1. Quşlar üzərində mövsümi müşahidələrə aid misallar.
Şagirdlərə tapşırıq verin ki, erkən yazda köçəri quşların üzərində ilk müşahidələri qeyd etsinlər və xoşlarına gələn quşların rəsmini çəksinlər. Beləliklə, yaz mövsümində köçəri quşlar və daimi sakinlərin növləri haqqında məlumat toplaya bilərsiniz. Mövsümi müşahidələr əsasında konfrans hazırlayıb keçirin.
Qeyri-müntəzəm aparılan müşahidələrdən təbiət hadisəsi və ya obyektlə tanışlıq üçün istifadə etmək olar. Hətta, eyni zamanda müxtəlif yerlərdə aparılan birdəfəlik müşahidələr də
kifayət qədər qiymətli elmi məlumat verə bilər. Adətən, quşları mühafizə cəmiyyətinin və s. digər elmi təşkilatların təşəbbüsü ilə belə müşahidələr təşkil etmək mümkündür.
Təbiətdə müşahidələri keçirmək üçün müşahidə gündəliyindən istifadə edə bilərsiniz. Müşahidələrdə sinifin bütün şagirdləri iştirak edirsə, uşaqları qruplara ayırmaq məqsədəuyğundur. Hər bir qrup öz seçdiyi obyekt üzərində müşahidə aparır. Hər bir şagird və ya qrup üçün qeydiyyat forması hazırlayıb, müşahidələrinizi qeyd edə bilərsiniz.
Quşlar üzərində müşahidənin qeydiyyat vərəqinin nümunəsi:
Şagirdin soyadı, adı, atasının Adı.
Müşahidələrin vaxtı və tarixi.
Müşahidə yeri (yaşayış məntəqəsi).
Yaşayış mühiti (altında xətt çəkməli): dəniz sahili, çay sahili, göl, meşə, kənd təsərrüfat torpaqları.
Şəhər parkı, bataqlıq və s. (göstərmək)
Siz saydığınız quşları və növləri qeyd etməlisiniz. Sayı çox olan növləri aşağıdakı cədvəldə qeyd edin.
Dostları ilə paylaş: |