Müayinə zamanı bir qrup dişlərin boynunda pazabənzər qüsur olduğu aşkara çıxır:diş
əti yanı səthi, adətən, üfuqi vəziyyətdə, ikinci səthi isə iti bucaq altında yerləşir.
Qüsurun divarları sıx, parıltılı, hamardır. Qüsur diş boşluğuna yaxın olan hallarda
onun konturları görünür, lakin diş boşluğu heç vaxt açılmır, ona görə ki, orada
həmişə əvəzedici dentin çökür.
Pazabənzər qüsur elə bir dərinliyə çata bilir ki, diş tacı mexaniki yükün təsiri altında
sınır. Çox halda zondlama ağrı vermir, lakin qıcıqlandırıcının təsir etdiyi anda ağrı ola
bilər.
Eroziya daha tez-tez üst çənənin ön dişlərində müşahidə olunur, lakin alt çənənin
köpək dişlərində, üst və alt çənənin kiçik azı dişlərində də təsadüf edilir. Alt çənənin
kəsici dişlərində və azı dişlərdə eroziya heç vaxt müşahidə olunmur. Bu xəstəliyə
adətən, orta yaşlı adamlar tutulur, xəstəlikuzun müddət davam edir. Eroziya ilə azə,
iki simmetrik yerləşmiş diş zədələnir. Dişlərin tək-tək zədələnməsi
müşahidə
olunmur. Diş toxumasının eroziyası aşkara çıxarılmış adamların çoxunda
hiperesteziya da olur.
Eroziyanın iki forması vardır: fəal və sabit. Fəal forma üçün toxumaların sürətli
yeyilməsi, kəskin hiperesteziya xarakterlidir. Eroziya səthi hamar olur, o, çox
vaxt kip
yapışmış qara ərplə örtülür. Xəstəliyin sabit formasında prosesin inkişafı az müşahidə
olunur. Bu forma üçün hiperesteziya səthi hamar, parıltılı olması və ərpin
xarakterlidir. Klinik təzahürlərinə görə eroziyanın başlanğıc (minanın eroziyası) və
bariz (dentinin eroziyası) formalarını ayırd edirlər.
Xəstələr eroziyadan müxtəlif cür şikayətlənirlər. Bəzi hallarda eroziya ağrı vermir və
xəstələr yalnız minanın cüzi yeyildiyini və bəzən isə vestibülyar səthdə diş minası
rənginin dəyişildiyini göstərirlər. Digər hallarda (bu, daha tez-tez olur) xəstələr bütün
qıcıqlandırıcıların, daha çox turş və mexaniki qıcıqlandırıcıların kəskin ağrı
verdiyindən, habelə kosmetik qüsurdan şikayətlənirlər.
Eroziya zamanı dişin sərt toxumalarının oval formalı zədələnməsi müşahidə olunur.
Bu zaman mina və dentin zədələnir.
Dişin sərt toxumasının eroziyasının səbəbləri barədə müxtəlif fikirlər vardır.
Eroziyanın mexaniki və kimyəvi amillərin təsiri ilə əlaqədar olması
fikrinin
tərəfdarları daha çoxdur. Sübut edilmişdir ki, sitrus meyvələri və turş içkilər sərt
toxumaların eroziyasına kömək edir. Səthaltı deminerallaşmanın baş
verdiyi
kariyesdən fərqli olaraq, eroziya zamanı xarici qatda dəyişiklik müşahidə olunur,
səthaltı və dərin qatlarda toxumalar normal halda qalır.
Eroziyanın yaranmasında mexaniki amillər də böyük rol oynayır. Sərt toxumalarında
eroziya olan şəxslərin əksəriyyəti dişlərini cod şotka ilə gündə iki dəfə intensiv
təmizləyir, belə halda tez-tez abraziv xassəli diş poroşokundan istifadə edirlər. Bu,
yolverilməz haldır.
Dostları ilə paylaş: