Wiley finance



Yüklə 2 Mb.
səhifə4/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   32

Faiz dərəcəsi kreditin qiymətidir və ya borc götürülmüş vəsaitlərdən istifadəyə görə borcverənin borcalandan aldığı ödəniş dərəcəsidir. İnflyasiya dərəcəsi pulun alış dəyərindəki dəyişiklikdir.
MİSAL

BankCredit Fransız korporasiyası olan Compagnie Petit-ə 1,000,000 avro kredit verir. Bu vəsaitlərdən istifadə etməyin müqabilində bank illik 6% dəyərində faiz dərəcəsi tutur. İlin sonunda Compagnie Petit banka faiz kimi 60,000 avro, əsas məbləğ kimi isə 1,000,000 avro ödəməlidir.

İlin əvvəlində Jean Molineaux mağazada müxtəlif ərzaq məhsulları üçün 100 avro ödəmişdir. İlin sonunda həmin mağazada həmin ərzaq məhsulları 105 avro dəyərində idi. Eyni ərzaq məhsullarının qiyməti il ərzində 5% bahalaşdığı üçün, pulun alıcılıq qabiliyyəti təxminən 5% azalmışdır. Alıcılıq qabiliyyətindəki bu azalma inflyasiya dərəcəsidir.


    1. BANK RİSKLƏRİ

Riskin çoxsaylı tərifləri vardır. Bizim hər birimiz riskin nə olduğunu müxtəlif cür tərif edirik və hamımız bir çox müxtəlif riskləri qəbul edirik. Riskin daha çox müzakirə olunan təriflərindən bəzilərinə bunlar daxildir:



  • Arzuolunmaz hadisənin baş vermə ehtimalı

  • Gözlənilməz hadisənin səbəb olduğu zərərin həcmi

  • “İşlərin yolunda getməmə” ehtimalı

  • Əlverişsiz nəticənin təsirləri

Banklar müxtəlif növ risklərlə qarşılaşırlar. Aşağıda qeyd olunanlar bankların qarşılaşdıqları müxtəlif risk nümunələridir.



  • Borcalanlar ödənişləri gec yerinə yetirə bilərlər və ya ödənişləri tamamilə həyata keçirməyə bilərlər.

  • Əmanətçilər ehtiyat etdiklərindən banklardan öz pullarının daha sürətli şəkildə geri qaytarılmasını tələb edə bilərlər.

  • Bazar faiz dərəcələri dəyişə və bankların kreditlərinin dəyərinə zərər vura bilər.

  • Bank tərəfindən qiymətli kağızlar və ya özəl şirkətlərdə edilmiş investisiyalar öz dəyərini itirə bilər.

  • İnsanların daxiletmələrindəki səhvlər və ya kompüter sistemlərindəki fırıldaqçılıq itkilərə səbəb ola bilər.

Bu risklərə nəzarət etmək, idarə etmək və ölçmək üçün banklar fəal şəkildə risklərin idarə olunması işini həyata keçirirlər. Bankda risklərin idarə olunması funksiyası özünün mövcud aktiv portfelinin və digər işlərinin riskini davamlı şəkildə ölçməklə bankın risk profilini digər bank funksiyalarına çatdırmaqla və zərər ehtimalını azaltmaq və ya potensial itkinin həcmini azaltmaq üçün birbaşa və ya digər bank funksiyaları ilə birgə tədbirlər görməklə bankın qarşılaşdığı risklərin idarə olunmasına töhfə verir.

Tənzimləyici perspektivdən bankın aktivlərinin dəyəri və riski bankın malik olması tələb olunan tənzimləmə ehtiyat kapitalının həcminin ən vacib təyinediciləridir. Yüksək riskli aktivləri olan bank həmin aktivlərin tezliklə dəyərini itirə bilmə ehtimalı ilə qarşılaşır. Əgər bazar - əmanətçilər bankın qeyri-sabit olduğunu və onların əmanətlərinin təhlükədə olduqlarını düşünərsə, bu zaman narahat əmanətçilər öz vəsaitlərini bankdan geri ala bilər. Əgər həddindən artıq əmanətçi öz vəsaitlərini eyni zamanda geri almaq istəsə, bu zaman bankın pulunun tükənməsi xəbəri yayıla bilər. Bölmə 3.1 özündə bankda pulun bitməsinin necə baş verdiyini əks etdirir. Bankdan pulun geniş şəkildə çıxardılması baş verdikdə, bank öz istəyinə əsasən vəsaitlərini satmağa məcbur ola bilər. Buna yol verməmək üçün tənzimləyicilər yüksək riskli aktivləri olan bir bankın daha çox ehtiyata sahib olmasını istəyə bilərlər. Ona görə də, bankların tənzimlənməsinin başa düşülməsi maliyyə riskinin idarə olunmasının başa düşülməsini tələb edir.

Bu bölmə bir bankın qarşılaşa biləcəyi müxtəlif növ riskləri təqdim edir və hər bir riski göstərən nümunələri təmin edir. Sonrakı fəsillər bu riskləri və onların tənzimləməyə təsirlərini daha təfərrüatlı şəkildə araşdırır. Aşağıda müzakirə olunan risklər Bazel Sazişlərində, beynəlxalq riskə əsaslanan bankçılığın tənzimlənməsinin əsasında müəyyən olunanlardır. Bölmə 3.3-də və kitab vasitəsilə daha çox təfərrüatlı təsvir olunan Bazel Sazişləri banklar və bankların risklərinin idarə olunması üçün qlobal şəkildə qüvvədə olan və geniş şəkildə tətbiq olunan bazanı yaratmaq üçün əsas inkişaf etmiş ölkələrdən bank tənzimləyicilərinin birgə işinin nəticəsidir.


Bu sazişlərin ən sonuncusu olan Bazel II Sazişi üç növ riskə əsaslanır:

  • Kredit riski

  • Bazar riski

  • Əməliyyat riski

Bazel Sazişi həmçinin qəbul edir ki, bu müxtəlif əsas risk növlərinin daxil ola bildiyi digər növ risklər vardır.




Şəkil 1.4 Bank Riskləri



Kredit riski bankın borcalanının razılaşdırılmış

şərtlərə əsasən öz öhdəliklərini yerinə yetirə

yetirə bilməmə ehtimalıdır.

Bazar riski bazar qiymətlərindəki hərəkətlərin

səbəb olduğu balans cədvəli mövqelərinin

içində, üstündə və xaricindəki itkilər riskidir.

Əməliyyat riski qeyri-adekvat və ya uğursuz

daxili proseslər və ya sistemlər, səhvlər və ya

xarici hadisələrin səbəb olduğu potensial itkidir

Xarici valyuta

Faiz dərəcsi

Kapital

Əmtəə



1.3.1 Kredit Riski
Kredit riski, kreditə görə faiz ödəmək və borc alınmış hesabı geri ödəməyə – razılaşdırılmış şərtlərə əsasən və eyni zamanda qarşı tərəf kimi tanınan, bankın borcalanının öz öhdəliklərini ödəyə bilmədiyi təqdirdə məruz qalacağı potensial itkidir. Kredit riski əksər bankların qarşılaşdıqları vahid və ən böyük riskdir və bankın sahib olduğu kreditlərin və ya istiqrazların qismən və ya tam şəkildə geri ödənilməyəcəyi ehtimalından meydana gəlir. Kredit riski çox zaman müflislik riski ilə sinonim olur.
MİSAL
2007-ci ilin dekabrında İsveçrənin böyük bankı UBS yüksək riskli borcalanlara (substandart ipoteka borcalanları) verilmiş kreditlərin dəyərində əhəmiyyətli itkiyə görə 10 milyard ABŞ dollar zərərə düşdüyünü elan etmişdir. Çoxsaylı yüksək riskli borcalanlar öz kreditlərini geri ödəyə bilmirdi və kredit itkilərinin ehtimalını proqnozlaşdırmaq üçün istifadə olunan mürəkkəb modellərin düzgün olmadığı ortaya çıxırdı. Dünyanın hər tərəfində digər əsas banklar ipoteka ödənişlərinin ödənilə bilməməsi ehtimalını səhv qiymətləndirilməsi səbəbindən bənzər itkilərə məruz qalmışlar. Bu riski düzgün şəkildə qiymətləndirmək və ya cavab vermək imkanının olmaması dünyanın hər yerində şirkətlərə və fərdi şəxslərə milyardlarla ABŞ dolları dəyərində olan itkilərlə nəticələnmişdir.

Ödənilməmə riski əmanətçilərə də təsir edir. Əmanətçi nöqteyi nəzərindən kredit riski onlar tələb etdikləri zaman bankın onların vəsaitlərini geri ödəyə bilməyəcəyi riskdir.

Borcvermə prosesi müəyyən potensiallı borcalana kreditin verilməsi ilə əlaqədar kredit riskinin qiymətləndirilməsini nəzərdə tutur. Fəsil 5-də borcvermə prosesinin geniş təsviri əks olunur. Bir kredit verildikdən və müştəri tərəfindən alındıqdan sonra o, bankın mühasibat kitabının bir hissəsi olur. Mühasibat kitabı bankın sahib olduğu, fəal şəkildə alıb-satmadığı və kredit tam şəkildə geri ödənildikdən sonra son müddətə qədər sahib olmağı planlaşdırdığı aktiv portfelidir (əsasən kreditlər). Bölmə 2.2-də daha çox mühasibat kitabı müzakirə olunur. Bankın kredit riski bankın özünün mühasibat kitabında onun aktivlərinin ümumi kredit riskidir.
1.3.2 Bazar Riski
Bazar riski faiz dərəcələri, xarici valyuta kursları və kapital və əmtəə qiymətlərindəki dəyişikliklər nəticəsində bazar qiymətlərindəki hərəkətlərdən bank itkilərinin yaranma riskidir. Bazar riskinin müxtəlif komponentləri və onlara təkan verən qüvvələr Fəsil 6-da daha geniş şəkildə əks olunur. Bazar riskinin tərkib hissələri bunlardır:


  • Faiz dərəcəsi riski, faiz dərəcələrindəki hərəkətlərə görə potensial zərərdir. Bu risk bank aktivlərinin (kreditlər və istiqrazlar) adətən bank öhdəliklərinə (əmanətlər) nisbətən daha əhəmiyyətli şəkildə uzun ödəniş müddətinə sahib olmaları səbəbindən yaranır. Bu risk iki yolla konsepsiya halına salına bilər. Birincisi, əgər faiz dərəcələri artarsa, daha uzun-müddətli aktivlərin dəyəri adətən bankın kapitalını azaldan daha qısamüddətli öhdəliklərin dəyərindən daha böyük olacaqdır. Bölmə 2.2 bank aktivlərini, öhdəlikləri və kapitalı daha ətraflı şəkildə müzakirə edir. İkincisi, əgər faiz dərəcələri artarsa, bank özünün daha uzunmüddətli kreditlərinin ödəniş müddətinə qədər və onun həmin kreditləri daha yüksək faiz dərəcəsi qazanan kreditlərlə əvəz edə bilməzdən çox əvvəl öz depozitlərinə görə daha yüksək faiz dərəcəsi ödəməyə məcbur olacaq.


MİSAL

ABŞ-ın əmanət və kreditləri, həmçinin əmanət qurumları, əsasən ipoteka krediti verənlərdir. Onlar depozit yığır və ipoteka krediti verirlər. 1980-ci illərdə və 1990-cı illərin əvvəllərində ABŞ-ın əmanətlər və kreditlər sistemi böyük bir böhrana məruz qaldı və bu böhranda bir neçə min əmanət qurumu faiz dərəcəsi riskinə görə uğursuzluğa uğradı.

Bir çox uğursuz əmanət qurumları dəyişən dərəcəli əmanətlərlə maliyyələşdirilmiş daha uzunmüddətli (30 ilə qədər) sabit-dərəcəli ipoteka kreditləri vermişdir. Bu əmanətlər faiz dərəcələrinin bazar səviyyəsi əsasında daha yüksək və ya aşağı şəkildə müəyyən olunan faiz dərəcələri ödəyirdilər. Bazar faiz dərəcələri artdıqca, əmanət dərəcələri daha yüksək səviyyəyə qalxırdı və əmanət qurumlarının verməli olduqları faiz ödənişləri onların sabit dərəcəli ipoteka portfellərindən əldə etdikləri faiz ödənişlərindən artıq olmağa başladı. Bu getdikcə daha böyük itkilərə səbəb olurdu və sonda minlərlə əmanət və kreditin kapitalının məhv olmasına və onların uğursuzluğa uğraması ilə nəticələndi. Növbəti səhifədəki Şəkil 1.5-də göstərildiyi kimi, faiz dərəcələri artdıqca, əmanət və kreditlərin dəyişən dərəcəli əmanətlərə görə etməli olduqları ödənişlər getdikcə artan itkilərə səbəb olan sabit dərəcəli ipoteka kreditlərindən əldə olunan ödənişlərdən daha çox oldu.


Şəkil 1.5 Faiz dərəcələri artdıqca ABŞ-ın əmanət və kreditlərinə görə gəlir və zərərlər

Dəyişən dərəcəli depozit ödənişi

Sabit dərəcəli ipoteka ödənişləri


Ödənişlər

Gəlir

Zərər

Faiz dərəcəsi







  • Kapital riski səhmin qiymətindəki mənfi dəyişikliyə görə potensial zərərdir. Həmçinin pay və ya kapital adlandırılan səhm bir şirkətdə mülkiyyətçilik marağını təmsil edir. Banklar onları bu payların dəyişən dəyərinin riski ilə qarşı qarşıya qoyan digər şirkətlərdə mülkiyyət maraqlarını satın ala bilərlər.


MİSAL

1990-cı illərin sonlarında internetin funksionallığı və istifadəsi genişləndikcə texnologiya və internet sahəsi ilə əlaqədar şirkətlərdə (“dot-komlar” kimi tanınır) səhmlərin qiymətləri sürətlə artmışdır. Bu şirkətlərə maraq daha da artdı və səhmlərin qiymətlərini qismən gələcək artımların spekulyasiyasının sayəsində tədricən daha çox artırdı. Təəssüf ki, 2000-ci ilin martından 2002-ci ilin oktyabrına qədər bu dot-kom köpük effekti və Amazon, Dell, AOL (Amerika Online) və Yahoo daxil olmaqla bu şirkətlərin çoxunun səhm qiyməti əsaslı şəkildə endi və səhmdarlar 50% və ya daha çox zərərə məruz qaldı.





  • Xarici valyuta riski valyuta mübadilə məzənnəsindəki dəyişikliklərə görə bankların aktivləri və ya passivlərinin dəyərinin dəyişməsi riskidir. Banklar öz müştərilərinin adından (öz beynəlxalq əməliyyatlarına görə ödəniş etmək üçün xarici valyutaya ehtiyacları olan və ya xarici valyuta alan və onu öz valyutaları ilə mübadilələr etmək istəyən) və ya bankın öz hesabları üçün xarici valyutanı alır və satır.


MİSAL
1992-ci ilin əvvəllərində İsveç şirkətləri kredit almağı getdikcə daha çətin hesab edirdilər. Faiz dərəcələri yüksək və bank sistemi gərgin olduğu üçün kredit verə bilən banklar yüksək faiz dərəcələri tuturdular. Bir çox KOM-lar xarici valyuta kreditləri üçün İsveç banklarına üz tutdular; eyni zamanda, xarici faiz dərəcələri yerli faiz dərəcələrinə nisbətən daha aşağı idi. Həm banklar, həm də borcalanlar xarici kreditləri və onların daha aşağı faiz dərəcələrini əldə etmək məqsədilə valyuta mübadilə riskini qəbul etməyə hazır idilər. Eyni zamanda Avropa valyutalarının zənbili hesab olunan ekyü (ECU) ilə əlaqəli olan və dəyişəcəyi heç kim tərəfindən gözlənilməyən İsveş kronu (SEK) sabit valyuta məzənnəsinə malik idi.

Amma həmin ilin sonuna doğru – 19 noyabr 1992-ci il tarixində – İsveç hökuməti öz valyutasının gücünü saxlama uğrunda apardığı uzun və dəyərli mübarizədən sonra onun dəyərini aşağı saldı və SEK və ECU arasındakı əlaqəni aradan qaldırmaqla SEK-in digər valyutalara nisbətən azad şəkildə ödənilməsinə imkan verdi. SEK-in dəyəri əhəmiyyətli şəkildə aşağı düşdü, əsas valyutalara qarşı təxminən 10% aşağı düşdü.1 Bu səbəbdən, 19 noyabr 1992-ci il tarixində İsveç şirkətlərinin xarici valyuta kreditlərinə görə faiz ödənişləri ödəmələri üçün əvvəlki günə nisbətən 10% daha çox SEK tələb olunurdu. Bu kreditlər üçün faiz dərəcələri dəyişməməsinə baxmayaraq, onları geri ödəmək üçün borcalanın sahib olmalı olduğu SEK miqdarı 10% artmışdır, çünki valyutanın dəyəri 10% aşağı olmuşdur. (Misal üçün, 10 SEK faiz ödənişi 11 SEK faiz ödənişi olmuşdur.) 10% dəyişiklik böyük dəyişiklik hesab olunmasa da, o bəzi borcalanlar üçün, xüsusilə xarici valyuta gəliri əldə etməyən şirkətlər üçün, əhəmiyyətli çətinlik yaratmışdır. Bunun nəticəsində, İsveçdə bir çox kiçik və orta-ölçülü şirkətlər uğursuzluğa düçar olmuş və artıq zəif olan bank sistemini və iqtisadiyyatı daha da qeyri-sabit etmişdir.





  • Əmtəə riski əmtəə qiymətlərində mənfi dəyişikliyə görə potensial zərərdir. Kənd təsərrüfatı malları (misal üçün, buğda, qarğıdalı, lobya), sənaye malları (misal üçün, metallar) və enerji malları (misal üçün, təbii qaz, xam neft) də daxil olmaqla, müxtəlif növ əmtəələr mövcuddur. Əmtəələrin dəyəri tələb və təklifdəki dəyişikliklərdən asılı olaraq dəyişir.


MİSAL

1970-ci illərdə ABŞ biznesmenləri olan Hant qardaşları 280 milyon unsiya gümüş toplamışdılar və bu miqdar, əmtəə üzrə əhəmiyyətli mövqe demək idi. Onlar belə əhəmiyyətli mövqeyə malik olduqca – dünyadakı təklifin təxminən 1/3-i qədər gümüşün qiyməti qalxdı. 1979-cu ilin sonuna qısa bir müddət üçün Hant qardaşları gümüş bazarını “ələ keçirmişdilər” və onun qiymətini faktiki olaraq tənzimləyirdilər. 1979-cu ilin sentyabrından 1980-ci ilin yanvarına qədər gümüşün qiyməti hər unsiya üçün 11 ABŞ dollarından 50 ABŞ dollarına qalxmışdı və bu zaman müddətində bu iki qardaş gümüş alqı-satqısı nəticəsində təxminən 2-4 milyard ABŞ dolları pul qazanmışdılar. Ən pik nöqtədə qardaşların əmtəənin dəyəri 14 milyard ABŞ dolları olmuşdu. Amma iki aydan sonra gümüşün qiyməti hər unsiya üçün 11 ABŞ dollarına düşdü və qardaşlar özlərinin əsas gümüş ehtiyatlarını zərər ilə satmağa məcbur olmuşdular.

Bazar riski adətən bankın ticarət kitabına əsaslanır. Ticarət kitabı öz müştəriləri, hesabları və ya ticarəti asanlaşdırmaq üçün,müxtəlif risk növlərinə qarşı mühafizə etmək üçün bankın sahib olduğu istiqrazlar, kapital, xarici valyuta və törəmə alətlər kimi maliyyə aktivləri portfelidir. Ticarət kitabındakı aktivlər ümumiyyətlə satış üçün istifadə edilir, çünki bank onların ödəniş vaxtına qədər həmin aktivləri saxlamaq niyyətində deyil. Bankın mühasibat kitabındakı (ödəniş vaxtına qədər saxlanılan) və ticarət kitabındakı (ödəniş vaxtına qədər saxlanılmayan) aktivlər kollektiv şəkildə bankların öz depozitləri, kreditləri və payçı kapitalından istifadə etməklə kreditlərə, qiymətli kağızlara və digər maliyyə aktivlərinə qoyduğu müxtəlif investisiyaları əhatə edir.

Ticarət və mühasibat kitablarını fərqləndirmək bankların necə işləmələri və öz risklərini necə idarə etmələri üçün vacibdir. Bazel Sazişi mühasibat kitabında termin üçün tərif əks etdirmir; bu vacib və asanlıqla yaddan çıxarılan bir məqamdır. Faktiki olaraq, mühasibat kitabına daxil edilənlər bankın ticarət kitabına daxil edilməyəndir, hansı ki, Bazel II Sazişində tərif olunmuşdur. Ticarət və mühasibat kitabları sonrakı fəsillərdə müzakirənin mövzusu olacaqdır (bax Bölüm 2.2).


1.3.3 Əməliyyat Riski
Əməliyyat Riski qeyri-adekvat və ya uğursuz daxili proseslərdən, insanlar və sistemlər və ya xarici hadisələrin səbəb olduğu zərər riskidir. Bu tərifə hüquqi risk daxil olsa da, strateji və reputasiya riski daxil deyildir.
MİSAL

1995-ci ildə Baring Brothers and Co. Ltd (Barings) özünün daxili nəzarət prosesləri və prosedurlarının uğursuzluğundan sonra 827 milyon BBF məbləğində zərərə uğrayaraq fəaliyyətini dayandırmalı oldu. Braings-in Sinqapurdakı treyderlərindən biri iki ildən artıq müddət ərzində ticarət zərərlərini gizlətmişdi. Qeyri-kafi daxili nəzarət ölçüləri səbəbindən, bu treyder özünün alqı-satqılarını səlahiyyətləndirə bilmişdir və heç bir nəzarət olmadan onları bankın sisteminə daxil edə bilmişdi. Bu treyderlərin nəzarətçiləri ticarət əhəmiyyətli məbləğdə pul itirməyə başlayandan sonra bundan xəbər tutmuş və artıq həmin treyder üçün ticarəti və zərərləri gizli saxlamaq qeyri-mümkün olmuşdur.

Kredit və bazar riski ilə müqayisədə əməliyyat riski ölçmək, idarə etmək və nəzarət etmək üçün ən az başa düşülən və ən çox problemli riskdir. Əməliyyat riski hadisələri kimi təsnif oluna bilinəcək bir çox müxtəlif zərər halları mövcuddur. Fəsil 7-də bankların bank fəaliyyətinin bir hissəsi kimi qarşılaşdıqları əməliyyat risklərinin müxtəlif növlərini necə müəyyən etdiklərini və idarə etdiklərini müzakirə edir.


      1. Digər Risk Növləri

Bankların üç əsas risk növündən - kredit, bazar və əməliyyat - başqa qarşılaşdıqları və müvafiq şəkildə idarə etməli olduqları digər risklər də mövcuddur. Aşağıda onların bəzilərinin siyahısı verilir.




  • Likvidlik riski bankın özünün aktivlərinin maliyyələşdirilməsi də daxil olmaqla, davam edən öhdəliklərini yerinə yetirmə imkanıdır. Likvidlik riski Fəsil 3 və 6-da daha təfərrüatlı şəkildə müzakirə olunacaqdır.


MİSAL

2007-ci ilin avqustunda Birləşmiş Krallıqda daşınmaz əmlakın maliyyələşdirilməsi ilə məşğul olan bir bank elan etdi ki, onun İngiltərə Bankından təcili maliyyə vəsaiti əldə etməyə ehtiyacı vardır. Northern Rock nisbətən kiçik bank idi və yeni kreditləri əmanətlərdən əldə etmək üçün kifayət qədər əmanətçi bazasına sahib deyildi. O, verdiyi ipoteka kreditlərini digər banklara və investorlara satmaqla və qısamüddətli kreditlər götürməklə yeni ipoteka kreditlərini əldə etdi və beləliklə özünü maliyyə bazarlarındakı dəyişikliklərdən asılı vəziyyətə saldı. Northern Rockun nə qədər maliyyələşmə cəlb edə bilməsi iki amildən asılı idi. Birincisi, başqa banklara satmaq üçün onun verdiyi ipoteka kreditlərinə ehtiyac var idi. İkincisi, bu ipoteka kreditlərini əldə etmək üçün kredit bazarında kreditin mövcud olması idi. Bunların hər ikisi ümumi bank bazarının, xüsusilə də krediti əldə olunması üçün vəsaitin istifadəsinin mümkünlüyü və necə fəaliyyət göstərməsindən asılı idi. 2007-ci ildə kredit bazarları təzyiqlə üzləşdikdə bank verdiyi ipoteka kreditlərini satmaqda getdikcə daha çox çətinlik çəkməyə başladı. Eyni zamanda, Northern Rock tələb olunan qısamüddətli maliyyə vəsaitlərini əldə edə bilmirdi. Faktiki olaraq, Northern Rock öz aktivlərini əldə edə bilmir, pula malik olmadığınından yeni vəsait cəlb edə bilmirdi və İngiltərə Bankından təcili maliyyə vəsaitləri əldə etməsinə baxmayaraq, sonradan hökumət tərəfindən milliləşdirilmişdi.





  • Biznes riski bankın rəqabətli mövqeyində və dəyişən bazarlarda çiçəklənən bankın perspektivindəki azalmadan meydana gələn potensial zərərdir.


MİSAL

1990-cı illərin ortalarında BestBank of Boulder, Colorado (ABŞ) bir çox aşağı ödəniş qabiliyyətli, “substandart” borcalanlara kart verməklə tezliklə özünün kredit kartı üzrə kredit portfelini yaratmağa cəhd etdi. Təəssüf ki, həddindən artıq aşağı ödəniş qabiliyyətli borcalan özlərinin BestBank kredit kartı borclarını ödəyə bilmədilər. 1998-ci ilin iyulunda BestBank təxminən 232 milyon ABŞ dolları miqdarında itkilərə məruz qalaraq bağlanmışdır. Bu yüksək riskli müştərilərə pul krediti verməklə öz biznesini artırmağa çalışan bir bankın klassik nümunəsidir: ınbank müəyyən müddət üçün yüksək qazanc əldə etməsinə baxmayaraq, o özünün biznes strategiyasında problemli kreditləri adekvat şəkildə təmin edə və onlardan qoruna bilməmişdir.





  • Reputasiya riski ictimai rəydə bankın mövqeyində aşağı düşmənin səbəb olduğu potensial zərərdir. Real və ya güman olunan reputasiya probleminin bərpası asan deyil. Təşkilatlar hətta nisbətən möhkəm sistemlər, proseslər və maliyyə vəsaitləri olmasına baxmayaraq, ictimaiyyətlə münasibətlər probleminə görə yalnız etimadın itirilməsi səbəbindən əhəmiyyətli dərəcədə iş itirmişlər.


MİSAL

1991-ci ilin əvvəllərində o dövrdə ABŞ-ın beşinci ən iri investisiya bankı olan Salomon Brothers ABŞ hökumətinin borcu üçün ona icazə veriləndən daha böyük alış sifarişləri təqdim edərkən yaxalanmışdır. ABŞ hökuməti borc aldıqda bu borcu hərracda satır və seçilmiş bankları Xəzinə kağızları adlanan bu qiymətli kağızları almağı təklif edir. Xəzinə kağızlarının düzgün qiymətləndirildiyini və ABŞ dövlətinə borc pul verməyə hazır olan bütün investorların ədalətli qiymət və faiz dərəcəsi ilə qarşılaşmalarını təmin etmək üçün, bu hərracda təklif vermək üçün dəvət olunan hər bir bank yalnız məhdud sayda qiymətli kağız ala bilərdi. Adları və yazıları saxtalaşdırmaqla Salomon Brothers Xəzinə kağızlarında yüksək mövqeyə sahib olmuş və sonda investorların bu qiymətli kağızlar üçün ödədikləri qiymətə nəzarət etməli olmuşlar. Onların qanunsuz fəaliyyətləri məlum olduqda, Salomon səhmlərinin qiyməti əhəmiyyətli şəkildə düşmüş və maliyyə bazarlarında Salomonun bizneslə məşğul olmaq imkanının davam etməsi barədə narahatlıq yaranmışdır. Salomon Brothers əhəmiyyətli reputasiya itkisinə məruz qalmışdılar ki, bu da yalnız bu şirkətə kapital yatırmış və şirkətdə rəhbər rolunu üstələmiş hörmətli şəxs hesab olunan ABŞ investoru Uorren Buffet tərəfindən qismən bərpa olunmuşdur. Daha sonra ABŞ hökuməti Salomon Brothers-i 290 milyon ABŞ dolları məbləğində cərimələmişdir, belə ki, bu cərimə həmin vaxt üçün bir investisiya bankına təyin olunan ən böyük cərimə hesab olunurdu. Bu cərimənin nəticəsində bank 100 milyon ABŞ dolları itirmişdir.




    1. BANK SEKTORUNU FORMALAŞDIRAN QÜVVƏLƏR

Bankçılığın bir çox digər cəhətləri vardır ki, bu fəsildə həmin cəhətlər əks olunmamışdır, amma kitabın sonrakı hissələrində qısaca olaraq bu cəhətlərə birbaşa və ya da digər mövzular barədə müzakirənin bir hissəsi kimi nəzər salınacaq. Bunlardan bəziləri aşağıdakılardır:




  • Tənzimlənmə, tənzimləmənin dayandırılması və qloballaşma: tənzimləmənin dayandırılması dünyanın bir çox ölkələrində məhdudlaşdırıcı bank tənzimlənməsinin yüngülləşdirilməsinə səbəb oldu. Bu bir çox bankların daha az, yəni birbaşa dövlət nəzarət ilə və onların öz bizneslərini necə qurmaları ilə bağlı daha çox müstəqilliklə bir-biri ilə və digər maliyyə xidməti təminatçıları ilə rəqabət aparmalarına imkan verdi. Daha az nəzarətlə nəticələnən fəaliyyət üzrə nəzəriyyə - banklar arasında rəqabətin artması onların bank səmərəliliyini artıracağı idi. Tənzimlənmənin dayandırılması banklara bənzər bank xidmətləri təklif edən təşkilatlardan bazar gərginliyini müəyyən edir. Bundan əlavə, belə göründür ki, banklar özlərinin maraqları üçün dövlətin tənzimləyicilərinin ciddi nəzarətinə çox az ehtiyac duyaraq özlərini səmərəli şəkildə tənzimləyəməyə üstünlük verəcəkləryəcəklər. Bunun da səbəbi odur ki, getdikcə rəqabətin artdığı bir dünyada rəqabət aparmaq üçün bankların müvafiq şəkildə fəaliyyət göstərdiyini təmin etmək bankların özlərinin marağındadır. Bununla belə, 2008-ci ildə aydın olduğu kimi, banklar özlərinə effektli şəkildə nəzarət edə bilmirdilər. Onlarda intizamın çatışmaması qlobal maliyyə sisteminin faktiki olaraq alt-üst olması ilə nəticələndi. Həmçinin o da müəyyən olmuşdur ki, bir çox banklar indi özlərinin qlobal əlaqəliliyinə və dünyanın maliyyə sistemi üçün əhəmiyyətləri səbəbi ilə “uğursuzluğa düçar olmaq üçün həddindən artıq böyükdürlər”. Hal-hazırda, dövlətlər bir çox bank fəaliyyətlərinin tənzimlənməsi islahatlarını nəzərdən keçirirlər və ilk dəfə olaraq, gələcək maliyyə xidmətləri ilə əlaqəli riskləri və məsələləri daha aktiv şəkildə həll etmək məqsədilə dünyanın maliyyə tənzimləyiciləri arasında məlumatın sürətli şəkildə paylanılmasına imkan vermək üçün müəyyən növ kooperativ sistemin qəbul olunmasını nəzərdən keçirirlər.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin