ÅXëlxgghpxn nclplhkxn ncpxl


MARKSİZM VƏ SİVİL DÜNYASI



Yüklə 3,76 Mb.
səhifə94/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   90   91   92   93   94   95   96   97   ...   186

MARKSİZM VƏ SİVİL DÜNYASI


Mühüm suallardan biri budur ki, insan nəyə iman gətirməlidir? Belə demək olar ki, hamı imanlıdır, amma baxır nəyə. Müşrkilər də öz bütlərinə iman gətirmişdilər. Öz növbəsində, materialistlər də materiyaya, yə`ni maddəyə imanlıdırlar. Qur`ani–kərimdə buyurulur: “İman gətirib saleh işlər görənləri tezliklə behiştə daxil edərik”.2 Görən, nəzərdə hansı iman tutulur? İslamla tanış olanlar üçün aydındır ki, söhbət hansı imandan gedir. Amma dinin ən əsas məsələlərinə şəkk–şübhələrlə yanaşılan bu dövrdə iman haqqında təkrar danışmağımız lazım gəlir.

Bir zaman materialistlik elə dəbə düşmüşdü ki, bu əqidə ziyalılığın zirvəsi hesab olunurudu. Hətta bə`zi ruhanilər də tə`sir altına düşərək marksizmi dəstəkləyirdilər. Şəhid Mütəhhərini şəhadətə yetirən “Fürqan” dəstəsinin başçısı həmin marksist baxışlı ruhani tələbələrdən idi. Bu insanlar Qur`anı öz bildikləri kimi təfsir edir və “iman” dedikdə “məqsədə imanı” nəzərdə tuturlar. Onların məqsədi isə tam bərabər cəmiyyət qurmaqdır. Onlar marksizmin bəyan etdiyi “təbəqəsiz cəmiyyət” ideyasına əsaslanırdılar. Amma bütün bu fikirlərə dini don geyindirilir-di. Marksizm nəzəriyyəsinin əsas müddəalarından biri ictimai təbəqələrin ləğv olunmasıdır. Bu ideyaya uyan ruhanilər möcud olacaq yeganə təbəqəni tövhidə bayrağı altında yaşayan cəmiyyət kimi yozurdular. Bəli, Marks və Engelsin vahid sosial təbəqəsinə “İslam tövhid”i donu geyindirilirdi. Onlar imanı məqsədə təkallahlı cəmiyyətinin təşkili, bu cəmiyyəti isə bərabər təbəqəli cəmiyyət kimi tanıtdırırdılar.

Sivil dünyada da marksiz ideyalarına oxşar ideyalar ortaya atılır, iddia olunur və bu ideyalar Qur`ani-kərimdən götürülmüşdür. Onu “yeni qiraət” adlandırırlar. Belə bir ideya İslam peyğəmbərinin zamanında da olmuşdur. Amma o zaman bu əqidə “rə`y əsasında təfsir” adlan-dırılırdı. Bu ideyanın tərəfdarları iman dedikdə insanın öz hakimiyyət, tale və azadlığına imanını nəzərdə tuturlar. Əslində Qur`anda pislənilən sifətlər Qur`anın adından yaxşı kimi təqdim olunur. “Casiyə” surəsinin 23-cü ayəsində buyurulur: “Həva-həvəsini özünə tanrı edənin və Allahın bilərəkdən yoldan çıxart-dığını, qulağını və qəlbini möhürlədiyi və gözünə pərdə çəkdiyi kimsəni gördünmü? İndi Allahdan başqa onu kim hidayət edər?” Aydın olur ki, nəfsə itaət azğınlıqdır. Halbuki, “yeni qiraətçilər” nəfs istəklərindən və bu istəklərə hörmətlə yanaşılmasından danışırlar.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin