ÖZÜNDƏN XƏBƏRSİZLİK
Belə bir sual yaranır ki, yuxarıda zikr olunmuş ayədə söhbət mütləq qəflətdən gedir, yoxsa sadəcə qəflətdən? Sözsüz ki, məqsəd ani bir qəflət deyil. Çünki insan, adətən, bir çox şeylərdən agah olmur. Hər hansı bir şüurlu varlığın hər zaman hər şeydən agah olması çətin məsələdir.
Ayədə məqsəd mütləq qəflət də deyil. Yə`ni şüurlu bir varlıq bütün həyatı boyu tam qəflətdə ola bilməz. Yalnız koma vəziyyətində olan insan tam qəflətdə hesab oluna bilər. Demək, ayədə zikr olunmuş qəflət xüsusi bir qəflətdir. İnsanı heyvan səviyyəsinə, hətta ondan da aşağı səviyyəyə endirən səbəb nədir? Əqlə əsasən deyə bilərik ki, insan yalnız öz insanlığını unutduğu zaman belə alçala bilər. Amma bu cavab qənaətbəxş deyil. İnsan bir çox xüsusiyyətlərinə görə heyvanla müştərəkdir. Yemək, içmək, yorğunluq, cinsi ehtiyac həm insanda, həm də heyvanda müşahidə edilir. Bu meylləri heyvani, təbii, maddi meyllər adlandıra bilərik. Agahlıq dedikdə bu sayaq təbii işlərə diqqət nəzərdə tutulmur. Çünki bu növ ehtiyaclara heyvanlar da diqqət yetirir. Ən alçaq insanlar, hətta kafirlər də yeməyi-yatmağı yaddan çıxarmır. Demək, qəflət bu sayaq işlərə aid deyil. Aydınlaşdırmalıyıq ki, insanı insan edən nədir? Məhz insanı insan edən xüsusiyyətlərdən qafil olanlar heyvana çevrilir. Bəs insanlıq xüsusiyyətləri hansılardır? Bə`zən belə deyirlər ki, insani xüsusiyyətlər insanın maddi yönümünün ziddi olan ilahi yönümdür. Allahdan qəflətin nəticəsi insanlığı unutmaqdır. Qur`ani-kərimdə buyurulur: “Allahı unutduqlarına görə özləri özlərinə unutdurulanlar kimi olmayın!”1 Ayədən mə`lum olur ki, insanlıq Allahla bağlı bir məfhumdur. Allahı unudan özünü unudur. Allahı unutmağın cəzası özünü unutmaqdır. Maraqlı bir nəticəyə gəlirik: deməli, insan-lığını unutmayan kəs Allahını unuda bilməz. Ekzistensializmin banisi məsihi keşişi Kyerkeqorun belə bir fikri vardır: “Əgər insan Allahı unutsa, insanlığını da unutmuşdur.” Onun bu fikrinin dini mənbələrdən götürül-düyünü düşünürük.
Bə`ziləri elə düşünür ki, yeyən, içən, yatan, əylənən varlığa insan deyilir. Əslində isə bu heyvana aid olan xislətdir. Bu təsəvvürdə olan elmlər doktoru ilə ən avam insan arasında heç bir fərq yoxdur. “Cümə” surəsinin 5-ci ayəsində buyurulur: “Tövratın elminə sahib olduqdan sonra ona əməl etməyənlərin məsəli kitab daşıyan uzunqulağın məsəli kimidir.” Bəli, heyvan da acıyır, yeyir, istirahət edir, suya girib yuyunur, hətta özünə ev də tikir. Amma bə`zən insan heyvandan da alçaq səviyyəyə enir. Əgər heyvan öz ehtirasını yalnız öz növündən və müxalif cinsdən tə`min edirsə, XXI əsrin insanları nəinki öz həmcinsi, hətta heyvanla da yaxınlıq edir. Ədalətdən dəm vuran qərb və Amerika isə bu sayaq rəzil təmayülləri azadlıq hesab edir. Sual olunur: öz həmcinsi ilə yaxınlıq edən insan, yoxsa bu işdə ölçü gözləyən heyvan daha alçaqdır?! “Ə`raf” surəsinin 176-cı ayəsində oxuyuruq: “Onun məsəli it məsəli kimidir ki, üstünə cumsan da, cummasan da dilini çıxarar.” Həzrət Əli (ə) buyurur: “Fikri-zikri otlamaq və yemək olan insanın nəyi heyvandan üstündür?”1
Dostları ilə paylaş: |