ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə92/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   88   89   90   91   92   93   94   95   ...   186

İSTƏK VƏ İRADƏNİN ROLU


İman elmdən əlavə insanın istək və iradəsindən asılı olan xüsusiyyətdir. İnsan bə`zən istəmədən elm qazana bilir. Amma istək olmayan yerdə imandan danışmağa dəyməz. İnsan təsadüfən elmi bir söhbəti eşitməklə bilik əldə edər. Amma iman belə deyil. “Nisa” surəsinin 170–ci ayəsində buyurulur: “Ey insanlar! Peyğəmbər Rəbbiniz tərəfindən haqqı gətirdi. İman gətirsəniz, bu sizin üçün daha yaxşıdır”. Əgər iman məcburi bir iş olsaydı Qur`ani–kərim insanı imana də`vət etməzdi.

İnsanın imana münasibətdə malik olduğu ixtiyar insanın qəlbinə aiddir və ona tə`rif vermək çətindir. Ümumiyyətlə, ruhun hallarına tə`rif vermək asan iş deyil. Məsələn, qəlbin eşq adlı bir halı var. Hamı bilir ki, eşq nədir. Amma ona nöqsansız tə`rif verə bilmirik.

İman o zaman qəlbdə peyda olur ki, insan müəyyən həqiqətə ehtiyaclı olduğunu anlayır və ona yaxınlaşmaq qərarına gəlir. Bir həqiqəti bilib ona münasibətdə vəzifə hiss etmiriksə bu, iman yox, sadəcə, elmdir.

Məsələn, siqaretə vərdişkar olanlar onun nə qədər zərərli olduğunu bilirlər. Siqaret çəkdiyi üçün müxtəlif xəstəliklərdən əziyyət çəkənlər göz qabağındadır. Demək, əksəriyyət bilir ki, siqaret insan orqanizmi üçün təhlükəlidir. Amma bütün bu biliklərdən mə`lumatlı olan insan yenə də müxtəlif bəhanələr gətirərək adəti üzrə siqaret çəkir. O, bir növ öz bildiyinin ziddinə hərəkət edir. Dini e`tiqada əsasən bu hal küfr adlanır. Küfrün ən yüksək dərəcəsi odur ki, Allahın varlığını elmi cəhətdən bilən insan onun qarşısında vəzifədən boyun qaçırmaq üçün bildiyini inkar edir. “Küfr” sözünün lüğət mə`nası “örtmək”dir. İnsan o zaman kafir adlanır ki, həqiqəti ört-bastır edir. Allahı inkar edən kafir anlayır ki, Allaha iman gətirərsə müəyyən şərtlərə əməl etməlidir. Bu şərtlər isə ona ağır gəlir. “Qiyamət” surəsinin 3-6-cı ayələrində oxuyuruq: “Məgər insan elə güman edir ki, onun sümüklərini bir yerə yığa bilmərik? Bəli, biz onun barmaqlarının bəndlərini düzməyə qadirik. Amma o, bütün ömrü boyu günah etmək istəyir və qiyamət gününün nə vaxt olacağını soruşur?”

Görəsən qiyamət gününü inkar edənlərin bir dəlili varmı? Əgər yoxdursa, nə üçün bu böyük həqiqəti inkar edirlər?! Səbəbi aydındır: o, azad olmaq, yaxşıya pisə məhəl qoymadan istədiyini etmək, çərçivədə olmamaq istəyir. Amma insanın istədiyi mütləq azadlıq həm imana ziddir, həm də imkansızdır. İmanlı insan Allahın qoyduğu hədləri gözləməli və Onun razılığından ləzzət almalıdır. Məsələn, yaşlı və zəif baba nəvəsini dalına mindirib dizi üstə at kimi yeriyir. Bu iş onun üçün əziyyət olsa da nəvəsinin razılığından sevinc duyur. Zəif də olsa bu misaldan aydın olur ki, insan üçün başqasının razılığı o qədər şirin ola bilər ki, bu yolda min bir əzaba qatlaşar. Mö`min insan Allahın razılığını nəfsinin razılığından üstün tutur.

Bir sözlə, iman odur ki, insan bildikdən sonra onun şərtlərinə əməl etsin. Demək, iman bilmək və bildiyinin tələblərinə uyğun olaraq ona əməl etməkdir. Ən azı, bə`zi şərtlərə əməl edilməlidir. Amma bildiyinə əməl etməmək küfr halına uyğun gəlir. “Qəlbləri əmin olduğu halda inkar etdilər”.1




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin