Xxxix fəsil Təbiətşünaslıq elmləri Ümumi hissə a Təbiətşünaslıq təhsilinin əhəmiyyətiTəb.II.5. Şagird tanış mühitdə istiqamətlənə bilər. Təb.II.6
İlin sonunda nail olunası nəticələr və onların indikatorları İstiqamət: Canlı aləm Təb.II.1. Şagird bitkinin və heyvanın bədəninin əsas hissələrini təsvir edə bilər. Nəticə göz önündədir, əgər şagird: Əyani vasitələrdən orqanizmin əsas hissələrini tanıyır və sadalayırsa, onların funksiyaları barədə öz fikrini söyləyə bilirsə; Əyani vasitələrdə müxtəlif orqanizmlərin eyni cür funksiyalarına malik hissələrini (məs., ayaq, qanad/üzgəc – hərəkət, burun/dimdik/xortum – iy) tanıyırsa; Material toplayır (məs., herbarium, jurnal-qəzetlərin illüstrasiyası), bitki və heyvan orqanizmlərinin əsas hissələrinin müxtəlifliyini aşkar edir və kollaj yaradırsa; Sadə təlimatları yerinə yetirir və fraqmentlərdən bitkinin, heyvanın, insanın surətlərini yaradırsa; Şagird müxtəlif bitkilər arasında mövcud olan oxşarlıq və fərqləri təsvir edirsə (məs., bir və ya müxtəlif növ bitkinin yarpaqlarının forması və ölçüsü, çiçəklərinin çələnginin yarpaqlarının miqdarı, meyvələrdə toxumların miqdarı). Yüklə 289,44 Kb. Dostları ilə paylaş: |