Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə69/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   65   66   67   68   69   70   71   72   ...   103
İstifadə edilmiş ədəbiyyat.

1. Azərbaycan tarixi 7 cilddə. Altıncı cild. Bakı: “Elm”. nəşriyyatı 2007.

4. İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı: 2005.

3. İradə Nuriyeva. Azərbaycan tarixi. Bakı: 2015.

4. S.Allahverdiyev, Ə.Haqverdiyev, M.Behbudov “Azərbaycan tarixi”. Bakı: 2007.
MÖVZU: Azərbaycan II Dünya müharibəsi illərində
Plan:

1. Faşist Almaniyasının SSRİ-yə hücumu

2. Azfərbaycan müharibə edən dövlətlərin planlarında

3. Şimali Azərbaycan II Dünya müharibəsi illərində

4. Azərbaycan döyüşçüləri müharibə səngərlərində

5. Elm və mədəniyyət cəbhənin xidmətində


Planetimiz heç vaxt II Dünya müharibəsi kimi ağır və dəhşətli bir müharibə görməmişdir. II Dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə olmuşdur. Onun müxtəlif mərhələlərində hər döyüşən tərəfdən, eyni zamanda, 8 milyondan 12,8 milyona kimi insan, 84 mindən 163 minə qədər silah, 6,5 mindən 18,9 minə kimi təyyarə iştirak etmişdi.

Hərbi əməliyyatların əhatə etdiyi ərazinin həcmi I Dünya müharibəsindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 316 trilyon ABŞ dolları olmuşdur. Onlardan 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdi. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu.

1939-cu sentyabrın 1-də Almaniya Polşa üzərinə hücuma keçdi. Bir gün sonra İngiltərə və Fransa hökumətləri Almaniyaya müharibə elan etdilər. İkinci Dünya müharibəsi başlandı. Faşist Almaniyası müttəfiqi İtaliya ilə birlikdə qısa müddət ərzində Mərkəzi, Qərbi və Cənubi-Şərqi Avropanın bütün ölkələrini işğal etdi və özündən asılı vəziyyətə saldı.

1940-cı il dekabrın 18-də Hitler tərəfindən təsdiq edilmiş “Barbarossa” ildırım sürətli müharibə strageyasına əsaslanaraq 1941-ci il iyunun 22-də SSRİ-yə qələbə ümidi ilə hücum etmiş faşist Almaniyası Sovet imperiyasının tərkibinə daxil olmuş xalqların böyük qələbəsi, Sovet Silahlı Qüvvələrinin və mütərəqqi bəşəriyyətin köməyi ilə 1945-ci il mayın 9-da tam məğlubiyyətə düçar oldu. Bu qələbənin səbəbi Sovet imperiyasının tərkibinə daxil olan xalqların mənəvi - siyasi birliyi və onlar arasında sarsılmaz dostluq, əsgərlərin fədəkarlığı, mərdliyi, yenilməz iradəsinin, Vətənə hədsiz sədaqəti idi.

Cəbhə ilə arxanın sıx birliyi xalqımızın qısa bir müddət ərzində bütün qüvvələrini düşmənə qarşı çevirdi. Ordunun möhkəm dayağı olan cəbhə nəinki çətin sınaqlara dözdü, həm də daha da möhkəmləndi. Vətənimiz vahid cəbhəyə çevrildi. “Hər şey cəbhə üçün, hər şey düşmən üzərində qələbə üçün!” şüarı xalqımızın şüarı oldu.

İkinci Dünya müharibəsi SSRİ-nin tərkibinə daxil olan xalqlar kimi, Azərbaycan xalqının da həyatında ciddi imtahan oldu. Bu müharibədə Azərbaycan xalqının Vətənə, dövlətə sədaqəti, döyüş keyfiyyəti, yaradıcı əməyi, vətənpərvərliyi sınanıldı. Azərbaycan xalqı bu sınaqdan ləyaqətlə çıxdı.

Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, “1941-1945-ci illər Azərbaycan xalqının tarixində çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələrindəndir...İkinci Dünya müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şüçaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü və qəhrəman xalqdır...Faşizm üzərində qələbədən sonra xalqımızın keçdiyi yol Azərbaycanın gələcək milli azadlığına, müstəqilliyinə gedən yol olmuşdur”.

1941-ci ilin yayında SSRİ ilə olan sərhəddə 190 diviziya (5500 min nəfər), 2800-ə qədər tank (yüngül tanklar nəzərə alınmadan), 47200 top və minomyot, 4950 təyyarə cəmləşdirilmişdi.

Bu müharibə Almaniya üçün son dərəcə əlverişli bir şəraitdə başladı. Onun ordusu tam səfərbər idi. İki il Avropada böyük miqyasda müharibə etmək təcrübəsi toplamışdı. İqtisadiyyatı isə çoxdan hərbi relsə keçirmiş və tamamilə müharibə üçün işləyirdi. Bundan əlavə, işğal etdiyi Avropa ölkələrinin böyük sərvətləri də Almaniyanın sərəncamında idi. Almaniyanın üstünlüklərindən biri də Sovet İttifaqına qarşı onunla birlikdə müharibə edən İtaliya, Rumıniya, Finlandiya və Macarıstan kimi müttəfiqləri olması idi. Bundan əlavə, Almaniyaya Yaponiya, Bolqarıstan, İspaniya kömək edirdi.

Azərbaycan Almaniyanın işğalçılıq planında xüsusi yer tuturdu. Azərbaycanın sərvətləri, Qərb ilə Şərq arasındakı əlverişli mövqeyi faşistləri diqqətini daha çox cəlb edirdi. Almaniya hökuməti Bakı neftindən istifadə etməklə bütün Şərqi işğal edəcəyini böyük ümidlər bəsləyirdi.

Almaniya ilk növbədə Azərbaycanda komissarlıq adlanan idarə formasının yaradılması və onun iqamətgahının Tiflisdə yerləşən Qafqaz reyxs komissarlığına tabe edilməsi planlaşdırılmışdı.

Almaniyanın planında Sovet İttifaqı üzərində qələbədən sonra türk xalqları yaşayan digər əraziləri də zəbt edərək asılı, «Böyük Türküstan» dövlətinin yaradılması nəzərdə tutulurdu. Azərbaycanda da bu dövlətlərin tərkibinə daxil edilməli idi.

Bakı zəbt edildikdən sonra burada neft hasil edilməsi, emalı və daşınması hələ 1941-ci ilin martında Almaniyanın «Kontinental neft cəmiyyəti»nə tapşırılmışdı. Azərbaycandakı iri sənaye müəssiələrinə alman rəhbərləri təyin edilmişdi. Hitler Bakı alındıqdan sonra onu hərbi məntəqəyə çevirmək haqqında şəxsi tapşırıq vermişdi. Bakının və Avşeronun sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritə-planları da hazırlanmışdı.

Alman faşistləri Qafqaza hücum planı «Edelveys» adlanırdı. Bu plana görə Bakı sentyabrın 25-də zəbt edilməli idi.

ABŞ və İngiltərə dövlətləri də Qafqaza, o cümlədən Azərbaycana xüsusi maraq göstərirdilər. Onların 1942-ci ilin əvvəllərində tərtib etdikləri «Vilvet» planında Sovet ordusunun Qafqazdan çıxarılıb Stalinqrada aparılması, Qafqazda ABŞ və İngiltərə hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulurdu. Onlar Qafqazı, Azərbaycanı SSRİ-dən qoparmaq istəyirdilər.

Müharibənin ilk illərində Azərbaycan barədə sovet rəhbərliyinin də dəhşətli planı vardı. Bu plana görə Azərbaycan əhalisi Orta Asiya və Qazaxstana köçürülməli idi. Səbəb isə dövlətin azərbaycanlılara etibar etməməsi idi. Qızıl ordunun Stalinqrad və Qafqazda qələbəsi və M.C.Bağırovun gətirdiyi tutarlı arqumentlər İ.V.Stalini bu yoldan çəkindirdi.

Azərbaycan xalqı müharibənin ilk günlərindən SSRİ-nin başqa xalqları ilə birlikdə faşist işğalçılarına qarşı mübarizəyə qalxdı.

40 mindən çox azərbaycanlı oğlan və qız cəbhəyə getməyə könüllü olaraq ərizə verdi. Yüzlərlə qırmızı batalyonlar, özünümüdafiə və hərbi hava hücumlarından müdafiə dəstələri yarandı.

Müharibə dövründə Azərbaycandan Sovet ordusuna 640 minə qədər adam, o cümlədən 10 min nəfərdən çox qadın göndərmişdi. Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr ayında 271-ci milli atıcı diviziyaları təşkil edildi. Krımın müdafiəsində şəxsi heyətin çoxluğunu itirmiş 77-ci diviziya 1942-ci ilin mayında respublikada yenidən kompleksləşdirilmişdi.

1941-ci il iyunun 28-dən etibarən respublikada bütün iş formaları və metodları müharibənin tələblərinə uyğun şəkildə qurulmağa başlandı. Fəhlə və qulluqçular üçün iş günü 11 saata qaldırıldı. Məzuniyyətlər ləğv edildi. İşi öz başına tərk etmək üçün 5-8 il həbs cəzası müəyyən edildi. Ərzaq və sənaye məhsullarının satışı üzrə kartoçka sistemli tətbiq olundu. Bakı sovet ordusunun yanacaq bazasına çevrildi. 1941-1945-ci illərdə Azərbaycanda 75 milyon ton neft istehsal edilmişdi. Təyyarə benzininin 85-90%, 130 növ silah və hərbi texnika Bakıda istehsal edilirdi. Bakıda «Katyuşa» raketi, «Şnikin» pulemyotu istehsal edilir, «YAK-3» qırıcı təyyarəsi yığılırdı. Y.Məmmədəliyev neft-kimya məhsullarının 100 növünün texnologiyasının hazırladı. Akton benzini icad etdi.

1941-ci ildə böyük hərbi və təsərrüfat əhəmiyyəti olan Culfa-Mincivan, Salyan-Neftçala, Papanin-Hacıqabul və s. dəmir yolu xətti istifadəyə verildi.

Azərbaycan xalqı 1941-1943-cü illərdə müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 311 milyon rubl dəyərində istiqraz verdi. Cəbhəçilərə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərdi.

Faşizmə qarşı döyüşlərdə azərbaycanlıların mərdliklə vuruşması haqqında ilk xəbər Brest qalasından gəldi. Brest qalasında 44 nəfər azərbaycanlı iştirak etmiş və son nəfəslərinə qədər qəhrəmancasına vuruşmuşdular. 1941-ci ilin dekabrında Novqorod yaxınlığında Pustinka uğrunda gedən döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov böyük şücaət göstərərək, azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1941-ci ildə Moskva uğrunda döyüşlərdə tank bölməsinin komandiri Həzi Aslanov xidmətlərinə görə «Qızıl ulduz» ordeninə layiq görüldü.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan zəhmətkeşləri də İkinci Dünya müharibəsi illərində həm arxada, həm də düşmənə qarşı döyüş cəbhələrində göstərdikləri hədsiz hünərə görə həmin günləri qürur hissi ilə yada salırlar. Çünkü azğın düşmən üzərində qələbənin qazanılmasında naxçıvanlıların da payı vardır. Müharibənin başlanmasından bir ay keçməmiş Naxçıvan MSSR-dən 10495 nəfər (bunlardan 7287 nəfər kişi, 3208 nəfəri qadın idi) könüllü olaraq xalq qoşunları sırasına yazılmışdır.

İkinci Dünya müharibəsi cəbhələrində muxtar respublikanın 29025 nəfər döyüşçüsü düşmənə qarşı qəhrəmancasına vuruşmuşdu. Onlardan 15325 nəfəri Vətənin azadlığı və istiqlaliyyəti uğrunda olan döyüşlərdə həlak olmuşdular.

II Dünya müharibəsinə gedənlərin yarısından çoxu geri qayıtmayıb. Naxçıvandan 3 döyüşçü - Nəcəfqulu Rəfiyev, Abbas Quliyev və Qəzənfər Əkbərov “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, Akim Abbasov isə müharibədən general rütbəsi ilə Vətənə qayıdıb. Ümumiyyətlə, 8 nəfər Lenin ordeni, Rəhim Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsi, 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105 nəfər birinci və ikinci dərəcəli “Böyük Vətən müharibəsi”, 315 nəfər “Qırmızı Ulduz”, 42 nəfər “Qırmızı Bayraq” ordenləri ilə təltif olunub.





Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin