VII MÖVZU
Azərbaycan Elxanilər (Hülakülər) dövlətinin tərkibində.
P L A N
1. XIII əsrin başlanğıcında Azərbaycanda ictimai-siyasi vəziyyət. Monqolların hücumlarinin başlanmasi.
2.Elxanilər dövlətinin yaranması.
3.XIII əsrdə təssərüfat həyatı. Şəhərlər və mədəniyyət.
Ədəbiyyat.
1.Azərbaycan tarixi. VII cilddə, III cild, Bakı,2008,səh.14-76.
2.Azərbaycan tarixi üzrə qaynaqlar.B,1989,səh.121-137.
3.Azərbaycan tarixi.B,1994,səh.322-348.
4.Bakıxanov A.Gülüstani-İrəm.B,1991.
5.Əlizadə AA.XIII-XIV əsrlərdə Azərbaycanın sosial –iqtisadi və siyasi həyatı.B,1956.
6.Piriyev V. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə.(1316-1360-cı illər). Bakı. 1978.
1.XIII əsrin əvvəllərində Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olmuş Monqol dövlətinin qonşu ölkələrə yürüşü bu ölkələri təhlükə qarşısında qoydu. Monqollar arasında tatarlar, naymanlar, keraitlər, merkitlər, tayciutlar, onkutlar adlanan tayfa birləşmələri vardı. Çingiz xanın (1206-1227) başçılığı ilə təşkil edilmiĢ monqol feodal dövləti qonşu vilayətləri zəbt etməyə baĢladı. TəĢkilati və hərbi cəhətdən möhkəm olan ordu hissələri monqol feodalların qarĢısında geniĢ imkanlar açdı. Qonşu ölkələrdə hökm sürən feodal pərakəndəliyi isə Çingiz xanın iĢğalçı planlarının həyata keçməsi üçün əlveriĢli Ģərait yaratdı.
Monqol yürüşləri ərəfəsində Azərbaycanın vəziyyəti acınacaqlı idi. Ölkənin şərq sərhədlərində mövcud olan Xarəzmşahlar dövləti daxilən möhkəm əsaslar üzərində qurulmadığı üçün iqtisadi və güclü hərbi qüdrətə malik deyildi.
Həmçinin , Orta Asiyanın, Azərbaycanın yerli köçəri və oturaq feodal əyanları daxili çəkişmələrə və ziddiyyətlərə son qoymadılar, düşmənə qarşı birgə mübarizə aparmaq əzmi ilə vahid cəbhədə birləşə bilmədilər. Monqol hücumlarına məruz qalmış hər bir şəhər ayrılıqda öz daxili qüvvələri hesabına istilaçılara qarşı döyüşür və məğlub olurdu. Monqol qoşunları tutduqları şəhərlərdə görünməmiş dağıntılar törətdilər, əhalini qırdılar, qul etdilər, var-dövlətini taladılar və yerli əhalinin yeni etiraz çıxışları üçün zəmin saxlamadılar.
Monqol yürüşləri ərəfəsində Azərbaycan ərazisində vahid, mərkəzləşmiş dövlət yox idi və burada feodal pərakəndəliyi hökm sürürdü. Azərbaycanda Eldənizlər (yaxud Atabəylər) dövləti və şirvanşahlar dövləti mövcud idi, Marağada isə Rəvvadilər nəslindən olan yerli Ağsunqurilər sülaləsi (1108-1227) hökmranlıq edirdi.
XII əsrin sonunda Eldənizlər dövləti əzəli qüdrətini itirmişdi. Atabəylər ailəsinin ayrı-ayrı üzvləri arasında səltənətə varis olmaq uğrunda şiddətli mübarizə gedirdi. Daxili feodal çəkişmələri o dərəcəyə çatdı ki, bəzi feodal qruplar Əbubəkri hakimiyyətdən salmağa və Azərbaycanı ələ keçirməyə cəhd göstərdilər.
Atabəylərin son nümayəndəsi olan Özbək (1210-1225) feodal qrupların əlində oyuncağa çevrildi. Bütün dövlət işləri onun iştirakı olmadan həll edilirdi. Qonşu ölkələrdə mövcud olan şəraitdən istifadə edən Çingiz xan hakimiyyətinin ilk illərindən etibarən işğalçı müharibələr aparmağa başladı. 1211-ci ildə şimali Çin, 1215-ci ildə Pekin və şərqi Türküstan ələ keçirildi. 1219-cu ildə monqollar Xarəzm dövləti ərazisinə basqın etdilər. Orta Asiyanın Otrar, Buxara, Səmərqənd şəhərləri xarabalığa çevrildi. Monqol hücumlarına ciddi müqavimət göstərə bilməyən Xarəzmşah Məhəmməd və onun oğlu Cəlaləddin İrana qaçdılar.
Monqollar Azərbaycana ilk dəfə 1220-ci ildə yürüş etdilər. Monqol sərkərdələri Cəbə və Subutay Zəncanı, Ərdəbili, Sərabı və başqa şəhərləri talan etdilər, dağıtdılar, Təbrizə yaxınlaşdılar.lakin Təbriz xərac verərək hücumdan xilas oldu. Monqollar böyük xərac aldıqdan sonra qışlamaq üçün Muğana yollandılar və oradan Gürcüstana basqın etdilər. 1221-ci ilin əvvəllərində Cəbə və Subutayın dəstələri Gürcüstandan Azərbaycana qayıtdılar və Təbrizə tərəf yönəldilər. Təbriz hakimi ġəmsəddin Tuğrayi pul, geyim və mal-qaradan ibarət xərac verməklə şəhəri qarətdən xilas edə bildi. Bundan sonra monqollar qəflətən Marağa üzərinə yürüş etdilər.əhaliyə qanlı divan tutuldu. Monqollar Marağada ikən Həmədanda xalq üsyanı baş verdi, Cəbə və Subutay Azərbaycanı tərk etməli oldular. Tezliklə Cəbə və Subutay Həmədanda üsyanı yatırdılar, sonra isə Ərdəbilə basqın edərək Ģəhəri ələ keçirdilər.
Monqol qoşunu Ərdəbil istiqamətindən Təbrizə üçüncü dəfə hücum etdi. Özbək düşmənin şəhərə yaxınlaşdığını eşidib Naxçıvana qaçdı. Təbriz hakimi Şəmsəddin Tuğrayi üçüncü dəfə də xərac verib şəhəri azad etdi. Monqollar Sərab şəhərini zəbt etdikdən sonra Beyləqana tərəf yönəldilər. Monqol qoşunları ilə şəhər əhalisi arasında qanlı vuruşma baş verdi. Amansız döyüşdən sonra Beyləqan zəbt edildi və əhaliyə qanlı divan tutuldu. Beyləqana od vurub yandıran monqol sərkərdələri Cəbə və Subutay şəhər əhalisindən xərac alıb Gürcüstana getdilər və oradan qayıdıb ġirvana soxuldular. Lakin şəhərə girə bilmədilər. Monqollar 1222-ci ildə Şamaxıdan şimala tərəf yönəldilər. Dərbənddən keçməyin çətinliyini anlayaraq hiyləyə əl atdılar və danıĢıqlar üçün ġirvanĢaha xəbər göndərdilər. Şirvanşah təklifi qəbul etdi və 10 nəfərlik elçi heyəti göndərdi. Monqollar elçilərdən birini öldürdülər, digərlərini isə məcbur etdilər ki, onları gizli yollarla Dərbənddən Ģimala keçirsinlər. Beləliklə, monqol qoĢunları 1222-ci ildə Azərbaycan ərazisini tərk etdilər və Monqolustana qayıtdılar. Monqolların ilk yürüşləri kəşfiyyat xarakteri da.ıyırdı. Lakin bu yürü.ər Azərbaycanda siyasi pərakəndəliyin hökm sürdüyünü bir daha sübut etdi. Düşmənə qarşı yekdilliklə mübarizə aparılmaması monqolların qələbəsini təmin etdi.
1223-cü ildə Eldənizlərin zəifliyindən istifadə edən Qıpçaq tayfaları Dərbəndi keçərək Şirvan, Gəncə, Qəbələyə qədər gəlib çıxdılar, böyük talanlar törətdi-lər.Belə bir vəziyyətdən Gürcü feodalları da istifadə etmək məqsədilə 1225-ci ildə Gəncəyə basqın etdilər.
1225-ci ildə Azərbaycan monqol hücumları nəticəsində hakimiyyətdən məhrum olmuş Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qaldı. Cəlaləddn Xəzərin cənubundan keçərək Marağanı tutdu. Az sonra Təbrizə hücum etdi.Atabəy Özbək ailəsi ilə Gəncəyə,oradan isə Əlincəyə qaçdı və az sonra orada öldü.Bununla da Atabəylər dövləti süqut etdi (1225).
Təbrizlilər Şəmsəddin Tuğrainin qardaşı oğlu Nizaməddinin başçılığı altında şəhəri müdafiəyə qalxdılar. Müdafiəçilər 7 gün mərdliklə vuruşdular. Lakin şəhər əyanlarınn satqınlığı üzündən şəhər təslim oldu. Daha sonra Gəncə, Beyləqan, Bərdə, Şəmkir və başqa şəhərlər də istila olundu. Marağanın tutulması ilə Ağsunqurilər dövləti də süqut etdi. Şirvanşahlar da ildə 100 min dinar vermək şərti ilə Cəlaləddinin vassalına çevrildilər.
Azərbaycanın idarəçiliyi Cəlaləddinin vəziri Şərəf Əl Mülkin ixtiyarına verildi. Onun Təbrizdə qeyri-qanuni vergilər toplaması şəhər əhalisinin üs-yanına səbəb oldu. Gürcüstan yürüşündə olan Cəlaləddin Təbrizə gələrək üs-yanı yatırmış və şəhər rəisi Nizaməddin Tuğraini edamı etdirmişdi. Bir qədər sonra Təbriz əhalisi Yarbəyin başçılığı altında üsyana qalxmışdı.Tezliklə xalq hərakatı bütün Azərbaycanı bürümüşdü.
1231-ci ildə Gəncə üsyanı xalq hərakatının ən yüksək pilləsi oldu. Sənət-kar Bəndərin başçılığı ilə gəncəlilər şəhər hakiminin sarayını ələ keçirərək şəhərdəki özbək qarnizonunu məhv etdilər. Şəhər üsyançıların əlinə keçdi. Bunu görən Cəlaləddin üsyançıalarla danışığa girib təslim olunmalarını tələb etdi. Lakin üsyançılar mübarizədən əl çəkməyərək, şəhərdən çıxdılar və sul-tan ordusuna hücum etdilər. Lakin qanlı döyüşdən sonra üsyançılar şəhərə doğru geri çəkildilər. Bunların ardınca Cəlaləddin də şəhərə soxularaq üsyanı yatırdı. 30 min nəfəri Cəlaləddin edam etdirdi, Bəndəri isə tikə-tikə doğratdı.
Azərbaycanın Xoy, Mərənd, Naxçıvan və başqa şəhərlərində də Cəla-ləddinə qarşı xalq üsyanları baş vermişdi.
Monqol qoşunları Cormağunun başçılığı ilə Rey və Həmədan şəhərlərini zəbt edib, 1231-ci ildə ikinci dəfə Azərbaycana soxuldular. Azərbaycanda mövcud olan vəziyyət düşmənə güclü müqavimət göstərməyə imkan vermədi, lakin bir sıra şəhərlərdə istilaçılara qarşı gərgin mübarizə getdi. Marağa şəhəri düşmənə ciddi müqavimət göstərdi. Monqollar şəhəri çətinliklə tuta bildilər və əhali üzərinə ağır vergi qoyuldu. Sonra Təbriz şəhəri mühasirəyə alındı. Lakin şəhər əyanları yenidən istilaçılarla danışıqlar apardılar. Onları qiymətli hədiyyələrlə razı saldılar və şəhəri növbəti qırğından xilas etdilər. Monqollar buradan Gəncəyə yönəldilər və şəhəri tutmağa cəhd etdilər. Əhalinin müqaviməti elə güclü idi ki, işğalçılar qala divarlarını dağıtdıqdan sonra da bir həftə ərzində şəhərə girməyə cürət etmirdilər. 1235-ci ildə Gəncəni zəbt edən düşmənlər əhaliyə qanlı divan tutdular. Gəncə 4 il ərzində xaraba vəziyyətdə qaldı. Monqollar Azərbaycanın digər Ģəhərlərində də dağıntılar törətdilər, Ģəhər və kənd əhalisini qarət etdilər. Onlar şəmkirdə ciddi müqavimətə rast gəldilər. DüĢmən Ģəhərə yaxınlaĢdıqda Ģəmkirlilər Ģəhər hakimi Bəhramdan yadellilərə qarĢı mübarizəyə qalxmağı tələb etdilər. Lakin Bəhram buna razı olmadı. Monqollar ġəmkiri mühasirəyə aldılar, Ģəhər ətrafındakı xəndəklərə odun və saman dolduraraq qala divarlarına qalxmağa cəhd göstərdilər. ġəmkirlilər bundan xəbər tutub gecə ikən samana od vurub yandırdılar. ġəhərə can atan monqol qoĢunu xəndəkləri qum ilə doldurdu və bu üsulla atəşə son qoyaraq şəhərə soxula bildi. ġəmkir yandırıldı, onun sakinləri qılıncdan keçirildi.
Monqollar Azərbaycanın digər şəhərlərinə də yürüş etdilər. Bakı və Tovuz ələ keçirildi. 1239-cu ildə Dərbənd Ģəhərinin zəbt olunması ilə bütün Azərbaycan monqollar tərəfindən istila edildi.
İlk yürüşlərdən fərqli olaraq monqolların ikinci yürüşündə əsas məqsəd zəbt edilmiş ölkələrdə (ilk növbədə Azərbaycanda və ona qonşu olan ərazidə) möhkəmlənmək idi. Buna görə də monqollar qələbə əldə etdikdən sonra Monqolustana qayıtmadılar, Cənubi Qafqazda və İranda məskunlaşdılar.
2. Azərbaycan və eləcədə Ön Qafqaz ərazisi 1239-1256-cı illərdə ali mon-qol xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. İlk canişin Arqun ağanın yeritdiyi əsas siyasət yerli feodalların monqol əyanlarından asılılığını təmin etməkdən ibarət idi.
Monqol xaqanlığının ön Asiya, Cənubu Qafqaz və Kiçik Asiyanı ələ keçirməsinə baxmayaraq XIII əsrin ortalarında həmin vilayətlərdə iri feodal malikanələri hələ də öz müstəqilliyini itirməmişdi.
Ali monqol xaqanı Münke istilaları davam etdirmək məqsədilə 1253-cü ildə Ön Asiyaya qoşun göndərdi. Yürüşə Münkenin qardaşı Hülakü xan rəh-bərlik edirdi. O, 1256-cı ildə Amu-Dəryanı keçərək Xəzərin cənubu ilə hərə-kətə başladı. Həmin il İsmalilərin Ələmut qalası süquta uğradı. 1258-ci ilin fevralında Hülakünün sərkərdəsi Baqu Bağdadi ələ keçirərək 500 il hökm-ranlıq etmiş Abbasilər xilafətinə son qoydu.
Zəbt edilmiş ərazilər hesabına yeni Monqol ulusu (dövləti ) Hülakülər dövləti yarandı. Bu dövlət Azərbaycanda bir əsrə qədər (1357) fəaliyyət gös-tərmişdir. Azərbaycan dövlətin siyasi-inzibati mərkəzinə çevrildi. Əvvəlcə Marağa, sonra isə Təbriz paytaxt oldu.
Hülakülər dövlətinin tərkibinə Azərbaycan, İraqi- Ərəb, İraqi-Əcəm, Kir-man, Gürcüstan , Kiçik Asiya, Fars, Xrizistan, Xorasan vilayətləri daxil idi.
Hülakü xan oturaq əhalinin istismarı və yerli feodalların istismarı və sı-xışdırması nəticəsində güclü mərkəzləşmiş dövlət yaratdı. Yalnız Şirvan-şahlar öz daxili müstəqilliklərini qoruyub saxlaya bilmişdilər.
Hülakü xanın ölümündən sonra (1265) hakimiyyətə Abaqa xan (1265-1282) keçdi.Onun hakimiyyətinin son dövrlərində mərkəzi hakimiyyətə qarşı narazılıqlar artdı. 1275-ci ildə ona qarşı hətta Aranda üsyan baş verdi, lakin üsyan çətinliklə də olsa,yatırıldı.Abaqa xandan sonra hakimiyyətə gələn Əh-məd xan (1282-1284) cəmi iki il ölkəni idarə edə bildi.O, feodalların səyi ilə taxtdan salındı və Arqun xan (1284-1291), sonra isə Göyxatun xan (1291-1295) hakimiyyətə gəlsə də bir neçə ay taxtda oturdu.
Hülakılər sarayında baş verən çevriliş və çəkişmələr mərkəzi hakimiy-yəti olduqca zəiflətmişdi.Bundan istifadə edən Qızıl Ordalılar 1263,1265, 1288 və 1290 -cı illərdə Azərbaycan torpaqlarına basqın edərək talanlar törət-mişlər.Qızıl Ordalılarla Hülakulər arasında müharibələr fasilələr 100 ilə qə-dər davam etmişdir. Bu müharibələr xalqı tamamilə var-yoxdan çıxarmışdı.
1295-ci ildə Hülakulər taxtına Qazan xan (1295-1304) yiyələndi.O, öz siyasətində yerli feodallarla əlaqənin möhkəmlənməsi siyasəti yeridirdi. Hətta o,islam dinini də qəbul edərək məscid tikdirdi.Köçəri monqol əyanları ona qarşı çıxsalar da O,yerli feodallara arxalanaraq narazılıqları yatıra bildi. Mər-kəzi hakimiyyəti möhkəmləndirdi. Ölkədə nisbətən sabit vəziyyət yarandı. Ulcaytu xanın dövründə də (1304-1316) bu sabitlik pozulmadı. Lakin 12 yaşlı Əbu Səidin hakimiyyətə gəlməsilə (1316-1335) feodal araçəkişmələri yenidən qızışdı. Faktiki olaraq hakimiyyətin Sulduzilər nəslindən olan Əmir Çobanın əlində cəmlənməsi bir çox feodalların narazılığına səbəb oldu. 1319,1320,1322-ci illərdə dövlətin müxtəlif ərazilərində iğtişaşlar qalxdı. Lakin həmin iğtişaşlar Əmir Çobanın səyi nəticəsində yatırıldı. Bundan sonra Əmir Çoban artıq dövlətin faktiki hakimi kimi fəaliyyət göstərməyə başladı. Bundan narazı olan Əbu Səid 1328-ci ildə Əmir Çobanı və bir neçə oğlunu öldürtdürdü.
1335-ci ildə Qızıl Ordu xanı Özbək yenidən Azərbaycana soxuldu. Elə bu zaman Əbu Səid feodal araçəkişmələri nəticəsində öldürüldü. Qısa müddət ərzində hakimiyyətdə Arpa xan (1335-1336), Musa xan (1336), Məhəmməd xan (1336-1338) bir-birini əvəz etdi. Bu vəziyyətdən istifadə edən bir sıra əy-anlar və nəsillər müstəqilləşməyə meyl etməyə başladılar. Belə qüvvələrdən Çobaniləri, Cəlariləri və Xorasan əmirlərini göstərmək olar.
Çobanilər hakimiyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplarından idi .Əmir Çobaninin nəvəsi Şeyx Həsən Çobani 1338-ciildə cəlairlilərə qalib gələrək Ulcaytu (Məhəmməd Xudavəndə) xanın qızı Satıbəy Xatunu padşah elan edib dövləti onun adından idarə eməyə başladı.1340-cı ildə ildə Şeyx Həsən Satıbəyi hakimiyyətdən kənarlaşdırıb Süleyman xanı padşah elan etdi. (1340-1344) 1344-cü ildə hakimiyyət Məlik Əşrəfin əlinə keçir. Əşrəfin qəddarlığından cana doyan əhali Qazı Məhiyəddin Bərdəinin başçılığı ilə üsyan etdilər. Hətta onlar Qızıl Orda xanı Cani Bəyi köməyə çağırdılar. 1357-ci ildə Cani bəy Azərbaycana gəlir və hakimiyyəti ələ keçi-rir.Əşrəf-Çobani isə ələ keçirilərək edam edildi. Beləliklə həm də Hülakülər dövlətinin varlığına son qoyuldu.
Hakimiyyəti ələ keçirən Cani bəy oğlu Bərdi bəyi Təbrizdə səltənətə oturtdu. 2 ay sonra atasının ölüm xəbərini alan Bərdi bəy Qızıl Orduya qayıtdı.
Bundan istifadə edən Cəlairi əmir Şeyx Uveys (1359-1374) 1358-ci ildə Azərbaycana yürüş etdi və hakimiyyətə yiyələndi. Azərbaycan Cəlairlər dövlətinin tərkibinə daxil oldu. Təbriz dövlətin paytaxtı idi.1367 –ci il də Cəlairlilər Şirvani zəbt etdilər. Şeyx Uveysin dövründə mərkəzi idarəetmə aparatı möhkəmləndi, iqtisadiyyatda müəyyən canlanma baş verdi. Lakin Cə-lairi Sultan Hüseynin dövründə (1374-1382) ölkədə feodal dağınıqlığı gücləndi, mərkəzi hakimiyyətə qarşı mübarizə şiddətləndi.
Hakimiyyəti ələ almağa can atan Cəlairli Sultan Əhməd yerli feodalların narazılığından öz xeyrinə istifadə edərək 1382-ci ildə Sultan Hüseyin öl-dürtdürür. Hakimiyyətə Sultan Əhməd keçir (1382-1410). Onun hakimiy-yətinə isə Əmir Teymurun yürüşləri son qoysa da 1410-cu ildə Qaraqoyunlu Qara Yusif tərəfindən öldürülərək Cəlairlər sülaləsinə son qoyur.
3. Monqol işğalı Azərbaycanın iqtisadiyyatına çox ağır zərbə vurdu. Əhalinin kütləvi Ģəkildə məhv edilməsi monqol qoĢunlarının ilk yürüĢlərinin nəticəsi idi. Monqol yürüĢləri, iĢğalları orta əsrlər ərzində görünməmiĢ terror və zülm sisteminin tərkib hissəsi olmuĢdur. Xeyli maddi dəyəri və insan ehtiyatını özündə cəmləĢdirmiĢ iri ticarət-sənətkarlıq mərkəzləri - Ģəhərlər monqol qoĢunlarının baĢlıca hücum hədəfləri idi.
Monqolların birinci və ikinci yürüĢləri nəticəsində Ərdəbil, Beyləqan, Marağa, Gəncə, ġamaxı, Naxçıvan, Xoy, Səlmas, Sərab, ġəmkir, Kağəzkonan, Bərdə, Ucan və Qəzvin Ģəhərləri daha böyük dağıntılara məruz qaldı. Yalnız Qəzvin Ģəhərində 40 minədək insan qətlə yetirildi.
Ərdəbil və Beyləqan Ģəhərləri 7-8 il ərzində əhalidən məhrum olmuĢ, viran edilmiĢ vəziyyətdə qaldı. Bu Ģəhərlər XarəzmĢah Cəlaləddinin dövründə qismən bərpa edildi.
Tarixçi Həmdullah Qəzvininin verdiyi məlumata görə Azərbaycanın cənubunda buğda,çəltik,pambıq, meyvə və üzüm becərilirdi. Bir sıra şəhərlərdə sənətkarlıq istehsalı dirçəlməyə başlamışdı. Ərdəbildə zolaqlı və alabəzək parçalar, Bərzənddə ipək örtüklər, Şəmkirdə yun paltar hazırlanır, Qəbələdə xan ipək istehsal olunurdu. XIII əsrin sonlarında ticarət də müəyyən qədər canlanmışdı. Azərbaycanın Şərq və Avropa ilə geniş ticarət əlaqələri tədricən bərpa edilirdi. Ən mühüm ticarət yollarında karvansaralar tikilirdi. Karvansaralar müəyyən dərəcədə qala istehkamlar şəklində tikilirdi. Çünki tacirlər tez-tez basqınlara məruz qalırdılar.Məsələn, Minəcik, Sanqaçal, Beş-Barmaq dağları yaxınlığında indi də qalmaqda olan karvan-saralar qalaları xatırladır.
XIII-XIV əsrlərdə Qərblə Şərq arasındakı ticarətdə Venetsiyalı və Genuyalı tacirlər böyük rol oynayırdılar. Onlar Azərbaycana xəz, kətan, mahud, qalay gətirir, buradan isə ipək, ədviyyat, daş-qaş və sair aparırdılar. Ticarətdə Təbriz şəhəri əsas rol oynayırdı. Elxanilər dövründə Təbriz çox böyümüşdü. Lakin digər şəhərlər monqolların vurduqları ziyan nəticəsində uzun müddət dirçələ bilmədi. Məsələn Gəncə, Beyləqan və s.
Mənbələrin məlumatına görə Təbrizdə 200 min ev, 1 milyona yaxın əhali yaşayırdı. 1321-ci ildə Təbrizə gəlmiş italiyalı Odorik Perdenon belə yazır: "Təbriz şahanə şəhərdir. Ticarət baxımından dünyada Təbrizdən yaxşı şəhər yoxdur. Çünki yer üzündə elə mal tapılmaz ki, Təbriz anbarlarında həmin maldan olmasın.
Monqol işğalı Azərbaycanın mədəniyyətinə də böyük ziyan vuraraq bir müddət elm, mədəniyyət və incəsənətin inkişafını ləngitdi. İşğalçılar əsarətə alınmış xalqların əsrlərdən bəri yaratdıqları mədəniyyət xəzinələrini dağıdıb məhv edirdilər. Lakin bütün bunlara baxmayaraq Azərbaycan xalqı öz mədəniyyətinin inkişafını davam etdirirdi. Hətta monqolların dövründə də Azərbaycan şərqin ən mühüm mədəni mərkəzlərindən biri olmuşdur.
Həmin dövrdə Övhədi Marağai, Zülfiqar Şirvani, İzzəddin Həsənoğlu kimi şairlər yazıb yaratmışdılar.
Övhədi Marağainın yazdığı, “Dəhnamə” (on məktub) poeması Azərbay-can şairlərinin əsərləri içərisində xüsusilə seçilirdi. Poemada feodalların amansız zülmü və ruhanilərin ziyanlığı ifşa olunurdu.
Azərbaycan –türk dilinin əhəmiyyətinin artması ilə əlaqədar olaraq hə-min dildə yazılan əsrlərin sayı da çoxalmışdı. Elmi əsərlər isə əvvələrdə ol-duğu kimi ərəb və fars dillərində yazılırdı. Türk dili dövlət dili səviyyəsinə qaldırıldı. Məhəmməd Naxçıvani qeyd edir ki, mühüm dövlət sənədləri əha-liyə 3 dildə -türk, ərəb və fars dillərində çatdırılırdı. Alim İbn Mühənna ilk dəfə Azərbaycan sözləri tərtib etmişdi. 1233-cü ildə şair Əli türk dilində “Yusif dastanı” əsərini yazmışdı.
Azərbaycan dilində yazan şairlərdən biri də İzzəddin Həsənoğlu idi. Onun Azərbaycan dilində yazılmış “Divani” böyük şöhrət tapmışdır. Həmin poemada coşqun və sədaqətli məhəbbət tərənnüm edilir.O, öz nigarına mü-raciət edərək deyir:
Həsənoğlu sənə gərçi duaçidir, vəli sadiq
Nə sadiq, sadiqi bəndə, nə bəndə, bəndeyi-çakər.
Göstərilən dövrdə memarlıq da inkişaf edirdi. Abşeronda. Naxçıvanda, Təbrizdə memarlığın gözəl abidələri-qalalar, qullələr, məqbərələr, məscidlər, karvansaralar və s. indidə qalmaqdadır.
Məsələn, Mərdəkan, Nardaran, Ramana qalaları həmin dövrdə tikilmiş-dir. Təbrizin Ərk qalası, Naxçıvanın Qarabağlar memarlıq kompleksləri indi də öz gözəlliyini saxlayırlar.
Azərbaycanda astronomiya (nücum), riyyaziyyat, tibb, fəlsəfə, tarix, coğrafiya və sair elmlər üzrə əhəmiyyətli kəşflər edildi, əsərlər yazıldı.
Görkəmli Alim Nəsrəddin Tusinin rəhbərliyi ilə 1259-cu ildə açılmış Marağa rəsədxanası və eləcə də XIV əsrin əvvəlində Şamqazanda tikilmiş rəsədxana Şərqdə astronomiya elminin mərkəzinə çevrilmişdi. Burada dünyanın bir çox ölkələrindən görkəmli alimlər çalışırdılar. Ən yaxşı cihazlarla təchiz olunmuş bu rəsədxanada elmi əsərlər, ulduzlu göyün xəritəsi, astronomiya cədvəlləri yaranmış və hətta həmin əsərlər Yunan dilinə tərcümə edilmişdi. Təbabətin inkişafında mühüm naiyyətlər əldə olunmuşdu. XIV əsrin əvvələrində Təbrizdə “Dar-əş Şəfa” (Şəfa evi) yaradılmışdı. Hətta orada universitetə oxşar bir məktəb var idi. Burada təbiətşünaslığı, fəlsəfəni, məntiqi, tarixi, təbabəti, ilahiyyatı, öyrənmək üçün Şərqin müxtəlif ölkələ-rindən gəlmiş 6-7 min tələbə təhsil alırdı.
Həmin dövrdə riyaziyyat , fəlsəfə, tarix və başqa elm sahələrində gör-kəmli alimlər yetişmişdi. Azərbaycanın məhşur riyaziyyatçısı “Risalətül-he-sab”əsərinin müəllifi Ubeyd Təbrizi və görkəmli filosof Mahmud Şəbüstəri “Gülşəniraz”, “Səadətnamə” kimi qiymətli elmi əsərlər yazmışlar.
Tarixçi Məhəmməd Naxçıvaninin yazdığı “Dəstül Əl-Kitab” (qanunlar kitabı) o dövrün ictimai-siyasi həyatını canlandırır. Tarixçi Rəşiddədinin əsərləri “Şərq tarixşünaslığının qızıl əsərləri”hesab olunur. Onun “Came ət təvarix” əsəri hələdə qiymətli tarixi əsər sayılır.
Bu dövrdə Azərbaycanda elmin və ədəbiyyatın inkişafı ilə əlaqədar husn-xətt sənəti geniş yayılmışdı. Bütün kitabları xəttatlar gözəl xətlərlə ya-zıb köçürürdülər.
Musiqi sahəsində Səfiəddin Urməvinin xidmətləri çox böyük olmuşdur. O, özünün “Dövlət kitabı” əsərində musiqi nəzəriyyəsinə və not sənətinə aid qiyməli fikirlər söyləmişdir. O, not yazısının banisi sayılır. Səfiəddin Urməvi hətta bir neçə klassik muğam yaratmışdır.
Beləliklə Hülakülər dövründə baxmayaraq ki, işğalçılar Azərbaycan mədəniyyətinin obyektiv inkişafını ləngidir və maneçilik göstərirdilər, lakin xalq öz mədəniyyətini qoruyub saxlayır və inkişaf etdirirdi.
IV MÖVZU
Azərbaycan Ərəb xilafətinin tərkibində
Plan
1.Xilafətin Azərbaycana yürüşlərinin başlanması. Girdiman knyazlığının xarici və daxili siyasəti.
2.Xilafət hökmranlığı dövründə idarəçilik, köçürmə, torpaq və vergi siyasəti. islam dininin yayılması.
3.Xürrəmilər hərəkəti. Babəkin başçılığı altında azadlıq hərəkatı.
ƏDƏBIYYAT
-
Azərbaycan tarixi. VII cilddə,Icild, Bakı, 2008, səh.150-254.
-
Azərbaycan tarixi: üzrə qaynaqlar.Bakı, 1989, sənəd №14,23
-
Azərbaycan tarixi: Z.Bünyadovun redaktorluğu ilə. Bakı 1994, səh.
290-272.
-
Vəlixanlı N.IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında.
Bakı,1974, səh. 33-39.
-
Bünyadov Z.Azərbaycan VII –IX əsrlərdə. Bakı, 1993.
-
Vəlixanlı N.Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993.
-
Səid Nəfisi. Babək. Bakı, 1990.
-
Əliyev R.İ. Azərbaycan XII-XIV əsrlərdə. Bakı, 1980, səh.5-29.
Azərbaycan dövlətçiliyi tarixində onun imperiyaların tərkibinə daxil olması dövrü də olmuşdur. Onlardan biri də Ərəb Xilafəti idi. Mənbələr göstərir ki, VII əsrin birinci qərinəsində Ərəbistan yarımadasında güclü bir feodal dövləti meydana gəldi. Asiyada, Afrikada və Avropada bir sıra ölkələri işğal edib şöhrət qazanan bu dövlətin yaradıcısı məkkəli Məhəmməd idi. Onun yaratdığı yeni dini təlim-islam (mənası Allaha mütilik deməkdi) feodal münasibətlərinin inkişafında, dövlətin möhkəmlənməsində və genişlənməsində böyük rol oynadı. Ərəb əyanları Məhəmmədin yaratdığı islam dinindən başqa ölkələrin işğal olunmasında bir vasitə kimi istifadə etdilər.
Məhəmmədin vəfatından sonra onun yaratdığı dövləti peyğəmbərin xələfləri idarə etdiyindən, dövlət xilafət adlanırdı.
Ərəb tarixi 3 dövrə bölünür.
Ərəb Xilafətinin I dövrü (630-661) 661-ci ilə qədər olan dövrü əhatə edir. Bu dövrdə Məhəmməd Peyğəmbər və onun 4 xəlifəsi (Peyğəmbərin müavinləri) hakimiyyətdə olmuşdular. 632-ci ildə Məhəmməd Peyğəmbər vəfat etdi. O vəfat edəndən sonra ərəb işğalları genişləndi. Ərəblərin hərbi işğallarının səbəbləri aşağıdakılardır: Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər ikisini zəiflətmişdi; ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən süvarilərin sayı daha çox idi; Bizans və İran əhalisi ağır vergilərdən azad olmaq üçün ərəblərə xilaskar kimi baxır, onların tərəfinə keçirdi.
Xəlifə Əbu Bəkir (632-634), Ömər (634-644), Osman (644656), Əli (656-661) dövründə işğalçılıq müharibələri genişləndi. Əbu-Bəkir dövründə Suriya və İranın işğalına başlandı. Ömər Suriya, İraq və Misiri işğal etdi. Yərmuq (636) döyüşündə Bizans məğlub oldu. 638-cı ildə Kadsiyyə yaxınlığında İran qoşunu məğlub oldu. 642-ci ildə Nahavənd vuruşmasında ərəblər İrana qalib gəldilər. İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı. Mədain (Ktesefon) 652-ci ildə tutuldu və Sasanilər dövlətinə son qoyuldu.
Ərəb xilafətinin II dövrü 661-750-ci illəri əhatə edir. 661-ci ildə xəlifə Əli Kufədə öldürüldü. Hakimiyyətə Müaviyə və onun oğlu Yəzid gəldi. Bu sülalə Əməvilər sülaləsi adlanırdı. Bu sülalənin dövründə xilafətin paytaxtı Mədinədən Şam (Dəməşq) şəhərinə köçürüldü.
Ərəb xilafətinin III dövrü 750-1258-ci illəri əhatə edir. Abbasilər 750-ci ildə Kufə məscidində Əməvilərin sonuncu nümayəndəsi Mərvanı qohumları ilə edam etdilər və hakimiyyətə gəldilər. Onlar 762-ci ildə Bağdad şəhərinin əsasını qoydular və paytaxtı Dəməşqdən Bağdada köçürdülər. Elə buna görə də bu dövlət Bağdad xilafəti adlanır.
Ərəblərin İlkin hücumlarını dəf etməyə cəhd göstərən III Yezdəgird ona tabe olan ölkələrdən kömək istədi. Belə bir əmr olan Alban çarı Varaz Qriqor öz ikinci oğlu Cavanşiri döyüş meydanına göndərdi. O, Xorasan hakimi Fərruxzaq oğlu Rüstəmin rəhbərlik etdiyi İran ordusunun tərkibində ərəblərə qarşı döyşmüşdür. Kadusiyə döyüşündə Cavanşir öz şücaəti ilə seçilmişdi. III Yezdəgird onu qiymətli hədiyələrlə mükafatlandırılmışdır. Demək olar ki, Cavanşir İran qoşunları tərkibində ərəblərə qarşı vuruşmuşdur.
Ktesifonun mühasirəsində də Cavanşir fəallıq göstərmişdi. Təəssüf ki, həmin döyüşdə sərkərdə Rüstəm həlak oldu.639-cu ildə Cavanşir döyüşün mənasızlığını görərək öz qoşunları ilə Albaniyaya qayıdır. Həmin ildə Azərbaycana soxulan İran qoşunları Bərdə yaxınlığında Cavanşir tərəfindən darmadağın edildi.
639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı altında ərəb qoşunları Azərbaycan ərazilərinə soxuldular və burada güclü müqavimətə rast gəldilər. Azərbaycan qoşunlarına mərzban Fərruxzad oğlu İsfəndiyar başçılıq edirdi.Lakin o, məğlub olaraq əsir düşür. Bundan sonra onun qardaşı Bəhram qoşuna başçılıq edir. Lakin o da ərəblər tərəfindən məğlub edilir.644-cü ildə o, ərəblərlə müqavilə bağlayır.
Müqavilənin şərtlərinə görə azərbaycanlılar ərəblərə tabe olaraq vergi verməli,ərəb əsgərlərini evində saxlamalı idilər.
642-ci ildə Ərəblər Muğanı, Şirvanı keçərək Dərbəndə qədər gəlib çıxdılar. Şirvanşah Şəhriyar aman istədi və sülh bağladı. 646-cı ildə Naxçıvandan hücuma başlayan ərəblər, əvvəlcə Şəki və Gorus, sonra Beyləqan və Bərdəni tutdular. Daha sonra Qəbələ, Şivan , Şabran əhalisi təslim oldular.
653-cü ildə Bələncər yaxınlığında ərəblər Xəzər qoşunları tərəfindən darmadağın edildilər. Lakin ərəblər Azərbaycandan əl çəkmək istəmir və hücum-larını davam etdirirdilər.
Belə bir dövrdə gənc Cavanşir ölkəni ərəb təhlükəsindən qurtarmaq məqsədilə bir sıra tədbirlər gördü. Moisey Kalankatuklu onun haqqında belə yazırdı: “ Cavanşir İran savaşında ad çıxarıb geri qayıtdı. Hökmdar paltarın geyib taxta çıxdı. Albaniyanı öz səviyyəsinə yüksəltdi. O,Qafqazın vəhşi kimi yaşayan tayfalarını ağıl və haqq yoluna gətirdi. Beləliklə, İberiya sərhədlərindən Hun qapılarına (Dərbənd) və Araz çayına kimi mütləq hökmdarlıq etdi.”
Ərəblər Azərbaycana soxulanda Cavanşir onlara qarşı mübarizə məqsədilə Bizans imperatoru II Konstantin (641-668)ilə ittifaqa girdi.
654 cü ildə hər iki hökmdar görüşüb ərəblərə qarşı birgə mübarizə məsələlərini müzakirə etmişlər. 660-cı ildə ikinci belə görüş olmuşdu.
622-ci ildə ikinci bir təhlükə yarandı. Ərəbləri Bələncən yaxınlığında məğlub edən Xəzərlər Albaniyaya soxuldular. Kür çayı sahilində Cavanşir xəzərləri məqlub edir. Albaniya tarixində göstərilir. “O günü Cavanşir böyük qələbə qazandığı üçün həmin barbar xalqa belə söylədi. “Get,Çola qapıarından (Dərbənd ) geri qayıt və bir də buraya gəlmə, çünki tanrı sənin gücünü heç etmişdir”.
Lakin 665 –ci ildə ərərlər yenidən Albaniyaya hücum etdilər və Araz sahillərinə qədər gəlib çıxdılar. Cavanşir həm ərəblərə, həm də xəzərlərə qarşı mübarizə aparmalı oldu. Bunun çətinliyini görərək Cavanşir xəzərlərlə sülh bağladı, xəzər xaqanının qızı ilə evlənərək əsirlər və aparılmış qəniməti geri qaytardı.
VII əsrin 60-cı illərində siyasi hadisələrin sonrakı gedişi Cavanşiri Xilafətə qarşı öz siyasətini dəyişməyə məcbur etdi. Belə bir şəraitdə Cavanşir ərəblərə qarşı əvvəlki münasibətini dəyişir və 667-ci ildə Şam şəhərinə Müaviyyənin görüşünə gedir.Bu görüş Cavanşir üçün uğurlu alınır. 670-ci ildə Xəlifə yenidən Cavanşiri Şama dövlət etdi. Cavanşir Xilafətlə Bizans arasında gedən diplomatik danışıqlara vasitəçilik etmişdi.
Alban tarixində göstərilir: “Cavanşir Şama gəldi... Xəlifə axşam yeməyinə onunla birlikdə oturdu... Xəlifə onun dərin biliyinə heyrət etdi. Ona bir dəvə, 52 iti yerişli at və Sünik knyazlığının hakimiyyətini bağışladı. Xəlifə həm də Atropatena torpaqlarının da idarələrini zorla ona tapşırmaq istədi. Lakin Cavanşir artıq şöhrət-dən boyun qaçırdı... öz ölkəsinin üzərinə qoyulmuş verginin azaldılmasını xahiş etdi”.
Xəlifə Albaniya hakiminə xeyli güzəştə getdi, onun ölkəsinin daxili müstə-qilliyinə toxunmadı, əhalidən alınan vergiləri üçdə birə qədər azaltdı.
Cavanşir daxildə mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün iri feodal əyanlara qarşı uzun müddət ciddi mübarizə aparmalı oldu və nəticədə 680 (681) ci ildə ölkə daxilindəki Bizanspərəst feodalların gizli qəsdi nəticəsində öldrüldü.
Hakimiyyətə Varaz Trdat keçir. Bu zaman Xəzərlər yenidən Albaniya ərazisinə hücum edirlər. Lakin Varaz onlarla sülh bağlaya bilir.
Xəlifə onu “Şərq vilayyətlərinin canişini, Alban padşahlığının və Uti əyalətinin hakimi “ təsdiq etdi.
VII əsrin 80-ci illərində Bizansın Cənubi Qafqaza yürüşləri başlayır. Azərbaycan üç böyük imperiyanın döyüş meydanına çevrilir.
699 – cu ildə yenidən Albaniyaya hücum edən bizanslılar Varaz Trdat və iki oğlunu həbs edərək Konstantinopola əsirliyə aparılır və onlar orada 705-ci ilə qədər qalırlar.
Hakimiyyət ərəbpərəst Siruyənin (Şeroy) əlinə keçsədə 704-cü ildə ərəblər onu Şama çağıraraq gizli şəkildə aradan götürmüşlər.
705-ci ildə Varaz Trdat əsirlikdən qayıdır. Lakin Albaniya hətta vassal mövqeyini də itirmiş olur. Şimallı- cənublu bütün Azərbaycan qəti şəkildə ərəblərin tabeçiliyinə düşür.
Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq əhali onlara asanlıqla boyun əymədi. Yalnız 90- illik kəskin mübarizədən sonra Xilafət orduları Azərbaycanın istilanı başa çatdırdılar.
Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən Bizans və İran imperiyasından geri qalırdılar.Ona görə də ilk vaxtlar onlar işğal etdikləri ölkəmizdə özlərinə qədər mövcud olan idarə qaydalarını saxlamağa məcbur oldular.
Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi. Abbasilər dövründə 14 əmirlik yara-dıldı.Əmirliklər kiçik inzibati vahidlərə -nahiyə və rayonlara bölündü. Məs.Hər nahiyə 12 rayondan. hər rayon 12 kənddən ibarət idi. Hər bir əyalətin sərhədləri müəyyən edildi. Azərbaycanın şimal sərhədi Dərbənd , cənub sərhədi Həmədana qədər urtardı. Xilafət dövründə Azərbaycanın paytaxtı Marağa şəhəri idi. Hər bir əmirliyin başında xəlifə tərəfindən təyin edilmiş əmir dururdu. Bütün mülki və hərbi işlər onun əlində idi. Əmrin rəhbərliyi ilə müxtəlif vəzifələri icra edən məmurlar aparatı yaradıldı. Amil – vergilərin toplanmasına nəzarət edir. Qazı- məhkəmə işlərinə baxırdı. Yerli əyanlar əvvəlki imtiyazlardan məhrum edilib, idarə işlərinə buraxmırdılar. Ona görə də yerli feoddallar ərəblərin siyasətindən narazı qalaraq onlara qarşı olan üsyanlarda iştirak edirdilər. Sonralar ərəblər qoşunlarının təşkilində islamı qəbul etmiş yerli əhalidən (Mövlalardan və hətta xristianlardan (zimmi) istifadə edirdilər).
Ərəblər Azərbaycanın Ərdəbil, Marağa, Beyləqan, Bərzənd, Dərbənd, Bərdə, Naxçıvan kimi strateji əhəmiyyətli şəhərlərdə hərbi dəstələr saxlayırdılar. Bu hərbi dəstələrdən yerli əhalinin baş verən üsyanlarını yatırmaq üçün istifadə olunurdu.
Ərəblər işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini qoruyub möhkəmləndirməkdən ötrü köçürmə siyasətindən istifadə edirdilər. Həmin dövrdə Azərbaycana Ərəbistan çöllərindən çoxlu sayda ərəb əhalisi köçürüldü. Bunu Azərbaycanın müxtəlif ərazilərində “Ərəb” adları ilə başlanan çoxlu kənd adlarının qalması sübut edir. (Şamaxı,Ağsu, Kürdəmir)
Azərbaycan işğal olunduqdan sonra münbit və yararlı torpaqların xeyli hissəsi Xilafətin mülkiyyəti elan olundu. Ərəb xilafətində torpaq sahibliyinin aşağıdakı formaları vardı:
Xəlifə və dövlətə məxsus mülklər — buradan gələn gəlir xəzinəyə gedirdi.
Mülk — yerli feodallara məxsus idi.
İqta — xidmət əvəzinə verilən torpaqlar.
Vəqf — dini müəssisələrə məxsus torpaqlar.
İcma torpaqları — kəndlərin əkin yeri, otlaqlar, biçənəklər, qəbristanlıq və s.
Xilafət dövründə aşağıdakı vergilər alınırdı:
Xərac — torpaq vergisi (məhsulla torpağı olanlardan alınırdı).
Cizyə — can vergisi. Qeyri-müsəlman kişilərdən alınırdı.
Aşağıdakı dini vergilər alınırdı.
Xüms — daşına bilən əmlakdan, adamların faydalandığı bütün şeylərdən alınırdı.
Zəkat (sədəqə) — maldarlıqdan, ticarət və sənətkarlıqdan, əkin və meyvədən alınırdı. Şikəstlərin, əlacsızların ehtiyacı zəkatdan ödənilirdi.
Xəlifə Əlinin dövründə vergilərin toplanmasında ədalətli siyasət yeridilirdi. Əli İbn Əbutalib deyirdi ki, diqqəti xəracı yığmağa deyil, toppağın əkilib ,becərilməsinə vermək lazımdır.
Əməvilər dövründə (661-750) dövlət xərac toplanmasına böyük diqqət yetirirdi.725-ciildə Azərbaycanda əhali, mal-qara, torpaq siyahıya alındı. Yeni vergilər tətbiq edildi.
15 yaşdan yuxarı əhali vergi verməli idi. Vergilərin ağırlığına dözə bilməyən kəndlilər kəndlərdən kütləvi şəkildə gedirdilər. Onların torpaqlarını isə feodallar mənim-səyirdi .Əməvilərin yeritdiyi bu siyasət onlara qarşı böyük narazılıqlar yaratdı və 750-ci ildə onları Abbasilər əvəz etdilər. (750-1258)
Abbasilər əsasən yerli feodalların nüfuzundan istifadə edirdilər. Vergi qaydasında yeni dəyişikliklər qoyuldu. Torpaq əkilib-əkilməməyindən asılı olmayaraq vergi verilməli idi. Zimmilər (xristanlar) daha çox vergi verirdilər.
Səkkizinci yüzilin ortalarında Əməvilər sülaləsinin siysətinə qarşı həm Xilafət sarayında, həm də onlara tabe olan asılı ölkələrdə kəskin mübarizə gedirdi. Xəlifə sülalənin taleyi üçün yaranmış siyasi böhranı və təhlükəni aradan qaldırmaq iqtidarında deyildi. Üsyanların əhatə dairəsi genişlənir və təsiri küclənirdi. Xilafətə qarşı çıxışlar Şimali Afrikada, Orta Asiyada və Ön Qafqazda, demək olar ki, eyni vaxtda baş verdiyindən Əməviləri sarsıtmışdı. Xilafətə qarşı Azərbaycanda çıxışlar 748-752-ci illərdə geniş vüsət aldı. Üsyanda əhalinin bütün təbəqələri iştirak edirdi və onlara yerli feodal əyanlar başçılıq_edirdilər. Bu, səbəbsiz deyildi. Ərəblər Azərbaycanda möhkəmləndikcə feodalları dövlət aparatından uzaqlaşdırır, onların torpağını, kəndlilər üzərindəki hüququnu və digər imtiyazlarını məhdudlaşdırırdı. Ona görə də, feodallar Xilafətdən daha çox narazı idilər. Azərbaycanda olan ərəb mənsəb sahiblərinin xeyli hissəsi də Əməvilərin siyasətindən razı deyildi. Onlar da üsyançılarla həmrəy idilər.
748-ci ildə Beyləqanda başlanmış üsyan tezliklə digər vilayətləri, xüsusilə, Bərdəni və Ərdəbili əhatə etdi. Beyləqandakı üsyana yerli hökmdar Vard ibn Səfvan başçılıq edirdi. 748-750-ci illərdə üsyan bütün Cənubi Qafqazı bürüdü.
752-ci ildə Şəmkirdə belə bir üsyan baş verdi. Üsyanlar Şəməkirdə olan Ərəb qüvvələrini məhv etdilər.
710-ci ildə hakimiyyətə gələn Abbasilər xilafət ərazilərində, o cümlədən Azər-baycanda baş verən üsyanları qan içində boğdu.
Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərakatıdır.Xürrəmilər cəmiyyətdəki bütün ədalətsizliklərin kökünü sosial bərabərsizlikdə görürdülər. Onların şüarı torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən, kəndliləri və sənətkarları feodalların əsarətindən azad etməkdən ibarət idi.
Azərbaycanın istiqlaliyyətini bərpa etmək, onu yadellilərin işğallarından qurtar-maq xürrəmilərin əsas idealı idi.
Xürrəmilər islamın ehkamlarını rədd edir və göstərirdilər ki, dünya daim möv-cud olduğu kimi, insanların ruhu da əbədidir.
Dünyada iki qüvvə -xeyr və şər arasında fasilıəsiz mübarizə gedir, həm də xeyrin şərə qalib gələcəyi labüddür.
Xürrəmiləri ərəblər “müxəmmurə”( qırmızı geyinənlər), farslar “Surxaləm” (qırmızı bayraqlılar) adlandırırdılar.
Tədqiqatçılar “Xürrəm” sözünün mənşəyi haqqında müxtəlif fikirlər söyləyirlər.
Məsələn. IX –X əsr müəlliflərinin fikrinə görə, bu söz Ərdəbil yaxınlığında olan Xürrəm adlı yaşayış məntəqəsinin adı ilə bağlıdır.
“Xürrəm “ termininin Məzdəkin arvadı Xürrəmənin adı ilə bağlı olduğunu söyləyənlər də vardır.Güya Məzdəkin ölümündən sonra onun qadını Xürrəmə Məda-indən Peyə qaçmış və burada ərinin təlimini təbliğ etmişdir. “Xürrəm” sözü fars dilində “Sad, xürrəm” kimi izah edilir.
Akademik Z. Bünyadov göstərir ki, xürrəmilər atəşpərəst idilər. O, “Xürrəm” sözünün pəhləvi : dilində “ xur –od , xvar - günəş anlamında olduğunu göstərir.
Xürrəmilərin ilk çıxışları 778-ci illərdə xəlifə Mehdi dövründə baş vermiş-dir.Tarixçi Nizam əl-Mülk göstərir ki, 778-ci ildə Çurqan batinləri Xürrəmilərlə birləşərək Xilafətə qarşı çıxış etmişdir. Əbul-Bərra və onun oğlanlarının başçılığı ilə Reyə tərəf hərəkət edən üsyançılar məğlubiyyətə uğrayırlar.
Xürrəmilər hərakatı IX əsrin əvələrində dahada genişlənir. Bu dövrdə xürrəmilərin rəhbəri Cavidan ibn Səhl idi. O, Ərdəbil feodalı olmaqla böyük qoyun sürülərinin sahibi idi. Üsyan 808-ci ildə başlamışdır və 816-cı ilə qədər zəif də olsa davam etmişdir. 816-cı ildə Əbu İmranla döyüşdən sonra Cavidan vəfat edir və Xürrəmilərin rəhbəri Babək olur.
Babək Cavidanın ən yaxın silahdaşı olmuşdur. Cavidan Babəkə Zəncandan qayıdarkən Bilalabadda rast gəlmiş və qardaşı Abdulla ilə birlikdə öz dəstəsinə cəlb etmişdi.(Təbəri)
Sonralar xürrəmilərin rəhbəri olan Babək özünü əsl xalq rəhbəri, görkəmli sərkərdə, siyasi xadim kimi göstərə bilmişdir. Azərbaycanın hər yerindən Babəkə qoşulmağa gəlirdilər və tezliklə onun 20 min nəfərlik üsyançı qoşunu təşkil olundu. Babəkin ən yaxın köməkçiləri xalq içərisindən çıxmış istedadlı sərkərdələr –Asim, Muaviyə, Abdulla, Tərxan, Rüstəm və başqaları idilər. Xürrəmilər 819-cu ildən 827-ci ilə qədər Xilafətin 6 böyük ordusunu darmadağın etmişdilər.
819-cu ildə xəlifə əl-Məmun (813-833) xürrəmilər əleyihinə Yəhya İbn-Müazin başçılığı altında böyük qoşun yeritdi. Bərdə yaxınlığında Xürrəmilər ərəb qoşunlarını darmadağın etdilər. 821-ci ildə Babək xilafətin yeni bir ordusunu məğlub edərək Bərdə, Beyləqan, Naxçıvan, Ərdəbil şəhərlərini düşməndən azad etdi.827-ci ildə Xürrəmilərə qarşı məşhur sərkərdə Məhəmməd İbn Humeydin başçılığı ilə böyük qoşun göndərildi. İki il hazırlıqdan sonra 829-cu ilin iyunun 3-də Həşdadsər dağında xürrəmilərlə həlledici döyüşə girdi. Lakin Babəkin hərbi qüdrəti nəticəsində düşmən böyük itki verərək məğlub oldu. Düşmənin 150 minlik qoşunundan 30 mini, o cüm-lədən sərkərdə Hümeyd öldürüldü. Xürrəmilər 830-cu ildə böyük strateji əhəmiyyəti olan Həmədan şəhərini tutdular.
833-cu ildə hakimiyyətə gələn Əl.Mötəsim üsyançılar üzərinə İshad İbn İbrahimin başçılığı altında yeni qoşun göndərir. 833 cü il dekabırın 25-də Həmədan yaxınlığında şiddətli döyüş başladı. Bu döyüşdə Xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradılar. Üsyançılar böyük itki verdilər.
835-ci ildə Heydər İbn Kavus Afşinin rəhbərliyi altında yeni Ərəb qoşunları Azərbaycana göndərildi. Babəkin xalq ordusunu daxilən pozmağa çalışan Afşin cəsusluq və fitnəkarlıqdan daha çox istifadə edirdi. Xürrəmilər hər qarış torpaq uğrunda mərdliklə vuruşurdular. Üsyançılar vuruşa-vuruşa Bəzz qalasına çəkildilər. Bununla belə üsyançılar xilafət ordularına rahatlıq vermirdilər. 836-cı ildə Buğa əl-Kəbirin qoşunlarını Həstadsər dağı yaxınlığında məqbul edərək bir neçə sərkərdəsini öldürdülər.
837-ci ildə xilafətdən Afşinin köməyinə iki böyük ordu göndərildi.Avqusda Afşin Bəzz qalasını mühasirəyə olur. Bu vaxt Bizans imperatoru - Babəkin müttəfiqi Feofil 100 minlik qoşunda ərəblər üzərinə hücuma keçsə də, Bəz qalasında mühasirədə olanların taleyinə heç bir təsir göstərmədi.
837-ci il avqustun 26-da Bəzz qalası süqut edir. Babək gizli yolla Bəzz qalasından çıxaraq ölkənin şimal torpaqlarına üz tutur. Şunik torpaqlarının hakimi Səhl İbn Smbat xəyanət edərək Babəki ərəblərə təslim edir.838-ci il martın 14-də Babək Samirə (İraq) şəhərində edam edilir. Qardaşı Abdulla da Bağdada işgəncə ilə edam olunur.
İşgəncənin dəhşətinə baxmayaraq Babək və Abdulla ölümə əzmlə sinə gərdilər, mərdliklə əbədiyyətə qovuşdular. Babəkin adı Azərbaycan xalqının istiqlaliyyəti uğrunda mübarizəyə çevrildi. Xürrəmlər hərakatının məqbul olmasına baxmayaraq çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bu hərakat xalqın əsl azadlıq hərakatı idi. İllərlə davam edən mübarizə Ərəb xilafətini maddi və mənəvi cəhətdən xeyli zəiflədi. Bu hərakat digər xalqların da azadlıq mübarizəsinə təkan verdi.838-840-cı illərdə Təbəristanda Məzyər Kəbirin başçılığı altında Xilafət əsarətinə qarşı güclü azadlıq hərakatı başladı.Onlar da Babəkin şuarları altında çıxış edirdilər.
Beləliklə Xilafətə qarşı bu üsyan və hərakatlar IX əsrin sonlarında Xilafətin dağılmasına gətirib çıxardı.
Dostları ilə paylaş: |