Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


İc.təh.V-VI.5. Şagird tarixi faktları müvafiq dövrlərlə əlaqələndirə bilər



Yüklə 343,22 Kb.
səhifə47/245
tarix02.02.2022
ölçüsü343,22 Kb.
#114092
1   ...   43   44   45   46   47   48   49   50   ...   245
İc.təh.V-VI.5. Şagird tarixi faktları müvafiq dövrlərlə əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Əhəmiyyətli tarixi faktları sadalaya bilirsə;

  • Konkret tarixin mənsub olduğu əsri və ya minilliyi sadalaya bilirsə;

  • Konkret tarixi hadisəni – ilkin gec prinsipi ilə fərqləndirməyi bacarırsa; məs.:

T bilisinin Kartlinin İlk gürcü kitabının çapı

paytaxt elan olunması

Qurucu Davidin çarlığı



İstiqamət: dövlət idarəçiliyi və siyasət

İc.təh.V-VI.6. Şagird müxtəlif tarixi dövrdə Gürcüstanda mövcud olmuş idarəçilik formalarını səciyyələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Müxtəlif tip idarəçilik sisteminin əsas xüsusiyyətlərini, onları qeyd edən terminləri saya bilirsə və onlardan düzgün istifadə etməyi bacarırsa;

  • Hakimiyyətin müxtəlif formalarını bir-biri ilə müqayisə edə bilirsə.

İc.təh.V-VI.7. Şagird ölkənin idarəolunmasında iştirak edən Gürcüstan tarixinin tanınmış şəxsiyyətlərini xarakterizə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Müxtəlif zamanlarda fəaliyyət göstərmiş şəxsləri sadalaya, onların idarəçilik strukturlarında rolunu müəyyənləşdirə bilirsə;

  • Hakimləri dövrlərə əsasən bir-birindən fərqləndirə bilirsə;

  • Hakimiyyətdə iştirak edən tarixi şəxslər tərəfindən keçirilmiş dövlət tədbirlərini sadalaya və xarakterizə edə bilirsə. Onların nəticələri barədə öz mülahizələrini deməyi bacarırsa;

  • Zaman şkalasında, onun fikrincə, ən əhəmiyyətli 4 (yaxud 5) gürcü siyasi xadiminin qədim dövrdən bu günədək qeyd edə və onları xarakterizə edə bilirsə.

İc.təh.V-VI.8. Şagird şəxsiyyətlərin və müxtəlif sosial təbəqənin Gürcüstan tarixində rolu barədə mülahizə yürüdə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Keçmiş cəmiyyətin hər hansı bir sosial təbəqəsini seçir və bu təbəqənin nümayəndəsinin gündəlik həyatını təsvir edə bilirsə (məs.: kəndli, aznaur, tacir, sənətkar, alim və s.);

  • Dövrə müvafiq olaraq tanınmış şəxsiyyətləri sadalaya bilirsə, onun sosial statusunu müəyyənləşdirməyi bacarırsa (məs.: çar, tacir, sənətkar, bankir, torpaq sahibkarı, prezident, alim və s.).

İc.təh.V-VI.9. Şagird Gürcüstan tarixinin müxtəlif mərhələlərində əhali üçün müharibə və sülh nəticələrini müqayisə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Müharibənin növlərini sadalaya bilirsə (özünümüdafiə, istilaçılıq), onların nəticələrini xarakterizə edə bilirsə;

  • Gürcüstan tarixində sülh yolu ilə qəbul olunmuş qərarları sadalaya, onların müsbət və mənfi nəticələrini qeyd edə bilirsə;

  • Gürcüstan tarixinin müxtəlif dövrünün döyüş yerlərini konkret xəritəyə köçürməyi bacarırsa (məs. Didqori, Basiani, Qarnisi, Krtsanisi və s.);

  • Müxtəlif tarixi dövrdə Gürcüstanda müharibə aparmaq qaydalarını müqayisə etməyi bacarırsa (əsrlərə, yaralılara və həlak olanlara münasibətdə tutduğu mövqe . Müharibə zamanı qaydalara və qanunlara əməl etmək zərurəti barədə mülahizə yürüdə bilirsə);

  • Təbiətdə müharibənin səbəb olduğu ekoloji dəyişikliklər barədə informasiya toplaya bilirsə (su, hava, torpaq, meşə); dəyişikliklərin nəticələrini cədvəl və ya şəkil (plakat) qismində təqdim etməyi bacarırsa.


Yüklə 343,22 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin