daşlar, finirlər, polirlər,rezin dairələr, kağız və silikon disklər və s. Materiallar
haqqında məlumatlar da daha geniş həmin bəhsdən təsvir ediləcəkdir.
Endodontik və parodontoloji alətlər haqqında da məlumatlar eyni adlı fəsillərdə
işiqlandırılacaqdır. Ümumiyyətlə, terapevtik praktikada istifadə edilən digər
material
və dərman maddələri haqqında məlumatlar yeri gəldikcə müxtəlif bəhslərdə
veriləcəkdir.
Stomatoloji güzgü metal dəstəkdən vədəstəkdən açıla
bilən güzgü hissəsindən
ibarətdir. Ağız boşluğunun vizual müayinəsini asanlaşdırmaq üçün işığın toplamilə
istiqamətlənməsi, müayinə və müalicənin rahat aparılmasına şərait yaratmaq üçün
və digər əməliyatları (yanağın, dilin kənara çəkilməsi və s.) yerinə yetirir. İki növü
olur: təsviri böyüdən çökək güzgü və təsviri olduğu kimi göstərəm yastı güzgü.
Bu güzgülərdən başqa, köklərin rezeksiyasından sonra retroqrad plomblamalar üçün
retro güzgülərdən də praktikada isifadə edilir.
Trapevtik stomatoloji alətlərə güzgü, pinset, zonddan başqa plomblama alətləridə
aiddir:
1. Hamarlayıcılar: 1 tərəfli, 2 tərəfl, stopferlə birgə formaları var. Promb materialını
boşluğa qoymaq üçün istifadə olunur.
2. Ekskavatorlar: Boşluqdan yumşaq və nekrozlaşmış dentini, diş daşlarını kənar
etmək üçün istifadə olunur.
3. Ştopferlər: Plomb materialını boşluqda sıxlaşdırmaq üçün istifadə olunur.
4. Şpatellər:metallik və plasmas olur. Plomb materialını qarışdırmaq, müalicə
pastaları hazırlamaq üçün istifadə olunur.
Diş kökündə işləmək üçün pulpa ekstraktor (pulpanı xaric etmək üçün), kök iynələri,
kanal doldurucu və s. Alətlərdən istifadə olunur
Stomatoloji pinsetlə pambıq yastıqcıqlar qoyulur, kariyes, qeyri- kariyes boşluqlar,
parodont və selikli qişa medikamentoz işlənir və dişlərin laxlama dərəcəsi müəyyəb
edilir. Düz və künclü ola bilərlər. Amma stomatoloji
terapevtik praktikada əksər
hallarda künclü pinsetdən istifadə olunur.
Stomatoloji zondlar künclü, düz, oraqşəkilli və parodontal təyinatlı ola bilərlər.
Zondlar – kariyes və qeyri- kariyes boşluqlarının dərinliklərini, kök kanallarının
girəcəyini, diş daşını ayırd etmək, patoloji diş əti ciblərinin dərinliyini ölçmək və
selikli qişa patologiyalarında bəzi sınaqları yerinə yetirmək üçün istifadə edilirlər.
Terapevtik gündəlik praktikada əsasən
künclü zonddan istifadə olunur. Parodontal zondlardan isə həm klinikalarda, həm də
elmi-tədqiqat işlərində geniş istifədə edilir.
Dostları ilə paylaş: