qəfildən qısa müddətli huş itmə olur. Bunun səbəbi baş beyində kəskin hipoksiyadır.
Bu da anesteziya, cərrahi əməliyyat qabağı qorxudan, kəskin diş ağrısı hesabına,
yuxusuzluq ac qalmaq sinir sisteminin gərginliyi və s., bədənin ümumi zəifliyi
nəticəsində baş verə bilər. Bayılma zamanı vegeto-damar pozğunluğu baş verir və
onun nəticəsində dəri ağarır, nəbz azalır, arterial təzyiq aşağı düşür, nəfəs alma səthi
olur. Bayılma adətən bir neçə saniyədən bir dəqiqəyə qədər davam edir. Bayılma
zamanı ilk yardım xəstəyə horizontal vəziyyət vermək, naşatır spirti iylətmək, sifətə
soyuq su vurmaq, bəzən xəstənin qan təzyiqini təyin etdikdən sonra ürək
preparatları (kardiamon, kofein) vurmaq lazımdır.
Kollaps: qan dövranının kəskin pozulması nəticəsində bədənin bütün həyatı
əhəmiyyətli funksiyası aşağı düşür, halsızlıq, zəiflik, baş hərlənmə baş verir, xəstə
huşunda olur, dəri ağarmış soyuq və tərləmiş olur. Arterial təzyiq aşağı düşür, nəbzin
zəif olması, taxikardiya, səthi tənəffüs müşahidə olunur.
Kollaps zamanı xəstəyə uzanılmış vəziyyət vermək, venadaxili 40% qlükoza, askorbin
turşusu ilə yeritmək lazımdır.
Şok: kliniki aşkar olma səbəblərin üstünlüyünə görə şok bu növlərə bölünür:
Dostları ilə paylaş: