Xii fəSİl pul-kredit sistemi



Yüklə 52,78 Kb.
səhifə5/6
tarix25.11.2023
ölçüsü52,78 Kb.
#134354
1   2   3   4   5   6
İqtisadiyyat 12 fesil (seh 185-196)

iki pilləli bank sistemi. Bu sistem mərkəzi bank və kom­mersiya bank­larından ibarətdir;

  • mərkəzsizləşdirilmiş bank sistemi. Bu sistemdə Mər­kə­zi bank həm dövlət və həm də xüsusi mülkiyyətə əsaslan­maqla qarışıq mül­kiy­yət kimi fəaliyyət göstərir.

    Müasir bank sisteminin ilk pilləsini təşkil edən Mərkəzi Bank dövlətin nəzarətində olsa da, nisbi müstəqilliyə malikdir. Bu bank, ölkə iqtisadiyyatının pul-kredit sisteminin makroiqtisadi səviyyədə tənzimlənməsinin başlıca vasitəsidir. O, milli iqtisadiyyatın bütün bank sistemi şəbəkəsinin fəaliyyətinin əlaqəsini həyata keçirir. Bank sisteminin əsasını təşkil edən Mərkəzi Bank (Milli Bank) aşağıdakı funksiyaları yerinə yetirir:

    1. Milli pul vahidlərinin emissiyasını həyata keçirir, onların tə­davülə buraxılması, yaxud tədavüldən götürülməsini təş­kil etməklə, ölkədə ümumi pul kütləsinin həcmini tənzimləyir.

    2. Ölkənin maliyyə-kredit təşkilatları və digər banklarının fəaliyyəti, onların maliyyə qanunlarına əməl etmələri üzə­rində nəzarəti həyata keçirir;

    3. Kommersiya banklarına müəyyən faizlə kredit (borc) verir;

    4. Dövlət qiymətli kağızlarını buraxır, onların ödənilməsini təş­kil edir, xarici ölkələrlə maliyyə əməliyyatları aparır;

    5. Dövlət orqanlarının hesablaşmalarını aparır, büdcənin kassa (xəzinədarlıq) icraçısı rolunu yerinə yetirir;

    6. Dövlətin qızıl-valyuta ehtiyatlarını toplayıb saxlayır, beynəl­xalq maliyyə əməliyyatlarını yerinə yetirir, ölkədə valyuta tənzimlənməsini həyata keçirir;

    7. Dövlətin pul-kredit siyasətini həyata keçirir, antiinflyasiya tədbirləri görür.

    İnkişaf etmiş ölkələrin əksəriyyətində iki pilləli bank sistemi mövcuddur. Bu sistemdə başlıca rol Mərkəzi banka məxsusdur. Bir qayda olaraq Mərkəzi bank dövlətə məxsus olur və iqtisadiyyatın makroiqtisadi səviyyədə tən­zim­lən­mə­sinin mühüm aləti hesab olunur. Mənsubiyyətlərinə görə Mərkəzi banklar bü­tün ölkələrdə eyni deyildir, baş­lı­ca fərq onların kimin mülkiyyətində olmasıdır. Məsələn, Almaniyada, Azər­bay­can­da, Böyük Britaniyada və Fransa­da, Rusiya Fedurasiyasında Mərkəzi bank­lar dövlət mülkiyyətin­dədir. ABŞ-da Mərkəzi bank səhmdar cəmiyyəti for­ma­sında fəaliy­yət göstərir və onun kapitalı əsasən özəl bankların kapitalı hesabına formalaşır. ABŞ-ın bütün kommersiya banklarının 40%-i Federal Ehtiyatlar Sisteminin (FES) üzvləridir, 60%-i müstəqil fəaliyyət gös­tə­rirlər. Beləliklə, Azərbaycan Respub­li­ka­sında da ikipilləli bank sistemi fəaliyyət göstərir.
    Bazar iqtisadiyyatı şəraitində geniş fəaliyyət göstərən, ikinci pillədə duran banklar kommersiya banklarıdır. Kommersiya bankı mənfəət əldə etmək məqsədilə yaradılmış kommersiya müəssisə­sidir. Kommersiya bankları universal xarakter daşıyır, konkret sahə­lərə maliyyə-kredit xidməti göstərir.
    Kommersiya bankları ənənəvi xidmət növləri ilə ya­naşı, nisbətən yeni sayılan və müasir dövrün tələb­lərinə cavab verən lizinq, faktorinq, farfeytinq, trast kimi kre­ditləşdirmə formala­rının dairəsini getdikcə ge­niş­ləndi­rir­lər.
    Lizinq - bank kreditinin bir forması olub, isteh­sal vasitələrinin, texnikanın, avadanlığın, maşınların, dəz­gahların, nəqliyyat vasitələ­rinin, istehsal təyinatlı bina­ların və digər əmlakın müəyyən müddə­tə öz müş­tərilərinə ica­rə­yə verilməsidir. Banklar bu işdə tex­ni­ka və ava­dan­lıq­la­rın sahibi (mülkiyyətçisi) ilə onu icarəyə götü­rən (istifa­dəçisi) arasında vasitəçi rolunu oynayır. Adətən 1 ildən 10 ilə qədər müddəti nəzərdə tutan li­zinq sövdə­ləş­mələri, istifadə olun­muş texnikanın və müəyyən bank faizinin ödənilmə­sindən sonra icarə­darın mülkiyyətçiyə çevrilmə­sini nəzərdə tutur.

    Yüklə 52,78 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin