Çənədə periferik naqili ağrısızlaşdırmalar. Çənədə keyləşdirmə mandibulyar, mental
dəlikdə və torus (sümük qalınlığı) nahiyələrində aparılır.
Mandibulyar anesteziya (aşağı alveol sinirinin ağrısızlaşdırılması). Aşağı alveol
sinirinin keyləşdirilməsinə göstəriş çənədə bir sıra cərrahi əməliyyatların
aparılmasıdır: böyük azı dişlərin çəkilməsi, şişlərin çıxarılması, sekvestrektomiya,
sınıqların cərrahi, ortopedik müalicəsi və s.
Çənə kanalının girəcəyi, çənə şaxəsinin iç səthində, onun ön kənarından 1,5 sm
arxada, çənə şaxəsinin arxa kənarından 1,3 sm öndə, çənənin aşağı kənarından
kanalın girəcəyinə qədər məsafə 2,7 sm, aypara oymadan 2,2 sm aşağı yerləşir.
Kanalın girəcəyi ön tərəfdən sümük çıxıntısı ilə örtülüdür. Mandibulyar anesteziya
palpasiya yolu ilə və apodaktil üsulla aparılır.
Ağızdaxili üsul: (palpasiyanın köməyi ilə). Xəstə ağzını normal açmış halda sol əlin
göstərici barmağı retromolyar çuxura qoyulur və ondan içəri gicgah darağı (crista
temporalis) hiss edilir. Çpris əks tərəfdən kiçik azı dişlərin çeynəmə səthindən 0,5 sm
yuxarı durmaq şərti ilə iynə selikli qişaya yeridilir, sonra şpris o nahiyə tərəfə keçirilir
və sümüyün üstü ilə 1,5 sm arxa istiqamətdə irəlilədilir. 1,0-1,5ml anestetik yeridilir,
5-7 dəqiqədən sonra ağrısızlaşdırma başlayır.
Apodaktil üsul (palpasiyasız). Bu anesteziyanı aparan zaman əsas orientir qanadvari
– çənə büküşü (plica pterigomandibularis) hesab edilir. Bu büküş gicgah darağından
içə yerləşib və geniş, ensiz ya orta köndələn ölçüdə ola bilər.
Xəstə ağzını geniş açan zaman şpris əks tərəfdən kiçik azı dişlər ya birinci molyar
səviyyəsində yerləşdirilir.
Yuxarı və aşağı böyük azı dişlər arasında (onlar olmasa alveol çıxıntıların daraqları
arasında) iynə qanadvari çənə büküşünə vurulur. Iynə xaricə, arxaya sümüyə
toxunana qədər irəlilədilir (1,5-2 sm dərinliyə), aşağı alveol və dil sinirini
keyləşdirmək üçün 2-3 ml anestetik yeridilir.
Əgər xəstədə ağızın açılması tam məhdud olarsa mandibulyar anesteziyanı ağızdan
kənar aparmaq olar. Ağızdankənar üsul: çənənin aşağı kənarından mandibulyar
kanalın girəcəyinə qədər olan məsafə 2,7 sm və onun üstünə yumşaq toxumanın
qalınlığı əlavə olunmalıdır.
Anesteziya belə həyata keçirilir. Dəridə iynə vurulan yer 3%-li yodla, spirtlə
işlədildikdən sonra sol əlin göstərici barmağı çənə şaxəsinin arxa kənarına qoyulur,
baş barmaqla çənənin aşağı kənarı çənə bucağından 1,5 sm öndə müəyyən edilir və
kənarın iç səthinə iynə yeridilir, sümüklə təmasda olmaqla 3-4 sm dərinliyinə
çənənin göstərici barmaqla tutulmuş arxa kənarına paralel anestetik buraxaraq
yeridilir, dərinlikdə 2 ml anestetik buraxılır.
Torusal anesteziya- veysbrem üsulu: Torus-sümük qalınlığı, çənə şaxəsinin iç
səthində oynaq çıxıntısı ilə tac çıxıntısının birləşdiyi yerdə, bir az axırıncıya yaxın
yerləşir.
Bu anesteziyanın mandibulyar keyləşdirmədən üstünlüyü ondan ibarətdir ki, torus
nahiyədə bir iynə vurmaqla üç sinir – aşağı alveol, yanaq və dil siniri blokada edilir.
Ancaq bir şeyi nəzərə almaq şərti ilə, torusal anesteziyanı həyata keçirmək üçün
xəstə ağzını geniş açmalıdır., bu da hər vaxt iltihabı və ya başqa bir patoloji prosesin
hesabına mümkün olmur. Bu isə onun mandibulyar – anesteziyaya görə mənfi
cəhətidir.
Torusal anesteziya aşağıdakı yolla aparılır: xəstə ağzını geniş açır. İynə çənə -
qanadvari büküşün yanağın selikli qişası ilə kəsişdiyi yerindən – büküşün yuxarı
hissəsinə vurulur. Ağız geniş açıldıqda bu hissə şırım şəklində görünür. Şpris əks
tərəfdən ağız bucağından, yuxarı premolyarların çeynəmə səthindən 0,5 sm aşağı
iynə şırımın selikli qişasına vurulur və çənə şaxəsinə perpendikulyar istiqamətdə
sümüyə dirənənə qədər yeridilir və anestetik buraxılır.
Mental anesteziya. Mental dəlik çənədə kiçik azı dişlərin kök zirvələri arasında
yerləşir. Kanalın girəcəyi öndən arxaya, aşağıdan yuxarıya açılır. Ona görə iynənin
istiqaməti arxadan önə, yuxarıdan aşağıya doğru olmalıdır.
Ağızdaxili üsul:Birinci böyük azı dişin tacının orta səviyyəsində iynə keçid pərdəsinə
vurulur və 0,7-1 sm dərinliyində önə, aşağı istiqamətdə premolyarların arasına
mental dəliyə qədər yeridilir.
Bu anesteziyada kiçik azı, köpək və kəsici dişlər, alveol çıxıntısı keyləşdirilir.
Ağızdankənar üsul: dəri mental dəlik nahiyəsində 2% yodla, spirtlə işlənilir, kiçik azı
dişlərin proyeksiyasını nəzərə almaqla, çənənin aşağı kənarından 12-13 mm yuxarı
iynə arxadan önə, aşağı istiqamətdə toxumaya yeridilir, keyləşdirməklə mental dəlik
tapılır, kanala 1 ml anestetik məhlul vurulur.
Dostları ilə paylaş: |