Əşiya (İsayya) peyğəmbərin (ə) kitabının VII fəslinin 14-cü bəndində onun bakirə qadından doğulacağı öncədən bildirilmişdi:
“Buna görə Yehova Özü sizə əlamət verəcək: qız hamilə qalıb bir oğul doğacaq və adını İmanuil(Tanrı bizimlədir) qoyacaq”.
Maşiah (Məsih) barədə müjdələrə Ərəmya (İeremiya) və Hizqiyal (Hezekiil) peyğəmbərlərin (ə) də kitablarında da rastlanmaqdadır. Məsələn, Ərəmyanın (ə) kitabının XXIII fəslinin 5-6 – cı bəndlərində onun Həzrət Davudun (ə) soyundan olacağı və şahlıq quracağı bildirilməkdədir:
“Gün gələcək, Davudun nəslindən saleh pöhrə çıxaracağam. O, padşah olacaq. Bəsirətlə davranacaq, bütün ölkədə haqq-ədalətin, salehliyin keşiyində duracaq, - bəyan edir Yehova”.
Bu fikir eyni kitabın XXXIII fəslinin 15-16 – cı bəndlərində də təkrarlanır:
“O günlərdə, o zaman Davudun nəslindən saleh pöhrə çıxaracağam. O, ölkədə salehliklə, haqq-ədalətlə davranacaq. O günlərdə Yəhuda xilas olacaq, Yerusəlim əmin-amanlıqda yaşayacaq. Onu “Salehliyimiz Yehovadandır” deyib çağıracaqlar”.
Hizqiyal (Hezekiil) peyğəmbərin (ə) kitabınıb XVII fəslinin 23-cü ayəsinin də Maşiahla (Məsihlə) bağlı olduğu hesab edilir:
“Külli-İxtiyar Yehova belə deyir: “Hündür sidr ağacının təpəsindən bir budaq götürüb əkəcəyəm. Onun başındakı pöhrələrdən zərif zoğ qıracağam, gətirib hündür, əzəmətli dağda əkəcəyəm”...”.
Yəhudilərin fikrincə, Maşiah haqqında müjdələrə Həqqay və Zəkəriyyə peyğəmbərlərin (ə) kitablarında da rast gəlinməkdədir. Məsələn, Həqqayın (ə) kitabının II fəslinin 23-cü bəndinin Maşiaha işarə etdiyi düşünülür:
“Ordular Allahı Yehova bəyan edir: “Ey Şəəltiil oğlu Zərubabil, ey Mənim qulum! O gün səni götürüb möhür üzüyü edəcəyəm”, - Yehova bəyan edir, - “Çünki Mən səni seçmişəm”, - ordular Allahı Yehova bəyan edir”.
Zəkəriyyənin (ə) kitabında da Maşiahın müjdələndiyinə inanılır. Bu kitabın III fəslinin 8-ci bəndində belə deyilir:
“Ey baş kahin Yuşə, sən və sənin önündə oturan, rəmzi məna daşıyan yoldaşların, qulaq asın: Mən qulum Pöhrəni gətirirəm!”.
Eyni kitabın VI fəslinin 12 bəndindən isə belə aydın olur ki, Beytül-Məqdisi (Süleyman məbədini) Maşiah bərpa edəcəkdir:
“Ona söylə: “Ordular Allahı Yehova deyir: “Bax, Pöhrə adlı adam budur! O, olduğu yerdə boy atacaq və Yehovanın məbədini tikəcək”.
Müjdələrin Dənyal Peyğəmbərin (ə) kitabında da olduğuna inanılır. Məsələn, sözügedən kitabın VII fəslin 18-ci bəndində söylənilənlər yəhudi xalqının Maşiahın bütün dünya üzərində əbədi şahlığı ilə mükafatlandırılacağı kimi şərh edilir:
“Lakin padşahlığı Haqq-Taalanın müqəddəs bəndələri alacaq, onlar bu padşahlığa əbədi sahib olacaqlar. Bəli, əbədiyyən, sonsuzadək”.
Həmin fəslin XXII bəndində yazılanlar da eyni mənada yozulur:
“Bu zaman Əzəldən Var Olan gəldi və Haqq-Taalanın müqəddəs bəndələrinin xeyrinə hökm çıxarıldı. Beləcə, müqəddəs bəndələrin padşahlığa sahib olmaq vaxtı yetişdi”.
Eyni fikir 27-ci bənddə də təkrarlanır:
“Padşahlıq, hakimiyyət və göylər altında olan səltənətlərin cah-calalı Haqq-Taalanın müqəddəslərinə, Onun xalqına veriləcək. Onların padşahlığı əbədi padşahlıqdır, bütün hökmdarlar onlara qulluq edib boyun əyəcək”.
Yuxarıda yəhudi dini kitablarından gətirdiyimiz sitatlar yəhudilərin, o cümlədən Rotşildlərin “Maşiah (Məsih) və Ümumdünya yəhudi dövləti” barədə görüş və inanclarının, eləcə də bu görüş və inanclara əsaslanan planlarının əsasında durur. Onlar, xristianlardan fərqli olaraq, bu kitablardakı müjdələrin İsa Məsihə (ə) aid olmadığına, Maşiahın (Məsihin) hələ yer üzünə gəlmədiyinə, fəqət gələcəyinə inanırlar. İnanır və buna hazırlaşırlar. Hazırlıqlarının mərkəzində duran ən önəmli məsələlərdən biri də Beytül-Məqdisin, yəni Həzrət Süleyman (ə) məbədinin bərpası məsələsidir. Bu məbəd iki dəfə, bir dəfə Babillilər, bir dəfə də Romalılar tərəfindən dağıdıldığından bərpa etmək istədikləri məbədi “III Süleyman (ə) məbədi” adlandırırlar.
Əhdi-Ətiqə daxil olan “1-ci Padşahlar” kitabının VII fəslində Süleyman (ə) məbədinin tikintisi belə təsvir edilib:
“Süleyman özünün bütün sarayını on üç ilə tikib başa çatdırdı.
O, Livan Meşəsi adlanan evi tikdi. Ev 100 qulac uzunluğunda, 50 qulac enində, 30 qulac hündürlüyündə olub dörd cərgə sidr sütunların üstündə dururdu. Sütunların da üstündə sidr tirləri var idi.