Mövzu: Cənubi Azərbaycan II Dünya müharibəsi dövründə.
Plan:
1. Cənubi Azərbaycanda İctimai-siyasi vəziyyət.
2. Milli hökumətin təşkili və fəaliyyəti. Milli demokratik hərəkatın boğulması.
1. İctimai-siyasi vəziyyət. Cənubi Azərbaycanın ictimai-siyasi, ideya və mənəvi inkişafında İkinci Dünya müharibəsinin gedişində və nəticəsində yeni mərhələ başlandı. Müharibə illərində İran, eləcə də Cənubi Azərbaycan, hərbi əməliyyat meydanına çevrilmədi, müharibənin özü ilə gətirdiyi dağıntılara, insan tələfatlanna, tənəzzülə məruz qalmadı. Bununla belə, müharibə ilə bağlı olan hadisələr Cənubi Azərbaycanın tarixinin gedişinə güclü təsir göstərdi.
Hələ 30-cu illərin ortalarında İran hökuməti daxili siyasətini azğın- laşdırmaqla bərabər, xarici siyasətini də getdikcə daha artıq dərəcədə faşist Almaniyasına tərəf yönəldirdi ki, bu da hər iki ölkə arasında həm iqtisadi, hərbi-strateji, həm də ideoloji-təbliğati əlaqələrin artmasında ifadəsini tapırdı.
Almaniya İrandan Yaxın və Orta Şərq regionlanna çıxmaq üçün bir vasitə kimi istifadə etmək planlarını hazırlayırdı. İranın hakim dairələrinə gəldikdə isə onlar faşist Almaniyasına, hər şeydən əvvəl, SSRİ tərəfindən kommunizm təhlükəsinə qarşı bir sədd kimi, İranın özündə Rza şah diktaturasının istinadgahı kimi baxırdılar. Lakin 1939-cu ilin avqust-sentyabr hadisələri (Almaniya ilə SSRİ arasında hücum etməmək və dostluq haqqında müqavilənin imzalanması və eyni zamanda Polşaya hücumla İkinci Dünya müharibəsinin başlanması) ilk vaxtlar İran hakim dairələri içərisində çaşqınlıq doğurdu. Sentyabrın 4-də İran özünün bitərəfliyinin və lazım gələrsə, bunu əldə silahla qoruyacağını elan etdisə də, onlar bir müddət Almaniya ilə SSRİ-nin İran hesabına razılığa gələcəyi təhlükəsi qarşısında (Polşada, Finlandiyada, Pribaltika ölkələrində olduğu kimi) qorxu hissinə qapılmışdılar. Lakin tezliklə müharibənin gedişi və Almaniyanın irandakı siyasəti belə bir təhlükənin olmadığını göstərdi.
Almaniya yenə də İrana öz iqtisadi və hərbi planlarında böyük əhəmiyyət verirdi: 1939-1941-ci illərdə Almaniyanın SSRİ-dən tranzit yolu ilə İranla ticarəti xeyli artdı, Almaniya İrandan pambıq, yun, gön-dəri, düyü, taxıl, quru meyvə alırdı ki, bunlann da əhəmiyyətli hissəsi Cənubi Azərbaycandan gətirilirdi. Nəhayət, 1941-ci ilin iyunundan faşist Almaniyası SSRİ-yə qarşı müharibəyə başlandıqdan və müharibənin bu mərhələ- sindəki ilk müvəffəqiyyətlərdən sonra Rza şah başda olmaqla hakim dairələr açıq faşistpərəst mövqe tutmuş, ölkəni Almaniya kəşfiyyatçı- lannm fəaliyyət meydanı etmiş və əslində onu Almaniyanın əlaltısına çevrilmək təhlükəsi qarşısında qoymuşdu. Buna görə 1941-ci il avqustun 25-də SSRİ və Böyük Britaniya hökumətləri öz qoşunlarını İrana yeritdilər. İngilis qoşunları İranın cənub. Sovet qoşunlan isə şimal regionları, o cümlədən Azərbaycan əyalətini tutdu. Bir qədər sonra (1942-ci ilin sonlarında) ABŞ-ın da hərbi hissələri İrana gətirildi. Bütövlükdə İran, xüsusilə də Cənubi Azərbaycan, müttəfiqlərin Sovet İttifaqını hərbi sursat və texnika, ərzaqla təmin edən ən mühüm nəqliyyat arteriyasına (İran körfəzindən Xəzər dənizi sahillərinə qədər) çevrildi. Müharibə illərində İranın daxili işləri və xarici siyasəti, habelə müttəfiqlərin İran qarşısında təəhhüdləri bir sıra sazişlərlə (xüsusən 1943-cü ildə SSRİ, ABŞ və İngiltərənin dövlət başçılarının Tehran konfransında qəbul etdiyi bəyanatla) müəyyən edildi. Sazişlərdə nəzərdə tutulurdu ki, müttəfiqlər İranın daxili işlərinə qanşmayacaq, bütün vacib məsələləri birgə həll edəcək və müharibə qurtarandan sonra ən geci altı ay ərzində qoşunlannı İrandan çıxaracaqlar.
Rza şahın hərbi-polis rejiminin iflasa uğraması (1941-ci ilin sen- tyabnnda müttəfiq qoşunlanna müqavimət göstərmək niyyəti puça çıxdıqda Rza şah oğlu Məhəmməd Rzanın xeyrinə taxtdan əl çəkdi və ingilislər tərəfindən İrandan sürgün edildi) nəticəsində ölkədə real hakimiyyətin parlamentə və onun təşkil etdiyi hökumətə keçməsi, konstitusiyada nəzərdə tutulmuş bəzi təsisatlann, siyasi azadlıqların qismən bərpası, siyasi məhbuslann azad edilməsi (bütün bunlar İran tarixində «ŞəhrivəD)' hadisələri adını almışdı) İranda ictimai-siyasi həyatın canlanması üçün əlverişli şərait yaratdı. İlk vaxtlar kortəbii çıxışlar, mitinq və nümayişlər şəklində başlanmış bu hərəkat yenidən siyasi meydana çıxmış müxtəlif məsləkli partiyalann, çoxlu qəzet və jurnalların fəaliyyəti nəticəsində getdikcə mütəşəkkil ictimai-siyasi mübarizə formasını alırdı. Əsas tələblərə - dövlət quruluşunu demokratikləşdirmək, mülkədar-feodal təbəqəsinin ağalığını məhdudlaşdırmaq, zəhmətkeşlərin vəziyyətini yaxşılaşdırmaq və hüquqlanm qorumaq, ölkənin suverenliyini təmin etmək və s. daxil idi. İranın ayn-ayrı rayonlarının ictimai- siyasi inkişaf səviyyəsindən və başqa amillərdən asılı olaraq, bu hərəkat həm radikal, ardıcıl və ya əksinə, mötədil xarakter daşıyır, həm də bəzi hallarda mürtəce şəkil alır, bu və ya digər ictimai-siyasi qüvvələrin mənafeyini əks etdirirdi.
Ölkənin siyasi həyatı zahirən normal şəkil almışdı. Yenidən meydana çıxmış siyasi partiyalar və təşkilatlar (1941-1943-cü illərdə bunların sayı 30-a çatmışdı), mətbuat, müxtəlif klublar, ictimai-mədəni təşkilatlar ölkə qarşısında duran daxili və xarici problemləri sərbəst müzakirə edir, öz proqram və tələblərini irəli sürür, parlament vasitəsilə bunlan qanunlara çevirməyə çalışırdı. Lakin müharibə nəticəsində faşizmin iflasa uğrayacağı yaxınlaşdıqca İrandakı siyasi vəziyyət mürəkkəbləşir və mübarizə kəskinləşirdi, ölkənin iqtisadi vəziyyəti pisləşirdi və bunun da əsas ağırlığı, birinci növbədə zəhmətkeş təbəqələrin - fəhlələrin, xırda burjua ünsürlərin, müəllimlərin, dövlət aparatında çalışan sıravi məmurların üzərinə düşürdü ki, bu da onlann müxtəlif formalarda (tətillər, kütləvi şikayətlər və s.) çıxışlanna səbəb olurdu. Bu təbəqələrin mənafeyini ən ardıcıl surətdə (lakin, bəzən real vəziyyətlə hesablaşmayaraq) 1942-ci ilin əvvəllərində yaradılmış İran Xalq Partiyası («Hizbi Tudə») və ona yaxın olan həmkarlar ittifaqları, mətbuat orqanlan (onlar «Azadlıq cəbhəsində» birləşmişdi), ictimai, mədəni təşkilatlar müdafiə edirdi. Öz kütləviliyinə, irəli sürdüyü əsas şüarlanna görə bu orqanlar, demokratik cəbhəni təşkil edirdi. İkinci, liberal cəbhəyə «milliyyətçi» tipli partiya və təşkilatlar (məsələn, mühacirətdən qayıtmış Seyid Ziyaəddin Təba-Təbainin başçılıq etdiyi «Vətən» partiyası) daxil idi, buraya yalançı həmkarlar ittifaqları, əsasən xırda və orta burjuaziya, ziyalıların xeyli hissəsi, zabitlərin orta təbəqələri qoşulurdu. Üçüncü cəbhəni əsasən iri mülkədarlar və kompra- dor burjuaziya, tayfa xanları, iri dövlət məmurlan və yüksək rütbəli zabitlər, generallar təşkil edirdi və buna görə bu cəbhə ən mühafizəkar, mürtəce qüvvələri birləşdirirdi. Onu da qeyd etmək lazımdır ki, həmin cəbhələrdən heç biri, xüsusən hakimiyyət başında duran üçüncü cəbhə tam qanunçuluq çərçivəsində hərəkət etmirdi.
Nəhayət, müharibə dövründə, xüsusən 1943-cü ildən başlayaraq, Ölkədə siyasi-ictimai vəziyyətə təsir göstərən daha bir amili - xarici dövlətlərin, yəni, bir tərəfdən SSRİ, o biri tərəfdən ABŞ və İngiltərənin İrandakı siyasətini qeyd etmək lazımdır. Onlar öz bəyanatlannda İranın daxili işlərinə qarışmayacaqlarını dəfələrlə elan etmişdilərsə də, bu prinsipi daima pozurdular. SSRİ hökuməti, ilk növbədə fəhlə və kəndlilərin, ziyalılann mütəşəkkilləşməsinə və onların sovet dövlətinin sinfi-ideoloji xarici siyasəti prinsipləri ruhunda siyasi mübarizə aparmasına bütün vasitələrlə kömək edirdi. ABŞ və İngiltərə isə öz növbəsində varlı təbəqələrə, o cümlədən mürtəce qüvvələrə arxalanaraq mərkəzi hökumət dairələrini, parlamenti, ordu və polisi öz təsiri altına almaq və onların vasitəsilə İranın daxili və xarici siyasətini «qanuni» yolla istiqamətləndirməyə çalışırdı. Bu mənada ABŞ, xüsusilə fəallıq göstərərək, 1943-1946-cı illərdə buraya çoxlu «müşavirlər» göndərmişdi (bunlardan ən mühümü 1942-1944-cü illərdə İranın bütün iqtisadi həyatını nəzarət altına almış Milsponun maliyyə missiyası, 1945-1946-cı illərdə general Şvarskopun hərbi-polis missiyası olmuşdur). Lazım gəldikdə isə ABŞ və İngiltərə hökumətləri «qanunçuluq», «demokratiya» prinsiplərini kənara ataraq İrandakı tərəfdarlarının köməyilə iş görürdü. Bu, xüsusən onlar tərəfindən «qanuni» mərkəzi hökumətin və XIII-XIV (1947-ci ildən isə habelə XV) çağınş məclislərin siyasəti və fəaliyyətinə tərəfdarlıq etməsində özünü göstərirdi. Deputatlar hələ Rza şah vaxtında təyin olunmuş XIII çağırış (1941-1944) və nisbi azadlıq dövründə seçilmiş XIV çağırış (1944-1946) məclislər nə öz sosial tərkibi cəhətdən (bunlann böyük əksəriyyəti mülkədarlar, iri tacir və kapitalistlər, yüksəkrütbəli dövlət məmurlan, köhnə siyasətbazlar idi), nə də yeni şəraiti nəzərə almaq cəhətdən hərtərəfli daxili və xarici siyasəti həyata keçirməyə hazır olan bir orqan deyildi. Onlar müharibə şəraitinin və müharibədən sonrakı İranın mürəkkəb beynəlxalq vəziyyətini bəhanə gətirərək heç bir real demokratik islahatlara başlamaq, xüsusilə də zəhmətkeş kütlələrin ağır vəziyyətini yüngülləşdirəcək hər hansı bir tədbir görmək niyyətində deyildi və yalnız müxtəlif qruplaşmalann hakimiyyət uğrunda mübarizəsini əks etdirirdi. XIV çağırış məclisə İXP-nin 8 nümayəndəsi, habelə liberal məsləkli bir neçə deputat seçilmişdisə də, onlar məsələni həll etmirdi. Təbiidir ki, parlamentin bütün fəaliyyəti, o cümlədən hökumətin təşkili ya tam mühafizəkar, ya da açıq mürtəce xarakter daşıyırdı. Burada, o cümlədən onun təşkil etdiyi hökumətlərdə daim «azadlıq», «demokratiya», «suverenlib) sözləri dönə-dönə təkrar olunur, işdə isə həqiqi demokratik qüvvələr hər vasitə ilə Sədr, Soxeyli, Saed, Həkimi, Qəvam kimi köhnə siyasətbazlann başçılıq etdiyi hökumətlərin əli ilə boğulurdu.
Keçmişdə olduğu kimi, indi də Cənubi Azərbaycan Ümumiran demokratik hərəkatların əsas mərkəzlərindən biri oldu.
1941-ci ilin sentyabr-oktyabr aylanndan burada geniş xalq kütlələrinin mitinq və yığıncaqları, nümayişləri genişləndi. Onlann əsas tələbləri dövlət aparatını keçmiş mənfur rejimin nümayəndələrindən təmizləmək, İranda faşizm agenturasına qarşı mübarizəni gücləndirmək, faşist Almaniyasına qarşı müharibə aparan müttəfiqlərə, xüsusilə də bu zaman müharibənin başlıca ağırlığını üzərinə götürmüş və çətin vəziyyətdə olan SSRİ-yə, o cümlədən Şimali Azərbaycana mümkün olan yardımı göstərmək idi. Eyni zamanda həbsxanalardan buraxılmış və sürgündən vətənə qayıtmış siyasi xadimlərin, demokratik ruhlu ziyalıların fəallığı nəticəsində 1941-ci ilin noyabrı - 1942-ci ilin əvvəllərindən müxtəlif ictimai-siyasi, mədəni-maarif klublan, birlik və cəmiyyətlər, eləcə də yeni yaradılmış həmkarlar təşkilatlan demokratik hərəkatın əsas qüvvələrinə çevrilirdilər. Onlann içərisində «Azərbaycan» cəmiyyəti, «Azərbaycan zəhmətkeşlər təşkilatı», «Demokratiya tərəfdarlan mərkəzi» xüsusi nüfuz qazanmışdı. Cənubi Azərbaycanda demokratik ruhlu qəzet və jumallann (Təbrizdə «Sətareye Azərbaycan», «Ədəbiyyat səhifəsi», «Azərbaycan», «Yumruq», Urmiyada «Keyvan» və s.) nəşrinə başlanmışdı.
Cənubi Azərbaycanda 1941-1942-ci illərdə demokratik hərəkatın güclənməsindən qorxaraq bir hissəsi Tehrana və başqa yerlərə qaçmış mürtəce qüvvələr - feodal mülkədarlar və onların əlaltıları, yüksəkvə- zifəli məmurlar, jandarmlar və ruhanilərin yuxan təbəqəsinin nümayəndələr mərkəzi hakimiyyətlə vahid cəbhədə çıxış edirdilər.
Azərbaycanda demokratik hərəkat bu mərhələdə məqsəd və xarakterinə görə Ümumiran demokratik hərəkatının tərkib hissəsi kimi bütün ölkə üçün ümumi olan ictimai-siyasi prinsipləri irəli sürür, tranın demokratik qüwələriylə əlbir işləyir, bəzi hallarda ictimai-siyasi təşkilatlarla və partiyalarla (məsələn, «İran Xalq partiyası», «Mərkəzi həmkarlar ittifaqı» və bəzi başqalarla) vahid demokratik cəbhə yaratmağa çalışırdı.
1942-1944-cü illərdə Azərbaycandakı demokratik hərəkatda əvvəllər heç bir vaxt az-çox geniş təzahür etməmiş yeni bir xüsusiyyət ön plana çıxmağa və bütün hərəkata yeni məzmun gətirməyə başladı. Bu xüsusiyyət milli şüurun misilsiz dərəcədə inkişafı idi. Diktatura rejimindən xilas olub azadlıq yoluna qədəm qoymuş xalq kütlələri onun əsas təzahüründən birini ana dilində danışmaq, yazıb-oxumaq, yaratmaq azadlığında görürdülər. Təsadüfi deyil ki, 1942-1944-cü illərdə Azərbaycanda çıxmağa başlayan qəzetlərin bəziləri, həm də ən nüfüz- lulan böyük çətinliklərə baxmayaraq, öz doğma ana dilində buraxılırdı. Dil məsələsi ictimai-mədəni həyatda ən mühüm, qızğın mübahisələr doğuran təbliğat və əks-təbliğat mövzusuna çevrilmişdi. Azərbaycan türk dili adi, məişət ünsiyyəti vasitəsindən çıxaraq ictimai-siyasi, mədəni, ədəbi inkişaf vasitəsinə çevrilməyə başlayırdı. Son dərəcə qısa tarixi bir dövrdə milli dil ideyası əlçatmaz bir arzudan ümummilli ideya səviyyəsinədək yüksəldi və təşəkkül dövrünə qədəm qoymuş milli şüurun, milli-azadlıq ideologiyasının sütunlanndan biri oldu. Mühüm cəhət burasındadır ki, hərəkatın ilk mərhələsində bu ideyanı xalqın ən demokratik təbəqələri (məktəb müəllimləri, incəsənət nümayəndələri, mətbuat işçiləri və b.) öz təşəbbüsləri ilə həyata keçirməyə başlamışdılar. Məktəblərdə, bir çox dövlət idarələrində, ictimai-təşkilatlarda doğma dildə danışılır, qəzetlər və jurnallar nəşr olunmağa başlayır, səhnə tamaşaları qoyulur, mədəni-maarif cəmiyyətlərində, klublarda məruzələr, mühazirələr oxunur və s. Bu işlər böyük çətinliklərlə üzləşirdi. Əsas çətinlik müvafiq maddi bazanın, türk dilinin işlədilməsi qaydalannın, normativlərin olmamasından (Azərbaycan türk dilinin qrammatikası, terminoloji və izahlı lüğətlər və s. yox idi) irəli gəlirdi. Məhz bu işdə. Cənubi Azərbaycanda yerləşdirilmiş və tərkibində çoxlu Sovet Azərbaycanının əsgərləri olan Sovet ordu hissələrinin əsasən yerli əhali üçün çıxardığı «Vətən yolunda» (Təbrizdə), «Qızıl əsgər» (Urmiyada) qəzetlərinin böyük rolu oldu. Həmin qəzetlərin nəşrinə cəlb edilmiş yerli azərbaycanlılar burada ana dilində siyasi-ictimai, ədəbi publisistik əsərlər yaratmaq yolunda gözəl məktəb keçirdi.
Cənubi Azərbaycanda milli mədəniyyəti inkişaf etdirmək istiqamətindəki ilk addımlann atılmasında Şimali Azərbaycanın təsiri həlledici əhəmiyyətə malik idi. Bu təsir, birinci növbədə hər iki Azərbaycan zi- yahlannm, mədəniyyət xadimlərinin canlı yaradıcılıq əlaqələri və əməkdaşlığı formasını alırdı. 1941-1946-cı illərdə buraya, habelə İranın başqa rayonlanna çoxlu mədəniyyət xadimləri (Opera və Dram teatrlannm aktyorlan; musiqi və rəqs kollektivləri, ədəbiyyat və incəsənət, maarif və elm xadimləri) gələrək konsert və tamaşalar verir, mühazirələr oxuyur, yerli əhaliyə mədəni quruculuq sahəsində konkret yardım göstərir, qarşılıqlı əlaqələri genişləndirirdi. Sovet dövlətinin Cənubi Azərbaycanda güddüyü və həyata keçirməyə çalışdığı qəsbkar və siyasi, ideoloji məqsədlərindən asılı olmayaraq, bu əlaqələrin artması yerli azərbaycanlılarda milli mədəniyyəti inkişaf etdirmək zəruri və mümkün olması əqidəsini möhkəmləndirir, görülən əməli işlərdə bu yolda irəliləmək əzmini artınrdı.
1945-ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın yeni, bir sıra mühüm xüsusiyyətləri ilə fərqlənən ikinci mərhələsi başlandı. Bu, xeyli dərəcədə əsaslı surətdə dəyişmiş beynəlxalq vəziyyətlə bağlı idi. Müharibə qurtardıqdan sonra keçmiş müttəfiqlər, birinci növbədə ABŞ və İngiltərə ilə SSRİ arasında dünyanın əsas problemləri üzrə getdikcə dərinləşən ziddiyyətlər, bunların tezliklə «soyuq müharibə» şəklini alması onların İrandakı siyasətində də əksini tapmalı idi. Əgər müharibə illərində müttəfiqlər burada açıq ictimai-siyasi qarşıdurmanı qızışdırmaqdan, İranın daxili işlərinə kobudcasına qanşmaq- dan çəkinirdilərsə, indi, əksinə, onlar öz xarici siyasətlərində və hərbi- strateji planlarında əsaslı dəyişikliklər etmiş, iqtisadi mənafelərinə uyğun olan qüvvələri, bilavasitə himayə edir və onları hakimiyyətə gətirməyə çalışırdılar.
Cənubi Azərbaycanın iri torpaq sahibləri, ticarət burjuaziyası və bürokratiyanın bir çox nümayəndələri demokratik hərəkatın qarşısını almaq üçün vəziyyəti hər vasitə ilə gərginləşdirməyə, etnik toqquşmaları qızışdırmağa çalışır, hətta vətəndaş müharibəsi törətməkdən belə çəkinmirdilər. Azərbaycandan kənarda, xüsusən Tehranda cəmlənmiş mürtəce qüvvələr milli-demokratik hərəkatın banşmaz düşmənləri ilə əlbir çıxış edirdilər. Onlar əlaltılarının köməyilə Azərbaycanın kənd yerlərində, kiçik şəhərlərdə silahlı dəstələr təşkil edir, kütləvi terrora əl atır, əhalinin müxtəlif qrupları, xüsusilə yanmköçəri tayfalarla oturaq əhali arasında toqquşmalar təşkil edirdilər.
Hadisələrin belə gedişi Azərbaycanın demokratik qüvvələrini və ümumiyyətlə, geniş xalq kütlələrini müdafiə tədbirləri görməyə məcbur etdi. 1945-ci ilin iyul-sentyabr aylarında Azərbaycanın bir sıra yerlərində silahlı fədai dəstələri yaranmağa başladı. Fədailər mülkədarların quldur dəstələrinin basqınlarını dəf edir, şəhər və qəsəbələrin, kəndlərin təhlükəsizliyini təmin edirdilər. Bu mübarizənin gedişində bəzi yerlərdə müvəqqəti hakimiyyət orqanlan da yaradır, təxirəsalınmaz təsərrüfat, sosial-mədəni-maarif məsələlərini həll etməyə çalışırdılar.
Lakin milli-demokratik hərəkatı mərkəzi hökumətin başçılıq etdiyi birləşmiş qüvvələrin hücumundan qorumaq üçün demokratların daha sıx birləşməsi tələb edilirdi. Buna görə 1945-ci il sentyabnn 3-də Azərbaycanın tanınmış demokratlanndan bir qrupu, başda Seyid Cəfər Pişəvəri və Mirzə Əli Şəbüstəri olmaqla Azərbaycan Demokrat Partiyasının (ADP) yaradılması haqqında bəyanatla xalqa müraciət etdi. On iki maddədən ibarət olan bu bəyanatda partiyanın yaradılması zərurəti, onun proqram prinsipləri, İran dövləti tərkibində Azərbaycana inzibati- təsərrüfat, mədəni muxtariyyət verilməsi, bütün İranın siyasi həyatının demokratikləşdirilməsi, geniş xalq kütlələrinin mənafeyinə uyğun olan ictimai-iqtisadi islahatlann keçirilməsi və başqa məsələlər şərh olunurdu. Bəyanat milli həmrəylik əldə edilməsini nəzərdə tutur, müəyyən sosial təbəqələrin fəhlə və kəndlilərin sahibkarlara qarşı ekstremist meyillərini rədd edir, ictimai-iqtisadi islahatlann təkamül yolu ilə bütün cəmiyyətin xeyrinə həyata keçirilməsini lazım bilir, milliyyətindən və dinindən asılı olmayaraq, Azərbaycanda yaşayanlann hamısını bərabərhüquqlu sayırdı.
Artıq sentyabnn 13-də ADP təsisçilərinin ilk konfransı keçirildi. Konfrans 11 nəfərdən ibarət müvəqqəti komitə seçdi və ən qısa müddətə partiyanın birinci qurultayının çağırılmasını qərara aldı. Sentyabnn 5-dən ADP-nin orqanı olan «Azərbaycan» qəzeti ana dilində çıxmağa başladı.
ADP-nin yaranması, onun proqramı əhalinin ən müxtəlif təbəqələri içərisində rəğbətlə qarşılandı. «Tudə» partiyasının Azərbaycan bölməsinin üzvlərinin əvvəlcədən razılaşdınimış plana görə avtomatik surətdə ADP partiyasına keçməsi elan olundu. Bir neçə həftə ərzində partiya sıralanna minlərlə yeni üzv - fəhlə və kəndlilər, ziyalılar, xırda və orta sahibkarlar, hətta bəzi mülkədarlar da daxil oldu.
Dostları ilə paylaş: |