İstifadə edilmiş ədəbiyyatlar
1. Azərbaycan tarixi 7 cilddə. Üçüncü cild Bakı “Elm”. nəşriyyatı 2007
2. Z. M. Bünyadov və Y.B.Yusifov “Azərbaycan tarixi” Bakı 1994, 2005
3. Mahmud İsmayıl “Azərbaycan tarixi” Bakı 1992
4. İsmayıl Məmmədov, Azərbaycan tarixi. Bakı 2005.
5. S.Allahverdiyev, Ə.Haqverdiyev, M.Behbudov “Azərbaycan tarixi” Bakı 2007
6. İ.Əliyev “Azərbaycan tarixi” Bakı, Elm nəşriyyatı 1993
7. Süleyman Əliyarlı “Azərbaycan tarixi” Bakı 2009
Mövzu: Аzərbaycan ХVI əsrin sonu XVIII əsrin əvvələrində
Plan:
1. I Şah Abbasın hakimiyyətə gəlməsi. Səfəvilər dövlətinin xüsusiyyətlərinin dəyişməsi.
2. XVI əsrin sonu XVII əsrdə Azərbaycanın şəhər həyatı,
3. Azərbaycan XVIII əsrin əvvəllərində
4. Xəzərsahili vilayətlərin Rusiya tərəfindən işğal edilməsi
5. Səfəvilər dövlətinin süqutu.
1. 1587-ci ildə Mürşüdqulu xan, xüsusilə ustaclı və şamlı tayfalarından olan qızılbaşların Xorasan qrupu Qəzvində on altı yaşlı Abbası şah elan etdilər. I Şah Abbasın hakimiyyətə gətirilməsində əsas yerlərdən birini mənşəyi fars olan Mir Məhəmməd Nişaburi tutur. Buna görə də o, Şah Abbas tərəfindən əmr rütbəsi alıb, Mirməhəmməd Yusif xan ləqəbi ilə tanınmışdır. Belə bir hadisə qızılbaş dövləti tarixində ilk dəfə idi ki, fars bürökratiyasından olan mülki şəxs qızılbaş əmrləri ilə bərabər səviyyədə dururdu.
I Şah Abbas şahlıq tacını qəbul etdikdən sonra mərkəzləşdirmə siyasətinə qarşı çaxanları aradan götürmüş, hərbi və inzibati islahatları həyata keçirmiş, Şərqdə Özbək işğalçılarına qarşı müvəffqətiyyətli hərbi əməliyyatlar aparmışdı.
I Şah Abbas Xorasanı yenidən geri qaytardıqdan sonra, Azərbaycanı ələ keçirmək işinə girişdi. O, bunun üçün belə bir motivə əsaslanırdı ki, Azərbaycan Səfəvilərin irsi hakimiyyətinə tabe olan torpaqlardır.
Uzun müddətli dağıdıcı və viran edici müharibə nəhayət Səfəvilərlə-Osmanlılar arasında 1590-cı ildə sülh müqaviləsi ilə başa çatdı. Onun əsasını Osmanlıların tələb etdiyi kimi “İdarəetmə hüququ” təşkil edirdi. Bu o demək idi ki, bölgələr tərəflər arasında sülh müqaviləsinin tarixi ilə təsdiqlənmişdir. Səfəvilər buna etiraz etsələrdə nəticə etibarı ilə razılaşmağa məcbur oldular.
1590-cı ildə İstanbulda bağlanan sülhün nəticələnməsi 2 il sonra qüvvəyə düşdü. Tərəflərini Şimal sərhəddi kür çayından keçirdi. Arakel Təbrizliyini yazdığına görə digər sərhəd xətti Xudafərin körpüsü idi. Cənub sərhədləri uçan otlağı və Türkmənkənddən keçirdi. Bu müqavilə Azərbaycanı Səfəvi və Türkiyə dövləti arasında böldü. Ölkənin böyük bir hissəsi Osmanlı feodallarının hakimiyyəti altına düşdü. Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa və onların Qərbində yerləşən digər torpaqlar Osmanlılara verildi.
Xalxal, Ərdəbil, Qaracadağ və Talış Səfəvilər tərəfindən alındı. Beləliklə, Osmanlı işğalı ilə əlaqədər Şirvan və Dərbənd müstəqil bəylərbəylik idarəçiliyinə çevrildi. Onlara tabe olan rayonlar isə Sancaqlar adlanırdı. Osmanlı mənbələrinə görə Şirvan bəylərbəyliyinə Lahıc, Ağdaş, Qəbələ, Salyan, Şəki, Bakı, Qaraulus, Osmanlı, Xudat, Mahmudabad, Ərəş və s. Kimi 15sancaqlar daxil idi. Dərbənd isə Şəbran, Axtı, Quba, Müskür, Kürə Çıraq kimi sancaqlardan ibarət idi. Azərbaycanın qərb bölgələrinin çoxu Osmanlılar tərəfindən çıxış edən kürd feodallarına verilmişdi. Məsələn, Maku, Ordubad və Şərur feodal mahmudlu tayfasının əlində idi. Osmanlılar bu ərazidən külli miqdarda vergi toplayırdılar. Əli Çələbinin məlumatına görə Şirvandan 25 milyon axca vergi toplanılırdı.
XVI əsrin sonu XVII əsrin əvvəllərində Osmanlı işğalı ilə əlaqədar olaraq, Azərbaycanın iqtisadi vəziyyəti daha da pisləşdi. Ticarət dayanmış, karvan yolları bağlanmış, şəhər və kəndlər dağılmış, təssərrüfat həyatı tənəzzülə uğramışdı. Buna görə də əhali yurdlarından qaçmalı olmuşdur. Məşhur Azərbaycan mənbəşünası Əbdülkərim Əlizadənin sözləri ilə desək bu ..... dövrdə sindi mübarizə əsasən kütləvi kəndli qaçqınlar ilə səciyyələnirdi.
Şah Abbas dövlətini daxili çəkişmələrdən xilas etdikdən sonra Səfəvi torpaqlarını geri qaytarmağa başladı. O, əvvəlcə, Təbrizi ələ keçirdi, daha sonra Naxçıvan, və Şirvanı tutdu. Onun qoşunları bu yerlərdə olmazın vəhşiliklər etdilər. Bir müəllif yazırdı ki, Culfadan tutmuş Naxçıvana, İrəvana qədər şəhər və kəndlərin çoxu xarabaya çevrilmişdir. Şah Abbas Culfa və Naxçıvan əhalisini zorla İsfahan və onun ətraf yerlərinə köçdü. Daha sonra İran qoşunları Qarabağı, Gəncəni, Tiflisi zəbt etdilər, Şirvanı ələ keçirdilər. Lakin Osmanlı Türkiyəsi Azərbaycandan əl çəkmək fikrində deyildilər. Buna görə də yerlərə böyük qoşun göndərildi. I Şah Abbas Sina Paşa Ciqal oğlunun başçılığı altında Osmanlı qoşununun yaxınlaşdığını eşidən kimi, onlara qarşı Səfəvilərin ənənəvi “Yandırılmış torpaq” taktikasını tətbiq etdi. Şah fərman verdi: “Arazın sol tərəfini dağıtmaq və əhalisizləşdirmək, bütün Azərbaycanlı və Erməniləri köçürmək, ərzaq və ələf, nə varsa götürmək, qalanını isə məhv edib yandırmaq”.
Bununla da Qafqazda yaşayan çoxlu Azərbaycanlı, Erməni, Gürcü və Kürtlərin məcburi köçürülməsi başlandı. İsgəndər Münşi yazırdı ki, şah qoşunu bu əmri yerinə yetirərək Qars və Ərzurum arasında yerləşən Həsənqala adlanan yerə gəlib çatdı. Və geri qayıdıb çoxlu heyvanı ələ keçirdi, bütün taxılı ot-ələfi məhv etdi. Şahın əmri ilə on minlərlə əhali silah gücünə İsfahana, Mazandarana və İranın digər vilayətlərinə köçürüldü. Tarixşünaslıqda bu köçürmə “böyük sürgün” adını almışdı.
Sinan Paşa Ciqaloğlunun komandanlığı altında Naxçıvan və İrəvan ətrafına daxil olmuş türk qoşunu pis vəziyyətdə qaldı. Diyarına şah qoşunu tərəfindən talan edilməsi onların fəaliyyətinə təsir etdi. Osmanlı qoşunu içərisində qarışıqlıq düşdü. Və Ciqaloğlu qışlamaq üçün Vana qayıtmağa məcbur oldu. I Şah Abbas hələ Vanda olan Ciqaloğlunun qüvvələrini dəff etmək üçün Təbrizdə yeni qala tikdirdi. Buna 2-3 illik ərzaq və sursat topladı, nəhayət, Allahverdi xanın başçılığı ilə Vana, Ciqaloğlunun üzərinə on üç minlik dəstə göndərdi. Türk qoşunu darmadağın edildi. Ciqaloğlu isə qaçıb xilas ola bildi.
Ciqaloğlu 100 minlik qoşunla II dəfə Azərbaycanın hüdudlarına daxil oldu. 1605-ci il Ərdəbil ilə Sərab arasında şahın komandanlığı ilə döyüşdə Osmanlılar yenidən məğlub oldular.
1606-cı il iyunun 5-də Gəncə Türk qoşunlarından alındı. Səlnaməçinin dediyinə görə, şahın şmri ilə 2,5 min Osmanlı əsgəri Həsənçay adlı yerdə edam edildi.
1607-ci ildə Şirvan, Bakı, Dərbənd Osmanlılarından təmizləndi və bu ərazilər Şah Abbas tərəfindən tutuldu. Osmanlı Türkiyəsi ilə Səfəvilər arasında baş verən dörd illik müharibədə (1603-1607) Azərbaycanın Səfəvilər tərəfindən tutulması, Osmanlı zülmünün İran feodallarının zülmü ilə əvəz olundu.
1611/ 12-ci illərdə Osmanlılar yenidən Azərbaycana hücum etdilər, Təbrizi tutdular. Lakin 5 gündən sonra Vana qayıtdılar. I Şah Abbas yenə də ənənəvi “Yandırılmış torpaq” üsullara əl atdı.
Uzun sürən müharibədə 1612-ci ildə sülh müqaviləsi ilə başa çatdı və Osmanlı dövləti Azərbaycanın, qismən Ermənistanın və Gürcüstanın, habelə Kürdüstanın Səfəvi dövlətinə mənsub olmasını rəsmən tanıdı. Lakin Türkiyə ilə bağlanmış bu müqavilə 1613-cü il oktyabrın 16 da Şah Abbas tərəfindən pozuldu. Şah Abbas Qafqazdakı hərbi əməliyyatları Osmanlıları narahat edirdi. Sultan I Əhməd 1612-ci il müqaviləsini pozaraq 1616-cı ilin yazında Səfəvilərlə müharibəyə başladı. Osmanlılar Təbrizi və İrəvan istiqamətində hərəkət etməyə başladılar. Şah Abbas buna cavab olaraq Türkiyənin sərhəd rayonlarına qoşun topladı. Bu da öz təsirini göstərdi.
Türkiyə öz qoşunlarını geri çəkdi. Bu döyüşdə də Osmanlılar ağır itgi verdilər. 1618-ci ilin yazında Sərab vilayətinin Ərəştəban və Səhənsaray qəsəbələri arasındakı düzənlikdə, Sınaq körpü adlı yerdə baş vermişdi.
Sərab yaxınlığındakı bu məğlubiyyətdən sonra Xəlil Paşa geri çəkilib sülh danışıqlarına başladı. Və 1618-ci ilin sentyabrında Mərəndlə müqavilə imzalandı. 1619-cu ildə Türkiyə höküməti tərəfindən təsdiq edildi.
1620-ci ilin əvvəlində Şah Abbas Türkiyədə başlanmış çıxışlardan istifadə edərək, 1618-ci il müqaviləsini pozaraq Ərəb İraqını Bağdad, Kərbəla, Mesulu, Nəcəfi və başqa şəhərləri tutdu. Şah Abbas Axalsıxı da tutdu. 1634-cü ildə Türk qoşunları yenidən Azərbaycana hücum edərək, Təbrizi tutdular. Sonra isə Bağdadı tutdular. Nəhayət, 1639-cu ildə Osmanlı Türkiyəsi ilə Şah İran arxasındakı müqavilə ilə Azərbaycan iranın tərkibində qaldı. 1639-cu il müqaviləsindən sonra XVIII yüzilliyin 20-ci illərinə qədər İran ilə Türkiyə arasında toqquşma baş verdi.
XVII əsrin əvvəlləri Azərbaycanda müflisləşmiş kəndlilərin gur çıxışları dövrü kimi əlaqələndirilir. Osmanlı zülmünə Şah I Abbasın və yerli feodallarının dağıdıcı siyasətinə qarşı yoxsul və ümidsiz kəndlilər ayağa qalxmışdılar.
Cəlarilər hərakatının ardınca Azərbaycanın bir neçə şəhərlərində, xüsusilə Təbriz, Ordubad, Təsue, Bakı, Dərbənddə bir neçə şəhərlərində silahlı üsyanlar başladı. 1613/1616-cı illərdə Şirvanda böyük bir üsyan oldu. Bu üsyanın başlanmasına səbəb Şah Abbasın köçürməsiyasəti idi. O, bir balaca şübhələndiyi soyu öz yurdundan-yuvasından didərgin salır. İranın küçələrinə, xüsusən Mazandarana sürgün edirdi. Şah Abbas Qarabağda əhmədli, Qazaxlar soylarını sürgün etmişdi. Şirvanda da sürgün olunmaq təhlükəsi var idi. Bu xəbər yayılanda onlar üsyan etdilər. Gəncə yaxınlığında Dəngə vilayəti də üsyana qoşuldu. Qarabağ bəylərbəyliyi Məhəmməd Ziyadoğlunun özünü də əsgərlərini də öldürüb, Şirvan üsyançıları ilə birləşdilər. Üsyana tərəkəmə tayfasından Dəli Məlikadi ilə məşhur olan Məlik Təri başçılıq edirdi. Dəli Məlikin dəstələri Kaxetiya çarı və Teymurazın qoşunları ilə birlikdə Şirvanda və Gürcüstanda olan İran qarnizonlarına basqın etdilər. Şah I Abbas üsyanı boğmaq üçün böyük qoşun hissəsi göndərməyə məcbur olmuşdu.
Xalqın feodal istismalarına, Şah nümayəndələrinin zülmünə qarşı mübarizəsi tez-tez dini bid, ət şəklində təzahür edir. Bəzən onlarla “kafirlər” arasında silahlı toqquşmaya səbəb olurdu. Belə mübarizə Səfəvi imperiyasının müxtəlif vilayətlərində, Azərbaycanda və indiki Ermənistanda müşahid olunurdu.
Mıxlı baba adlı bir nəfər udinin başçılığı altında dönük Xristian təriqətinin hərəkətini 1625-ci ildə Azərbaycanda başlamış, Ermənistana yayılmış, Türkiyə hüdüdlarında sona yetmişdir. İ.R.Petruşevskinin dediyi kimi, bu hərəkat kəndlilərin, kilsələrin feodal istismarına və I Abbasın yürüşünə qarşı etiraz idi.
1677-ci ildə Çuxur Səddə, Naxçıvanda və digər yerlərdə iki il ərzində hərbi xidmət zamanı onlarla çatacaq donluq verilmədiyindən qacar və bayat tayfalarının üsyanı oldu.
Çuxur Səd camaatının tayfaları isə bəylər bəyinin özbaşınalığından bezmişdilər. O, istədiyi qədər vergi istəyir, verməyənləri isə istədiyi kimi cəzalandırırdı. Səfəvilər şahları silklər arasında ciddi fərq qoyurdu. Nəsrullah Fəlsəfi göstərirdi ki, Şah Abbasın “İlk vaxtlar müəyyən siniflərə mənsub olan adamlara öz silkinin sərhəddini keçməyə icazə verməzdi. Məsələn, əgər öz sərhəddini keçən rəiyyət görsəydi, deyək ki, ali təbəqənin geymini geymiş görsəydi, mütləq ona cəza verməli idi”.
Sinfi fərqin ciddi saxlanması və qorunması siyasətinin yeridilməsi dəyişilməz idi. Hətda şahın göstərişi ilə cəmiyyətin irəli çəkilmiş aşağı təbəqəsinin nümayəndəsi öz qeyri-kübar mənşəyini və aşağı sosial mövqeyini “unutmalı” idi.
2. XVII əsrdə Azərbaycandakı sənətkarlıq problemi, sənətkarlıqda əmək bölgüsü, ayrı-ayrı şəhərlərin sənətkarlıq istehsalındakı yerli, sənətkarlığın növləri, sənətkarlıq istehsalının bazarla əlaqə forması və sənətkarlıq təşkilatları haqqında tarixşünaslıqda tədqiqat işi aparıldığı halda, bəhs etdiyimiz dövrdə Yaxın və Orta Şərq şəhərləri arasında mühüm sənətkarlıq mərkəzi hesab olunan Təbriz şəhərinin sənətkarlıq problemi ayrılıqda öyrənilməmişdir. XVII əsrdə sənətkarlıq XIII-XVI əsrlərə nisbətən daha da inkişaf edir, ayrı-ayrı sənət növləri sahəsində müəyyən texniki inkişaf az da olsa nəzərə çarpırdı. Bir sıra yeni sənət növləri, O cümlədən tüfəngqayırma sənəti meydana gəlir, bəzi sənət sahəsindəki texnologiya təkmilləşir. Təbrizdə istehsal olunan sənətkarlıq məlumatı artıq təkcə daxili bazarın deyil, xarici bazarların da tələbatını ödəyirdi. Təbriz əhalisinin əksəriyyəti sənətkarlıq və ticarətlə məşğul olurdu. Ayrı-ayrı sənətkarların xüsusi bazarlarda dükanları vardır. Çox vaxt sənətkarlar peşələrinə uyğun olaraq müəyyən məhəllə və ya küçədə yaşayırdılar. XVII əsrin ortalarında şəhərin iqtisadi inkişafı ilə əlaqədər olaraq şəhərdə sənətkarların sayı 30 minə çatmışdır. Mərkəzlərin verdiyi məlumata əsasən elə sənət yox idi ki, Təbrizdə işləməmiş olsun.
Toxuculuqda işlənilən xammalın harada əldə edilməsi üzərində qısa da olsa dayanmaq istərdik. Məlum olduğu kimi, xam ipək əsasən Gilan, Şirvan, Qarabağ, Mazandaran və Azərbaycanın Cənub vilayətlərində istehsal olunurdu. Gilan ipəyi zərif və bahalı idi. Gilanda üç növ ipək toxunurdu. Şərbafi, xalvari, lejim adlanan ipək növləri hətta Avropa ölkələrində də şöhrət tapmışdır.
Qeyd olumalıdır ki, Təbrizin əsas iqtisadi bazasını sənətkarlıq və ticarət təşkil etməsinə baxmayaraq, şəhərdə sənətkarlığa nisbətən ticarət, xüsusi ilə xarici ticarət üstünlük təşkil edirdi.
Təbrizin iqtisadi həyatında ticarətin mühüm rol oynamasına aşağıdakı amillər təsir göstərmişdir.
1.Təbriz mühüm sənətkarlıq mərkəzi idi. Orada istehsal olunan bir sıra mallar xüsusilə toxuculuq malları Yaxın və Orta Şərqin, eləcə də Avropa tacirlərinin diqqətini özündə cəlb etmişdir.
2.Təbriz əlverişli bir mövqedə-Şərq ilə Qərbi birləşdirən mühüm ticarət karvan yolu üzərində yerləşirdi. Bununla əlaqədar olaraq Şərq ölkələrindən satılmaq üçün Qərbi avropaya aparılaqcaq mallar və ya əksinə, Qərbi Avropa ölkələrindən satılmaq məqsədilə Şərq ölkələrindən ixrac olunan mallar ilk növbədə Təbrizdə cəmləşirdi. Deməli, Təbriz Şərq ilə Qərb ölkələri arasında ticarət mallarının bir növü satış mərkəzinə çevrilmişdir.
3.Şirvan, Gilan ipəyi əsasən Təbriz vastəsilə digər ölkələrə o, cümlədən Avropaya aparılırdı. Xam ipək alveri Təbrizin ticarətində əsas və mühüm yer tuturdu.
4.Rusiya vasitədə Avropa ölkələri ilə ticarət və Bakı kimi Təbrizin də iqtisadiyyatında o, cümlədən ticarətin inkişafında mühüm rol oynayırdı.
5.Avropa sənaye kanufaktasının xammal xüsusilə ipəyə, pambığa, dəriyə olan ehtiyacını ödəmək üçün əsas satış bazarı Təbrizdə cəmlənmişdir.
6.Ticarət inkişaf etdirmək bilavasitə saray və iri feodal əyanlarının mənafeyinə uyğun idi. Səfəvi dövlət xəzinəsinin mədaxilinin mühüm hissəsini ticarətdən əldə edilən gəlir təşkil edirdi. Adam Onsari yazırdı ki, İranlılar o, cümlədən Azərbaycanlılar ticarətdən yüksək gəlir əldə edirdilər.
7.Ticarətin ən gəlirli qazanc mənbəyi olduğunu nəzərə alan, vuruşan tərəflər ziyan çəkməsin deyə, hətda müharibələr dövründə belə ticarət karvanlarının sərbəst gediş-gəlişinə imkan yaradırdılar.
Təsadüf deyil ki, 1590-cı il sülh şərtlərindən biri də bu idi ki, Osmanlı dövləti ilə Səfəvi dövləti arasında sərhəd hesab olunan Araz çayından yalnız tacirlər və xarici ölkə tacirlərinin gediş-gəlişində icazə var idi. Adam Onsari yazırdı ki, Səfəvi dövləti ilə Osmanlı dövləti arsında belə bir şərt qəbul edilmişdir ki, istər müharibə, istər sədə sülh dövründə ticarət karvanları və tacirlər sərbəst gəlib-getsinlər. Osmanlı hökmdar Sultan Murad sərhəd məsələsini müəyyənləşdirmək üçün 1639-cu il mayın 18-də Şah Səfəviyə yazdığı məktubunda hər iki tərəfin tacirlərinin gəlib-getməsi barədə razılıq əldə edilməsinin xüsusilə qeyd etmişdir. Bu müddəa 1639-cu il sülh müqaviləsində öz əksini tapmışdır.
Əmtəə-pul münasibətlərinin inkişafı tədricən daxili ticarətin genişlənməsinə səbəb olmuşdur. Ticarətin inkişafını karvansarayların sayı da əks etdirilir. Belə bir faktı göstərmək kifayətdir ki, 1598-ci ildən Səfəvi dövlətinin paytaxtı olan İsfahanda XVII-əsrin 30-cu illərində 24 karvansaray olduğu halda həmin əsrin 70-ci illərində Təbrizdə 300 karvansaray olmuşdur. Bu İsfahana nisbətən Təbrizdə daxili və xarici siyasətin daha geniş inkişaf etdiyini göstərir.
XVII əsrin II yarısında Təbrizdə ayrı-ayrı Səfəvi hökmdarlarından əlavə iri feodal da bir neçə karvansara tikdirmişdilər.
XVII əsrin ortalarında Təbrizdə çoxlu ərzaq dükanı, yeməkxana, baqqaliya var idi. Şəhərdə ağ və nazik çörəklər bişirilib satılırdı. Yeməkxanalarda 5-6 cür plov, kabab, müxtəlif növ şərab, halva və digər yemək növləri satılırdı. Kəklik, qoyun, toyuq ətindən hazırlanmış kabablara təlabat çox idi.
XVII-əsrin 30-60-cı illərində Təbrizdə 4 növ gümüş sikkəabası, mahmudi, şahı, bistizəb olunurdu. Miss sikkələri yalnız daxildə, gümüş sikkələri isə digər şəhər və vilayətlərdə tədavüldə idi.
XVI-XVII-əsrlərdə Şimal dəniz yolu Xəzər dənizi vastəsilə İran-Hindistan ticarət yolu daha mühüm əhəmiyyət kəsb edirdi. Bunun nəticəsində Avropa tacirlərinin Şimaldan Şirvan yolu ilə Təbrizə axınan şəraiti yarandı. XVII-əsrdə Rusiyanın Avropa və Şərqdə geniş ticarət əlaqəsinə girməsi, həmin əsrin ortalarından xam ipək və pambığın Rusiya sənayesinə təmin etməsi, Səfəvi dövlətinin Rusiya ilə ticarətdə daha artıq marq göstərməsi, nəhayət, Volqa-Xəzər yolunun daha əlverişli olması bütün bunlar Qərb dövlətləri üçün Rusiya vastəsilə Azərbaycan və İranla ticarət əlaqələrinin inkişafına səbəb oldu. 1663-cü ildə Q.Çernousef Rusiya tərəfindən Təbrizdə göndərildi ki, dövlət mallarını orada satsın. O, Təbrizdə 165800 manat məbləğində İngiltərə mahudu Samur Xəzi və s.mallar satıb, əvəzində Təbrizdən 10.260 manatlıq və yarrusefiyan və s.mallar alıb Rusiyaya apardı. Təkcə bunu göstərmək kifayətdir ki, 1663-1665-ci illərdə Rus dövləti xəzinəsinə İrandan 73-778 manatlıq mal alındığı halda, yalnız 1663-cü ildə Təbrizdən 10.260 manatlıq və ya Rus dövlətinin İrandan 3 ildə aldığı malın yeddidə bir hissəsinə qədər Təbrizdən mal alınmışdır.
Türkiyə vastəsilə Avropa ilə ticarətdə Təbriz mühüm rol oynayırdı. Türkiyə vastəsilə Təbrizi Avropa ilə birləşdirən ticarət karvan yolu aşağıdakı istiqamətdə idi:
1.Təbriz-Van-Usədabad-Naxçıvan-İrəvan-Qars-Trabzon-İstanbul.
2.Təbriz-Van-Diyarbakır-Hələb-Suriya. Oradan dəniz vastəsilə Avropaya gedirdi.
3.Təbriz-Salmas-Cəzirə-Hələb-Suriya.
1612-ci ildə Səfəvi və Osmanlı dövlətləri arasında bağlanmış sülh sazişi I Şah Abbasın islahatları, dağıdılmış təsərrüfatı bərpa etmək və ticarət karvan yollarını qaydaya salmaq üçün yollarda karvansaraların tikdirməsi iqtisadi inkişafa səbəb oldu. Xüsusilə də vergi və mükəlləfiyyətlər qaydaya düşdü.
XVII-əsrdə Təbrizin iqtisadi və ictimai tarixini bir neçə dövrə bölmək olar.
I-dövr. Bu dövr XVI-əsrin sonu və XVII-əsrin 10-30-cu illərini əhatə edir. Bu dövrün özü də 2 mərhələyə bölünür. (1585-1608-ci illər). Bu illərdə Təbrizin iqtisadi həyatına, xüsusilə də kənd təsərrüfatına, sənətkarlıq ticarətinə ağır zərbə endirildi. Ə.Rəhmani XVI-əsrin sonu, XVII-əsrin sonu əvvəllərində Azərbaycan şəhərləri, o cümlədən Təbriz, Şamaxı və Ərdəbildə şəhər həyatının kifayət dərəcədə inkişaf etdiyini birləşdirmişdir. Halbuki, Azerbaycanın bir sıra şəhərləri kimi Şamaxı Təbrizdə, Qızılbaş ordusu ilə Osmanlı ordusu arasında gedən şiddətli müharibələr nəticəsində dağıdılmışdır.
Dövrün II-mərhələsində (XVII-əsrin 10/30-cu illəri) Təbrizin dağıdılmış təsərrüfatı bərpa olunmuşdur. I Şah Abbas qismən isə Şah Səfəvinin bir sıra təkan verən tədbirləri olmuşdur. XVII-əsrin 70-ci illərində Azərbaycanın ən mühüm şəhəri olan Təbrizdən toplanıb, İsfahana göndərilən müstəqim, vergi (mükəlləfiyyətlərdən başqa) 130-min tümən idi.
Təbrizin iqtisadi inkişafında kapitalın böyük rolu olmuşdur. Lakin, ticarət kapitalı feodal istehsal münasibətlərini əsasına toxunmur, əksinə möhkəmləndirilirdi. K.Marksın yazdığı kimi, “ticarət kapitalı inkişaf etdirdikcə əmələ gələn xüsusi ictimai münasibətlər indi daha müəyyən edici münasibətlər olmur, əksinə, tacir kapitalının üstün olduğu yerdə köhnəlmiş münasibətlər hökm sürürdü”.
XVII-əsrin sonu, XVIII-əsrin əvvəllərində Yaxın və Orta Şərqdəki ümumi iqtisadi tənəzzül Təbrizin iqtisadi həyatına təsir etməyə bilməzdi. Beləliklə, bu dövrü Təbrizin iqtisadi həyatının III-dövrü kimi səciyyələndirmək olar.
3. Hələ XVII əsrin axırlarında Səfəvi dövlətində başlanmış iqtisadi-tənəzzül XVIII əsrin əvvəllərində daha da kəskinləşmişdi. Bu prosesin qarşısını almaq üçün ölkənin iqtisadiyyatında dönüş yarada bilməyən heç bir ciddi tədbir həyata keçirməyi bacarmayan şah Sultan Hüseyn (1694-1722) dövlətin müqəddaratını baş vəziri Etimad üd-Dövlə Fətəli xana həvalə edərək, gününü məscid və hərəmxanada keçirirdi. Dövlət xəzinəsi o dərəcədə boşalmışdır ki, Şah Sultan Hüseyn ata-babalarının Ərdəbildəki məqbərəsində olan əşyaları əritməyi və onlardan pul kəsməyi əmr etmişdi.
1715-ci ildə I Pyotr tərəfindən Səfəvi dövlətinə göndərilən səfir A.P.Volınski yazırdı ki, «Hazırkı İran dövlətinin başçısı kimi axmağı heç harda tanımazsan. Özü əlini ağdan-qaraya vurmur, bütün dövlət işlərini Etimadül-Dövlə kimi səfehə etibar etmişdir». A.P.Volınski Səfəvi dövlətinin tənəzzül etmə səbəblərini daha sonra şərh edərək yazır: “Şah və divan məmurlarının ağıllarına nə gəlsə, düşünmədən onu da edirdilər”. Beləliklə, onlar öz dövlətlərini elə dağıtdılar ki, heç Makedoniyalı İsgəndər sağ olsaydı belə müharibə ilə buranı bu cür xaraba qoya bilməzdi. A.P.Volınski bu işdə ən çox şahı təqsirləndirərək yazırdı: “Əgər şah dəyişməsə mənə elə gəlir ki, bu dövlət tamamilə dağılıb gedəcəkdir”. Şübhəsiz dövlətin belə bir acınacaqlı vəziyyətə düşməsində şahın rolu böyük idi. Lakin bu əsl səbəb ola bilməzdi. Vaxtı ilə Şərqin ən qabaqcıl dövlətlərindən biri olan Səfəvilər dövlətinin belə bir tənəzzülə uğramasının səbəbini ayrı-ayrı şəxsiyyətlərin fəaliyyəti ilə izah etmək ictimai və iqtisadi faktları görməmək - məsələyə birtərəfli yanaşmaq deməkdir. Səfəvi dövlətinin tənəzzülünün əsas səbəbini ümumi təsərrüfat geriliyində, kəndlilərin və şəhərlilərin amansızcasına istismarında və onların var-yoxdan çıxmasında, hakim sinfin daxilində gedən çəkişmələrdə iri feodalların öz müstəqillikləri uğrunda apardıqları mübarizədə, kənd və şəhərlərdən toplanmış vergilərin çox kiçik bir qisminin dövlətə verilməsində və ya saray əyanları tərəfindən mənimsənilməsində və bu kimi məsələlərin izahında axtarıb tapmaq lazımdır. Şah Sultan Hüseynin fəaliyyətsizliyi isə bütün dövlət aparatının çürümə prosesini yalnız sürətləndirə bilərdi. Saray əyanlarının xəzinəni talan etmələri, dövlət gəlirlərini mənimsəmələri və bu kimi özbaşınalıqlar, ən nəhayət ərzaq mallarının gündən-günə bahalanması, kəndlilərin, şəhər əhalisinin, xüsusilə tacir və sənətkarların vəziyyətlərinin daha da pisləşməsi ilə nəticələndi.
A.P.Volınski yazırdı: “Səfəvilər dövlətinin taxıl anbarları hesab edilən Azərbaycanda tarlalar yeddi ildir əkilməmiş, ölkədə ancaq aclıq hökm sürürdü”. Dövlətin ağır xərclərini vergilərin hesabına ödəyəcəyinə ümid edən şah hökuməti bu işi qaydaya salmaq üçün əhalini yenidən siyahıya aldı. Bütün Səfəvi dövlətində, habelə Azərbaycanda siyahıya alınmış işi üç il, 1699-cu ildən 1702-ci ilə qədər davam etdi. Həmin müddət ərzində əhalinin təkcə özü deyil, əmlakı da siyahıya alındı. Ötən ilin vergilərinin yeni qayda ilə toplanması qərara alındı. Bu da müəyyən edilmiş miqdardan üç dəfə artıq idi. Mövcud vergilərə yeni üç vergi əlavə edildi, “ab-i Kurqan” kanalının (arxın) tikintisində iştirak edə bilməyənlərdən alınırdı. “Şahzadə ixracatı” şahzadələrin xərclərini ödəmək üçün başqa dinlərə mənsub olanlardan “şeş dinar” - qan vergisi alınırdı.
Yeni vergi siyasəti xalqın əlindən axırıncı tikəni almaq demək idi. Odur ki, Azərbaycanda əhali buna cavab olaraq ya malını şah məmurlarından gizlədir və yaxud da baş götürüb ailəsi və var-yoxu ilə birlikdə öz yurdundan qaçmalı olurdu. Görünür, tərtib olunub mərkəzə göndərilən siyahılar dövləti təmin etməmişdi. Çünki tezliklə İsfəhandan şahın adından yeni fərman verildi. Bu fərmana əsasən “hər kəs gizlənəni tapsa və şaha bildirsə, gizlənənin başı şaha, əmlakı isə onu tapan adama veriləcəkdir”. Şəhər əhalisi, xüsusən sənətkar və tacirlər küllü miqdarda toplanılan vergilərdən əlavə, şahın sərbazları tərəfindən də amansızcasına qarət olunurdular.
Dövlət isə öz növbəsində xalqı istimar etməkdə davam edirdi. Vergilərdən biri yığılıb qurtarmamış, digəri ilə əvəz olunurdu. Toplanılan vergilərin əksəriyyəti saray əyanları və dövlət məmurları mənimsədikləri üçün xəzinəyə verilən gəlir dövləti qane edə bilmirdi. Odur ki, hökumət yeni gəlir mənbələri axtarmağa başlayırdı. Tezliklə şahın fərmanları ilə bütün mahal, kənd və yaşayış yerlərindəki torpaq, su, bağlar, əkin yerləri və hətta ağaclar belə bir sözlə insanın yaşayış üçün zəruri olan hər bir şey siyahıya alındı, hətta köçəri maldarlarda siyahıya bütün var-yoxu ilə alındı. Şah hökumətin həyata keçirdiyi tədbirlər bir tərəfdən zəhmətkeş kütlələrin var-yoxdan çıxarırdısa da, digər tərəfdən yerli hakimlərin daha da varlanmaları üçün geniş imkanlar yaradırdı. Belə ki, yerli feodallar şahın fərmanını bəhanə edərək xalqı amansızcasına istismar edərək öz ciblərini doldururdular.
Maraqlı burasıdır ki, şahın özü, vəziri və bu kimi vəzifə sahibləri ciblərini dövlət xəzinəsindən üstün tutaraq ilk növbədə öz şəxsi mənafelərini güdürdülər. Misal üçün, rus səfiri F.Benevinin Tehrandan Peterburqa göndərdiyi məktubu göstərmək olar. F.Benevinin yazdığına görə baş nazir Etimad üd-Dövlə Fətəli xanın səkkiz yüz min cervonu, küllü miqdarda daş-qaş, iyirmi min dəvəsi, saysız-hesabsız ilxısı və mal-qarası vardı. Ölkənin elə yeri yox idi ki, onun orada at ilxısı olmasın. O, başına gələn bədbəxtlikdən iyirmi gün əvvəl Hindistana böyük ticarət karvanı yola salmış və əlavə satmaq üçün iki yüz at göndərmişdi. Xalqın var-yoxdan çıxdığı bir zamanda və dövlət xəzinəsinin demək olar ki, tamamilə boşaldığı bir dövrdə baş vəzirin bu qədər var-dövləti nə yolla malik olduğunu izah etməyə ehtiyac yoxdur.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bir tərəfdən yeni vergi siyasətinin həyata keçirilməsi iqtisadi tənəzzüldən doğurdusa, digər tərəfdən bu siyasətin özü şəhər və kəndlərin daha artıq xarabalaşmasına, əhalinin daha çox yoxsullaşmasına, bir sözlə tənəzzül prosesinin daha da sürətlənməsinə səbəb olmuşdu. Xəzinənin pula ehtiyacı artdıqca feodallar da bir o qədər azğınlaşır, xalqı daha da amansızcasına istismar edirdilər. Müflisləşmiş məmurlar xalqın qanını sorur, çəkinmədən və heç məsuliyyət hiss etmədən əhalini soyurdular. Ədalət isə açıqdan-açığa imperiyanın paytaxtında satılırdı.
XVIII əsrin əvvəllərində tətbiq olunan yeni vergi sistemi hələ I şah Abbasın vaxtında kilsə və monastrlara verilmiş bəzi güzəştləri tamamilə ləğv etdi. Artıq sünni və xristian ruhaniləri də digər təbəqələr kimi vergi verməli və mükəlləfiyyət daşımalı idilər. Hətta ziyarətə gedənlər də bağ və gömrük haqqı verməli idilər. Məhz buna görə də xristianlar arasında böyük narazılıq oldu. Bir çox ziyarətçilər bac və pahdarı vergisinin ağırlığından ziyarətə getməkdən imtina edirdilər. Bu isə kilsə və manastrlara maddi cəhətdən böyük zərbə endirirdi. Buna görə də keşişlər şikayətlə şaha müraciət etməli oldular. Bu barədə Matenadaranda əldə edilən ərizə çox qiymətlidir. Həmin ərizə İranın üç kilsə (üq-Müəzzin Eqinadizin) genişlərindən olan Qəzər tərəfindən şaha yazılmış bir şikayətdir. Ərizədə xahiş olunur ki, şahın bacdar və rəhdarları ziyarətçilərdən əvvəllərdə olduğu kimi indi də gömrük almasınlar. Lakin qeyd etmək lazımdır ki, şah hökumətinin həyata keçirdiyi bütün bu tədbirlər, yəni maksimum istismar yolu ilə boşalmış dövlət xəzinəsini doldurmaq cəhdləri gözlənilən nəticəni vermədi. Əksinə, günü-gündən artan istismar dövləti daha da zəiflətdi və sinfi mübarizənin kəskinləşməsinə səbəb oldu.
Göstərilən dövrdə daha çox təşkil edilmiş kütləvi üsyan Şirvanda oldu. Burada əhalinin vəziyyəti Azərbaycanın başqa bölgələrindən də pis idi. Məsələ ondan ibarət idi ki, saray adamlarının ağalığı əhali ilə münasibətdə dini və siyasi ağalığı, zülmün güclənməsi ilə müşahidə edilirdi. Şirvan əhalisinin çoxunu şiələr yox, sünnülər təşkil edirdi. Bu da təsadüfi deyildir. Şirvanda İran əleyhinə mübarizə dini şüalar altında, sünnülərin şiələrə qarşı mübarizəsində keçirdi.
Şirvanda xalq azadlıq hərəkatına sadə kəndli Hacı Davud başçılıq edirdi. Şirvanın Müşkür mahalının Dədəli kəndindən olan Hacı Davud nə yüksək rütbəli din xadimi, nə də zəngin feodal şiəsinə mənsub idi. Vaxtilə Məkkəyə ziyarətə getmiş və «Hacı» adını almışdır. Şəxsi istedadı sayəsində Hacı Davud bütün şimal-şərqi Azərbaycanda, xüsusilə əhalisi sünnü təriqətinə mənsub olanlar arasında nüfuz qazanmışdır. Hacı Davud belə bir şaiyə yaymağa başladı ki, guya o, allah tərəfindən göndərilmişdir ki, sünnüləri şiələrin, yəni Səfəvi şahlarının zülmündən azad etsin. Bu zaman Dağıstanda İran hakimiyyətinə qarşı üsyan baş verdiyini eşidən Hacı Davud tez Dağıstana yola düşdü. Burada o, Qaytaqlı Əhməd xanla ittifaqa girib onunla birlikdə ümumi düşmənə qarşı çıxmaq barədə tədbirlər hazırladı. Dağıstanda ikən buranın ən nüfuzlu şəxsiyyətlərindən olan Surxay xanla da əlaqə yaratdı. Müttəfiqlər qərara aldılar ki, şah Hüseyn Şəki, Şirvan, Quba mahallarına təyin etdiyi xanları və onların ətrafındakıları - məmurları qətlə yetirsinlər.
Hacı Davud geri qayıdıb Səfəvi dövlətinin inzibati mərkəzlərinə hücum etməyə hazırlıq işləri görərkən təqribən A.P.Volınski marşrutu ilə Rusiyanın diplomatik kuryeri Dmitri Petriçko İrana gedirdi. Lakin o, mənzilbaşına çata bilmədi. D.Petriçkovun Xarici işlər kollegiyasının prezidenti Q.İ. Qolovkinə göndərdiyi raportda deyilir: “Şamaxının ətrafını üsyanlar, qarət və soyğunçuluq bürümüşdü. Ona görə də mən yolumu Şamaxıdan salmağa ehtiyat edib, geri qayıtmağa məcbur oldum”.
Lakin 1719-cu ilin sonlarında İranın və yerli hakimlərin qoşunları Şirvanda baş verən üsyanı yatırmağa nail oldular. Hacı Davud tutulub Dərbənd həbsxanasına salındı. Hacı Davudun ən yaxın müttəfiqi Surxay xan Dağıstana qaçaraq canını xilas etdi. Sonradan isə o, şaha xidmət edəcəyinə söz verərək, yüzbaşı rütbəsini aldı və şahın Dağıstandakı etibarlı adamlarından birinə çevrildi.
XVIII əsrin 20-ci illərində Səfəvi dövləti özünün ən ağır tənəzzül dövrünü keçirirdi. Azadlıq hərəkatı Azərbaycanda, xüsusilə Şirvanda daha artıq qüvvə ilə alovlandı.
Mərkəzi dövlətin süqutundan istifadə edən Hacı Davud həbsdən qaçaraq yenidən Şirvan üsyançılarına başçılıq etməyə başladı və Qazıquluxlu Surxay xanın müzdlu qoşunları ilə birlikdə öz tərəfinə çəkməyə nail oldu.
Bu dəfə Hacı Davud qarşısına daha konkret məqsəd qoydu. Şirvanda İran hakimiyyətini devirmək və burada İrandan asılı olmayan müstəqil dövlət yaratmaq. O, ilk zərbəsini İranın Şirvandakı üç inzibati mərkəzinə - Şamaxı, Bakı və Dərbəndə endirdi. Lakin Hacı Davud birbaşa həmlə ilə həmin şəhərləri ala bilmədi və həlledici döyüşlər üçün daha düşünülmüş tədbirlər hazırladı. Lakin, ciddi döyüşlər üçün dəyənək, balta, yaba və dəryazla silahlanmış kəndlilər, pis silahlanmış şəhər yoxsulları və Dağıstandan gələn muzdlu qoşunlar kifayət etmirdi. İranın nizamlı döyüşçüləri ilə vuruşda mütləq güclü müttəfiq lazım idi. Bu məqsədlə Hadı Davud yazılı şəkildə Rusiya dövlətinə məktub yazıb ondan kömək istədi. Hacı Davudun müraciətinə Peterburqda müxtəlif mövqelərdən yanaşıldı: bəziləri təklif edirdi ki, Şirvandakı üsyançılara kömək lazımdır ki, onlar bu bölgədə İran hakimiyyətinə son qoysunlar. Bəziləri isə, o cümlədən I Pyotr və Volınski planına görə, İran şahı isə mövcud olan “dostluğa” əsaslanaraq, Şirvana, Xəzərboyu əyalətlərə qoşun çəkməklə şaha “kömək” adı ilə üsyançılara divan tutmalı və beləliklə də Xəzər dənizi Rusiyanın “daxili gölünə” çevrilməli idi.
Həştərxanın yeni qubernatoru, Rusiyanın Səfəvi dövlətində olan sabiq elçisi A.P.Volınski rus qoşunlarının Xəzərboyu əyalətlərə yürüşü ərəfəsində I Pyotrun göstərişinə əsasən H.Davuda cavab məktubu yazaraq soruşmuşdu ki, o yalnız hərbi kömək istəyir, yoxsa Rusiyanın himayəsini qəbul etməyi arzulayır. Hacı Davud cavabında bildirdi ki, o, rus qoşunlarının köməyi ilə Şirvanı İran hakimiyyətindən azad etmək arzusundadır, özü isə müstəqil Şirvan dövlətinə başçılıq etmək istəyir. Rusiyaya gəldikdə isə o heç də etiraz etmir ki, I Pyotr öz dövlət sərhədlərini İsfahana qədər uzatsın.
Yeri gəlmişkən qeyd etməliyik ki, XVIII əsrin I yarısında Azərbaycanda genişlənən xalq azadlıq hərəkatının feodalizm dövründə baş verən bir çox ictimai hərəkatlarda olduğu kimi, həm zəif, həm də ziddiyyətli tərəfi vardı. Xalq kütlələrinin kortəbii silaha əl atması çox zaman qarətlə, feodal malikanələri və yaşayış məntəqələrinin talan olunması ilə nəticlənirdi. Şamaxı şəhəri alınarkən buradakı zəngin bazarın, karvansaraların, xarici ölkədən gələn tacirlərin, o cümlədən rus tacirlərinin bir neçə milyonluq malının qarət olunması da bununla izah edilə bilər.
Qeyd etmək lazımdır ki, bu məqsədlə rus tacirlərinin özlərinin də günahı olmuşdur. Onlar tamahları ucbatından İran tacirlərinin və yerli tacirlərin əmlakını öz karvansaralarında gizlətmiş, üsyançılar bu malların verilməsini tələb etdikdə isə toplardan atəşlə cavab vermişdilər. Qəzəblənən üsyançılar rus tacirlərinin yerləşdiyi karvansarada hücum etmişdilər.
Şamaxıda qazanılmış qələbədən ruhlanan H.Davud öz yürüşünü davam etdirməyi qərara aldı. Lakin, Dərbənd və Bakı qalalarına edilən hücumlar uğursuz idi. Buna baxmayaraq, Şirvanda xalq hərəkatı günü-gündən genişlənirdi. Şahın göstərişi ilə İrəvan xanı 1721-ci ildə öz qoşunu ilə üsyançılara qarşı yeridi. Bunu eşidən H.Davud daha cəld tərpənərək Kür çayını keçib gözlənilmədən onlara həmlə etdi. Döyüş üsyançıların xeyrinə qurtardı.
1721-ci ildə H.Davudun dəstələri Gəncə şəhərini mühasirə etsələr də, şəhəri ala bilmədilər.
Rusiyanın ona qarşı mənfi münasibətindən xəbər tutan H.Davud özünə arxa tapmaq məqsədilə Osmanlı imperiyasına müraciət etdi. Bunu əvvəlcədən görmüş kimi A.P.Volınski I Pyotra yazırdı: «Belə olduqda üsyan etmiş knyazlar kömək almaq üçün mütləq Türkiyəyə müraciət edəcəklər. Bu heç də Rusiyanın xeyrinə olmayacaqdır. Yaxşısı budur ki, özümüz işə fəal müdaxilə edək.
Şimali Azərbaycanın Xəzər sahillərində möhkəmlənmək aprzusunda olan Osmanlı imperiyası vaxt itirmədən H.Davudla əlaqə yaratdı. H.Davud Türkiyədən hərbi dəstək istəməklə bərabər, həmin dövlətin himayəsini də qəbul etməyə söz verdi.
I Pyotrun 1722-ci il yürüşündən sonra Türkiyə H.Davudu himayəyə qəbul etdi (1722-ci il dekabr). Əks təqdirdə I Pyotrun Türkiyə himayəsində olan şəxsə qarşı cəza ekspedisiyası göndərdiyini açıqlamağa cəsarəti çatmazdı.
Saysız-hesabsız ticarət vergiləri, habelə ölçü, çəki müxtəlifliyi, vahid pul sisteminin olmaması, habelə hərbi yürüşlər, feodal iri müharibələri ticarətin məhdudlaşdırılmasına gətirib çıxardı. Bu eyni zamanda, təsərrüfatın tənəzzülü ilə nəticələnirdi. Təsadüfi deyildir ki, XVIII əsrin I yarısında baş verən üsyanlarda şəhər əhalisi, xüsusilə tacirlər və sənətkarlar yaxından məşğul olurdular. Beləliklə, XVIII əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyətinin mürəkkəbliyi və iqtisadi vəziyyətinin ağırlığı bir sıra dövlətlərin burada müdaxilə etməsinə həvəsləndirirdi. XVIII əsrin əvvələrində Səfəvilər dövləti xeyli zəifləmişdi. Bundan istifadə edən rus qoşunu I Pyotrun 1722-ci ilin iyunun 18-də Həştərxandan yürüşə başladı. I Pyotrun din amildən məharətlə istifadə etdi. Cənub Qafqazdakı xristian əhalisinə yürüşünün məqsədinin buranı “müsəlman zülmündən xilas etmək” olduğuu söylədi.
1722-ci ildə Dərbənd, daha sonra Rəşt şəhəri zəbt olundu. 1723-cü ildə rus qoşunu Bakıya daxil oldu. Bakıdan sonra rus ordusu asanlıqla Salyana daxil oldu.
1723-cü ildə II Təhmasibin Peterburqa göndərdiyi elçisi İsmayıl bəy şahın icazəsi olmadan Dərbənddən Gilana qədər olan Xəzəryanı ərazilərin Rusiyaya birləşdirilməsi haqda müqaviləni özbaşına imzaladı. Bu, osmanlıların maraqlarına uyğun gəlmədiyi üçün 1723-cü ildə Gəncəyə yürüş etdilər, lakin qalanı ala bilmədilər. İrəvan osmanlı qoşunları tərəfində müqavimətsiz alındı.
İsveçlə müharibəni təzəcə qurtaran Rusiya yeni müharibəyə başlaya bilmədiyində Osmanlı dövləti ilə sülh bağlamağa məcbur oldu. 1724-cü ildə İstanbulda Azərbaycan torpaqlarının bölüşdürülməsi barədə müqavilə imzalandı. Bu müqaviləyə əsasən, Xəzəryanı bölgələr Rusiyaya ,digər ərazilər isə Osmanlılara verildi.
İstanbul müqaviləsindən sonra Osmanlı dövləti Cənubi Qafqaza öz qoşununu yeritdi. 1724-cü ildə Salmas, Xoy, Mərənd, İrəvan, Naxçıvan, eləcə də, Qazax və Borçalı elləri Osmanlı hakimiyyətini tanımalı oldu. 1725-ci ilin mayında Təbriz, avqustunda isə Gəncə, dekabrında Ərdəbil Osmanlılar tərəfindən tutuldu.
4. XVII əsrin sonu - XVIII əsrin əvvəllərində sosial-iqtisadi və siyasi cəhətdən xeyli möhkəmlənmiş Rusiya dövlətinin beynəlxalq nüfuzu daha da artmışdı.
Lafarqin sözlərinə görə I Pyotrda yürüş haqqında fikir XVII əsrin son onilliyində yaranmışdı. Artıq o, 1694-cü ildə Xəzər dənizinə yürüş təşkil etməyi fikirləşirdi.
1707-ci ildə I Pyotr İsrail Oriki Səfəvi şahının yanına elçi sifətində göndərərək, ona Səfəvi dövlətinin hərbi qüdrətini və siyasi vəziyyətini öyrənməyi tapşırır. İ.Ori İranda və ən çoxu da Zaqafqaziyada olub, mühüm məlumatlar toplamışdı.
Çox maraqlıdır ki, I Pyotr hələ Baltik dənizinin sahillərində möhkəmlənməmiş, Baltik dənizini Xəzər dənizi ilə birləşdirən kanal inşa etmək barədə göstəriş vermişdi. 1708-ci ildə Vışne votsk kanalı çəkilişilə həmin dənizlər arasında su nəqliyyat xətti yaradıldı.
Məhsuldar qüvvələrin inkişafı və ümum Rusiya bazarının yaranması xarici ticarətin genişləndirmək üçün donmayan dənizlərə çıxış tələb edirdi. XVIII əsrin əvvəllərində mövcud beynəlxalq şərait nəticəsində Qara dəniz Rusiya üçün əl çatmaz olmuşdur. Buna görə də I Pyotr diqqətini “bütün Şərqin həqiqi qovuşağı” olan Xəzər dənizinə yönəltmişdi. Rus hökuməti Xəzər dənizinin cənub-qərb və cənub sahillərini, yəni Azərbaycan və Gilanı öz əlinə almaq, Xəzər ticarətində hökmran mövqe tutmaq və bununla da özünün inkişafını təmin edən manufakturalarını xammalla təmin etmək arzusunda idi.
A.P.Volınski (1689-1740) Pyotr çağının bacarıqlı gənc siyasi gənclərindən biridir. Xəzər dənizi hövzəsində öz hökmranlığını qurmaq istəyən I Pyotr onu İran şahının yanına göndərmişdir.
Armeni Petroviç Volınskinin Səfəvi dövlətinə göndərilməsi haqqında I Pyotrun fərmanı 30 may 1715-ci ildə dərc edildi.
I Pyotrun A.P.Volınskiyə verdiyi təlimatda əsas yerlərdən birini ticarət məsələləri tuturdu. Təlimatın 6-cı bəndində A.P.Volınskiyə tapşırılmışdı ki, o, İranla ticarət münasibətlərini qaydaya salmaq üçün şah hökuməti ilə müqavilə bağlasın, Hindistanla ticarətin təsis edilməsinin mümkün olmasını, hindlilərlə iranlıların nə kimi mallarla ticarət etmələrini və onların nəyə daha çox ehtiyaclarının olduğunu öyrənsin.
Təlimatın 7-ci bəndində tələb olunurdu ki, A.P.Volınski nə kimi vəsaitə olursa olsun İranın bütün əyalətlərində rus təbəələrinin gömrüksüz ticarət etməsi üçün şahın razılığını alsın.
Hazırlıq işlərinə düz bir il vaxt sərf olundu. Yalnız bundan sonra A.P.Volınski onu müşayət edən dəstə ilə yola düşüb, 1716-cı il iyulun 13-də Həştərxan şəhərinə gəlib çatdı. Burada səfirlik üçün ayrılmış üç böyük gəmiyə və üç burca yerləşib yoluna davam edərək Azərbaycanın Niyazabad limanına yanaşdı. Həmin vaxt, Azərbaycanda, xüsusilə Şirvanda ara-sıra üsyanlar baş verdiyindən Şirvan bəylərbəyliyi Keyxosrov rus elçisinin təhlükəsizliyini təmin etmək üçün məqsədilə onu müşayət üçün 200 nəfərdən ibarət süvari göndərdi.
1717-ci il iyulun 2-də Fətəli xanla görüşən A.P.Volınski Fətəli xanla müqavilə imzaladı. Şah hökuməti ilə ticarət müqaviləsi bağlandıqdan sonra A.P.Volınski Rusiyaya qayıtmağı qərara aldı. O quru yolla Rəştə getmək, oradan gəmi ilə Həştərxana üzmək, beləliklə Gilan haqqında da kəşfiyyat məlumatı toplamaq istəyirdi. Lakin şah hökuməti gec də olsa ayıldı. A.P.Volskinin niyyətini başa düşdü və yalnız gəldiyi yolla qayıtmasına icazə verdi. 17 dekabr 1717-ci ildə A.P.Volınski Şamaxı şəhərinə gəldi.
İsfahandan nümayəndəliyi şah tərəfindən xüsusi olaraq təyin edilmiş mehmandan Şah Qulu bəy müşayət edirdi. A.P.Volınski yolların açılmasını gözləyərək səkkiz ay Şamaxıda qaldı. O, eyni zamanda I Pyotrun göstərişinə əsasən cənubi Qafqazın xristianları ilə də görüşdü. Kartlinin gələcək çarı VI Vaxtanqın nümayəndəsi Farsadin bəy A.P.Volınskinin yanına Şamaxıya gəldi. Daha sonra rus elçisi erməni tacirləri ilə görüşdü. Dərbənddən gələn tacirlər Volınskiyə gizlincə Dərbənd qalasının planını da gətirmişdilər. Belə bir «hədiyyənin» I Pyotrun bu bölgəyə yürüşə hazırlaşdığı ərəfədə böyük hərbi-siyasi əhəmiyyəti vardı.
Rus ordusunun və rus donamasının Xəzər yürüşünə doğrudan-doğruya hazırlığı qeyri-adi tezliklə aparılırdı. Xəzər sahilində müharibəyə hazırlıq Pribaltikada hələlik müharibə qurtarmamış başlanmışdı. Şimal müharibəsi qurtardıqda Haştadt sülhü 1721-ci ilin avqustunda imzalandı və noyabrda patifikasiya edildi. Gələn ilin hərbi kompaniyasına bir neçə ay qaldığından Pyotrun məsləhətçiləri arasında hərbi əməliyyatları 1722-ci ildə, yaxud 1723-cü ildə başlamaq haqqında fikir ayrılığı meydana gəldi. 1722-ci ildə Xəzər sahilində hərbi-siyasi şəraitin qətiləşməsi təcili və qəti hərəkət tələb edirdi.
Xəzər sahilində vəziyyət aşağıdakılarla xarakterizə edilirdi.
a) Davud bəy və Surxay İran şahına qarşı üsyan qaldırıb Şamaxını ələ keçirmişlər və Xəzərin qərb sahilindəki başqa şəhərləri də zəbt etmək niyyətində idilər;
b) Davud bəy və Surxay Türkiyə sultanının ali hakimiyyətini tanımağa hazır idilər və axırıncıdan Şamaxıya qoşun göndərilməsini istəyirdilər.
İsveçlərə qarşı döyüşdə iştirak etmiş quru qoşunları Pribaltikadan yuxarı Volqaya gətirilir və gəmilər tikilirdi. Gəmilərin tikintisi qızğın tələsikliklə aparılırdı, gəmilər Qorcka və Tverdə general-mayor Matyüşkinin rəhbərliyi altında aparılırdı. Eyni zamanda hərbi tədbirlərlə yanaşı diplomatik tədbirlər də həyata keçirilirdi. Şurada Pyotr Sultan hökumətinə qəti tələb göndərib. Davud bəy və onun mütəffiqlərini türk təəbələrinə qəbul edilməsin.
1722-ci ilin yayında qabaqcadan müəyyənləşdirilmiş qoşun və gəmilər İran yürüşü üçün Rus-İran sərhəddinə yönəldi. I Pyotr Dağıstan, Şirvan və Gilan əyalətlərinə xüsusi maraq göstərirdi. Rusiya paytaxtının diplomatik dairələrində qarşıda duran yürüş «Şamaxı ekspedisiyası» adlanırdı. Şamaxıya Bakı və Dərbəndə imperator manifesti göndərildi ki, burada yerli əhalinin öz özlərini tərk etməyə və rus ordusuna yaxınlaşmağa çalışırdı. Bu manifest 15 iyun 1722-ci ildə Astraxanda tatar, türk və İran dillərində həsr edilmişdir. “Manifestdə” yürüşün əsl səbəbi, mahiyyəti ört-basdır edirdi və göstərilirdi ki, rus ordusunun bu yürüşdə məqsədi Şirvan üsyanı zamanı Şamaxıda qətl və qarətə məruz qalmış rus tacirlərinin intiqamını almaq, habelə Rusiya dövlətinin dostu olan İran şahına qarşı qalxan üsyançılara, xüsusilə H.Davuda və Surxay xana cəza verməkdən ibarət idi.
Rus qoşunlarının Xəzərboyu əyalətlərinə gəlməsi Bakı sakinləri tərəfindən birmənalı qarşılanmadı. Məlum olduğu kimi, bir qədər əvvəl Bakı qalası Şirvan üsyançılarının hücumuna məruz qalmışdı. Heç bir yerdən kömək ala bilməyən Bakı əhalisinin bəzi təbəqələri ilk növbədə Rusiya ilə sıx əlaqələri olan tacirlər rusların yürüşünə xeyirxah münasibət bəsləyirlər və hətta 13 nəfərin imzası ilə qara məktub göndərdilər. Lakin Bakı sultanı Məhəmməd Hüseyn xan və bir çox digər əyanlar bunun əleyhinə çıxırdılar. Bakıdan məktub aldıqdan sonra I Pyotr qoşun komandirlərinə Bakı istiqamətində hərəkət etmək barədə sərəncam verdi. Yürüşə başlamazdan əvvəl imperator öz nümayəndəsini Bakıya göndərdi. Bakı sultanını xəbərdar etdi, lakin Bakı sultanı I Pyotrun nümayəndəsinə bildirdi ki, o, rus qoşununu Bakı qalasına buraxmayacaqdır. Buna baxmayaraq, çar yürüşü davam etdirməyi qərara aldı.
Avqustun 30-da rus ordusu Dərbənddən Bakıya doğru hərəkət etdi. Lakin bir sıra səbəblər üzündən I Pyotr yürüşü dayandırıb sentyabrın 5-də Dərbənddə döndü. Sentyabrın 7-də isə polkovnik Yunkerin başçılığı ilə qarnizonu burada qoyub Rusiyaya qayıtdı.
I Pyotr öz planını həyata keçirilməsinə mane olan təkcə Bakı sultanı Məhəmməd Hüseyn xanın rədd cavabı deyildi. Xəzər dənizində baş verən tufan nəticəsində rus əsgərlərinin azuqə və sursatı saxlanmış gəmilərin əksəriyyəti demək olar ki, dənizdə batmışdı.
Rus qoşunları 1722-ci ildə Bakı və Şamaxını ala bilməsələr də, I Pyotr yürüşünün nəticəsindən razı qalmışdı. Rus imperatorunun “İran ərazisində heç olmazsa bir fut torpaq” əldə etmək də qane edirdi.
Beləliklə, 1722-1723-cü illər ərzində dörd əməliyyat hazırlanmış və həyata keçirilmişdir: 1) quru-dəniz əməliyyatı - Pyotrun başçılığı ilə ordunun Dərbəndə yürüşü (iyul-avqust 1722-ci il); 2) üç dəniz ekspedisiyası; 3) Polkovnik Şipovun başçılığı altında Astraxandan Gilana ekspedisiya (noyabr-dekabr 1722-ci il); b) general-mayor Matyuşkinin rəhbərliyi altında Astraxandan Bakıya ekspedisiya (iyul 1723-cü il); v) Podpolkovnik Zenbulatovun başçılığ altında Bakıdan Salyana ekspedisiya (payız 1723-cü il). 1722-1723-cü illərdə rus ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində Xəzər dənizinin cənub və qərb sahillərində bir sıra mühüm məntəqələr tutulurdu. Rus orduları tərəfindən işğal olunmuş Xəzərsahili ərazinin eni 50 versdən 100 versə qədər təşkil edirdi.
1727-ci ildə rus işğal zonasına aşağıdakı şəhərlər və yerlər daxil idi. Dərbənd və onun ətrafı keçmiş Dərbənd sultanlığının ərazisini təşkil edirdi və onun sərhədləri Samur çayının Darbaq çayının şimalına qədər, Dərbənddən qərbə 5-8 vestdən keçirdi. Dərbənd sultanlığı şah tərəfindən təyin edilmiş sultan tərəfindən idarə olunurdu, ancaq Dərbənd şəhərinin özü isə naib tərəfindən idarə olunurdu. Dərbənd rus orduları tərəfindən tutulduqdan sonra, sultanlıq ləğv olundu və onun yerində rus zabitlərinin arasında təyin edilmiş komendant tərəfindən idarə olunan Dərbənd əyaləti yaradıldı. Dərbəndin birinci komendantı polkovnik Yunqer oldu. Əyalətin mülki hakimiyyətinin başında isə Dərbənd naibi dururdu. Quba mülkü Dərbənddən cənubda yerləşirdi. Dərbənd və Bakıdan fərqli olaraq burada rus komendantı vəzifəsi yox idi. Bütün hakimiyyət xalqın əlində qalırdı. Ancaq Quba xanı rus himayəsi altında idi.
Rus işğal zonasına Xəzər sahilinin başqa əraziləri də daxil idi. Xəzərsahili əyalətləri Rusiyanın xanmal əlavəsinə çevirməyə cəhd edən I Pyotr işğal edilmiş ərazilərin iqtisadi əsaslarına böyük diqqət yetirirdi. Çar hökuməti Xəzərsahili əyalətləri xəzinə doldurmaq üçün mənbə kimi nəzərdən keçirir və bununla səy edirdi ki, nəinki illik gəlirlərin bütün məbləğini yığsın, hətta gələn ilin vergilərini də yığsın.
I Pyotr, həmçinin Xəzərsahili əyalətlərdən Hindistanla tranzit ticarətdə istifadə etmək niyyətində idi. Bu məqsədlə 5 noyabr 1723-cü ildə vitse-admiral Viştser nümayəndə sifəti ilə böyük monqolların yanına göndərildi. Çar hökuməti özünə dayaq yaratmaq məqsədilə bura xristian əhalini, xüsusilə ermənilərin köçürməyə cəhd edir və müsəlman əhalisinin ağırlığını ixtisar etmək istəyirdi.
1724-cü ilin yayında Salyanda ruslar əleyhinə böyük çıxışlar oldu. Bütün rus zabitləri bura Salyan naibi Məhəmməd Hüseyn bəy tərəfindən qonaq çağrıldı və öldürüldü. Qeyd etmək lazımdır ki, bu hadisə tarix ədəbiyyatında, adətən, səthi olaraq işıqlandırılır. Unutmaq lazımdır ki, Salyan hakimi ən başdan rus qoşunlarının Xəzərsahili əyalətlərə gəlməsindən razı deyildi.
1723-cü ilin avqustunda anası ölmüş Salyan xanı Fatma xanım rus qoşunlarının gəlməsindən qorxub Şamaxıya getdi və Salyanı Məhəmməd Hüseyn bəyin idarəsi altına verdi. Nəticədə, Salyanın tutulmasından sonra Fatma xanım geriyə qayıtmaq istədiyini bildirdi və rus hakimiyyəti buna mane olmadı. Salyan hakimi rus təbəəliyinin ancaq formal olaraq qəbul etmişdi ki, de-yure özünün təhlükəsizliyini təmin ntsin. Bu vaxt onlar rus qoşunlarının bura gəlməsinə qarşı idi və onların gəlişi yerli hakimin hücumunu və hakimiyyətini məhdudlaşdırırdı.
Fatma xanım Bakı şəhərinin komendantı knyaz Baryatinskiyə yazdığı məktubda onların razılığı olmadan rus qoşunlarının Salyanda yetişdirilməsinə narazılığını bildirmişdi. Baryatinski cavab vermişdi ki, rus qoşunu Salyana əhalini düşmən basqınlarından qorumağa göndərilmişdir.
1724-cü ilin II yarısında Fatma xanım rus hökumətinə yazdı ki, o vaxtdan Salyan əyalətini idarə etməsinə baxmayaraq, indi mülkündə bir Salyan kəndi də qalmayıb. O I Pyotrdan istəyirdi ki, onun bütün hüquqi kəndləri verilsin. Fatma xanım öz niyyətinə nail ola bilmədi.
Beləliklə, I Pyotrun hələ XVII əsrin sonunda Xəzərsahili vilayətləri tutmaq niyyəti var idi. O, XVIII əsrin əvvəllərində öz yaxın adamlarını göndərib, İranın iqtisadi və siyasi vəziyyəti ilə yaxından tanış olduqdan sonra XVIII əsrin 20-ci illərinin əvvəllərində Xəzərsahili vilayətlərə yürüş edib işğal etdi.
5. XVIII əsrin 30-cu illərində Azərbaycanda vəziyyət kəskin dəyişmişdi. Ölkə ərazisi Osmanlı dövləti ilə Səfəvilər arasında gedən qanlı döyüşlər meydanına çevrilmişdi. Şah II Təhmasib və yerli feodallar dövlətin taleyi barədə düşünməli oldular. Bu məsul vəzifəni Əfşar tayfasından olan Nadir xan öz üzərinə götürdü. Nadir xan 1730-cu ildən etibarən Osmanlı dövlətinə qarşı müharibəyə başladı. Marağada Nadir xan Osmanlı ordusu üzərində ilk qələbəsini qazandı. 1730-cu ildə Ərdəbil, daha sonra Təbriz Osmanlılardan azad edildi. Bundan sonra Nadir xan Xorasanda baş verən üsynı yatırmağa yollandı. II Təhmasib öz nüfuzunu qaldırmaq məqsədilə 1731-ci ildə Naxçıvanı və İrəvanı Osmanlılardan geri almaq üçün hərbi əməliyyatlara başladı. Üçmüədzin yaxınlığında müharibədə qələbə qazansa da, İrəvan səmtində, daha sonra Həmədan yaxınlığında məğlub oldu. Nadir tərəfindən alınan torpaqların itirilməsindən qorxuya düşən II Təhmasib 1732-ci ildə Kirmanşahda Osmanlılarla müqavilə imzaladı. Kirmanşah müqaviləsinə əsasən, İrəvan, Gəncə, Şamaxı, Şirvan Osmanlılara, Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz Səfəvilərə verildi.
Nadir xan 1730-cu ildə Osmanlı üzərində qələbədən sonra rus qoşunlarından Xəzəryanı bölgələri tərk etməsini tələb etdi. Buna uyğun olaraq 1732-ci ildə Rəşt şəhərində Səfəvilərlə Osmanlılar arasında müqavilə imzalandı. Müqaviləyə əsasən, Kürdən cənubdakı Xəzəryanı bölgələr Səfəvilərə geri qaytarıldı.
Bundan sonra Nadir xan öz tərəfdarı olan feodal əyanlarının köməyi ilə Şah II Təhmasibi taxtdan salıb, Abbas Mirzəni III Abbas adı ilə şah, özünü isə onun qəyyumu elan etdi.Nadir xan 1732-ci il Kirmanşah sülhünü tanımadı və Osmanlılardan torpaqları geri qaytarmağı tələb etdi. Rədd cavabı alınca müharibəyə başladı. 1733-cü ildə Bağdad Osmanlı qoşunu məğlubiyyətə uğradıldı. 1734-cü ildə Şamaxı Osmanlıların əlindən alındı.
Nadir öz ordusunu Gəncəyə yönəltdi,lakin qalanı ala bilmədi. O, Xəzaryanı bölgələri rusların əlində qoyub qərbə hərəkət etməyi doğru hesab etmədiyindən rus ordusunun buradan çıxarılmasını tələb etdi. Ruslar bununla razı oldular və 1735-ci ildə Gəncə yaxınlığında müqavilə imzalandı.Rus qoşunları, müqavilənin şərtinə uyğun olaraq, Xəzəryanı bölgələri tamamilə tərk etdi.
1735-ci ildə Üçmüədzində Səfəvi və Osmanlı ordusu arasında döyüş baş verdi. Döyüş Nadirin tam qələbəsi ilə başa çatdı. Bundan sonra osmanlı ordusu tamamilə Cənubi Qafqazdan çıxarıldı.
1735-1736-cı illərdə Azərbaycanda ona qarşı müqavimətin qeyri-mütəşəkkiliyindən istifadə edən Nadir xan çoxsaylı qurbanlar olsa da, öz hakimiyətini bərqərar etməyə nail oldu. 1736-cı ildə III Şah Abbasın ölümündən sonra Suqovuşanda özünü şah elan etdi. Beləliklə, bununla 235 illik Səfəvi dövlətinin hakimiyyətinə son qoyuldu.
Dostları ilə paylaş: |