Dişlərin əlamətləri. Diş qövslərinin sağ və sol hissəsində eyniadlı dişləri bir– birindən
anatomik xüsusiyyətlərinə görə ayırd etmək üçün aşağıdakı fərq əlamətləri
mövcuddur.
1. Diş tacının əyrilik əlaməti. Vestibulyar səthin (dodaq, yanaq səthlərinin) daha çox
qabarıq hissəsi medial səthə daha yaxın yerləşir.
2. Diş tacının bucaq əlaməti. Kəsici və köpək dişlərinin medial səthi və kəsici
kənarının əmələ gətirdiyi bucaq, kəsici kənarın lateral səthlə yaratdığı bucaqdan
daha iti olur. Azı dişlərdə də ön kontakt səthlə
çeynəmə səth arasında yaranan bucaq, çeynəmə səthi ilə dal kontakt səthin əmələ
gətirdiyi bucaqdan iti olur.
3. Dişin kök əlaməti. Dişlərin kökləri diş tacından çəkilmiş boylama oxdan arxaya,
daha dəqiq isə ön dişlərdə arxa-yana və azı dişlərdə isə arxa tərəfə meyilli olur.
Dişlərin anomaliyaları sayca, vəziyyətcə, çıxma müddətinə görə, ölçücə, rəng və
formaca ola bilər.
Dişlərin çıxma dövrləri:
Süd dişləri 1) mərkəzi kəsicilər – 6-8 ay; 2)Yankəsicilər 8-12 ay; 3) Köpək– 16-22 ay;
4) I molyar – 12-16 ay; 5) II molyar – 22-30 ay.
Süd dişləri rum rəqəmləri ilə, I, II, III, IV, V qeyd olunur.
Daimi dişlər 1) mərkəzi kəsici – 6-8 yaş; 2)Yankəsicilər 7-9 yaş; Köpək– 9-12 yaş; 4) 1-
ci kiçik azı (1-ci premolyar) – 8-10 yaş; 5) 2-ci kiçik azı (2-ci premolyar) yaş; 4) 1-ci
kiçik azı (1-ci premolyar) – 8-10 yaş; 5) 2-ci kiçik azı (2-ci premolyar) – 11-12 yaş; 6)
1-ci böyük azı (1-cimolyar) – 5-6 yaş; 7) 2-ci böyük azı (2-ci molyar) – 12-13 yaş; 8) 3-
cü böyük azı (3-cümolyar və ya ağıl dişi) – 18-25 yaş.
1,2,3 – dişlər hər 2 çənədə 1 kök 1 kanallıdır.
4,5 – dişlər aşağı çənədə 1 kök 1 kanallıdır, 4-cü diş yuxarı çənədə 2 kök, 2 kanallı,
5-ci diş 1 kök, 1 kanallıdır. 6,7-dişlər aşağı çənədə 2 kök 3 kanallı, yuxarı çənədə 3 kök
3 kanallıdır. 8-ci dişlər 1-dən çox kökü ola bilər.