Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Mövzu: Azərbaycan xanlıqlar dövründə



Yüklə 1,84 Mb.
səhifə37/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   103
Mövzu: Azərbaycan xanlıqlar dövründə.

Plan:

1. Azərbaycan xanlıqlarının yaranması və onların sosial-iqtisadi vəziyyəti.

2. Azərbaycan xanlıqlarının daxili siyasi həyatı.

3. Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələri. Yadelli işğalçılara qarşı mübarizə.

5. XVIII əsrdə Azərbaycan mədəniyyəti.
1. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycanda İran əsarəti sona çatdı. İran əsarəti sona çatdıqdan sonra ölkəmizdə Qarabağ, Şəki, Şamaxı, Gəncə, Naxçıvan, Dərbənd, Təbriz, Urmiya, Ərdəbil, Maku, Marağa, Xoy, Quba, Bakı, Lənkəran, İrəvan və s. xanlıqlar meydana gəldi. Bunlardan əlavə, Azərbaycanda daha kiçik feodal qurumları - İlisu, Ərəş, Qəbələ, Qazax və Şəmşəddil sultanlıqları, Qarabağda isə Vərəndə, Crabert, Gülüstan, Dizaq və Xaçın məlikləri var idi. Sultanlıqlar və məliklər, adətən, xanlıqlardan asılı idilər. Məsələn, Qəbələ, Ərəş və İlisu sultanlıqları Şəki xanlığından, məliklər isə Qarabağ xanlığından asılı idilər.

Azərbaycanda belə çox xanlıq və digər feodal hökmdarlıqlarının meydana çıxması ölkənin ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması, natural təsərrüfatın hökm sürməsi, habelə iri feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətini qurmaq cəhdləri ilə bağlı idi. Nisbətən kiçik əraziləri əhatə etmələrinə baxmayaraq, Azərbaycan xanlıqlarının əksəriyyəti dövlətə məxsus bütün əlamətlərə malik olub müstəqil daxili və xarici siyasət yeridirdilər. Xanlıqlarda hakimiyyət, əsas etibarı ilə yerli feodalların əlində idi. Məsələn, Gəncə xanlığının Gəncənin irsi hakimi olan Şahverdi xan Ziyad oğlu, Bakı xanlığının sabiq Bakı hakimi Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd xan, Dərbənd xanlığını Dərbəndin sabiq naibi İmamqulu bəyin oğlu idarə edirdi. Xanlıqlarda dövlət idarə orqanları İran əsarəti dövrünə nisbətən xeyli sadələşdirilmişdi. Geniş məmurlar aparatı əvəzinə indi sabiq şah məmurlarının vəzifələrini yerinə yetirən bəylər və digər yerli feodallar əsas rol oynayırdılar. Xanlıqlarda ali hakimiyyət xanların əlində cəmləşmişdi. Onlar qeyri-məhdud hakimiyyətə malik olub xanlığın bütün daxili və xarici siyasət məsələlərinə tam nəzarət edirdilər. Hər bir xanlığın özünə məxsus dövlət idarə quruluşu və məhkəmə orqanları var idi. Bəzi xanlıqlarda dövlət idarə quruluşu dövlət şurası, inzibati, vergi və hərbi idarələrdən ibarət idi.

Qarabağ xanlığında bu idarələrin başında İbrahimxəlil xanın qohumları və yaxın adamları dururdular. Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Mahalları naiblər idarə edirdilər. Hər bir naibin ixtiyarında darğalar, yüzbaşılar və kəndxudalar olurdu. Məhkəmə işlərinə şəriət, xan tərəfindən çıxarılan ayrı-ayrı qanunlar və yerli adətlər əsasında baxılırdı. Ən mühüm işlərə xanın özü, digər mülki və cinayət işlərinə isə ruhani hakimlər-qazilar baxırdılar.

Azərbaycan xanlıqlarında əhalinin sosial tərkibi əvvəlki dövrlərdən fərqlənmirdi. Ən yüksək mövqeyi xanlar, onlardan sonra isə sultanlar, bəylər, ağalar və məliklər tuturdular. Qazax və qonşu yerlərdə bəylərlə bərabər hüquqa malik olan feodal torpaq sahibləri ağalar adlanırdı. Ölkə əhalisinin əsas kütləsini bir neçə qrupa bölünən kəndlilər təşkil edirdi. Onların əksəriyyəti divan, sahibkar və vəqf torpaqlarında sakin olan rəiyyətlərdən ibarət idi. Onların öz təsərrüfatı və torpaq payı var idi. Kəndlilərin sayca az olan digər qrupu rəncbərlər adlanırdı. Onların öz torpaq payı, alətləri və təsərrüfatı yox idi. Maldarlıq təsərrüfatı ilə məşğul olan yarım köçəri elatlar da kəndli ailəsinə aid idi. Şəhər əhalisi daha çox tacir və sənətkarlardan, habelə imtiyazlı təbəqələrin nümayəndələrindən ibarət idi. Ayrı-ayrı şəhərlərdə əhalinin xeyli hissəsini kəndlilər təşkil edirdilər. Torpaq mülkiyyət formalarında da elə bir dəyişiklik baş verməmişdir. Divan, mülk, tiyul, vəqf və camaat torpaqları yenə də qalmaqda davam edirdilər. Lakin divan torpaqları getdikcə daha çox xan hakimiyyətinin əlində cəmləşir, tiyul torpaqları mülk xarakteri alırdı.

XVIII əsrin ikinci yarısında Azərbaycanda yenə də məhsul rentası üstün yer tuturdu. Lakin rentanın işlə və pulla ödənilən formaları da var idi. Rəiyyətdən alınan əsas vergi malcəhət adlanırdı. Müxtəlif xanlıqlarda onun həcmi məhsulun 1/10 hissəsi ilə 1/3 hissəsi arasında tərəddüd edirdi. Otlaqlardan istifadə əvəzində rəiyyətlərdən əlavə vergi-çöpbaşı alırdılar. Kəndlilər bunlardan əlavə bağbaşı, bayramlıq, toy pulu, at arpası, mirzəyanə, darğalıq və s. vergilər ödəyirdilər.

XVIII əsrin ikinci yarısında Azərbaycanın iqtisadi həyatında ümumi durğunluq hökm sürürdü. Bununla belə, yadellilərin zülmündən xilas olmuş kənd təsərrüfatı, sənətkarlıq və ticarətdə bir qədər canlanma nəzərə çarpırdı. Quba, Qarabağ, Şamaxı, Şəki və Gəncə xanlıqlarında əkinçilik nisbətən yaxşı vəziyyətdə idi. Bütün xanlıqlarda əhali bağçılıq, bostançılıq və arıçılıqla məşğul olurdu. Pambıqçılıq daha çox Şirvan, Gəncə, Qarabağ və Naxçıvan xanlıqlarında yayılımışdı. Dərbənd, Quba və Bakı xanhqlarında qızıl boya və zəfəran becərilirdi.

Azərbaycan xanhqlarının iqtisadi həyatında ipəkçilik xüsusi yer tuturdu. İpəkçiliyin əsas mərkəzləri Şamaxı və Şəki xanlıqları idi. Avropa səyyahlarından biri yazırdı ki, hər il «Şirvandan 400 tona qədər ipək ixrac olunur». Bu dövrdə sənətkarlıqda da müəyyən yüksəliş hiss olunurdu. Toxuculuq sənəti xüsusilə geniş yayılmışdı. İstehsal edilən mov, darayi, tafta, zərbaft kimi parçalar xarici ölkələrə də ixrac edilirdi. Quba, Qarabağ və Təbriz öz xalçaları ilə şöhrət qazanmışdılar. Xalq içərisindən çıxmış ustalar bir sıra gözəl məişət avadanlıqları, zərgərlik məmulatları və müxtəlif növ silahlar istehsal edirdilər. Lahıcda mis qablar, tüfəng və xəncər hazırlanırdı.

Şəkidə və Gəncədə milli üslubda gözəl şəbəkələr istehsal edilirdi. Bu dövrdə Azərbaycanda təşəkkül tapmış sosial-iqtisadi münasibətlər sənət istehsalına və ticarətin əsas mərkəzləri olan şəhərlərə də ciddi təsir göstərirdi. Əldə olan məlumatlarm təhlili göstərir ki, bəhs edilən dövrdə Azərbaycan şəhərlərinin əksəriyyəti dərin iqtisadi tənəzzül keçirirdi. Bu tənəzzülün daha doğrusu, əsas səbəbi avropa lıların Hindistana gedən dəniz yollarından daha intensiv istifadə etmələri ilə bağlı idi.

Qərblə Şərq ölkələrini birləşdirən tranzit ticarət yolları üzərində yerləşən, iqtisadiyyatı daha çox mal ixracatına köklənən və bunun sayəsində böyük gəlir əldə edən Azərbaycan şəhərləri bütün XVIII əsr ərzində bu üstünlüklərdən məhrum olurdular. Şərq ölkələrində feodal istehsal üsulunun hökmran olaraq qalması fonunda Qərbi Avropada kapitalist istehsalının getdikcə geniş miqyas alması da bu böhranın dərinləşməsində az rol oynamırdı. Şərqin sənətkar emalatxanalarında bəsit üsulla hazırlanan bir sıra sənətkarlıq məhsulları Qərbdə manufaktura və fabriklərdə istehsal edilən daha ucuz və keyfiyyətli eyni məhsullarla rəqabət apara bilmir və nəticədə özlərinin ənənəvi satış bazarlarından məhrum olurdular. Vaxtilə ancaq Şərqin sənətkarlıq mərkəzlərində istehsal olunan və böyük partiyalarla Avropaya ixrac edilən malların bir çoxu artıq bu ölkələrin özlərində istehsal edilərək bu malların ənənəvi istehlakçıları olan ölkələrə, o cümlədən Azərbaycana göndərilirdilər.

1789-1791-ci illərdə Avropa ölkələrindən Azərbaycana çoxlu miqdarda atlas, məxmər, mahud və pambıq parçalar, bəzək və məişət əşyaları gətirilmişdi. Şübhəsiz ki, bu faktlar Azərbaycan şəhərlərinin iqtisadi həyatının əsasını təşkil edən sənət istehsalına mənfi təsir göstərirdi. Xanlıqlar dövründə Azərbaycan şəhərlərinin tənəzzülə uğramasında təbii fəlakətlər, yadelli işğalçıların hücumları və feodal ara müharibələri də az rol oynamışdı.

Bütün bunlara baxmayaraq, müstəqil xanlıqların meydana gəlməsinin Azərbaycan şəhərlərinin sosial-iqtisadi həyatına müəyyən müsbət təsirini də göstərmək lazımdır. Ayrı-ayrı xanların iqamətgahalarına çevrilən şəhərlərin hərbi cəhətdən müdafiəsinə daha artıq diqqət verilir, nəticədə belə şəhərlərdə həyat nisbətən təhlükəsiz

olurdu. Mövcud siyasi şəraitin mənfi təsirinə baxmayaraq, sənətkarların əsas kütləsi yenə də şəhərlərdə cəmləşmişdi.

Əvvəllər olduğu kimi, xanlıqlar dövründə də Azərbaycan şəhərlərinin iqtisadi həyatının əsasını sənətkarlıq, ticarət və kənd təsərrüfatı təşkil edirdi. Şəhərlərin iqtisadi həyatının əsas mərkəzi bazarlar idi. Sənətkar emalatxanalarının və ticarət dükanlarının əksəriyyəti ya bazarlarda, ya da bazarlara bitişik küçələrdə yerləşirdilər. Adətən, böyük şəhərlərdə eyni sənət növü ilə məşğul olan sənətkarlar ayrıca küçələr yaradır, orta və kiçik şəhərlərdə isə qarışıq şəkildə işləyirdilər.

XVIII əsrin sonlarında Azərbaycanda olmuş səyyah M.Biberşteyn yazırdı ki, sənətkar dükanları «hər bir şəhərdə onu bir başdan o biri başa qədər kəsən əsas küçələri yaradırlar». Xanlıqlar dövründə Azərbaycan şəhərlərində yaşayan əhalinin sosial tərkibinin tam və dəqiq mənzərini yaratmaq mümkün olmasa da, ayrı-ayrı şəhərlərə aid olan məlumatlar əsasında bu məsələ haqqında müəyyən fikir söyləmək olar. Mənbələrdən birində göstərildiyi kimi, şəhər əhalisi Hüquq və vəzifələrinə görə imtiyazlı silkə və vergi ödəyənlərə bölünürdülər. Birinci silkə xanlar, bəylər, məliklər, ağalar, axundlar, mollalar, seyidlər, mirzələr və xan nökərləri, ikinci silkə isə tacirlər, sənətkarlar, əkinçilər, şəhər yoxsulları və başqaları daxil idi. Şəhər əhalisinin ümumi sayına nisbətdə imtiyazlı əhalinin sayı 8-15% təşkil etdiyi müxtəlif şəhərlərdə tacir və sənətkarlar təxminən 35-50%-ə bərabər olurdu.



2. XVIII əsrin II yarısı-XIX əsrin əvvəllərində mövcud olmuş Azərbaycan xanlıqlarında daxili siyasi həyat olduqca mürəkkəb və gərgin idi. Bu və ya digər bölgədə hakimiyyəti ələ keçirən xanlar öztorpaqlarını daha da genişləndirmək uğrunda mübarizə aparırdılar.

Bu xanlıqlardan yalnız bəzilərinin hakimləri bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirməyi öz qarşılarına məqsəd qoymuşdular. Azərbaycanın cənub xanlıqlarında daxili siyasi mübarizə İranda mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda mübarizə ilə çulğalanmışdır. Burada gedən mübarizədə əfqan tayfasından olan Azad xan, Nadir şahın qohumu Fətəli xan Əfşar, Astarabad və Mazandaranda yaşayan Qacarların başçısı Məhəmmədhəsən xan Qacar və zəndlər tayfasının başçısı Kərim xan Zənd fəal iştirak edirdi. İlk dövrlərdə Fətəli xan Əfşar xeyli uğur qazanmışdı. O, Azad xanın köməyilə Urmiya, Təbriz, Xoy, Qaradağ və Mərənd xanlıqlarını özündən asılı vəziyyətə sala bilmişdi. Lakin Fətəli xan bununla kifayətlənməyib öz hakimiyyətini bütün İranda yaymaq niyyətində idi. Onun bu cəhdi Məhəmmədhəsən xanın və Kərim xan Zəndin ciddi müqaviməti ilə rastlaşdı.

Bu dövrdə İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Fətəli xana qarşı mübarizəyə başladı. 1752-ci ildə Miyanə və Qəmşə döyüşlərində 1761-ci ildə Qaraçəmən kəndi yaxınlığında baş verən döyüşdə zəndlər məğlub olsalar da sonralar bunun əvəzini çıxdılar. Azərbaycan xanları arasında olan ziddiyyətlərdən məharətlə istifadə edən Kərim xan Zənd 1763-cü ildə 9 aylıq mühasirədən sonra Fətəli xan Əfşarın sonuncu iqamətgahı Urmiya qalasını ələ keçirdi. Bununla da Azərbaycanın cənub xanlıqları Kərim xan Zənddən asılı vəziyyətə düşdülər. Lakin bu asılılıq, əksər hallarda, formal xarakter daşıyırdı.

Nadir şahın ölümündən sonra Azərbaycanın şimal xanlıqları arasında Şəki xanlığı xüsusilə fərqlənirdi. Xanlığın banisi Hacı Çələbi öz hakimiyyətini bütün Azərbaycan torpaqlarına yaymağa çalışıdı. Lakin onun 1748-ildə Təbrizə və Qarabağa yürüşü uğursuzluqla nəticələndi. O bu uğursuzluqların əvəzini Ərəş və Qəbələ sultanlıqlarını özünə birləşdirməklə çıxa bildi. Hacı Çələbinin güclənməsi həm qonşu Azərbaycan xanlıqlarını, həm də Kartli-Kaxetiya çarlığını ciddi narahat edirdi. Gürcü çarı Teymuraz və onun oğlu II İrakli Azərbaycan xanlıqları arasında ziddiyyətləri daha da dərinləşdimək və bu yolla Gəncə, Qarabağ xanlıqlarını və Car-Balakən camaatlığını ələ keçirtmək istəyirdilər.

751-ci ildə gürcü qoşunları Car torpağına hücum etdilər. Lakin ağır məğlubiyyətə uğrayıb geri çəkilməyə məcbur oldular. Gürcü çarları bunun əvəzini Gəncəni tutmaqla çıxmağa çalışırdılar. Onlar bu dəfə Azərbaycan xanları arasında ziddiyyətlərdən faydalanmaq qərarına gəldilər.

II İrakli Hacı Çələbiyə qarşı Gəncə, Qaradağ, İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarından ibarət güclü ittifaq yaratmağa nail oldu. 1752-ci il martın 21-də danışıqlar bəhanəsiylə müttəfiqləri Gəncə yaxınlığına toplayan II İrakli qəflətən onların hamısını əsir götürtü. Bu hadisə tarixə “Qızılqaya xəya nəti” kimi daxil olub. Bu xəbəri eşidən Hacı Çələbi öz ordusu ilə düşmən üzərinə hərəkət etdi və onu ağır məğlubiyyətə uğratdı. Əsir götürülmüş Azərbaycan xanları azad edildi. Düşmən ordusunu təqib edən Hacı Çələbi Qazax və Borçalı sultanlıqlarını ələ keçirdi. Gürcü çarlarının bu məğlubiyyətin əvəzini Car-Balakəni ələ keçirməklə çıxmaq cəhdləri də onların ağır məğlubiyyəti ilə nəticələndi.

1755-ci ildə Hacı Çələbi böyük qüvvə ilə Şirvana yürüş etdi. Lakin Şamaxı və Quba xanlıqlarının birləşmiş qüvvələri ilə toqquşmada məğlub olub geri çəkildi. Elə həmin il Hacı Çələbi vəfat etdi. Onun ölümündən sonra Şəki xanlığında başlamış hakimiyyət uğrunda mübarizə vəziyyəti xeyli mürəkkəbləşdirdi. Hüseyn xanın və Məhəmmədhəsən xanın hakimiyyətləri dövründə Şəki xanlığı özünün əvvəlki qüdrətini itirdi. Bundan istifadə edən qubalı Fətəli xan 1785-ci ildə Şəki xanlığını özündən asılı vəziyyətə saldı.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin