Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


DİŞİN İNKİŞAFI DÖVRÜNDƏ ONUN TOXUMASININ PATOLOGİYASI



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə51/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   47   48   49   50   51   52   53   54   ...   162
Elektron diw

DİŞİN İNKİŞAFI DÖVRÜNDƏ ONUN TOXUMASININ PATOLOGİYASI  
 
Hipoplaziya (yunanca huro – azalma, plasis – formalaşma, əmələgəlmə) diş 
toxumasını tam inkişaf etməməsinə deyilir. Hipoplaziyanın yaranması uşaq 
orqanizmində maddələr mübadiləsinin və xüsusən dişlərin formalaşdığı dövrdə 
mineral mübadiləsi orqanizmin ümumi mübadiləsinin bir hissəsidir. O, mərkəzi, 
vegetativ sinir sisteminin və endokrin sistemin tənzimləyici funksiyasından asılıdır.  
Hipoplaziya dişlərin qeyri-karioz mənşəli zədələnmələrindən ən çox rast gəliləndir. O, 
dişlərin formalaşdığı dövrdə uşaq orqanizmində mübadilənin ağır pozğunluqları ilə 
əlaqədardır. Belə hesab edirlər ki, burada mineral mübadilə mühüm rol oynayır. Bir 
çox müəlliflərin məlumatlarına görə hipoplaziya uşaqlıqda raxit, ağır infeksiyon, 
xəstəliklər keçirmiş, həzm yolu pozulmuş (dispepsiya), qalxanabənzər ətraf vəziləri 
kifayət qədər fəaliyyət göstərməyən şəxslərdə, habelə, mərkəzi sinir sistemində 
pozğunluqlar olan, əzələ və fiziki inkişafdan qalan uşaqlarda meydana çıxır.  
Hipoplaziya ameloblastların fəaliyyətinin pozulması nəticəsində, ağır hallarda isə 
dentinin əmələgəlmə prosesində, habelə, odontoblastların funksiyası pozulduqda 
yaranır.  
Hipoplaziya həm süd və həm də daimi dişlərdə müşahidə olunur. Alınan məlumatlara 
görə daimi dişlərə nisbətən süd dişlərinin hipoplaziyasına daha az rast gəlinir. Bu, 
dişlərin formalaşma müddətindən asılıdır. Uşaq hələ ana bətnində ikən formalaşan 
süd dişlərinin hipoplaziyası bəzi hamilə qadınların orqanizmindəki ağır xəstəliklərlə 
də əlaqədardır.  
Hipoplaziya keçirilən xəstəliyin ağırlığındanda asılıdır: maddələr mübadiləsi az 
pozulduqda yalnız tabaşirəbənzər ləkələr əmələ gələ bilir, ağır xəstəliklər zamanı isə 
mina ya pis inkişaf edir, ya da heç inkişaf etmir (minanın aplaziyası)  
Hipoplaziyanın təkcə bir-iki dişdə olması, yəni yerli hipoplaziya halları da təsvir 
edilmişdir.  
Sistem hipoplaziyanıniki klinik təzahürü olur: 1) minanın rəngi dəyişir (tabaşir ləkəsi); 
2) mina natamam inkişaf edir (dalğalı mina, şırımlı mina, nöqtəvi çuxurlu mina)  
Hipoplaziya zamanı minanın rəng dəyişəndə eyni adlı dişlərin üzərində simmetrik 
yerləşmiş ağ ləkələr əmələ gəlir. Ləkələr müxtəlif formalı ola bilər. Hipoplaziya 


zamanı ləkənin səciyyəvi xüsusiyyətləri: minanın xarici qatı hamar və parıltılı olur, 
forması, ölçüsü və rəngi dəyişmir. Ləkələr, adətən, vestibülyar səthin üzərində 
yerləşir. Başqa dişlərə nisbətən kəsici dişlər bu xəstəliyə daha çox tutulur.  
Minanın natamam inkişafı müxtəlif formada təzahür edə bilər. daha çox təsadüf 
edilən natamam inkişaf forması minada əmələ gəlmiş nöqtəvi çuxurlardır. Bu 
çuxurlar müxtəlif diş qruplarının vestibülyar və dil səthlərində müxtəlif səviyyələrdə 
yerləşir. Çuxurlar piqmentləşə bilir, lakin bütün hallarda minanın bütövlüyü 
pozulmur və o, sıx, parıltılı qalır. Natamam inkişaf hallarında bəzən hipoplaziya kəsici 
kənara nisbətən üfüqi yerləşmiş səth üzərində bir və ya bir neçə şırım əmələ gətirir; 
bunlar eyni adlı dişlərin üzərində eyni səviyyədə yerləşir. Şırımları dərin olan diş tacı 
bütün çevrəsi boyu bir qədər kiçilir. Bir qayda olaraq, şırımlarda mina mühafizə 
olunur, sıx qalır. Uzun müddət davam edən xəstəliklər zamanı minanın üzərində ona 
pilləli görünüş verən çoxlu şırım əmələ gələ bilər.  
Hipoplaziyanın çox nadir təsadüf edilən forması tacın müəyyən sahəsində minanın 
heç olmamasıdır (aplaziya). Bu sahə bəzən tacın bir hissəsini tuta bilər, bəzən isə 
minanın olmadığı yerdə üfüqi şırım görkəmində olur.  
Daimi dişlərin sistem hipoplaziyası uşağın keçirdiyi xəstəliklər nəticəsində yarnır. 
Kliniki əlamətlərinə görə irsi patologiyalarla oxşardır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin