmə üçün ödənişin cümə axşamı günü ödənilməsi gözlənilir. Bu üç-günlük müddət ərzində Bank Large faktiki olaraq Bank Little-a kredit verir və Bank Little-in üç günün sonunda sövdələşməyə görə ödəniş edə bilməməsi riski ilə üzüzədir.
Bank Little Bank Large-dan daha kiçik olduğu üçün onda əhəmiyyətli likvidlik risklərinə məruz qala biləcəyi və müqavilədə göstərilmiş şəkildə özünün hökumət istiqrazları haqda sövdələşmələri üzrə ödənişi ödəməməsinin mümkünlüyü ilə bağlı narahatlıq mövcuddur. Bunun baş verməsi riskini azaltmaq və bu iki bankın arasındakı sövdələşmələri daha da dəstəkləmək üçün, Bank Little Bank Large-da sövdələşmənin dəyərinin müəyyən faizinə bərabər girov yerləşdirir. Bank Large adətən Bank Little-dan qəbul edəcəyi girovun məbləğini və növünü müəyyən edir. Əgər Bank Little Bank Large-la sövdələşmələrinə görə ödəniş edə bilmirsə, Bank Little Bank Large-da yerləşdirdiyi girov Bank Large tərəfindən dövlət istiqrazlarının alınmasına görə ödənişi etmək üçün istifadə oluna bilər. Bu Bank Large-ın riskini azaldır. Şəkil 2.11 bunu əks etdirir.
Şəkil 2.11 Girovdan istifadə
Bazar ertəsi
BANK LİTTLE Girov BANK LARGE
2M AVRO
Bank Large 3 günlük müddətin sonunda
Bank Little 2M avronu geri ödəyə bilməyəcəyi riski öz üzərinə götürür.
Bu girov Bank Little-in ödəyə bilməməsinə görə hər hansı itkidən qorunmaq üçün istifadə olunur.
Cümə ertəsi
BANK LİTTLE Girov BANK LARGE
2M AVRO
Bank Large 2M avronu aldıqdan sonra girovu Bank Little-a qaytarır.
-
KREDİT ÜZRƏ ZƏRƏRLƏR
Bank onların verdikləri kreditlərin bir hissəsinin geri ödənməməsini və onlar bunun həm bankın qazanclarına və onun mənfəətlərinə vura bildiyi təsiri qabaqcadan görə bildiklərini qəbul edirlər. Sonrakı fəsillərdə görəcəyimiz kimi, banklar potensial kredit zərərlərini proqnozlaşdırmaq, idarə etmək və azaltmaq üçün mürəkkəb və yüksək dərəcədə strukturlaşdırılmış yanaşmalar (aspektlər) işləyib hazırlamışlar. Kredit zərərləri səhmdar kapitalını azaltdığı üçün və bu səbəbdən bankların uzun-müddətli mövcud olmasına təsir edə bildiyi üçün, banklar işçilər, ofis yeri və avadanlıq üçün planlaşdırdıqları xərclər kimi “bizneslə məşğul olmağın xərci” kimi kredit zərərlərinin ağlabatan bir səviyyəsini özlərinin planlaşdırma və büdcə tərtibi proseslərinə daxil etməlidirlər. Yaxşı korporativ idarəetmə üçün bankların İdarə heyəti bankların kredit zərərləri siyasətlərini müəyyən etməli və təsdiq etməlidirlər. Bu səbəbə görə, hər il banklar maaşlar və digər ümumi xərclərə bənzər kredit zərərlərinin potensial təsirini əvəz etmək üçün öz gəlirlərinin bir hissəsini kənara qoyurlar.
Bankların öz mühasibat və ticarət kitablarında malik olduqları aktivləri açıq şəkildə bildirmək üçün tələb olunan mürəkkəb qaydalar tənzimləyirlər. Tənzimləyicilər, səhmdarlar və digər maraqlı tərəflər bankın maliyyə vəziyyəti haqqında yüksək keyfiyyətli, etibarlı və yenilənmiş məlumatın olmasında maraqlıdırlar. Bir əsas narahatlıq kreditlərin və digər aktivlərin qeyd olunmuş dəyərinin onların əsl dəyərini necə əks etdirməsidir. Bu aktivlərin dəyərləndirilməsi məsələsi 2007-ci ildə başlamış kredit böhranı üzrə əsas səbəblərin biridir.
Bu bölmə bankların öz mühasibat və ticarət kitablarında aktivləri necə qeyd etdikləri və dəyərləndirdiklərini və ümumiyyətlə, işlək olmayan kreditlərlə düzgün şəkildə rəftar etmək və dəyərləndirmək üçün onların əməl etməsi üçün hansı qaydaların tələb olunduğunu müzakirə edir. Bu bölmə həmçinin kredit zərərlərini və onlarla məşğul olmaq üçün bankın sahib olduğu ehtiyatları idarə etmək üçün metodları təsvir edir.
-
Ticarət Kitabında Aktivlərin Dəyərləndirilməsi
Ticarət kitabında aktivlər adətən satış üçün saxlanılır və bankın balans hesabatında onların dəyəri bu aktivlərin maliyyə bazarlarında nə ilə nəticələnəcəyini əks etdirməlidir (Fəsil 6). Beləliklə, bu aktivlərin dəyəri bazar üçün müəyyən olunan olmalıdır, yəni, balans hesabatında onların dəyəri ədalətli bazar dəyərini əks etdirməlidir. Ədalətli bazar dəyəri dərhal bazarda almaq istəyən alıcıya satıldığı təqdirdə aktivin gətirəcəyi qiymətdir.
Dostları ilə paylaş: |