2. Milli hökumətin təşkili və fəaliyyəti. Milli demokratik hərəkatın boğulması. 1945-ci il oktyabrın 2-4-də ADP-nin birinci qurultayı keçirildi. Qurultay 3 sentyabr tarixli bəyanatın əsas müddəalannı partiyanın proqram və nizamnaməsi kimi qəbul etdi və onun rəhbər orqanlarını (başda S.C.Pişəvəri olmaqla Mərkəzi Komitəni) seçdi. ADP ən əvvəl 1918-1921-ci illərdə inqilabi hərəkatın görkəmli xadimlərindən olmuş Pişəvəri 1930-cu ildə həbs edilmiş və sonra azadlığa çıxmış, nəhayət, demokratik hərəkatın liderlərindən biri kimi I944-cü ildə Təbrizdən parlamentə deputat seçilmiş və siyasi mübarizəni davam etdirməyə ba.şlamışdır.
Mərkəzi hökumətin təcili surətdə demokratik hərəkata qarşı geniş silahlı hücuma keçdiyini, Azərbaycandakı hərbi qarnizonlara əlavə qüvvələr göndərilməsini, jandarmların fəaliyyətinin genişləndirilməsini, mülkədarların silahlı dəstələrinin əhaliyə basqın və talanlannı görən ADP artıq açıq şəkildə fədai dəstələri yaramıağa, onların fəaliyyətini əlaqələndirməyə başladı. ADP hərbi tədbirlərlə yanaşı, əhali içərisində izahat işini genişləndirir, xalqın bütün təbəqələrinə demokratiyanı, Azərbaycanın milli varlığını qorumaq çağinşı ilə müraciət edirdi. Noyabırın 17-dən dekabnn əwəllərinədək Marağa, Maku, Mərənd, Sərab, Ərdəbil Astara, Zəncan şəhərləri, sonra isə Azərbaycanın digər yerlərində demokratik hakimiyyət orqanlan yaradıldı. Təbrizdə isə hakimiyyət hələ oktyabnn əvvəllərindən felən demokratların əlinə keçmişdi.
Bütün bu hadisələr gedişində demokratların tədbirləri, taktikası nəticəsində, demək olar ki, qan tökülmədi, hökumət qoşunlannm bir sıra zabitləri yeni hakimiyyət tərəfinə keçdi, əks mövqedə duran silahlı hissələrin Azərbaycanı tərk etməsi tələb olundu. Bununla bərabər, bəzi yerlərdə hələ köhnə hakimiyyət strukturlan qalmaqda idi. Lakin əhali, bir qayda olaraq daha onlara deyil, yeni hakimiyyətə müraciət edir, mitinq və yığıncaqlarda getdikcə daha qətiyyətlə demokratik hakimiyyət orqanlannm yaradılmasını tələb edirdi.
Bu tələblərin təsiri nəticəsində noyabrın 21-də xalqın tanınmış xadimlərindən ibarət Azərbaycan xalq konqresi çağrıldı və o, özünü Müəssislər məclisi elan edərək, ümumi seçkilər yolu ilə Azərbaycan Milli Məclisinin çağmlması və Milli hökumət yaradılması tələbini irəli sürdü. Müəssislər məclisinin qərarında deyilirdi ki. Milli hökumət İran dövlətçiliyi çərçivəsində fəaliyyət göstərərək Azərbaycanın milli- mədəni muxtariyyətini təmin etməlidir. Bunun əsasında təcili surətdə noyabnn 27-dən dekabrın l-dək Azərbaycanın hər yerində seçkilər keçirildi. Əhali bir qayda olaraq, ADP-nin irəli sürdüyü və ya onunla həmrəy olduğunu bildirən namizədlərə səs verirdi. Dekabnn 12-də toplanmış Milli məclis Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli hökumət yaratdı. Hökumət 10 nazirlik, ali məhkəmə və baş prokurorluqdan ibarət idi.
Demokratik qüvvələrin nisbətən asan qələbə çalması, hər şeydən əvvəl, Cənubi Azərbaycanın hərtərəfli inkişafı üçün şərait yaradacaq inzibati-təsərriifat və mədəni muxtariyyət ideyasının əhalinin geniş təbəqələri içərisində, həm də təkcə kəndlilər, fəhlələr, sənətkarlar və ziyalıların böyük əksəriyyətində deyil, varlı zümrələrin, o cümlədən xırda və orta mülkədarlann, tacirlərin və sahibkarlann da bir hissəsi içərisində kök salması ilə izah edilməlidir. Deməli, milli-azadlıq uğ- runda mübarizə ümumxalq xarakteri daşıyırdı. Belə bir şəraitdə İranın hakim dairələri, mərkəzi hökumət kütləvi terrora, cəza tədbirlərinə, əslində vətəndaş müharibəsinə başlamadan hərəkatı boğa bilməzdi. Bu işi isə həyata keçirmək 1945-ci ilin payızında bir sıra daxili və xarici amillər üzündən mümkün deyildi. Əwəla bu zaman müttəfiqlərin qoşunları hələ İrandan çıxarılmamışdı. Bu səbəbə görə mərkəzi hökumət demokratlara qarşı geniş hərbi əməliyyata başlaya bilməzdi, çünki müttəfiqlər mütləq buna qarışmalı olardılar. İkincisi, milli-demokratik hərəkat İran Kürdüstanını da bürümüşdü və az sonra, yəni 1946-cı ilin yanvannda burada da Milli hökumət yaradıldı. İran hökuməti isə eyni vaxtda hər iki xalq hərəkatını boğmağa qadir deyildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, hökumət «danışıqlar» taktikasına əl ataraq, vaxt qazanmağa çalışırdı.
Milli hökumətin yaranması ilə Cənubi Azərbaycanda demokratik hərəkatın yeni, üçüncü - milli quruculuq mərhələsi başlandı.
Milli hökumət ən əvvəl, İran dövlətçiliyi çərçivəsində Azərbaycanın muxtariyyəti prinsipini öz proqramında bir daha təsbit edərək bildirirdi ki, İran dövlətinin bütövlüyü, toxunulmazlığı və suverenliyini rəhbər tutur. Eyni zamanda burada qeyd olunurdu ki, mərkəzi hökumət sosial iqtisadi, siyasi, mədəni sahələrdə demokratik islahatlar keçirməlidir. Milli hökumət, habelə bildirirdi ki, həm Azərbaycanın muxtariyyəti məsələsi, həm də digər mühüm məsələlər üzrə mərkəzi hökumətlə danışıqlara və əldə edilən razılıqlara tam riayət etməyə hazırdır. Bu məqsədlə Pişəvərinin başçılığı altında xüsusi nümayəndə heyəti təşkil olundu.
Milli hökumətin qarşısında duran birinci dərəcəli vəzifə - yerlərdə yeni inzibati-ərazi orqanlarının yaradılması idi. Bu məqsədlə Milli Məclis vilayət, mahal, şəhər və qəsəbə, kənd əncümənlərinə - hakimiyyət orqanlarına seçkilər haqqında qanun qəbul etdi. Seçkilər 1946-cı ilin yanvar-fevral aylannda keçirildi və müvafiq strukturlann yaradılmasına başlandı.
Demokratik hərəkatın ən mühüm tədbirlərindən biri də zəhmətkeşlərin xeyrinə sosial-iqtisadi islahatlann keçirilməsi idi. Buna görə Milli hökumət 1946-cı il fevralın 16-da aqrar qanun verdi. Qanuna görə «xalisə» - dövlət mülkiyyətində olan torpaqlar, habelə Azərbaycandan qaçmış və ona qarşı mübarizəni davam etdirən mülkədarların və digər sahibkarlann torpaqları kəndlilər arasında bölüşdürülməli idi, İslahat haqqındakı qanunu həyata keçirmək məqsədilə yerlərdə xüsusi komitələr yaradıldı və bu komitələr 1946-cı ilin yaz-yayı ərzində lazımi işləri, çətinliklə də olsa, həyata keçirməyə başladı. İslahat nəticəsində yarım milyon hektardan çox torpaq sahəsi kəndlilərin istifadəsinə keçdi. Lakin onlar bu torpaqlann mülkiyyətçisi deyildilər, yəni onu satmaq, icarəyə vermək hüququndan məhrum idilər. Bir qədər sonra mayın 12-də qəbul olunmuş «Əmək haqqında qanun» sosial sahədə digər mühüm addım oldu. Bu qanuna görə fəhlə və qulluqçuların iş şəraiti xeyli yaxşılaşdınlır, sahibkarlar tərəfindən istismar məhdudlaşdırılır, onlann həmkarlar ittifaqlarının fəaliyyəti, o cümlədən müəssisələrin işinə fəhlələrin nəzarət etmək hüququ təsdiq edilirdi. Bununla bərabər, Milli Məclisin bir sıra başqa qanunları və Milli hökumətin fərmanlan Azərbaycanda ticarət və sənayenin inkişafını təmin etməyə, bu sahədə fəaliyyət göstərən sahibkarlara maliyyə cəhətdən kömək etməyə, vergi sistemini təkmilləşdirməyə yönəlmişdi. Bütün bunlar sübuta yetirirdi ki, milli hakimiyyət xalqın böyük əksəriyyətini, o cümlədən hərəkatla həmrəy olan varlı təbəqələrin də mənafeyini, sosial həmrəylik və ədalət prinsiplərini təmin etmək istiqamətində iş aparır.
Lakin milli hakimiyyətin ən böyük nailiyyəti mədəniyyət sahəsindəki, milli mədəniyyətin inkişafı əsaslannı yaratmaq yolundakı addımlar oldu. Bu istiqamətdə birinci dərəcəli tədbir 1946-cı il yanvann 6-da Milli Məclisin qəbul etdiyi «Dil haqqında» qanun idi. Bu qanunla Azərbaycan-türk dili bütün Azərbaycan ərazisində rəsmi dövlət dili elan olundu. Bütün idarə və təşkilatlarda, məktəblərdə işlər ana dilində görülürdü. Azərbaycanda yaşayan milli azlıqlann öz dillərində təhsil almaq hüququ saxlanılmışdı. Qısa bir zamanda ana dilində dərsliklərin, müxtəlif ədəbiyyat, qəzet və jumallann nəşr edilməsinə, radio verilişlərinin təşkilinə başlandı. Az bir vaxtda onlarla kitabxana və qiraətxa- na açılması, əhalinin köməyi ilə yüzlərlə yeni məktəbin, xüsusən kənd yerlərində açılması, 1946-cı ilin iyununda Təbriz Universitetinin təsis edilməsi, müxtəlif yaradıcı birlik və təşkilatların, muzeylərin düzəldilməsinə başlanması əsl milli-mədəni inqilab üçün əsas yaradır, demokratik hərəkatın milli məzmununu möhkəmləndirirdi. Açıq irticaçı Sədr və Hakimi hökumətlərinin (1945-ci ilin iyunu - 1946-cı ilin yanvan) bütün tranda demokratik qüvvələrin qanuni tələblərini rədd etmək, təqiblərə əl atmaq və əslində yeni diktatura üçün yol açmaq siyasəti boşa çıxdıqdan sonra Tehranın hakim dairələri başqa vasitəyə - həyasız yalan və iftira, demaqogiya kampaniyasına başlayıb vaxt qazanmaq, bütün qüvvələri toplayıb qəti hücuma keçmək taktikasına əl atdılar və bu məqsədlə yanvann sonunda mahir siyasətbaz, hiyləgər, demaqoq Qəvam Səltənəni Baş nazir vəzifəsinə irəli sürdülər. O, öz fəaliyyətinə geniş islahatlar keçirmək əzmində olduğunu bəyan etməklə başladı və bu mənada, hətta bəzi gurultulu tədbirlərə də əl atdı. Qəvam birinci dərəcəli vəzifə kimi «Azərbaycan məsələsini» dinc danışıqlar yolu ilə həll etməyə çalışdığını bildirib, aprelin 28-də Pişəvərinin başçılığı altındakı nümayəndə heyətini Tehrana dəvət etdi və hər iki tərəf arasında danışıqlar başlandı. Lakin bu danışıqlar çox çətin gedirdi və tezliklə təxirə salındı. ABŞ və İngiltərədən hərbi-texniki yardım almaq üçün İran hökuməti onların təkidi ilə BMT-nin Təhlükəsizlik Şurasında «İran məsələsinin» qaldırılmasına əl atdı (rəsmən bunun üçün əsas var idi, çünki Sovet hökuməti öz qoşunlarının İrandan çıxarılmasını ləngidirdi). Eyni zamanda Qəvam Moskva ilə əlaqələri də öz xeyrinə istiqamətləndirmək məqsədilə Moskvaya yollanıb Stalinlə görüşdü və 1946-cı il aprelin 4-də Sovet dövlətinin Şimali İranda çoxdan arzuladığı neft axtanşı və çıxan iması üçün müştərək cəmiyyətin yaradılması haqqında bəyanat qəbul olundu (Qəvamın nəzərdə tutduğu kimi, sonralar İran məclisi bu sazişi rədd etdi). İctimaiyyəti aldatmaq məqsədilə Qəvam Azərbaycan milli hökumətilə danışıqları başa çatdırmaq göstərişi verdi və iyunun 13-də Təbrizdə hər iki tərəfin imzaladığı müqavilə bağlandı. Razılıq əldə edilməsi naminə milli hökumət ciddi güzəştlərə getməli oldu, bunlardan başlıcası o idi ki, Azərbaycan milli hakimiyyəti əyalət əncüməni statusunu qəbul edərək bu vaxtdan belə də adlanmağa başlayır. Müqaviləyə görə Azərbaycanı idarə edəcək xüsusi Şura yaradılmalı idi. Ən ağır güzəşt - Zəncan vilayətinin Azərbaycanın tərkibindən çıxanlaraq qonşu əyalətlərə qatılmasına razılıq verilməsi oldu. Digər tərəfdən İran hökuməti də Cənubi Azərbaycanda həyata keçirilmiş bir sıra islahatlann qanuniliyini təsdiq edirdi. Beləliklə, Cənubi Azərbaycan məsələsinin dinc yolla həll olunmasına və ümumiyyətlə, İranda demokratik inkişafın gələcəyinə xidmət edə biləcək sənəd qəbul edilmiş oldu.
Azərbaycan demokratları bu müqaviləyə tam riayət etməyə hazır olduqlarını bir daha nümayiş etdirməklə sonrakı iki-üç ay ərzində Azərbaycanda müvafiq islahatların həyata keçirilməsilə məşğul idilər. Lakin İran hökuməti boynuna götürdüyü təəhhüdləri heç də yerinə yetirmək niyətində deyildi və müxtəlif bəhanələrlə bunları pozur, provokasiyalar vasitəsilə vəziyyəti gərginləşdirirdi. 1946-cı ilin yayı və payızında Tehran qəzetlərində Azərbaycana qarşı yeni geniş kampaniya başlandı.
Bütün bu hazırlıq işləri başa çatdırıldıqdan sonra İran hökuməti ultimatum şəklində Milli hökuməti əvəz etmiş Şuraya bildirdi ki, yeni parlament seçkiləri gedişində qayda-qanunu təmin etmək üçün Azərbaycana qoşun hissələri daxil ediləcəkdir və Azərbaycanın hərbi qüvvələri qoşuna müqavimət göstərməməlidir. Noyabrın 30-da hökumət qoşunlan ilə fədailər arasında döyüşlər başlandı. Hökumət qoşunlanmn hərbi-texniki cəhətdən qat-qat üstünlüyünə baxmayaraq, bir neçə cəbhədə, xüsusən Zəncan-Miyanə, Marağa istiqamətində fədailər, hətta əks-hücuma keçərək düşmənə zərbələr endirmişdilər. Lakin Qəvam hökuməti ilə sazişə gəlmiş, indi artıq Cənubi Azərbaycan demokratla- nnın mərkəzi hökumətə tabe olmasını istəyən sovet rəhbərləri (şəxsən Stalin) müqavimət göstərilməsinin əleyhinə idi. Sovet dövlətinin bu yeni mövqeyi ilə banşmaq istəməyən hərəkat rəhbərləri isə mübarizəni davam etdirmək əzmində idilər. Sovet dövləti Cənubi Azərbaycanda tran qoşununa müqavimətin qarşısını almaq məqsədilə ölkədəki nümayəndələrin vasitəsilə dekabrın 11-də gecə ikən hərəkat rəhbərlərini, ilk növbədə Pişəvərini Sovet İttifaqına mühacirətə getməyə məcbur etdi. Hərəkatın yeni rəhbərliyi bütün silahlı qüvvələrə döyüş meydanlarını tərk etmək haqqında göstəriş verdi. Buna baxmayaraq, bütün Azərbaycan üzrə dekabnn 20-dək tran qoşunlanna müqavimət göstərildi. Dekabnn 12-də Təbrizə daxil olan şah qoşunlan minlərlə adamı güllələdi və həbsə aldı. Kütləvi təqiblər başlandı. Milli hakimiyyət dövründə az-çox siyasi fəallıq göstərən kəndlilər, fəhlələr, ziyalılar, bir çox sahibkarlar belə təqiblərə məruz qaldılar. ADP və Milli hökumətin rəhbər xadimləri isə birinci növbədə güllələnir, dar ağacından asılırdı. Cəza tədbirlərindən qurtarmaq üçün on minlərlə vətənpərvər qaçmağa mühacirət etməyə məcbur oldu. Onlann bir çoxu Şimali Azərbaycana keçdi.
Beləliklə, 1941-1946-cı illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı. Bu məğlubiyyət, obyektiv daxili səbəblərlə yanaşı, həm də o zaman böyük təsiri olan xarici amillərlə, ən əvvəl, bir tərəfdən ABŞ və İngiltərənin, digər tərəfdən isə Sovet dövlətinin İrandakı siyasəti ilə bağlı olmuşdur. Əks mövqelərdə duran bu dövlətlər nəticə etibarilə
Cənubi Azərbaycanın milli-demokratik quruluşu uğrunda mübarizəsinin düşməni kimi çıxış etdilər.
Cənubi Azərbaycandakı milli-demokratik hərəkat məğlubiyyətə uğrasa da, ölkənin sonrakı tarixinə çox böyük təsir göstərdi, xalqda öz milli varlığı, tarixi və mədəniyyəti ideyasını möhkəmlətdi, bu məqsədlər uğrunda gələcək mübarizəsi üçün təməl daşı qoydu.
Dostları ilə paylaş: |