Həzm prosesində iştirak edir. Bu funksiya ağız suyunun tərkibində olan amilazalar və
proteazalar tərəfindən həyata keçirilir. Bu ferrertativ reaksiyalar zamanı
karbohidratlar ilkin parçalanmaya məruz qalırlar.
DİŞLƏR
Dişlər ağız boşluğunun ən vacib orqanlarından olub, çeynəmə- nitq aparatının tərkib
hissəsinə daxildir. Formalaşmış dişdə: tac {corona aentis}, boyun {collum dentis} və
kök {radix dentis} hissələr ayırd edilir.
Klinikada diş ətindən yuxarı qalxan hissəyə kliniki tac deyilir. Yaş artdıqca dişətrafı
toxumanın atrofiyası səbəbindən kliniki tac böyüyür. Dişin daxilində pulpa ilə
tutulmuş diş boşluğu vardır. Diş boşluğunun ardı onun kökü nahiyəsində kanala
keçir. Bu da öz növbəsində zirvə dəliyi ilə qurtarır. Dişin kütləsinin əsas hissəsini
təşkil edən toxuma – dentindir. Tacın dentini mina ilə, kökün dentini isə sementlə
örtülür. Mina, dentin və sement dişin sərt toxumalarıdır.
Dişin yumşaq toxumalarına diş diş pulpası, diş sümüküstüyü və diş əti aiddir. Diş
pulpası sinir damarlardan və tor birləşdirici toxumadan ibarət olub, dentin və minanı
qidalandırır. Diş sümüküstlüyü
[periodon – tiem və s. pericementum] diş alveolunu
daxildən, diş kökünü xaricdən əhatə edərək sementi qidalandırır. Diş
sümüküstlüyündən ayrılan liflər dişin həlqəvi bağını əmələ gətirir
və diş boynunu
əhatə edir. Diş əti alveol çıxıntılarını, alveol qövsünü və diş boynunu əhatə edir.
Dostları ilə paylaş: