birləşmələrdən bəzi insanların ağzında cüzi qalvanik cərəyanlar əmələ gəlir. Buna
«Halvanizm» deyilir. Şərti norma cərəyan 10 mkA-dir, bu rəqəmdən çox olanda
halvanizm yaranır. Uzun müddət belə vəziyyətdə ağız boşluğunun selikli qişasında
müxtəlif nahiyələrdə yanğı hissiyatı, metal dadı, salivasiyanın azalması və ya çoxalması
müşahidə olunur. Belə hissiyatlar insanlarda narahatlıq və bəzən nevrozun əmələ
gəlməsinə səbəb olur. Obyektiv müayinədə kataral iltihab əlamətləri, dildə
məməciklərin atrofiyası, çox vaxt hiperkeratoz sahələri müşahidə olunur. Bu mənzərə
qırmızı yastı dəmrova və leykoplakiyaya bənzəyir. Bəzi şəxslərdə baxışda hər hansı bir
dəyişiklik aşkarlanmır, lakin subyektiv pozğunluqlar çox qabarıq və uzun müddət çəkir.
Belə hissiyatlar funksional xarakter daşıyır.
Halvanik sindromun müalicəsi müxtəlif metallı protezlərin dəyişməsindən
başlanmalıdır və bununla bərabər neyrogen müalicə aparılmalıdır. Belə xəstələrdən
çox dəqiq allerqoloji və stomatoloji anamnez yığmaq mütləqdir. Protezlərin
hazırlanmasından öncə pasiyentin metallara qarşı hissiyatını təyin etmək lazımdır.
ABSQ-da travmatik zədələnmələr müxtəlif təbiətli xəstəliklərlə: sifilis, vərəm, QİDS,
allergik xəstəliklər, kandidoz, lekoplakiya ilə diferensiasiya olunmalıdır. Əsas
diferensial-diaqnostik əlamət patoloji prosesin ləqv olunmasıdır, yəni travma aradan
götürüləndən sonra sağalma baş verir, məsələn, lazım gələr sə, diferensial diaqnostik
məqsəd üçün anemnezlə bərabər laborator testlər və immunoloji müayinələr aparılır.
Travmatik xora zamanı sitoloji olaraq heç bir elementin (hüceyrə) tapılması diaqnozu
təsdiqləyir.
Travma aradan götürüldükdən sonra, patoloji proses sağalarsa, bu, başlıca diferensial-
diaqnostik əlamət hesab oluna bilər.
Dostları ilə paylaş: