maneçilik edir. Stomatoloqun qəbulunda xəstələrdə baş
verən emosional gərginlik
bədəndə fizioloji, biokimyəvi prosesləri dəyişir və onun nəticəsində psixovegetativ
pozğunluq yaranır. Ən çox taxikardiya, bayılma, kollaps, psixogen şok, arterial
hipertenziya, hiperlikemiya, astma tutması baş verir. bu ağırlaşmalar zamanı müalicə
tədbirləri ilk növbədə ürək-qan damar və tənəffüs fəaliyyətinin bərpası
istiqamətdə
aparılmalıdır
- Şok törədən dərmanın yeridilməsi dayandırılmalıdır.
- Xəstəni uzatmaq, asfiksiya olmaması üçün dili fiksə etmək lazımdır.
- Bədəni sıxan geyimi boşaltmaq, xəstəni oksigenlə təmin etmək.
- Xəstənin vəziyyəti pisləşərsə ürəyə masaj, süni tənəffüs etmək.
- Tənəffüs yollarını bəlğəmdən təmizləmək.
- Respirator formada xəstəni təcili xəstəxanaya götürmək.
Vazotonik. Analgetik dərmanlar vurmaq: adrenalin 0,1% 1ml, 40-50 ml natri-xlor
izotonik məhlulda qarışdırıb venadaxili, mezaton 1% 1ml venadaxili, kardiamin 1 ml
əzələdaxili, kofein 10% 1ml dərialtı.
Antihistamin dərmanlardan: dimedrol 1% 1ml venadaxili, suprastin 2% 2ml
venadaxili, pipolfen 2,5% 1ml venadaxili, tavegil 0,1% 2ml venadaxili.
Qlükokortikoidlərdən: (bir yerdə adrenalinlə vurulur) prednizalon 60-120mq
venadaxili, hidrokortizon 125-500mq venadaxili, deksazon 8 ml venadaxili.
Şoka qarşı məhlulların vurulması: qlükoza 5% məhlulu 0,5-1 litr venadaxili, natrixlor
0,9% məhlulu 1 litr venadaxili, natribikarbonat 5% məhlulu 100-200 ml venadaxili.
Yerli anesteziya zamanı baş verən yerli ağırlaşmalar. Yerli ağırlaşmalar
bilavasitə
anesteziya aparan zaman texniki səhvlik nəticəsində baş verə bilər. Bunlardan
infraorbital anesteziyadan göz alması
zədələnə bilər, iynə sına bilər, anestetik məhlul
əvəzinə başqa məhlul (etil spirti, formalin, karbol turşusu və s.) vurula bilər. Axır
zamanlar bu cür ağırlaşmalar çox az təsadüf olunurlar. Ona görə ki, karpul şprislər
üçün iynədən, karpulda markalanmış və yığılmış anestetikdən istifadə olunur.
Digər ağırlaşmalardan hematoma, nevrit, inyeksiyadan sonra ağrımozit iynə vurulan
yerdə işemiya gözlənilə bilər. Nevrit (pleksalgiya) sinirin travması ilə yaranır.
Paresteziya isə bəzən hissiyatın mətinli azalması ilə xarakterizə olunur. Nevrit ən çox
mandibulyar və infraorbital anesteziya zamanı baş verir.
Başqa yerli ağırlaşmalar haqqında hər bir naqili anesteziya üsulu yazılan zamanı
məlumat verilibdir.
Dostları ilə paylaş: