Başlanğıc kariyes (caries incipiens) ağ və ya piqmentləşmiş ləkə mərhələsində,
adətən, simptomsuz gedir, yəni xəstə heç bir narahatlıq hissi keçirmir. Minanın
zədələnməsinin başlanğıc mərhələsində o, adi parlaqlığını itirir, tutqun, sonra isə ağ
(tabaşırəbənzər) ləkə əmələ gəlir. Sonralar ləkə itə bilir (zədələnmiş sahənin
reminerallaşması), lakin çox vaxt piqmentləşmə başlayır və ləkə qəhvəyi qara rəng
alır. Ləkə mərhələdə zədə nahiyəsində kalsiumun, fosforun miqdarı azalır, minanın
keçiriciliyi artır. Səthi kariesdə boşluq minada, orta kariesdə mina – dentin
sərhəddində, dərin kariesdə isə dentin və predentində olur. Ləkə mərhələdə mina
tutqun olur.
Ağ və açıq qəhvəyi karioz ləkələr demineallaşmanın klinik təzahürləri, qəhvəyi və
qara ləkələr isə dayanmış patoloji prosesin klinik əlamətidir. Lakin ağ piqmentləşmiş
ləkələr zamanı ağrı hissi olmur., zədələnmiş mina sahələri müayinə və zondlama
aşkara çıxarılır. Ağ ləkənin səciyyəvi xüsusiyyəti odur ki, hipoplaziyadan, flüorozdan
fərqli olaraq, dişə metlen abısının 2-3%-li suluməhlulunu sürtdükdə ağ ləkə
rənglənir.
Dostları ilə paylaş: |