(d) Biomüxtəliflik necə fəaliyyət göstərir.
Bu çalışmanın məqsədi ekoloji sistemlərin davamlığında biomuxtəlifliyin rolu haqqında uşaqlara məlumat verməkdən ibarətdir. Belə ki, planetdə biomüxtəliflik heç zaman sabit olmamışdır. Təkamül prosesində və ətraf mühitin dəyişən şəraitində biosferdən bəzi növlər itirilmişdir. Bu proseslər sürətləndikcə təbiətdə ekoloji tarazlıq pozulmuş, bir növün populyasiyası kəskin olaraq artmış digərlərinin xeyli azalmışdır; orqanizmlərin həyatını təmin edə bilmədiyindən ekosistemlərin fəaliyyəti dayanmışdır. Bu dəyişikliklər ləngidikdə isə ekosistemlər fəaliyyətdə olaraq digər növlərin həyatı üçün şəraiti təmin etmişlər. Ekoloji sistemdə mövcud olan növlərin bioloji müxtəlifliyi bu sistemlərin davamlığını təmin edir.
Biomuxtəlifliyin əhəmiyyətini izah edərkən posteri nəzərdən keçirmək üçün şagirdlərə 5 dəqiqə vaxt ayırın. Sonra posteri büküb kənara qoyun. Hər bir qrup posterə təsvir olunan bitki və heyvanlar sadalamalıdır. Müxtəlif posterlər üçün müxtəlif tapşırıqlar hazırlamaq olar.
Çöl təcrübəsinin keçirilməsi
Biomuxtəlifliyin öyrənilməsində çöl təcrübəsinin və ya praktiki işlərin böyük əhəmiyyəti vardır. Regionun ümumtəhsil məktəblərinin əksəriyyətinin həyətyanı sahəsində biomüxtəlifliyi müşahidə etmək olar. Əgər sizin məktəbiniz Xəzərin sahilindən uzaqda yerləşirsə, yenə də bəzi çalışmaları şagirdlərinizlə birlikdə sinifdən xaric məşğələlərdə yerinə yetirə bilərsiniz.
Təbiətin öyrənilməsinin təcrübi üsulları
Təbiəti müxtəlif təcrübi üsullarla öyrənmək mümkündür. Əsas üsullar aşağıdakılardır:
- Müşahidələr və qeydlərin aparılması.
- Tədqiqat işləri (eksperimentlər) və ya testlər.
- Ölçmələr
Müşahidə-təbiəti tədqiq etməyin bir üsuludur. Bu üsul obyekt və hadisələrin vizual öyrənilməsinə və ya müşahidəyə əsaslandığına görə təbiət üçün daha təhlükəsizdir. Obyektləri və hadisələri daha yaxından müşahidə etmək üçün optik avadanlıqdan istifadə etmək olar: böyüdücü şüşə, mikroskop, binokl, teleskop, foto və videokameralar. Təbiət hadisələri, obyektlər haqqında
məlumat toplamaq üçün müşahidələr müntəzəm aparıla bilər. Bu zaman müşahidələr ümumiləşdirilir və onun əsasında çıxarılan nəticələr elmi məlumatlar kimi istifadə edilir. Belə müşahidələr monitorinq adlandırılır.
Müşahidələr aşağıdakı qayda üzrə təşkil oluna bilər:
Təbii ekosistemlərdə hadisə və obyektlərin öyrənilməsi;
Eksosistemin obyektləri arasında qarışıqlı əlaqələrin öyrənilməsi;
Eksositemdə bir hadisənin və ya obyektin ətraf mühitin vəziyyətinə təsirinin
öyrənilməsi;
Ekoloji problemin öyrənilməsi;
Təbii eksosistemlərə və ya obyektlərə insan fəaliyyətinin təsirinin öyrənilməsi;
Obyekt haqqında məlumatın toplanması.
Məktəblilərdə tədqiqat işlərinin təşkilli üçün maraqlı mövzulardan biri də quşlardır. İstənilən məktəbdə bu mövzuda məşğələlər keçirmək mümkündür. Biz bataqlıq quşları haqqında yeni təlim materialları üzərində çalışırıq. Quşların öyrənilməsinin təşkil etmək üçün bir neçə ümumi təklifləri diqqətinizə çaldırırıq.
Dostları ilə paylaş: |